Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə17/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   ...   13   14   15   16   17   18   19   20   ...   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
91 
Ay ellər, dara düşüb 
Qarabağ övladları. 
Tilsimə, tora düşüb 
Qarabağ övladları. 
 
Dünya, haqq yoxmuş səndə, 
Namərd nə çoxmuş səndə, 
Qaçqın düşüb Vətəndə 
Qarabağ övladları. 
 
Girib alova, oda, 
Verir canını fəda 
Vətən, torpaq uğrunda 
Qarabağ övladları. 
 
Qorxu nədi bilməzlər, 
Düşmənə əyilməzlər, 
Öldürməmiş ölməzlər 
Qarabağ övladları. 
 
Döyüşlərdə ərləşib, 
Qızları da şirləşib, 
Ağır gündə birləşib 
Qarabağ övladları. 
 
Bu yurdun gül parçası, 
Geyinib qəm libası, 
Yerdə qoymaz qisası 
Azəri övladları, 
Qarabağ övladları. 
 
 
 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
92
GƏNC ŞAİR DOSTUMA 
 
Varsa təbin, istedadın 
Yaz, əzizim, ar eləmə. 
Bunlar yoxsa, yazanların 
Cərgəsini dar eləmə. 
 
Beş-on şeir, üç-dörd kitab, 
Şair olmaq deyil, vallah, 
Oxuyana vermə əzab, 
Özünü də xar eləmə. 
 
Kağız tapmır dövlətimiz, 
Kağız korlayırsan hədsiz, 
Uşaqlar qalıb dəftərsiz -  
Bizi giriftar eyləmə. 
 
Çox demişəm aşkar, bu rum, 
Gəl incimə, qurban olum. 
Çıxmaz səndən Sabir, Vurğun, 
Rəsul, Bəxtiyar - eləmə. 
 
Papaq altda çoxdur, balam, 
Anadan şair doğulan. 
Şeirin daşın atıb çoxdan. 
Fikrimi inkar eləmə. 
 
Dolur hər gün şeir dükanı, 
Dolmur taxıl, ət planı, 
Şumlayan yox bağ-bostanı, 
Şeiri çox şüar eləmə. 
 
Bu yolun var yoxuşu, diki, 
Oğul gərək çəksin yükü, 
Biz yazmırıq ölmürük ki... 
Olma inadkar, eləmə. 
Dekabr 1988 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
93 
ALMASINLAR VƏZİFƏMİ 
(bacıoğlunun vəzifəsi böyümüş 
dayısından şikayəti) 
 
Kimə tapşırdın bizi 
Vəzifədən gedəndə? 
Sanki yetim qalmışıq 
El içində, vətəndə. 
Sən gedən tək dostların 
Yaman azaldı sayı. 
Gəl onları cəm eylə, 
Gəl, hardasan, ay dayı. 
Kaş heç böyüməyəydin. 
O balaca postunla. 
Gözümüzdə şah idin. 
Sağlığınla, tostunla 
Stol, süfrə dalında 
Elə bil Allah idin. 
Bağlı qalıb çoxunun 
Balıq payı, nar payı. 
Gəl onları özün böl, 
Gəl, hardasan, ay dayı? 
Harda aş olurdusa 
Çəkirdin başa bizi. 
Dadandırmışdın miftə 
Arağa, xaşa bizi. 
İndisə sənsiz görüb 
Basırlar daşa bizi. 
Etibarsız dostların 
Unutdu haqqı-sayı 
Gəl, bizi həmdəm eylə, 
Gəl, hardasan, ay dayı? 
Neçə-neçə bacıoğlun, 
Bacıqızın dardadır. 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
94
Gəl gör vəzifən kimdə
Möhür, maşın hardadır?  
Neçə aydır dolmur plan, 
Sıfırıncı yerdəyik 
Nə yarış, nə soruşan var. 
Töhmətlərin yox sayı. 
Qayıt gəl öz yerinə, 
Gəl, hardasan, ay dayı? 
                                           1967 
 
 
NÖKƏRİNƏ XAN DEMƏ 
 
Qoy eşitsin yağılar, 
Bizim eldə məsəl var: 
Qanı suyla yuyarlar, 
Zalım, qana-qan demə. 
 
Mən ki qan tökməmişəm, 
Yuvalar sökməmişəm, 
Sənə göz dikməmişəm -  
Nökərinə xan demə. 
 
Sənə şöhrət-şan demə, 
Düşmən, mənə yan demə
Fikrin sözündən bəlli, 
Qəlbin gözündən bəlli. 
İçin üzündən bəlli -  
Düşmən, mənə çox demə. 
 
Yalansan, haqsan - məlum, 
Kimlə ortaqsan - məlum, 
Kimə yaltaqsan - məlum, 
Nökərinə xan demə. 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
95 
QOŞMALAR 
 
 
 
MƏNİM PEŞƏM 
 
Peşələr içində əzəldən bəri 
Öz dəsti-xətti var mənim peşəmin. 
Həyatım, amalım, iftixarımdır -  
Şanı, şöhrəti var mənim peşəmin. 
 
“Peşən nədir?” Soruşanda bir nadan, 
Jurnalistəm, dedim ona ucadan, 
Yoğrulub hər sətri, sözü poladdan, 
Ulu niyyəti var mənim peşəmin. 
 
Həsənbəy məramlı, Cəlil qeyrətli, 
Nəriman vüqarlı, Sabir cürətli, 
Süfrəsi həmişə halal nemətli -  
Mehri, ülvəti var mənim peşəmin. 
 
Güvənib “El” adlı möhtəşəm dağa, 
Qoymaz düz əyilsin, düşsün ayağa, 
Əyri fil olsa da, onu yıxmağa 
Gücü, qüdrəti var mənim peşəmin. 
 
Elə bərkiyib ki, söz zindanında, 
Dönməz məramından – od var canında, 
Aqillər, sərraflar, mərdlər yanında 
Qədir-qiyməti var mənim peşəmin. 
1984 
 
 
ŞİRVAN NEFTÇİLƏRİNƏ 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
96
(Əlibayramlıda ilk quyunun  
yubileyi münasibəti ilə) 
 
Aşıqlar sazını kökləsin bu gün, 
Kürün qırağında qurulsun məclis. 
Birinci badəni qaldıraq, dostlar, 
Kür övladlarının sağlığına biz. 
 
Xoş xəbər qanadlı quşa bənzəyir, 
Gülür insanların baxışlarında, 
Eşidib bu böyük qələbənizi 
Akif də sevindi Neft daşlarında. 
 
Sizinlə fəxr edir Şirvan çölləri, 
Gəzir mənzil-mənzil söz-söhbətiniz, 
Düzdünüz tər-təzə çiçəklər kimi 
Şirvanın döşünə buruqları siz. 
 
Öpür o uğurlu qədəminizdən, 
Ceyranlı-cüyürlü çölüm, çəmənim, 
Böyükdür eşqiniz, əməlləriniz -  
Bu kiçik şeirimə sığammaz mənim. 
 
Düzülsün sıraya igid neftçilər, 
Qaraş da onların önündə getsin, 
Nəğmələr yazılsın şərəfinizə, 
Obalar eşitsin, ellər eşitsin. 
 
Uçun, a qartallar, oylağınız, qoy 
Neçə zirvə olsun, neçə dağ olsun. 
Arzumuz budur ki, ellər önündə 
Üzünüz həmişə belə ağ olsun. 
 
AY DOST 
 


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə