Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə11/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   ...   7   8   9   10   11   12   13   14   ...   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
43 
BULAQ 
 
Bir gözəllə seyrinə mən 
Gəldim dönə-dönə, bulaq. 
İnsafdırmı, bundan sonra 
Qəlb küsə, üz dönə, bulaq. 
 
Gör nə etdi o gülyanaq, 
Dağ üstündən çəkdi min dağ, 
Gəl sinəmin üstündən ax, 
Bəlkə odum sönə, bulaq. 
 
Ürəyimə salma güman, 
Yar gözündən içən zaman 
Öpmə onun dodağından, 
Qısqanaram sənə, bulaq. 
 
 
 
İNCİMİŞƏM 
 
Bilirsənmi, mən nə üçün? 
Gülüm, səndən incimişəm. 
Çox çəkmişəm aşiqinə 
Zülüm, səndən incimişəm. 
 
Üz döndərib tanrı məndən, 
Gəl sən dönmə barı məndən, 
Küsdürürsən yarı məndən -  
Dilim, səndən incimişəm. 
Köçüb neçə dostum, tayım, 
Allahdan bu ömür payım, 
Sona yetir günüm, ayım -  
İlim, səndən incimişəm. 
 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
44
Fürsət düşəndə naşıya, 
Fərq qoymaz pisə, yaxşıya, 
Yaxşını qoymur yaşaya -  
Ölüm, səndən incimişəm. 
 
Haçan qaçdım el tərəfə, 
El məni tutdu hədəfə, 
Gör dedimmi bircə dəfə, 
Elim, səndən incimişəm? 
 
 
 
XİLƏ TOYLARINDA 
 
El gələr mübarəkə 
Xilə toylarında. 
Kədər, qüssə dağılar 
Xilə toylarında. 
 
Çiçək-çiçək gözəllər, 
Bəy evini bəzərlər, 
Kəklik kimi süzərlər -  
Xilə toylarında. 
 
Həsrətlilər qovuşar, 
Sevinc sevincə qarışar. 
Aşıqlar da yarışar -  
Xilə toylarında. 
 
Toylar dalbadal olar, 
Subaylar halbahal olar, 
Hərdən qalmaqal olar -  
Xilə toylarında. 
 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
45 
Bozbaşı bol, çayı bol, 
Xələti bol, payı bol, 
Biraz az iç, ayıq ol -  
Xilə toylarında. 
 
Hər evə səda düşər, 
Ağızlar dada daşər, 
Cavanlıq yada düşər -  
Xilə toylarında. 
 
 
 
MƏN ÖLƏNDƏ 
 
Mən öləndə qəbrim olsun 
Şahdağın ətəkləri. 
Üstümdən əsib keçsin 
Qafqazın sərt küləkləri. 
 
Qoy ətirli bənövşələr 
Sinələrin dağlasınlar. 
Saç yolaraq üzərimdə 
Çiçəklər qan ağlasınlar. 
 
Matəmimi saxlasın qoy 
Boz dağın boz təpələri. 
Gecə-gündüz ağlasın qoy 
Xəzərin göy ləpələri. 
 
BİZİM DAĞLARDA 
 
Səfalıdır bahar çağı 
Bizim dağlarda, dağlarda. 
Kəkliklərin şən oylağı 
Bizim dağlarda, dağlarda! 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
46
 
Çiçəklidir yamacları, 
Bitir meyvə ağacları, 
Ötür qəzəl turacları 
Bizim dağlarda, dağlarda! 
 
Şair könlüm dilə gəlir, 
Bülbül uçub gülə gəlir, 
Təbim coşub selə dönür 
Bizim dağlarda, dağlarda! 
 
Ətəyindən gül dərmişəm, 
Bulağından su içmişəm, 
Xeybər deyər, çox gəzmişəm 
Bizim dağlarda, dağlarda! 
1950-ci il 
 
 
DÜŞƏRGƏMİZ 
 
Quru dəniz sahilində 
Məskən salıb düşərgəmiz. 
Yurdumuzun bu yerində 
Xoşbəxt keçir günlərimiz. 
 
Düşərgədən hər gün səhər 
Səyahətə çıxırıq biz. 
Uca dağlar zirvəsindən 
Bu yerlərə baxırıq biz! 
Nə gözəldir yurdumuzun 
Gəzmək üçün hər bir yeri. 
Üzümüzə şən açılıb 
Bu yerlərin səhərləri. 
 
Nə gözəldir ölkəmizin 
Bu günləri, bu çağları. 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
47 
Bu yerlərdə yaşayacaq 
Azərbaycan
 
uşaqları. 
1950 
 
 
GƏLİR 
 
Yar bağından bir nazənin 
Bir dəstə gül üzüb gəlir. 
Ovçu görmüş maral kimi 
Sağın-solun süzüb gəlir. 
 
Ağ gül kimi rəngi solub, 
Ala gözü yaşla dolub, 
Qəm, qüssəyə yoldaş olub - 
Hər cəfaya dözüb gəlir. 
 
Cida düşüb laylasından, 
Əl çəkməyir sevdasından, 
Məhəbbətin dəryasından 
Bir cüt sona üzüb gəlir. 
 
Qara qaşlar sünbül kimi, 
Al yanağı tər gül kimi, 
Şair Xeybər bülbül kimi 
Yar bağını gəzib gəlir! 
05.06.1954 
 
 
SƏNİ 
(mahnı) 
 
Gül mövsimi, bahar çağı 
Sevdim,nazlı gözəl, səni. 
Dolanarkən yaşıl bağı 
Sevdim, nazlı gözəl, səni. 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
48
 
Gəzdim könül otağını, 
Aldım güldən sorağını. 
Görüb nərgiz yanağını 
Sevdim, nazlı gözəl, səni. 
 
Canım qurban yar gözünə, 
Çünki meylim var gözünə. 
Aşiq oldum ay üzünə, 
Sevdim, nazlı gözəl, səni. 
 
Dərin dərya kamalını, 
Gözəllərdən həyalını, 
Bəyənib gül camalını 
Sevdim, nazlı gözəl, səni. 
 
 
 
BAHAR 
 
Əriyib dağların qarı, 
Çöllər girir yaşıl dona. 
Nəğmə deyir bağda bülbül 
Budaqlara qona-qona. 
 
Gülümsəyir kol dibində 
Tər yarpaqlı yasəmənlər, 
“Gəl qoynumda dincəl” deyir 
Yaşıl düzlər, göy çəmənlər. 
 
Bəzənmişdir ana yurdum 
Gül-çiçəklə başdan-başa. 
Göydə günəş, yerdə bahar 
Vətənimlə gülür qoşa. 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
49 
 
Söhbətin var hər eldə, 
Şöhrətinə alqış, bahar! 
Novruzumun səhərindən 
Muştuluğa gəlmiş bahar! 
15.02.1950 
 
 
DÜZ DEMİSƏN 
(şair Əhməd Cəmilə) 
 
Deyirlər ki, “az yazırsan, 
Az-az gəlir səsin sənin. 
Hər ayda beş-altı misra 
Nədən olur bəsin səsin”. 
 
Sözün də öz ölçüsü var, 
Qiyməti var yer-göy qədər. 
Söz var əsrlər yaşayır, 
Söz də var deyilib hədər. 
 
Oxuduqca sizi, mən də, 
Artdı şeirə həvəs məndə. 
Yazdıqların, dediklərin 
Bir günlük, beşgünlük deyil. 
 
Guya ürək dəyirmandır 
Hər nə töksən tez üyüdə? 
Ürək odur daşdan keçən
Polad donlu söz üyüdə. 
 
Mən söz ona deyirəm ki, 
Bir şirin xoş arzu kimi, 
Yol tapıb hər qəlbə kimi, 
Az olsun, qoy yaxşı olsun. 
 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
50
Gecə-gündüz yorulmadan 
Sən yuxuna haram qatıb, 
Zəhmət çəkib, saç ağardıb,  
Doğrudan da söz demisən. 
Əbədidir dediklərin, 
Nə demisən, düz demisən. 
01.12.1950 
 
 
NİYƏ GEC-GEC GÖRÜNÜRSƏN 
 
Söylə görüm, a dilbərim, 
Niyə gec-gec görünürsən? 
Soruşmaq ayıb olmasın -  
Niyə gec-gec görünürsən? 
 
Sən ya dürsən, ya incisən, 
Ürəyimin sevincisən, 
Bəlkə məndən incimisən -  
Niyə gec-gec görünürsən? 
 
Xəbər aldım yasəməndən, 
Dedi, gəlib keçdi gendən
Gəl saxlama küsü məndən -  
Niyə gec-gec görünürsən? 
 
Dil də susar dinməzinə, 
Eşq atəşin sönməzinə, 
Şair Xeybər dönməzinə -  
Niyə gec-gec görünürsən? 
1960 
 
 
YALVARA-YALVARA  
 


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə