Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə12/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   ...   8   9   10   11   12   13   14   15   ...   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
51 
Yar yarın könlünü gərək 
Ala yalvara-yalvara. 
Qolunu boynuna onun 
Sala yalvara-yalvara. 
 
Nə adətdir, qara gözlər 
Könül ovlar, min qan eylər, 
Bülbül eşqin bəyan eylər 
Gülə yalvara-yalvara. 
 
Az qalmışdı toyumuza, 
Yar yenə saxladı yaza, 
Qalmışam o insafsıza 
Hələ yalvara-yalvara. 
 
Xeybər deyər, a növrəstə, 
Vəfa gərək sevən kəsdə, 
Can verəydim sinən üstə 
Xala yalvara-yalvara. 
1960 
 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
52
RUS QIZI 
 
Sən gəldiyin o diyara, 
Hörmətim var urus qızı. 
Bizi qəlbən sevənlərə
Ülfətim var, urus qızı. 
 
Qulluğunda olasıyam, 
Qadanı da alasıyam. 
Mən Azəri balasıyam -  
Şöhrətim var, urus qızı. 
 
Şərəfinə məclis qurdum, 
Sağlığına yüz də vurdum, 
Gör nə gözəl elim, yurdum, 
Adətim var, urus qızı. 
 
Söz qanandır bizim Fatma, 
Gəl yanında çox söz atma, 
Qaş oynatma, göz oynatma, 
Külfətim var, urus qızı. 
 
 
 
BACARMADIM  
 
Mən namərdlər arasında 
Baş olmağı bacarmadım. 
Namərdlərə, nakəslərə 
Xoş olmağı bacarmadım. 
 
Sağı gəzdim, solu gəzdim, 
Axtardım düz yolu gəzdim, 
Gözü-könlü dolu gəzdim -  
Boş olmağı bacarmadım. 
Ömrün neçə sərt qışında 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
53 
Ağardı lap göz-qaşım da. 
Hər məclisdə iş başında 
Döş olmağı bacarmadım. 
 
Dönüklərə, paxıllara, 
Qurd xislətli yaxınlara, 
Dəstələrə, axınlara 
Qoşulmağı bacarmadım. 
 
Kimlə kəsim duz-çörəyi, 
Gəldi mənə yüz kələyi, 
Neyləyim ki, mən ürəyi 
Daş olmağı bacarmadım. 
 
 
 
GƏNCLİYİN SƏSİ 
 
Bir parlaq Günəş kimi, 
Zülmətlərə nur saçır. 
Bütün çətinliklərdən 
O, zəfərlərlə keçir. 
Azadlıqdır, səadətdir, 
Onun hər nəğməsi. 
Dolaşır yer üzünü 
Dalğa-dalğa, 
Çarpışlara qalib gəlir 
Gəncliyin səsi. 
Gəncliyin “sülh” adlı 
Şirin-şirin nəğmələri 
Yayılaraq ellərə 
Dildən-dillərə keçir. 
Gəncliyin “günəş” adlı 
Qızıl bayrağı 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
54
Dalğalanır yer üzündə 
Əldən əllərə keçir. 
Nə qədər artsa da, 
Nə qədər güclənsə də 
Yırtıcılar, 
Dollar qüvvəsi, 
Basılmaz yenə də 
Günəşli gəncliyin səsi. 
Gəncliyin səsi bu gün 
Dalğalanır 
Misirdə, Çində. 
Gəncliyin səsi 
Əldə silahdır bu gün. 
Vyetnamda – od içində. 
Gəncliyin al şəfəqləri 
Yer üzünə yayılacaq! 
Gəncliyin gur çağrışıyla 
Bütün dünya ayılacaq! 
15.06.1954  
 
 
QURBAN OLUM 
 
Mən də baba oldum, Allah, 
Qismətinə qurban olum. 
Sağlığımda bəxş etdiyin, 
Cənnətinə qurban olum. 
 
Bundan şirin pay olarmı? 
Buna kimsə tay olarmı? 
Busəsindən doyularmı? -  
Ləzzətinə qurban olum. 
 
Mışıl-mışıl yatmağı var, 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
55 
Saçlarımdan tutmağı var, 
Saqqalımdan dartmağı var -  
Ülfətinə qurban olum. 
 
Ay noğulum, ay nabatım, 
Qoy bir az dincəlim, yatım. 
Məndən sonrakı həyatım, 
Xoş bəxtinə qurban olum. 
 
Nə var-dövlət, nə xəzinə 
Dəyməz bircə qəhqəhənə. 
Sənə gələn gəlsin mənə -  
Cənnətinə qurban olum. 
 
Sən gələndə qucağıma 
Sevinc dolur otağıma. 
Gir lap isti yatağıma -  
Cürətinə qurban olum. 
 
Heç kimə çox görmə, Tanrı, 
Bu ulduzgöz balaları, 
Bəzəsinlər bu diyarı -  
Nemətinə qurban olum. 
 
 
 
ANA VƏTƏN 
 
Doğmalıqda, şirinlikdə 
Yer üzündə tayın yoxdur. 
Hansımızın boynunda 
Bol-bol haqqı-sayın yoxdur? 
Minnətdaram sənə, Vətən! 
Ana Vətən, ana Vətən! 
Ağ günlərə yollar açdı 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
56
Külüngüylə fərhadların. 
Səndən əziz canını da 
Əsirgəməz övladların. 
Min yol yoxla, sına, Vətən! 
Ana Vətən, ana Vətən! 
 
Necə yaraşır hüsnünə 
Bu şadlıq, toy-düyün sənin. 
Sevinc payla yer üzünə -  
Bayramındır bu gün sənin, 
Qoy başına xına, Vətən! 
Ana Vətən, ana Vətən! 
05.11.1987 
 
 
 
BİLMƏDİ  
 
Ömrümü həsr etdim ona, 
Neynim, bilmədi, bilmədi. 
Dünya sevincim, fərəhim 
Neynim, bilmədi, bilmədi. 
 
Onu xarala qoymadın, 
Şaxta, qar ala - qoymadın, 
Vaxtsız sarala - qoymadın -  
Gülüm bilmədi, bilmədi. 
 
Bu dünya dolu hikmətdi, 
Kim sevdi, o kama yetdi. 
Məni  də o Məcnun etdi -  
Leylim bilmədi, bilmədi. 
 
Fələk min top-tüfənf atdı, 
O da ayıqları ayıltdı, 
Neçə yol gəldi-qayıtdı 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
57 
Ölüm, bilmədi, bilmədi. 
 
 
 
DEYİLƏM 
 
Gözdə baxmaq adətsə də -  
Gözümü yoran deyiləm. 
Aqillərdə silah sözdür -  
Sözümü yoran deyiləm. 
 
Qəlbin odu yanar üzdə, 
Məhəbbət çox yaşar gözdə, 
Ov çoxsa da dağda, düzdə -  
Tazımı yoran deyiləm. 
 
Lap yüz yaşda, lap yüz sində 
Düşmərəm şeir həvəsindən, 
Anlamazlar məclisində -  
Sazımı yoran deyiləm. 
 
Zər atıram, şeşim durur, 
Otuz iki dişim durur
Qabaqda çox işim durur -  
Özümü yoran deyiləm. 
 
 
 
ƏZƏL GÜNDƏN 
 
Əzəl gündən var-dövlətə 
Nə sən uydun, nə mən uydum. 
Könül verdik məhəbbətə -  
Nə sən doydun, nə mən doydum. 
Dözdük bəzən yana-yana 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
58
Bu sevdanın acısına, 
Biz çəkəni başqasına -  
Nə sən qıydın, nə mən qıydım. 
 
Sənsiz, vallah həyat heçdi, 
Tale bizi həmdəm seçdi, 
Ömür necə gəldi keçdi -  
Nə sən duydun, nə mən duydum. 
 
Getdi o hüsn, o yaraşıq, 
Gözümüzdə sönür işıq, 
Qocalmışıq, qarımışıq -  
Nə sən oydun, nə mən buydum. 
 
 
 
SƏN VARSANSA 
 
Xoşbəxlərin xoşbəxtiyəm 
Sən varsansa bu dünyada. 
Yaşayaram dərdsiz-qəmsiz 
Sən varsansa bu dünyada. 
 
Əgər bir gün dara düşsəm
Ən çıxılmaz tora düşsəm, 
Xilas ollam hara düşsəm 
Sən varsansa bu dünyada. 
 
Nə güclüymüş məhəbbətin, 
Ağlım, qəlbim, sədaqətim 
Edər məni qorxmaz, mətin -  
Sən varsansa bu dünyada. 
 
Gör nə deyir ürək mənə, 
Bata bilməz fələk mənə, 
Boran, çovğun, külək mənə... 


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə