Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə15/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   ...   11   12   13   14   15   16   17   18   ...   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
75 
Qoy utansın dövr, gərdiş, 
Vətəndə qismət imiş 
Cənnət sənə, ay ustad! 
 
Kitabların əllərdə, 
Yazdıqların dillərdə, 
Yaşa bizim ellərdə -  
Xoşbəxt sənə, ay ustad! 
 
Sən qəzəli Xan etdin, 
Məşhuri-cahan etdin, 
Can verərkən diriltdin - 
Hörmət sənə, ay ustad! 
 
Dedin ki, uludur söz, 
Eşq ilə doludur söz, 
Əbədi borcludur söz- 
Sənət sənə, ay ustad! 
 
Aqillər doyammadı, 
Nadanlar duyammadı, 
Şahlar belə qoyammadı 
Minnət sənə, ay ustad! 
 
Ötsə də çox qərinə, 
Xal düşməyir şeirinə, 
Söz tapmıram şəninə -  
Heyrət sənə, ay ustad! 
 
Oyanıb bir anlıq sən 
Bizlərə salam versən, 
Verrik nə qədər desən 
“Rüşvət” sənə, ay ustad! 
 
Şeirimdir tarım, neyim, 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
76
Muğamım, hikmət meyim, 
Dirisən, necə deyim 
Rəhmət sənə, ay ustad! 
1992 
 
 
DEDİM, DEDİN 
 
Dedim: - Gəl gir ürəyimə, 
Qal, nə qədər istəyirsən. 
Dedin: - Mən gül, sən də arı -  
Bal, nə qədər istəyirsən. 
 
Dedim: - Varım bir canımdır, 
Al, nə qədər istəyirsən. 
Dedin: - Bu ruh, göz-qaş məndə, 
Xal, nə qədər istəyirsən. 
 
Dedim: - Könül rübabımı 
Çal, nə qədər istəyirsən. 
Dedin: - Xeybər, qol boynuma 
Sal, nə qədər istəyirsən. 
1997 
 
 
SƏN EY RƏBBİM,  
DÖNMƏ BİZDƏN 
 
Günahkarıq qarşında biz -  
Sən ey Rəbbim, dönmə bizdən! 
Çoxdur səbrin, mərhəmətin - 
Sən ey Rəbbim, dönmə bizdən! 
 
Qorumadıq nəfsimizi, 
Olanlarçün əfv et bizi, 
Yalanlarçün əfv et bizi - 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
77 
Sən ey Rəbbim, dönmə bizdən! 
 
Üzün bizdən dönsə əgər 
Qapımızı möhnət döyər, 
Nahaq haqqı üstələyər - 
Sən ey Rəbbim, dönmə bizdən! 
 
Nəzərini çəkmə bir an, 
Bu min dərdli müsəlmandan 
Düşmən zalım, rüzgar yaman - 
Sən ey Rəbbim, dönmə bizdən! 
 
Çox göz vardır bu torpaqda, 
Bu millətdə, bu mərd xalqda, 
Bu məqamda, bu ayaqda   
Sən ey Rəbbim, dönmə bizdən! 
 
Yurdlarımız azad olsun, 
Hər bucağı abad olsun, 
Başdan-başa el şad olsun - 
Sən ey Rəbbim, dönmə bizdən! 
 
Məhəmməddən ta bəri sən, 
Dilimizin əzbərisən, 
Yerin, göyün rəhbərisən - 
Sən ey Rəbbim, dönmə bizdən! 
 
Hər əmrinə qail olduq, 
Sənsiz nəyə nail olduq? 
Bir sərsəri, sail olduq - 
Sən ey Rəbbim, dönmə bizdən! 
 
Saflaşarıq, düzələrik, 
Bir yaxşını yüz elərik, 
Yüz əyrini düz elərik - 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
78
Sən ey Rəbbim, dönmə bizdən! 
 
Suçlusuq da hümmətinik, 
Ən sevimli xilqətinik
Yer üzünə zinətinik - 
Sən ey Rəbbim, dönmə bizdən! 
1992 
 
YALQIZ 
(nəğmə) 
 
Görən gündən camalını 
Könlüm sənə vurulubdur. 
Eşqin ayna sular kimi 
Ürəyimdə durulubdur. 
 
Gəl dolanaq biz gülşəni, 
Seyrə çıxaq kəndimizdən. 
Qoşa gəzək, söhbət açaq, 
Eşqimizdən, əhdimizdən. 
 
Ala gözlər qarşımdadır, 
Sanki mənə baxıb keçir. 
Qəm karvanı bulud kimi 
Ürəyimdən axıb keçir. 
 
Nəqarət: 
Axşam olur, qaş qaralır, 
İşıqlıdır eyvanımız. 
Xumar gözlər yolda qalıb, 
Gəlməmişdir cananımız. 
 
 
MƏHƏBBƏT BAYRAMI 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
79 
 
Toylar adi toylar deyil -  
Məhəbbət bayramıdır. 
İki qəlbin xoşbəxtlik
Səadət bayramıdır -  
Məhəbbət bayramıdır. 
 
Xoş gəlibsiz hamınız, 
Süfrədə hər cür tamınız, 
Süzün, dolsun camınız -  
Bu işrət bayramıdır, 
Məhəbbət bayramıdır. 
 
Deyin, gülün, şadlanın, 
Bağrı yansın düşmanın, 
Anamız Azərbaycanın, 
Xoş adət bayramıdır - 
Məhəbbət bayramıdır. 
 
Həsəd çəksin qoy yağı, 
Gördükcə bu növrağı, 
Kim susdurar bu xalqı?  
Bu qüdrət bayramıdır, 
Məhəbbət bayramıdır. 
 
Saf eşqin, düz ilqarın, 
Gül açmış arzuların, 
Xeybər, mərd dostun, yarın 
Sədaqət bayramıdır, 
Məhəbbət bayramıdır. 
1997-ci il 
 
 
MƏNİ SEVƏN TAPILACAQ 
 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
80
Sən sevsən də, sevməsən də -  
Məni sevən tapılacaq. 
Səndən gözəl, etibarlı -  
Məni sevən tapılacaq. 
 
Sevgi həyat, sevgi işıq, 
Sevgisiz nə qazanmışıq, 
Sevilməkçin yaranmışıq -  
Məni sevən tapılacaq. 
 
Sevginin min haləti var, 
Vüsalı var, həsrəti var, 
Hər kəsin öz qisməti var -  
Məni sevən tapılacaq. 
 
 
Namərd girdi qılığına, 
Qoydun məni yana-yana, 
Vallah, sənin acığına 
Məni sevən tapılacaq. 
 
 
 
İNAM YERİMİZ 
 
Məscidlər inam yerimiz
Məscidlər millət evidir. 
Milyon-milyon müsəlmanın 
Haqqa ibadət evidir. 
 
Gəlir hər gün dərgahına 
Dua üçün neçə ana, 
Yaralı Azərbaycana -  
Sevgi, məhəbbət evidir. 
Məhəmmədin nuru burda, 
Əlinin qüruru burda. 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
81 
Dolanır ruhları burda -  
Daim ziyarət evidir. 
 
Düşmən bizə desə də can, 
Dost olmamış axıracan, 
Qoy bilsin ki, Azərbaycan  
Tanrının rəğbət evidir. 
 
Coşanda qəzəb selləri, 
Əsəndə qisas yelləri, 
Birliyə səslər elləri -  
Hünər, mətanət evidir. 
 
Bərəkətdir suyu, nanı, 
Çatar hamıya ehsanı, 
Ədəb, ehtiram məkanı, 
Öyüd, nəsihət evidir. 
 
Qoymaz kimsə haqqı dana, 
Mərdləri səslər meydana
Neçə qüsurlu vicdana, 
Yalana nifrət evidir. 
 
Kimsəyə əyilməz Xeybər, 
Əyil burda ömrün qədər, 
Öp daşından, ol bəxtəvər -  
Əbədi rəhmət evidir. 
1992 
 
 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
82
“KİRPİ” QAĞA 
 
Gördüyüm bir çox işlərə, 
Mat qalmışam, “Kirpi” qağa. 
Fil boydaydım, ərimişəm, 
Az qalmışam, “Kirpi” qağa. 
 
Utanıram vallah, inan, 
İnteleqent olmağıma. 
Çörək çıxmır savadımdan, 
Küt qalmışam, “Kirpi” qağa. 
 
Hamı dönüb olub sail, 
Heç kəs aza qane olmur. 
Deyir, yazıq fermer Nail: 
Lüt qalmışam, “Kirpi” qağa. 
 
İstəyirəm çıxam işdən, 
Çax-çux edəm hərdən-hərdən, 
Düzük – bir sən, bir də ki mən -  
Cüt qalmışam, “Kirpi” qağa. 
 
Oxuyuruq böyük uşaq, 
Heç yaddan çıxmır Qarabağ, 
O nə vaxt bizim olacağ? -  
Çat qalmışam, “Kirpi” qağa. 
 
Nəyim vardı paylamışam, 
Deməyin ki, yadlaşmışam, 
Şor yeməkdən səhər-axşam 
Şit qalmışam, “Kirpi” qağa. 
1992 
  
 


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə