Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə18/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   ...   14   15   16   17   18   19   20   21   ...   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
97 
Yaxşı tanı bizim elləri, ay dost, 
Biz əzəldən qədir bilənlərdənik. 
Heç vaxt tək yemərik qazancımızı, 
Tikəmizi yarı bölənlərdənik. 
 
Yaxşı dostu candan əziz tutarıq, 
Harayına harda olsa çatarıq, 
Qəmli günlərində qəmə batarıq, 
Xoşbəxt günlərində gülənlərdənik. 
 
Türk övladlarıyıq, türkdür əslimiz, 
Çox qovğadan qalib çıxıb nəslimiz, 
Hər gün milyon-milyon çoxalırıq biz, 
Dünyaya əbədi gələnlərdənik. 
 
Birimiz can qoyar yüzümüz üçün, 
Yüzümüz bir kəlmə sözümüz üçün, 
Biz can bəsləmərik özümüz üçün -  
El üçün, xalq üçün ölənlərdənik. 
 
 
 
DAĞLARIN 
 
Kəklik oylağıdır, qartal yuvası, 
Qılınc qaşı, haça beli dağların. 
Haray salar dərələrə, düzlərə 
Ərköyün suları, seli dağların. 
 
Görmüşəm qışını, baharını mən, 
Qızıl laləsini, ağ qarını mən, 
Sevmişəm şahanə vüqarını mən, 
Mərd olur obası, eli dağların. 
Qəddi əyilməyib hələ yaşından, 
Mərd çıxıb zamanın hər savaşından, 
Dünya alt-üst olar, əgər başından 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
98
Əksik olsa bircə teli dağların. 
 
 
 
SÖZÜ QİYMƏTLİ ŞAİRƏ 
(1969-cu ildə B.Vahabzadənin  
Əlibayramlıya gəlişi münasibətilə yazılmışdır) 
 
Ucaldıb şöhrətə, şana yetirib 
Əzəldən qiymətli söz sənətkarı. 
Bizim Kür üstünə səfa gətirib 
Elimin, yurdumun öz sənətkarı. 
 
Yolu düşməsə də bu tərəflərə
Həmişə söhbəti, sözü gəlibdir, 
Xəyalı dolanıb gəzən yerlərə 
Bu gün zəhmət çəkib özü gəlibdir. 
 
Bu gün söz sənindir, şair, danış, din, 
Ürəklərcə oldu sən hər nə dedin, 
Təravət gətirdin, saflıq gətirdin 
Vurğunla yüksələn sözə, şairim. 
 
“Vicdanın səsi” hər qəlbi dolaşdı, 
Hər sirli, düyünlü “Etiraf” açdı, 
“Şəbi-hicran” yana-yana danışdı 
Füzuli eşqindən bizə, şairim. 
 
Şeirlə yoğrulub bu torpağımız, 
Şeirlə alışır od-ocağımız, 
Hələ çoxdur səndən umacağımız 
Ey sözü, kəlməsi təzə şairim. 
Ömrümün bəhərli, barlı çağıdır 
Sinəndə qaynayan söz bulağıdır, 
Mənim arzum Sənə “cansağlığı”dır -  


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
99 
Yaş demə əlliyə, yüzə, şairim. 
 
Bizə babalardan qalıb  yadigar, 
Şeir də, sənət də söz də uludur. 
Qoy o kəslər çıxsın bu gün meydana 
Sinəsi şeirlə, sözlə doludur. 
 
Şeir kitabını yaraşıq üçün 
Alıb səf-səf rəfə düzənlər də var. 
Şeirə başqa vaxtda dodaq büzənlər, 
Şair məclisində  başda oturar. 
 
Adam tanıyıram təvəllüd  güdüb, 
Kitab gətiriblər qaralıb günü. 
Nədənsə bir gözdə tutmuruq bəzən 
Qalstuk satanla kitab satanı. 
 
Çox vaxt unudulub təxirə düşür 
Kitab aylıqları, şeir həftəsi.  
Gərək qoymasınlar vəzifəyə də  
Şair təbiəti olmayan kəsi. 
 
 
 
OLSUN 
(Xalq artisti Zeynəb Xanlarovanın  
Əlibayramlı (indi Şirvan) şəhərinə  
gəlişi zamanı deyilmişdir) 
 
Oxu, ay el qızı, səsinə qurban, 
Sevdalı könlümdən qəm uzaq olsun. 
Doğma dilimizdə istərəm sənin 
Nəsibin həmişə oxumaq olsun. 
 
Xoş keçsə də bu gün hər saatımız, 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
100
Əbədi deyildir bu həyatımız, 
Oxu, könül açsın muğamatımız -  
Beş günlük ömürdür, keyf-damağ olsun. 
 
“Şur”a başlayanda coşma, tələsmə, 
Amandır “Segah”ı yarıda kəsmə, 
Hər nadan sözündən incimə, küsmə -  
Qəlbində sönməyən bir marağ olsun. 
 
Sən zilə çəkəndə “Bəstənigar”ı, 
Mən də xatırlayım o nazlı yarı, 
Neylərsən şöhrəti, mənsəbi, varı -  
Təki el içində üzün ağ olsun. 
 
Kamala dolduqca bu dövranda sən
Yaşa arzu kimi min bir canda sən, 
Bu şeiri “Rast” üstdə oxuyanda sən, 
Söylə, Zeynəb xanım, Xeybər sağ olsun. 
 
1972 
 
 
VAR MƏNİM 
 
Ölüm yaşı deyil əlli, altımış, 
Talehimdən möhlət borcum var mənim. 
Altımışın zirvəsinə qalxıram, 
Yetmişə, ya qismət. borcum var mənim. 
 
Bu sirr deyil, nə gizlədim, nə danım, 
Bəzən mənə tor qurubdur dörd yanım, 
Yaxşı adamlara qurbandır canım, 
Yamanlara nifrət borcum var mənim. 
 
Dünyanın işləri oyundur-oyun, 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
101 
Qurdlar çoxaldıqca tükənir qoyun
Yaşadım, kimsəyə əymədim boyun, 
Nə bir kəsdən minnət borcun var mənim. 
 
Tanrı verdiyini bir gün alacaq, 
Töhfəmiz beş arşın kəfən olacaq. 
Kimdənsə yaxşılıq, hörmət qalacaq, 
Kiməsə bir rəhmət borcum var mənim. 
 
Xeybərəm, çox uydum şeirə, qəzələ, 
Yazdım, pozdum, ömrüm keçdi söz ilə, 
Zülfünə dən düşmüş bir şux gözələ 
Gecikmiş məhəbbət borcum var mənim. 
1990 
 
 
 
PAPAQ ALTDA ŞAİR VARMIŞ 
(Həmyerlim, dostum, istedadlı şair  
Miryusif Mirnəsiroğluna) 
 
Onun hər kitabı dövlətmiş, varmış, 
Oxudum, ilhamım sellərə döndü. 
Demə, papaq altda şair yatırmış, 
Oyandı, Mirnəsiroğlu göründü. 
 
Özüylə yüksəltdi sözün yerini 
Sabir zirvəsinin bulağı kimi, 
Basdıq bağrımıza hər əsərini 
Füzuli şeirinin budağı kimi. 
 
Əsrin qəm-kədərin yeyən şairim 
Bizə bir sevincli dünya tanıdır. 
“Allaha yaxınam” deyən şairim 
Müqəddəs bir pirin yanan şamıdır. 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
102
 
Ümidi, Allahı - fikirdir, sözdür, 
Bilir ədalətin kəsərini o. 
Alovlar içində qızaran közdür -  
Yazacaq ən böyük əsərini o. 
 
Siz ey xeyirxahlar, siz ey bədxahlar
Ona yer ayırın rəflərinizdə. 
Ehtiramlı olsun, ilham boğular 
Acı sözünüzdən, səhvlərinizdən. 
 
Biz onun başına çələng qoymamış 
Hərami dağımız öpdü üzündən.  
Bir zaman Vurğun da gəzib doymamış 
Bu yerin lacivərd gözəlliyindən. 
 
Gözün aydın olsun, ay doğma Vətən, 
Gör sənin hayına necə ər gəlib. 
Bircə qarışınçın canından keçən 
Miryusifin kimi bir əsgər gəlib. 
25.08.1998 
 
 
BİR GÜNÜN ŞÖHRƏTİ 
 
Qoy basım sinəmə sədəfli sazı, 
Yenə qastan deyim dəmir yolundan. 
Nə kitaba sığmaz, nə də tərifə, 
Yüz il də danışsam, yazsam mən ondan... 
 
Sinəmdə o qədər dürlü sözüm var, 
Maşinist qardaşım, sən də qulaq as, 
Üst-üstə yığılsa apardığın yük, 
Kimsə sənin kimi göyə ucalmaz. 


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə