Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə13/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   ...   9   10   11   12   13   14   15   16   ...   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
59 
Sən varsansa bu dünyada. 
 
Görən gözüm, vuran qolum, 
Od içindən keçən yolum, 
Namərdlərə hasar oğlum... 
Sən varsansa bu dünyada. 
 
 
 
QOCALIQ 
 
Dövran bizi çox sınadı, 
Gah güldürdü, gah qınadı, 
Həyat bir ögey anadır -  
Hərəyə bir gözlə baxır. 
 
Yox cavanlıq karım daha, 
Tükənib hər varım daha. 
Kökdən düşüb tarım daha, 
Hünərin var, sazla baxır. 
 
Danışıram yumşaq-yumşaq, 
Olmur hər işə qarışmaq. 
Qocalmışam, arvad-uşaq 
Hər sözümə nazla baxır. 
 
 
BAXIŞA-BAXIŞA 
 
Neçin o gün biz üz-üzə 
Gəldik baxışa-baxışa. 
Qəlbimizdən keçənləri, 
Bildik baxışa-baxışa. 
 
Ötdü günlər, ötdü aylar, 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
60
Qovuşdular çox subaylar. 
Sən günahkar, mən günahkar -  
Qaldıq baxışa-baxışa. 
 
“Sevgi” adlı bir səadət, 
Hər sevənə olmur qismət, 
Qəlbimizdə ilk məhəbbət -  
Öldük baxışa-baxışa. 
 
 
 
NƏ GÜNAHI BU ÖLKƏNİN 
 
Təkcə türk elləri demir 
“Nə günahı bu ölkənin?” 
Bütün dünya sual edir: 
“Nə günahı bu ölkənin?” 
 
Erməniyə dost olmuşduq, 
Bu dostluqdan məst olmuşduq, 
Birdən-birə pozuluşduq -  
Nə günahı bu ölkənin? 
 
Atasını döyməmişdik, 
Anasını söyməmişdik, 
Biz onlara neyləmişdik?-  
Nə günahı bu ölkənin? 
 
Ət deyəndə - ət vermişdik, 
Neft deyəndə - neft vermişdik, 
Axı haçan “net” demişdik?-  
Nə günahı bu ölkənin? 
 
Deyən yoxdur, ay namərdlər, 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
61 
Sizdə idi yaxşı evlər, 
Bağlar, karlı vəzifələr -  
Nə günahı bu ölkənin? 
 
Səslənəndə avtomatlar, 
Körpələrin bağrı çatlar, 
Ay oyunbaz diplomatlar -  
Nə günahı bu ölkənin? 
 
Çadırlarda doğuluruq, 
Çadırlarda boğuluruq. 
Yenə haqsız biz oluruq?  
Nə günahı bu ölkənin. 
 
Artıq coşub qəzəb-hiddət, 
BMT-də yox qətiyyət, 
Gəl bir də bax, bir də seyr et - 
Nə günahı bu ölkənin? 
 
“Sülh, sülh” deyib hayqırırıq, 
Barışığa çağırırıq, 
Nə söz, nə biz batır artıq -  
Nə günahı bu ölkənin? 
 
Zülm ərşə çatıb daha, 
Ümid qalıb bir Allaha, 
Bir birliyə, bir silaha -  
Nə günahı bu ölkənin? 
Yox günahı bu ölkənin.  
1992 
 
 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
62
YAXŞI BİLİR 
 
Kim çörəkli, fətirlidir -  
O hörmətli, xətirlidir, 
Hansı çiçək ətirlidir 
Çöllərimiz yaxşı bilir. 
 
Nə şah görən günlər gördük
Nə də qul olub süründük, 
Halallıqla ömür sürdük 
İllərimiz yaxşı bilir. 
 
Unutmayın ərənləri, 
El qədrini bilənləri, 
Başımıza gələnləri 
Dillərimiz yaxşı bilir. 
 
Sirdaş olsan mərdlər ilə, 
Qəlb tükənməz dərdlər ilə. 
Kimlər dayaq olub elə – 
Ellərimiz yaxşı bilir.                   
                                                  10.02.1991 
 
 
OLMADI, OLMADI 
 
Hay verməsə dost səsinə
Baş əymə yad kimsəsinə. 
Məndən başqa kimsə sənə 
Heyran olmadı, olmadı. 
 
Çoxmuş işimi əyənim, 
Yaxşıma da pis deyənim, 
Qəlb dedi, səni bəyənim 
İmkanım olmadı, olmadı. 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
63 
Gəl, ay işimi əyənim, 
Yaxşıma da pis deyənim, 
İstədim səni bəyənim -  
İmkan olmadı, olmadı. 
 
Ömür keçdi, yaş ötüşdü, 
Bu görüş də son görüşdü
Çox sirrimiz dilə düşdü -  
Pünhan olmadı, olmadı. 
 
Ürək idim sinəndə mən, 
Niyə susdun dinəndə mən, 
Köhlənimə minəndə mən -  
Meydan olmadı, olmadı 
 
Kimlər gəlib gör kim oldu, 
Haqq nahaqqa hakim oldu, 
Neçə nadan alim oldu, 
İnsan olmadı, olmadı. 
 
Noyabr 1987 
  
 
ÖYRƏDİN BİZƏ 
 
Düşüncə insan halına 
Çox şey yazılır alına. 
Ay ulular, haqq yoluna 
Gəlməyi öyrədin bizə. 
 
Mərdi görüm min yaşaya, 
Namərdi dərd-qəm daşıya, 
Çox sirləri biz naşıya 
Bilməyi öyrədin bizə. 
 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
64
Bu yurdun mərd övladları, 
Susdurub çox cəlladları, 
Yaddaşlardan çox adları 
Silməyi öyrədin bizə. 
 
Bəzən dost da olub yağı 
Talan edib bu torpağı, 
Məqamında ağlamağı, 
Gülməyi öyrədin bizə. 
 
Çox dindirdim sarı simi, 
Duydu ancaq dost qəlbimi
Öləndə də kişi kimi 
Ölməyi öyrədin bizə. 
1992 
 
 
ALLAH, DARDA QOYMA BİZİ 
 
Kim deyir ki, biz azsayıq, 
Yer üzünə haqdan payıq. 
Biz tanrının övladıyıq -  
Tanrısızlar duymaz bizi. 
 
Mayası nur xilqətdənik, 
Bir kökdən, bir külfətdənik, 
Nəcabətli millətdənik. 
Nəcabətsiz saymaz bizi. 
 
Qoy “ar olsun” qorxaqlara, 
Satdı yurdu alçaqlara, 
Ulu Tanrı ayaqlara 
Salmaz bizi, qıymaz bizi. 
 
Mərd qardaşlar, mərd bacılar, 
Dözün, bu dərdlər-acılar, 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
65 
Bu beşgünlük ehtiyaclar 
Sıxar ancaq, əyməz bizi. 
 
Düzlük, saflıq rəndəsiyik, 
Saf bütövün saf kəsiyik
Allahın düz bəndəsiyik -  
Allah, darda qoyma bizi! 
1992 
 
 
NƏ YAXŞI Kİ... 
 
Elə hallar olur hərdən 
Yaxamızdan əl çəkmir qəm. 
Belə vaxtda qəlbə həmdəm 
Sirdaş varmış nə yaxşı ki... 
 
Dostun mərdi çətin anda 
Qoymaz dostu tək meydanda, 
Danışmayıb dil susanda -  
Göz-qaş varmış nə yaxşı ki... 
 
Öyünməyin ,tox kişilər, 
Ay insafı yox kişilər, 
Ac qalardı çox kişilər... 
Daş-baş varmış nə yaxşı ki... 
 
Günlər gördük şirin, acı, 
Dəf etdik çox ehtiyacı, 
Qayğımıza qalan bacı, 
Qardaş varmış nə yaxşı ki... 
 
Halallığa əməl etsək, 
Hasil olar nə istəsək, 
Süfrəmizdə bol duz-çörək
XEYBƏR  İGİDƏLİYEV 
 
 
66
Bozbaş varmış nə yaxşı ki... 
 
Tək bir yuva qurmaq olmaz, 
Keşiyində durmaq olmaz, 
Ömrü başa vurmaq olmaz -  
Yoldaş varmış nə yaxşı ki... 
1992 
   
 
HƏLƏ TEZDİR 
 
Çıxmayıbdır ölkə yasdan, 
Gülmə, ay dost, hələ tezdir. 
Görüşlərə al libasda 
Gəlmə, ay dost, hələ tezdir. 
 
Hər nemətdən yemək olmur, 
Hər paltarı geymək olmur, 
Hər mətləbi demək olmur. 
Bilmə, ay dost, hələ tezdir. 
 
Çox qatdı fələk başımı, 
İtirdim çox sirdaşımı, 
Ağlasam da, göz yaşımı 
Silmə, ay dost, hələ tezdir. 
 
Uydum bir gülün iyinə, 
Sancdı məni iynə-iynə, 
Sevinərlər ölməyinə, 
Ölmə, ay dost, hələ tezdir.                  
 1992 
 
 
“OLUM-ÖLÜM” ARASINDA 
 


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə