Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə2/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   2   3   4   5   6   7   8   9   ...   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 

1955-ci ildən poeziya aləminə qədəm qoyan X.İgidəliyev 
Salyan, Əlibayramlı və Hacıqabulda olan poeziya maraqlılarını 
bir araya gətirmiş, “İşıq” qəzeti redaksiyası  nəzdində  “Ədəbi 
birlik” təşkil etmişdir. Birlik üzvlərinin  əsərlərinin çap 
olunmasına, poeziya məclislərinin vaxtaşırı keçirilməsinə öz 
köməyini  əsirgəməmişdir. Qısa bir zaman kəsiyində birlik 
üzvlərinin sayı əlli nəfərə çatmışdır. İlk addımı bu birlikdə atan 
şairlərin bir çoxunun sonralar şeir kitabları  nəşr edilmiş  və 
onlar respublikamızda tanınan  şairlərdən olmuşlar:  Mehman 
Əliyev, Arif Quliyev, Böyükağa Sadıqov, Novruz Dumanlı, 
Allahverdi Eminov, Cavad Məmmədov, Mirzəbaba Xələfov, 
Əbülfəz Quliyev, Əfsəl Babayev, Cənnət Muğanlı, MirYusif 
MirNəsir oğlu və başqaları  ədəbi birliyin vaxtaşırı keçirilən 
məclislərində  iştirak etmiş,  şeirləri müzakirə olunmuş, 
bəyənilən əsərlər qəzetdə çap olunub oxuculara çatdırılmışdır. 
 
  
*** 
Altmış beş illik mənalı ömrünün yarıdan çoxunu xalqına, 
vətəninə  həsr edən  şair-jurnalist Xeybər  İgidəliyevin zəhməti, 
əməyi dövlətimiz tərəfindən qiymətləndirilmiş, müxtəlif 
mükafat və təltiflərə layiq görülmüşdür. 
Elin-obanın məclislərinin bəzəyi olan gözəl  şair, dəyərli 
jurnalist, əvəzsiz ziyalı Xeybər İgidəliyev uzun sürən xəstəlik-
dən sonra 2002-ci il iyun ayının 2-də dünyasını  dəyişmiş, 
Hacıqabul  rayon qəbristanında dəfn edilmişdir. Həyat yoldaşı 
Şükufə  Ağaqulu qızı isə 2013-cü il noyabr ayının 16-da vəfat 
etmişdir. 
Xeybər İgidəliyevlə Şükufə Ağaquluqızının izdivacından 
iki oğlu, iki qızı olmuşdur.  Şairin on bir nəvəsi, iki nəticəsi 
vardır. 
*** 
Qeyd etdiyimiz kimi, Xeybər müəllim xalqını, vətənini 
canından artıq sevən xeyirxah, qayğıkeş bir insan olmuşdur. Bu 
səbəbdən elə indinin özündə  də  təkcə doğmaları deyil, Xeybər 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
6
müəllimi tanıyan insanlar onun adını hörmət və ehtiramla 
xatırlayırlar...  
Elinin ona olan məhəbbətinin  əbədi olacağını irəlicədən 
duyan şair yazırdı:  
 
Xeybər, bu sevdadan əl çək, nahaqdır, 
Gözdən uzaq olan qəlbdən uzaqdır. 
Dostların qəlbində yaşadacaqdır 
Yazdığım qoşmalar, qəzəllər məni. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 

XİLƏDİR ELİM MƏNİM 
(ön söz əvəzi) 
 
ənbələrdə qeyd edildiyi kimi, VII-VIII əsrlərdə Azər-
baycana Suriyadan-Şamdan, Kufədən, Xilə  və b. 
ərazilərdən bir sıra tayfalar gəlmiş  və  məskunlaşmış-
lar. Şirvanda bu tayfaların  məskunlaşdığı ərazilərdən  
biri də Xilmillidir. Bu barədə  mənbələrin birində oxuyuruq: 
“Bu kənd keçmişdə çayla bağlı olaraq Qozluçay adlanmışdır. 
Xilmilli çox güman ki, xilə və milli etnonimlərindən əmələ gəl-
mişdir. Xilə tayfasının keçmişdə bu ərazidə yaşadığını Xilə 
yurdu, Xilə dağı, Xilə bulağı, Xilə qəbristanı, Xilə Abdülkərim 
türbəsi adlı mikrotoponimlər də aydın göstərir” (3-85). Bu 
əhalinin Küdrü düzü və Hacıqabul yaxınlığında da qışlaqları 
olmuşdur. Vaxtilə XIX əsrdə malakan-rus tayfaları Xilə ərazi-
sində  məskunlaşmış, yerli əhali də yavaş-yavaş Hacıqabul 
ərazisinə köçmüşdür...  
Başqa bir mənbədə oxuyuruq: “Xilə” erkən orta əsrlərdə 
ərəblərin  İraqın Xilə mahalından köçürdüyü ailələrin adıdır 
“milli” isə Azərbaycan  ərazisindəki Mil düzünün adından və 
mənsubiyyət bildirən  -li  şəkilçisindən ibarətdir. Kəndin adı 
“Mildə yaşayan xiləlilər” mənasındadır” (4-502). Təxminən, 
VIII əsrdən sonra həmin ərazidə məskunlaşmış İraq tayfalarının 
qədim ərazisi XIX əsrdən rus-malakanların yaşayış yerinə çev-
rilmişdir... 
Xilə və xiləlilər haqqında deyilən və yazılanları qeyd et-
məklə qurtarmaz. Başqa bir mənbədə oxuyuruq. “Şamaxı rayo-
nunun Xilə  kəndinin bir adı da Dağ Xilə adlanır. Yerli hakim 
qüvvələrə, zülmkar bəylərə  və  ədalətsiz çar hakimlərinə qarşı 
çıxdıqları, onların  əmrlərinə itaət etmədikləri üçün həmişə  tə-
qiblərə  məruz qalmış, bu cənnət məkanı  tədricən tərk etməyə 
məcbur olmuşlar. 
M
XEYBƏR  İGİDƏLİYEV 
 
 
8
Dağların diş göynədən büllur bulaq sularına, təmiz ab-
havasına, geniş otlaqlarına əlvida demiş xiləlilər respublikamı-
zın aran bölgələrini – xüsusilə Bakının Əmirhacıyan kəndini və 
Hacıqabulu özləri üçün məskən seçmiş, buranın  əhalisi ilə 
qaynayıb-qarışmış  və “yerli camaat” olmuşlar.  Əsrlər boyu 
kişiləri qoyunçuluqla, qadınları isə xalçaçılıqla məşğul olmuş-
lar. Xiləlilərin uşaq-böyük münasibətində, ağsaqqalın yerini 
bilməkdə, ağsaqqallara, böyüklərə hörmətdə, qadın-qız ləyaqə-
tinin qorunmasında, el-obanın qeyrətinin çəkilməsində çox sərt, 
pozulmaz qanunlar vardır”. 
“Hacıqabul  şəhərinin qərb tərəfində,  əsasən xiləlilər ya-
şayır. Heyvandarlıqla məşğul olan Xilə camaatı yaylaq və qış-
laq mövsümləri ilə əlaqədar köçəri həyat tərzi keçirmişlər. Hər 
elin-obanın özünəməxsus adət və ənənəsi olduğu kimi, xiləlilə-
rin də uzun illərdən bəri büllur bulaq suyu kimi süzülüb gəlmiş 
və  əsil-kökünün haradan olmasından asılı olmayaraq bütün 
Hacıqabul sakinlərinin bir nəfər kimi qəbul etdiyi çox ləyaqətli, 
yaddaqalımlı adətlərindən biri də  hər il may ayının 15-20-si 
civarında cümə axşamı günü səhər tezdən el qəbristanına get-
mək, “bizdən  əvvəl keçənlərə” ehtiram əlaməti olaraq onları 
“yad” etmək, onlar üçün ehsan vermək, dua oxutmaqdır”. 
Qədim tarixə malik olan xiləlilər həm də övliyalara qail insan-
lar olmuşlar. Xiləlilərin Şirvanda olan ərazilərində bu elin neçə-
neçə müqəddəs kəsləri,  şəxsləri uyuyur. Həmin yerlər bu gün 
də elin-obanın inanc yeridir.  
Belə insanlardan biri Hacı  Şeyx  Şəkər olmuşdur. Bu 
müqəddəs nəsil haqqında mənbələrin birində belə yazılmışdır: 
“Hacı  Şeyx  Şəkərin nəslinin bir hissəsinin hazırda  İranda, 
İraqda və  Əfqanıstanda yaşamasına baxmayaraq, əsas hissəsi 
burada – Şirvan bölgəsində məskunlaşmışdır. Tarixi hadisələr, 
uzun-uzadı qanlı müharibələr nəticəsində bu yerləri özünə 
daimi məskən seçmiş  Şeyx  Şəkər nəslinin müqəddəs pir və 
ocaqları bu gün də xalq tərəfindən ehtiramla qorunub saxla-
nılır... 


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə