Vaxt gələr, axtarıb gəzərlər məni
3
XEYBƏR İGİDƏLİYEVİN
KİMLİK TARİXİNDƏN
1937-ci il fevral ayının 17-də Hacıqabul şəhərində anadan
olmuşdur.
Atası Igidəliyev Zəfər 1896-cı ildə doğulmuşdur. 1941-ci
ildə Böyük Vətən müharibəsinə ilk gedən hacıqabullulardandır.
Dörd il müharibədə şərəfli döyüş yolu keçmişdir. Cəbhədən
qayıdandan sonra öz şəxsi təsərrüfatında çalışmışdır. Ailəsini
alnının təri, əlinin zəhməti ilə dolandıran İgidəliyev Zəfər
1953-cü ildə vəfat etmişdir.
Anası İzzə Comərd qızı 1915-ci ildə anadan olmuşdur.
İzzə əvvəllər həyat yoldaşı ilə fermada işləmiş,
sonralar evdar
qadın olmuşdur. O, 73 yaşında – 1988-ci ildə vəfat etmişdir...
Xeybərin məktəb illəri Böyük Vətən müharibəsinin son
illərinə düşmüşdür. Amma həyatın çətinliyinə, əzab-əziyyətinə
baxmayaraq o, əlaçı şagirdlərdən olmuşdur. Doğmalarının
dediyinə görə, Xeybər VI-VII siniflərdən şeirə həvəs göstərmiş,
məktəbdə keçirilən tədbirlərə böyük həvəslə qatılmışdır...
Haşiyə: Belə bir hadisəni həm Xeybər müəllim,
həm də
onun yaşıdları vaxtaşırı həvəslə danışardılar... “1955-ci il idi.
Rayonun keçmiş rəhbərliyi görkəmli şair S.Vurğunun
sakinlərlə görüşə gələcəyi xəbərini bildirir. Bütün rayon həmin
görüşə hazırlaşmağa başladı. O cümlədən Xeybərin oxuduğu
məktəbin kollektivi də. Bu ərəfədə orta məktəb şagirdi Xeybər
S.Vurğuna şeir həsr etdiyini sinif rəhbərinə bildirdi. Şeirlə
bütün müəllim kollektivi tanış oldu. Şeir bəyənildi. Nəhayət,
çıxışa Xeybəri də yazdılar. Görüş zamanı 18 yaşlı Xeybərin
oxuduğu şeiri bütün görüş iştirakçıları alqışladı. Görkəmli şair
şagirdin boynunu qucaqlayıb
üzündən öpdü, onun gələcəkdə
XEYBƏR İGİDƏLİYEV
4
böyük şair olacağına zəmanət də verdi. Bu görüş demək olar ki,
Xeybərin istedadına güc, qol-qanad verdi, daha da ruhlandırdı.
Xeybər İgidəliyev 1957-ci ildə orta məktəbi fərqlənmə
attestatı ilə bitirdi. Qazıməmməddəki 13 saylı məktəbdə
kitabxanada əmək fəaliyyətinə başladı.
Məktəbdə işləyə-işləyə
1960-cı ildə ADU-nun Jurnalistika-filologiya fakültəsinə daxil
oldu. Bu vaxtdan sonra X.İgidəliyev yazdığı şeirləri, məqalələri
ilə tez-tez mətbuatda çıxış etməyə başladı. O, Qazıməmməd
stansiyasındakı 13 saylı məktəbdə üç il işləmişdir. Ali təhsilini
başa vurduqdan sonra rayon qəzetində ədəbi işçi kimi əmək
fəaliyyətə başlamışdır.
Sonra şöbə müdiri, mətbəənin direktoru
vəzifələrində çalışmışdır. Onun rayon qəzetində işıq üzü görən
şeirləri və məqalələri artıq rayon ziyalılarının diqqətini cəlb
etmişdi. Ona görə də, rayon rəhbərliyi əvvəlcə onu “Mayak”
qəzetinin
redaktor müavini, sonra isə “İşıq” qəzetinin məsul
katibi vəzifəsinə irəli çəkmişdir. Bu vəzifələrdə işlədiyi
müddətdə Xeybər müəllimin həmin qəzetlərin səhifələrində işıq
üzü görən maraqlı, orijinal yazılarının (məqalə, rəy, felyeton,
müsahibə, oçerk və s.) sayı yüzdən artıqdır.
Bütün yaxşı işinə - çalışdığı sahələrdə qazandığı uğur-
larına görə Əlibayramlı (indi Şirvan) şəhər rəhbərliyi onu 1971-
ci ildə Şəhər Partiya Komitəsi təbliğat və təşviqat şöbəsinin
müdiri vəzifəsinə irəli çəkmişdir. Bacarıqlı mütəxəssis kimi o,
1974-cü ilə qədər bu vəzifədə çalışmış, ona olan etimadı
doğrultmuşdur. Bir jurnalist kimi əldə etdiyi nailiyyətlərə görə
Xeybər İgidəliyev 1981-ci ildə SSRİ Jurnalistlər İttifaqına üzv
qəbul edilmişdir.
Respublikamız müstəqillik əldə etdikdən sonra, Hacı-
qabul yenidən rayon statusunu bərpa edir. Yeni yaradılmış
rayonun rəhbərliyi bacarıqlı, vəzifəsinin
öhdəsindən layiqincə
gələn mütəxəssis olduğunu nəzərə alıb onu Hacıqabul Rayon
İcra Hakimiyyətində Ümumi işlər üzrə şöbə müdiri vəzifəsinə
təyin edir.
***