66
- daimi aktivlər indeksi;
- borc vəsaitlərinin uzunmüddətli cəlb edilməsi əmsalı;
- köhnəlmə əmsalı;
- əmlakın real dəyəri əmsalı;
- maliyyə asılılığı dərəcəsi;
- avtonomluq əmsalı;
- borc vəsaitlərinin özünəməxsus vəsaitlərə nisbəti əmsalı.
Bu əmsalların faktiki qiymətləri normativ qiymətləri ilə müqayisə edilir,
keçən hesabat dövrünün göstəriciləri ilə tutuşdurulur, analoji müəssisənin gös-
təriciləri ilə müqayisə olunur. Beləliklə müəssisənin real maliyyə vəziyyəti,
güclü və zəif cəhətləri müəyyənləşdirilir.
1. Özünəməxsus vasitələrlə təmin olunma əmsalı müəssisənin dövriyyə ak-
tivlərinin hansı hissəsinin özünəməxsus vasitələr hesabına
maliyyələşdirilməsini göstərir. Bu əmsalın qiyməti 0,1-dən çox olduqda
normal hal sayılır.Onun qiymətini tapmaq üçün müəssisənin özünəməxsus
dövriyyə vəsaitlərini döv-riyyə aktivlərinin dəyərinə bölmək lazımdır. 2.
Özünəməxsus kapitalla(vasitələrlə)manevr etmək əmsalı
müəssisənin özünə-
məxsus dövriyyə vasitələrinin hansı hissəsinin sərbəst şəkildə manevr etmək
üçün mobil formada olduğunu göstərir. Onun qiymətini toplamaq üçün müəs-
sisənin özünəməxsus dövriyyə vəsaitlərini özünəməxsus kapitalın həcminə
bölmək lazımdır. Bu əmsalın qiymətinin vahidə bərabər olması, yəni müəssisə-
nin cari aktivlərinin özünəməxsus kapital hesabına təmin etməsi qeyri sabit
kreditləşdirmə mühitində maliyyə vəziyyətinin dayanıqlığının qarantiyasıdır.
Ə
msalın qiymətinin yüksək olması müəssisənin maliyyə vəziyyətinin yaxşı
olduğunu xarakterizə edir. Bəzən əmsalın 0,4-0,6 qiymətlərini optimal kimi
qəbul edirlər. 3. Daimi aktivlər inkdeksi müəssisənin özünəməxsus vəsaitlərinin
ə
mələ-gəlmə mənbələrində əsas və dövriyyədən kənar aktivlərinin payını
göstərir. Onun qiymətini tapmaq üçün dövriyyədənkənar aktivlərin dəyərini
müəssisənin özünəməxsus kapitalına bölmək lazımdır. 4. Borc vəsaitlərinin
uzunmüddə
tli cə
lb edilmə
si ə
msalını
tapmaq üçün uzunmüddətli passivlərin
67
dəyərini müəssisənin cari öhdəçilikləri ilə özünə-məxsus kapitalın cəminə
bölmək lazımdır. Bu əmsal istehsal istehsal proseslə-rinin yeniləşdirilməsi və
genişləndirilməsi məqsədilə borc vəsaitlərindən müəs-sisənin nə dərəcədə
intensiv istifadə etdiyini göstərir. 5. Avtonomluq, maliyyə asılılığının olmaması,
kapitallaşdırma və yaxud özü-nəməxsus kapitalların konsentrasiyası əmsalı
müəssisənin özünəməxsus kapita-lının balansın yekununa bölünməsi yolu ilə
tapılır. Bu göstərici müəssisənin maliyyə vəziyyətini xarakterizə edən əsas
ə
msallardan biri olmaqla müəssisə-nin borc vəsaitlərindən asılı olmadığını,
kreditləşdirmə ilə əlaqədar maliyyə riskinin nə dərəcədə olduğunu göstərir. O,
müəssisənin öz kapitalının balansın ümumi yekunda xüsusi çəkişini əks etdirir.
Avtonomluq əmsalının minimal qiyməti 0,5-dən yüksək olması qəbul
edilmişdir. Bu şərtin ödənməsi müəssisənin borc vəsaitlərinin öz vasitələri ilə
ödəmək qabiliyyətinə malik olduğunu göstərir. Onun qiymətinin yüksək
olması müəssisənin maliyyə dayanıqlığının yüksək olmasını əks etdirir. ABŞ-
da və Qərb ölkələrində əmsa-lın 0,6-dan çox olması norma kimi qəbul
olunmuşdur. 6. Borc vəsaitlərinin özünəməxsus vəsaitlərə nisbəti əmsalı və
yaxud özünə
-mə
xsus və
saitlə
rlə
müqayisə
də
borc ə
msalı
müəssisənin
fəaliyyətinin hansı hissəsinin kreditorlar tərəfindən maliyyələşdirildiyini
göstərir. Başqa sözlə müəssisənin bir manatlıq öz vəsaitinin payına nə qədər
borc vəsaiti düşdü-yünü əks etdirir. Bu göstəricidən istifadə edərək
müəssisənin borc və yaxud özünəməxsus vəsaitlərinin çox olduğunu müəyyən
edirlər. Əmsalın ən böyük qiyməti (vahidə bərabər olması) müəssisənin
aktivlərinin yarısından çoxunun borc vəsaitləri hesabına formalaşdığını əks
etdirir və xoşagəlməz hal kimi qiymətləndirilir.
Yuxarıda göstərilən mütləq göstəricilərə əlavə olaraq müəssisənin maliyyə
dayanıqlığını əks etdirən bir sıra göstəricilərin dinamikasınıda təhlil etmək
məqsədəuyğundur. Belə göstəricilərdən istifadə edərək tədqiqat dövründə müəs-
sisənin maliyyə vəziyyətində baş verən müsbət və yaxud mənfi dəyişikliklərin
(meylləri, dinamikanı) baş verməsini müəyyən etmək mümkündür. Maliyyə
dayanıqlığı göstəricilərinin orta sahə normativ qiymətləri müəyyən edildiyi
68
hallarda onlarda kənarlaşmalara nəzarət etməklə böhranlı vəziyyətlərin ilkin
ə
lamətlərini müəyyən edərkən müəssisənin maliyyə dayanıqlığının möhkəm-
lənməsinə gətirib çıxara bilən tədbirlər kompleksi işlənib həyata keçirilə bilər.
Müəssisənin fəaliyyət dayanıqlığının inteqral qiymətləndirilməsi göstəricisini
hesablamaqda faydalıdır. Bu göstərici belə hesablanır:
Z=1,2× X
1
+1,4× X
2
+3,3× X
3
+0,6×X
4
+1,0×X
5
Burada :X
1
– işçi kapitalın səmərəlilik göstəricisi;
X
2
– toplanmış kapitalın səmərəlilik göstəricisi;
X
3
– istehsalın rentabelliyi;
X
4
– borc öhdəçilikləri göstəricisi;
X
5
– aktivlərin səmərəlilik göstəricisi.
X
1
=
=
;
X
2
=
=
;
X
3
=
=
;
X
4
=
;
X
5
=
=
.
Qeyd edilən göstəricilər müəssisənin fəaliyyətinin səmərəlilik göstəriciləri
kimi istifadə edilə bilər. Müəssisənin dayanıqlıq göstəricisinin köməyilə ABŞ
iqtisadçıları müflisləşmiş korporasiyaların 90%-ni ( bir il əvvəl), 70%-ni 2 il
ə
vvəl; 50%-ni 5 il qabaqcadan proqnozlaşdıra bilmişdir.
Z > 3
dən böyük olduqda müəssisə dayanıqlı,
Z < 1,8 dən kiçik olduqda isə dayanıqsız hesab olunur.
Müəssisənin maliyyə vəziyyəti təhlil edildikdə onun maliyyə dayanıqlığı
ehtiyatının müəyyən olunması və qiymətləndirilməsi lazım gəlir. Bu zaman
marjinal təhlil üsulundan istifadə olunur. Marjinal təhlil 3 qrup iqtisadi göstə-
ricilər əsasında aparılır: “xərclər – istehsal həcmi( realizasiya) – mənfəət”.