Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə20/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   ...   16   17   18   19   20   21   22   23   ...   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
109 
 
Yenə seyr edirəm sonsuz göyləri, 
Ulduzlar içində məskən salmışam. 
Göydən axtarıram sənət gövhəri, 
Sənət dünyasından mən zövq almışam. 
 
Odur, dan ulduzu parıldayır, bax, 
Yer də bürünmüşdür al şəfəqlərə, 
Elə bil göylərdə yanır bir çıraq, 
Həsrətlə baxıram mən üfüqlərə. 
 
Deyirəm, olsaydım ləkəsiz bir ay, 
Gəzərdim, dünyanı hey dolanardım, 
Kaş ki, mən olaydım köpüklü bir çay, 
Nə iti axardım, nə bulanardım. 
 
Deyirəm, olaydım parlaq bir ulduz, 
Dünyanı qərq edən nurum olaydı! 
Ah, kaş mən olaydım çiçəkli bir yaz, 
Qızıl gül olaydım, ətrim olaydı. 
 
Nə deyim, nə deyim gülmədi baxtım, 
Xəyal eşitmədi ürək deyəni. 
Ancaq çiçək kimi solmadı bəxtim, 
Şairlik özünə cəlb etdi məni. 
 
Götürüb qələmi başladım mən də, 
İncilər düzməyə, şeir yazmağa. 
Azad duyğularım coşdu sinəmdə, 
Baharın eşqinə dair yazmağa. 
28.06.1954 
 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
110
İNDİ 
 
Bir zaman yar mənlə mehriban idi
Gedib həmdəm olmuş əğyara indi. 
Əvvəllər çəkməyə bir idi dərdim, 
Sinəmdə qövr etmiş min yara indi. 
 
Unutdu ilqarı, əhdi, vəfanı, 
Sürmədim onunla mən bir səfanı, 
Çəkdim bollu-bollu dərdi, cəfanı, 
Sonra dedi, “çəkil kənara indi”. 
 
Yandım eşq odunda pərvanələr tək, 
Könlüm bərbad oldu viranələr tək, 
Məcnunam, gəzirəm divanələr tək, 
Olarmı dərdimə bir çara indi?! 
 
Özüm də bilmədim yar küsdü məndən, 
Biganələr kimi baxıram gendən, 
Səba, söylə yara gəzir bu gündən 
Xeybər biyabani-avara indi. 
12.07.1956 
 
 
GÖL KƏNARINDA 
 
Demişdin, yar, gözlə məni, gələcəm, 
Gəlmədin, gözlədim göl kənarında. 
Çinar kölgəsində açdım səhəri, 
Yarpaq tərpənmirdi, yel kənarında. 
 
Sevdiyim, gəl qoyma qəlbimi darda, 
Mən səni sevmişəm bir ilk baharda. 
Səni çox gözlədim, bilirsən harda?! 
Yeni klubmuzun sol kənarında. 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
111 
Quşlar yuvasına döndü, gəlmədin, 
Kəndin işıqları söndü - gəlmədin. 
Həmişə gələrdin, indi gəlmədin, 
Gözlərim hey qaldı yol kənarında. 
 
Ulduzlar göylərdən axışıb keçir, 
Durna qatarları oxuşub keçir, 
Dəqiqə elə bil quş, uçub keçir
Vüsal səcdə qılır xal kənarında. 
 
Yorğun gözlərimə göründü bu dəm, 
Axır gəlib çıxdı sevimli həmdəm. 
Bax, belə qovuşmuş Əsliylə Kərəm, 
Aylar dolandıqca il kənarında 
1954 
 
 
GÖRÜŞ 
 
Ey şair xəyalım, qanadlan yenə 
Şən dadlı nəğmələr yaratmaq üçün. 
Həqiqət, səadət yar olmuş sizə 
Daim pərvazlanıb boy atmaq üçün! 
 
Artıq mən arzuma çatdım, a dostlar, 
O əziz şairi gördüm bu axşam, 
Onun söylədiyi parlaq sözlərdən, 
Qəlbimdə bir çələng hördüm bu axşam. 
 
Qızıl qələmimdən çıxan sözlərim 
Azad gəncliyimin şirin barıdır, 
Şair Süleymanla bir gün görüşmək 
Gənclik həyatımın intizarıydı. 
 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
112
Çox ola oyünüm ki, mən də şairəm, 
Bu sözü özümə yaraşmır demək, 
Şair Süleyman olan bir yerdə, 
Yaraşmayır mənə şeir söyləmək. 
29.07.1954 
 
 
SÜLH UĞRUNDA 
 
Bu şən həyatımız daha pozulmaz, 
Yadların əlində çırpılmaz vətən. 
Tarix yazıları qanla yazılmaz, 
Körpələr çığırmaz odlar içindən. 
 
Sülhün keşiyində durmuşuq ayıq, 
Dollar dünyasına ölüm yazırıq. 
Həqiqət deyənlər birləşir artıq, 
Qaranlıq günlərə məzar yazırıq. 
 
Sülhün bayrağını endirə bilməz 
Neçə milyon azğın, neçə min dollar.
 
Sülhün alovunu söndürə bilməz
Çünki onda səadət var, bahar var. 
 
Bütün yer üzündə sülh alovlanır, 
Düşmənlər alışır onun odunda. 
Sülhün səsi ürəklərdə səslənir, 
Səadət, bahar var onun adında. 
25.08.1953 
 
 
YATMA, QARDAŞIM 
 
Keçir neçə illər, neçə zamanlar, 
Doğrayır qəlbini ahlar, fəğanlar. 
Sinəndə yurd salmış azğın düşmənlər -  
Neçin yatmısan, dur, yatma, qardaşım! 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
113 
Bu qədər əzildin yadlar əlində, 
Sən çox qan ağladın qurdlar əlində, 
Sənə “yad” deyirlər doğma elində -  
Zülmün zəncirin qır, yatma, qardaşım! 
 
Min işgəncə verir düşmənlər sənə, 
Sənsə ayılmırsan, yatmısan yenə. 
Qalx bu zülmətlərə sən gər bir sinə -  
Düşmənə zərbə vur, yatma, qardaşım! 
 
Bu qədər zülmətdə qalarmı insan?! 
Cəlladlara heç qul olarmı insan? 
Sənə yoldaş olub ölüm, qan, hicran -  
Zülmətin bağrın yar, yatma, qardaşım! 
 
Neçin qan ağlayır torpağın, daşın, 
Çalış əyilməsin vüqarlı başın, 
Axmasın Araza qanlı göz yaşın -  
Bir gözəl dövran qur, yatma, qardaşım! 
 
Oyan, səninkidir şanlı gələcək, 
Bütün arzuların o vaxt güləcək, 
Açacaq bağların yenə gül-çiçək, 
Verəcək şirin bar, yatma, qardaşım! 
 
Oyan, döyüşlərdə axıt tərini, 
Qazan səadətin xan səhərini. 
Dünya alqışlayır hər zəfərini -  
Ellər salamlayır, yatma, qardaşım! 
05.06.1954 
 
 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
114
QARDAŞ 
 
Səni hicran qəmi boğan zamanda 
Mənim şair könlüm coşarmı, qardaş?! 
Ölüm dəryasında sən boğulanda 
Çörək boğazımdan aşarmı, qardaş?! 
 
Mənim vətənimdir sənin vətənin
Mənim sinəmdədir dağı sinənin, 
Mənim bədənimdir qançır bədənin -  
Baş bədəndən ayrı yaşarmı, qardaş?! 
 
Neçin qan ağlayır, sızlayır elin? 
Qolun zəncirlidir, bağlıdır dilin, 
Körpə balaların - qızın, oğulun -  
Göz yaşı içində. Yaşarmı, qardaş?! 
 
Canın əllərdədir, qalmısan cansız, 
Sən hələ köləsən, düşmən amansız. 
Qolundakı zəncir qansız, qurbansız 
Qırılıb torpağa düşərmi, qardaş?! 
 
Baxıram Cənuba gözlərimdə yaş, 
Doğrayır qəlbimi acı bir təlaş. 
Şanlı May gününün al şəfəqləri 
Sənin də üzünə doğaydı, qardaş! 
 
 
 
İnsanlar qüssəsiz yaşar bu yerdə, 
Könüllər yad olmuş kədərə, dərdə. 
Mən necə sevinim, mən necə gülüm 
Sənin gözlərinə çəkilmiş dərdə. 
 
Necə gülsün ürəyimdə arzular, 
Qəlbim gecə-gündüz səni arzular. 


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə