Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə19/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   ...   15   16   17   18   19   20   21   22   ...   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
103 
 
Yaraşıqlı olub vağzallarımız, 
Hər gülün, çiçəyin min sığalı var, 
Gör necə bəzənib Gəncə qatarı, 
Onda gəlin aparmağın halı var. 
 
...Göz-könül doymayır gözəlliklərdən, 
Bunları yaradan insan əlidir. 
Özü “Əhsən” deyib yaratdığına 
Daim yaşamalı, öyünməlidir. 
1997 
 
 
OLMUŞUQ 
(bir ziyafətdə deyilmişdir) 
 
Ulu Tanrı, günahkarıq qarşında, 
Biz sənə vəfasız bəndə olmuşuq. 
Dərgahından üz döndərib çoxları, 
Onların içində biz də olmuşuq. 
 
Qüdrətinlə yeri, göyü yaratdın, 
Düz yaratdın sən hər nəyi yaratdın, 
Bizlər üçün niyə meyi yaratdın? -  
Onunçün zəlili-zəndə olmuşuq. 
 
Yüzqramlar dəryasında boğulduq, 
Gah eybəcər, gah da şikəst doğulduq, 
Müqəddəsdik, görün nədən yoğrulduq, 
Mayası tutmayan kündə olmuşuq. 
Bu “Abu həyat” gör necə bulandı, 
Qəsdimizə hazır durmuş ilandı, 
Kim desə ki, “müsalmanam”,  
yalandı, 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
104
Hər küfr işin biz önündə olmuşuq. 
 
Bu günahı Araz yumaz, Kür yumaz, 
Bu günahdan danışmaqla qurtarmaz, 
Ulu tanrı, rəhmi-səbr qıl bir az, 
Biz sənə vəfasız bəndə olmuşuq. 
oktyabr 1988 
 
 
BƏNÖVŞƏ 
 
Bir gözəl bəyəndim qızlar içində, 
Hər görəndə könlüm sızlar içindən. 
Bir bahar çağında gülzar içindən 
Mən səni bəyənib üzdüm, bənövşə. 
 
Müjdə çiçəyisən baharın, yazın, 
Məsum görkəmin var, yox işvən, nazın. 
Mən səni ilk dəfə bir vəfasızın 
İpək tellərinə düzdüm, bənövşə. 
 
O gözəl sinəmə çəksə də min dağ, 
Sənin tək boynumu bükmədim ancaq. 
Dedim, bir gen özü peşman olacaq -  
Hər dərdə mərdanə dözdüm, bənövşə. 
 
“İşıq” qəzeti, 
16 oktyabr 1965-ci il 
 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
105 
İNDİ 
 
Ey məni bir zaman bəyənməyən qız, 
Kimləri yandırıb yaxırsan indi. 
Kimlərdir sevimli aşinaların, 
Kimlərlə görüşə çıxırsan indi. 
 
Demədimmi, bir gün bu adət səni 
Gözdən salacaqdır nəhayət səni, 
Gör nə günə qoydu məhəbbət səni. 
Hər uzanan əli sıxırsan indi. 
 
Təravətdən düşüb camalın, solub, 
Sığalsız tellərin pərişan olub, 
Hər məni görəndə peşiman olub 
Ah çəkib arxamca baxırsan indi. 
 
Xeybərin sözünü eşitmədin sən, 
Artıq kim yeyibdir öz qismətindən. 
Sənin bu gününü istəyirdim mən -  
Mən deyən gündəsən axır sən indi. 
1959 
 
 
ETMƏDİNMİ? 
 
Düşməmişdim belə dərdə yaşımdan, 
Nə edim, çıxmayır sevdan başımdan, 
Bu gün bir oğlanla keçdin qarşımdan. 
Heç məndən utanıb ar etmədinmi? 
 
Mən sənə “Sevgili canan” demişdim, 
“Gözlərinə canım qurban” demişdim, 
Danışıb hər sirri pünhan demişdim. 
Sən yayıb aləmə car etmədinmi? 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
106
Yüz il də yaşasam həmdəmsiz, yarsız, 
Mən səni sevmərəm bir daha ay qız, 
Bu geniş dünyanı, ay etibarsız, 
Xeybərin başına dar etmədinmi? 
1960 
 
 
GEDƏNDƏ 
(xalq şairi Səməd Vurğuna) 
 
Əliboş dönərmi mahir bir ovçu 
Şikar bərəsinə oğrun gedəndə. 
Hansı səyyah yetib mənzilbaşına 
Yolları pərişan, yorğun gedəndə? 
 
Mən ovçu görmədim o insan kimi, 
Yenə ovlayacaq görəsən kimi? 
Donursan yerində bir heykəl kimi 
Arxanca ürəyin, duyğun gedəndə

 
Ey ana yurdumun söz ustadları, 
Gəlin axın-axın ellərə sarı. 
Ceyranlı çölləri, güllü bağları, 
Sizə tapşırıbdır Vurğun gedəndə. 
 
 
 
MƏN DƏ 
 
Ey könül həmdəmim, könül sirdaşım, 
Bir söz dedin, yandı bağrımın başı. 
Məni cavan görüb söyləmə “naşı” -  
Sən keçən yolları keçmişəm mən də. 
 
Hər yanda gördüyüm bu toy, bu büsat 
İlhama çağırır məni hər saat, 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
107 
Üzümə dost kimi güldükcə həyat, 
Ömürdən nəşələr içmişəm mən də. 
 
Döndükcə ümmana eşqim, həvəsim, 
İstərəm yazmağa coşum, tələsim, 
Dostlar məclisindən gəlməsə səsim 
Bilin, bu dünyadan köçmüşəm mən də.    
30.01.1962 
 
 
DOST HƏSRƏTİ
 
 
Ayağına getsəm, görəsən yenə 
O mənim qarşıma çıxacaqmıdır? 
Olub-keçənləri unudub tamam 
Əlimi dost kimi sıxacaqmıdır? 
 
Bəlkə günahımı bağışlamadı, 
Beləmi bitəcək dostluğun sonu. 
Nə qədər ağırdır yazdığım bu qəm, 
Yoxsamı əbədi itirdim onu? 
 
Onsuz keçən ömrə ömür demərəm, 
Bir an aram olmaz sinəmdə ürək. 
Ay dostlar, heç kimə qismət olmasın 
Həyatda ən əziz dostu itirmək.    
02.11.1958 
 
 
YAZMAQ EŞQİ 
 
Könül söz axtarır, könül söz gəzir, 
Yenə məndən üzü dönmüş ilhamın. 
Hüsnünə bir kəlmə yaza bilmədim 
Açılan səhərin, gələn axşamın. 
Görən yelkənini harda qurubdur, 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
108
Xəyalım həyana baş alıb mənim, 
Vərəqlər tər-təmiz durur önümdə, 
Sinəm yazmamışdan boşalıb mənim. 
 
Belə ötməyəcək günlər ömrümdən
Sular tək bihudə axmayacağam, 
Gələcək günlərin qarşısına mən 
Şeirsiz, nəğməsiz çıxmayacağam. 
 
Coşub çağlayacaq sinəmdə ilham, 
Qələm də yazacaq könül deyəni, 
Qolumda qüvvətin, qəlbimdə eşqin 
Tərənnüm edəcəm, ey Vətən səni. 
03.03.1960 
 
 
GÖRƏNDƏN BƏRİ 
 
Ay ellər, tükənib səbri-taqətim 
O gülə könlümü verəndən bəri. 
Heç bilmirəm nədir dinclik, rahatlıq 
Hər gecə yuxuma girəndən bəri. 
 
Vəslinə yetməyə çalışan mənəm, 
Sevən ürəkdirsə, alışan mənəm, 
Könlümü yandırır bu həsrət, bu qəm 
Ayrılıq hökmünü sürəndən bəri. 
 
Deyirlər, gözdədir sevgi, məhəbbət
Könüldən keçəni göz duyur fəqət, 
Dəli-divanədir onunçün əlbət 
Xeybər gözlərini görəndən bəri. 
1958 
ÜRƏK SÖZLƏRİM 


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə