Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə10/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   ...   6   7   8   9   10   11   12   13   ...   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
37 
YAŞAYACAQSAN 
 
Mən bu sırada yox idim. Hətta Xeybər müəllim haqqında 
kitabın çapa hazırlanmasından da xəbərsizdim. Yəqin bu da 
Tanrının bir qismət payıdı, təsadüf elə gətirdi ki, nəşrə hazırlan-
ması bir ilə qədər uzunan kitabın son məqamda “yükünü çiyin-
lərinə götürmək” missiyası  mənə  həvalə olundu. Və kitab bir 
neçə həftə ərzində çapa imzalandı... 
Xeybər müəllim mənim doğulub boya-başa çatdığım 
Hacıqabul şəhərində ata yurdumla qonşuluqda yaşayıb. Mənim 
ADU-nun (indiki BDU-nun) Jurnalistika fakültəsinin tələbəsi 
olduğum illər və Azərbaycan jurnalistikasında öz çəkisi, yeri, 
nüfuzu olan Hacıqabullu jurnalist Xeybər  İgidəliyev! Xeybər 
müəllim yaddaşımın o illəri özündə yaşadan qatlarında bu doğ-
malıqda qalıb. Və bir də qürurli yerişi, özünəməxsus ötkəm 
danışıq tərzi, yaradıcılığa təzə  gələn gəncliyə yol göstərən, 
məsləhətlərini  əsirgəməyən, qayğısını  çəkən bir qələm  əhli, 
eloğlum dərəcəsində.  
1969-1975-ci illər  əyani təhsil aldığım tələbəlik ömrüm, 
ondan sonrakı dövrdə isə Bakıda Azərbaycan Dövlət Televiziya 
və Radio Verilişləri Komitəsində (indi Azərbaycan Televiziya 
və Radio Verilişləri QSC)  çalışdığımdan (və ailə qayğılarının 
bolluğu içində “boğulduğumdan”) az-az görüşmək imkanında 
olardıq. Ancaq həmişə, hər yerdə Xeybər müəllimlə, onun həm-
yerlisi olmağımla qürurlanmışam.  
...Son görüşlərimiz Xeybər müəllimin yataq xəstəsi oldu-
ğu və haqq dünyasına köç etdiyi günlərə düşdü. 
 
*** 
...İndi, maşaallah, Hacıqabulda qələm əhli, jurnalist yara-
dıcılığı ilə məşğul olanlar çoxdur. Ancaq bu yazarlar bolluğun-
da mənim həmişə qürur ünvanım olan və tanıdığımdan həmişə 
qürurlanacağım “Xeybər İgidəliyev” adı, öz yaradıcılıq üslubu, 
dəst-xətti olan “Xeybər İgidəliyev” imzası xüsusi. 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
38
 
***  
Bu gün təsəlli yerim bu ki... 
“Vaxt gələr, axtarıb taparsız məni...” toplusunda Xeybər 
müəllimlə yenidən “görüşdük”, Xeybər İgidəliyev siması yeni-
dən, lap elə o illərdə olduğu dərəcəsində gözlərim önündə ya-
şandı, yenidən “ünsiyyətdə” olduq.  
Bir təskinlik yerim də bu ki, Xeybər müəllimin adını, ya-
radıcılığını tarixin yaddaşında  əbədiləşdirən bu toplusunda 
mənim də söz demək imkanım oldu...     
    
*** 
Bizlər üçün yadigar qoyduğu  əsərlərindən seçmələri azı 
on dəfə oxudum, redaktoru olmağımdan qürur duydum. Və 
içimdə bu kəlmələr dolaşdı: “Hacıqabulun eynən öz Səməd 
Vurğunu varmış”.  
Heyf, ay eloğlularım, nə bizlər özümüz, nə  də Azərbay-
can Yazıçılar Birliyi şair Xeybəri zamanında bu yerində görə 
bilməmişik. 
*** 
...Şirin xatirətək yaşayacaqsan səni tanıyanların, səni 
bilənlərin, səni görənlərin yaddaşında, Xeybər müəllim. Hələ 
ölümündən 42 il əvvəl özünün öz misralarında dediyin kimi, 
duyan könüllərdə yaşadır yazdığın qoşmalar, qəzəllər səni. 
 
Ayətxan Ziyad,  
Azərbaycan Jurnalistlər birliyinin üzvü,  
yazıçı-publisist 
 
 
 
 
 
 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
39 
 
 
I FƏSİL 
                                
 
 
     POEZİYASI 
 
 
 
     
 
 
 
 
 
 
 
 
GƏRAYLILAR 
 
 
 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
40
AZƏRBAYCAN 
 
Çiçəklənir gündən-günə 
Azərbaycan, Azərbaycan! 
Adın düşüb dildən-dilə 
Azərbaycan, Azərbaycan! 
 
Naxçıvanda duz yatağın, 
Abşeronda neft bulağın, 
Xalqımızın mərd dayağı 
Azərbaycan, Azərbaycan! 
 
Azaddır qoynunda insan
Gülür üzünə bu dövran, 
Azad könül, azad insan -  
Azərbaycan, Azərbaycan! 
 
Yer üzündə yoxdur tayın, 
Çiçəklidir yazın, yayın, 
Xoş gəlibdir Aprel ayın 
Azərbaycan, Azərbaycan! 
 
Sevimlidir gözəl çağın, 
Gəzmək üçün var yaylağın, 
Hacıkəndin, Qarabağın -  
Azərbaycan, Azərbaycan! 
 
Gülür Bakı, gülür Xəzər, 
Olmuş adın dildə əzbər, 
Şeir qoşur sənə Xeybər 
Azərbaycan, Azərbaycan! 
17.05.1951 
 
 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
41 
BİR KİŞİNİN HÜNƏRİLƏ 
(Ulu öndərimiz Heydər Əliyevə) 
 
Tanındıqca Azərbaycan 
Bir kişinin hünərilə, 
Dünya dönür bizə sarı 
Bir kişinin hünərilə. 
 
Odur bizim haqq səsimiz, 
Məramımız, məqsədimiz, 
Tanrı yolu tutmuşuq biz -  
Bir kişinin hünərilə. 
 
Dərdimizi çəkə-çəkə, 
Gəzir ərzi ölkə-ölkə, 
İnsaflaşdı dünya bəlkə 
Bir kişinin hünərilə. 
 
Başı uca, üzü açıq, 
Hər bir səddi yaracağıq, 
Bu davadan çıxacağıq 
Bir kişinin hünərilə. 
 
Göz yaşını, ay anacan
Siləcəkdir Azərbaycan. 
Güləcəkdir Azərbaycan 
Bir kişinin hünərilə. 
 
Mərd xalqı, mərdi ordusu var, 
Qoru onu, Pərvərdigar, 
Ellərimiz nicat tapar 
Bir kişinin hünərilə. 
 
Kim deyir ki, azıq, təkik, 
Əlli milyonluq millətik, 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
42
Bir gün qalib gələcəyik 
Bir kişinin hünərilə. 
1997 
         
 
OXUMA, BACIM, OXUMA 
( Xalq artisti Zeynəb Xanlarovaya) 
 
Nəsə deyim sənə, oxu... 
Cəbhədədir bu gün çoxu. 
Haram qatılıb yuxuma, 
Oxuma, bacım, oxuma. 
 
Nəğmən bir sülh quşu idi
Qarabağa qonmuş idi. 
Tuş oldu düşmən oxuna, 
Oxuma, bacım, oxuma. 
 
Artıq qından tiyə çıxıb, 
O ellərə yiyə çıxıb 
Düşmən azıma, çoxuma. 
Oxuma, bacım, oxuma. 
 
Hər gündə bir şəhid gəlir, 
Nalələr sinəmi dəlir, 
Xəncər sancılır bağrıma. 
Oxuma, bacım, oxuma. 
 
Dönər bir gün o istək, meyl, 
Qələbə uzaqda deyil, 
Ay mahnı bacım, oxuma. 
Oxuma, bacım, oxuma. 
 
 
 
 


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə