Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə21/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   ...   17   18   19   20   21   22   23   24   ...   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
115 
Dərdinə şərikdir qocaman Araz, 
O sakit ləpələr, lal axan sular. 
 
Ölüm kaman kimi belini əymiş, 
Şahlar torpağını virana qoymuş, 
Amerika lordları, ingilis şeiri, 
Sənin qucağında yamanca uymuş. 
 
İnləyir əllərdə dövlətin sənin! 
Artır gündən-günə möhnətin sənin! 
Talayır varını acgöz düşmənlər, 
Daşınır “Ağ evə” sərvətin sənin! 
 
Bu rəzalət nədir, bu ölüm nədir?! 
Bu işgəncə nədir, bu zülm nədir?! 
İgid Səttarxanın vətəni, qardaş, 
Neçin külə dönmüş bir viranədir? 
 
Yetər, çox yalvardın Allaha, qardaş! 
Sarılmaq vaxtıdır silaha, qardaş! 
Uçur zindanları bir şən həyat qur -  
Yetir insanlığı sabaha, qardaş! 
 
“Azadlıq!” deyərək atıl meydana, 
Səadət uğrunda çarpış mərdana, 
Cəlladlar əlində olma oyuncaq, 
Bir gözəl gün qazan Azərbaycana! 
10.06.1954 
 
ŞƏRƏF LÖVHƏSİ 
 
Kürün sahilində böyük bir şəhər! 
Ona mahnı qoşur hər gün ləpələr. 
Dalğalar gah küsüb, qayıdıb geri, 
Şah da qucaqlayır boz sahilləri. 
Qəzəbi tutanda başlayır cəngə, 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
116
Gah quzuya dönür, gah da pələngə. 
İnsana bənzəyir təbiətcə Kür. 
O da əzəl gündən genişlik sevir. 
Bəzən darlıq edir ona məcrası, 
Min bir qaya yıxır kiçik dalğası. 
Kür öz yatağından çıxmaq istəyir, 
Çöllərə, düzlərə axmaq istəyir. 
Kürüm tələsməsin, onun arzusu 
Bizim də arzumuz, diləyimizdir. 
O bizim həmişə qaynar qanımız, 
Həmişə döyünən ürəyimizdir. 
 
Əlibayramlıda geniş bir küçə, 
Ağaclar baş-başa verib gör necə 
Üzə gülümsəyir. Bardı hər tərəf, 
Çinarlar, küknarlar dayanıb səf-səf. 
Burdan iti keçmə, bir ayaq saxla, 
Təzə çiçəklərin ətrini qoxla, 
Bu güllər, çiçəklər yox idi dünən, 
Yox idi gördüyün bu təmtəraq da. 
Bu yerdə doğulub böyümüşəm mən, 
Qüdrətim çatmır ki, yazım bu haqda. 
Şəhərin ən gözəl yeri də budur. 
Görkəmində böyük əzəmət, qürur. 
Bir “Şərəf lövhəsi” göyə ucalır, 
Baxan, bir də baxıb xəyala dalır. 
Bir deyil-beş deyil şəkil lövhədə, 
Neçə qəhrəmannın özü var burda. 
Mənim şəhərimin neçə fədakar 
Oğulu var burda, qızı var burda, 
Burdadır döyünən qəlbi Şirvanın, 
Var olsun yaratmaq eşqi insanın. 
Hələ yazılmamış neçə dastanın 
Söhbəti var burda, sözü var burda.             
 1960 
 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
117 
SƏNİN 
 
Əzəldən sevmişəm ömrün yazını, 
Çox çəkmişəm bir dilbərin nazını, 
Aşıq qardaş, yenə köklə sazını, 
Yolunu gözləyir bu toylar sənin. 
 
Aylar, illər nə bəxtiyar sovuşur, 
Hər könül öz istəyinə qovuşur. 
Ünvanını evlilərdən soruşur 
Hələ neçə-neçə subaylar sənin. 
 
Bəmdə çox dayanma, hərdən zilə keç,   
Könlümüzə düşən muğamlardan seç. 
Şirin avazını unudarmı heç 
Bu əlvan otaqlar, saraylar sənin. 
1957 
 
 
QAFQAZ 
 
Qafqaz diyarıdır mənim vətənim, 
Öz sevimli yurdum, azad məskənim. 
Bütün arzularım dil açır burda, 
Ömrümün baharı gül açır burda. 
Qafqaz! Həyatım “can” deyir bu ada, 
Onsuz yaşamaram heç vaxt dünyada. 
Ürəyim bağlıdır hər zaman ona, 
Şeirimə can verir o əziz ana. 
Mən sənin qoynunda dolmuşam yaşa, 
Buludsuz göylərdə günəşlə qoşa 
Yanır yer üzündə çırağın, Qafqaz.                
1951 

XEYBƏR  İGİDƏLİYEV 
 
 
118
Yenə də xəyalım qol-qanad açdı, 
“Uzaq bir səfərə hazıram” dedi. 
Sinəmə sığmadı coşqun ilhamın 
“Qələm dilə gəlib yazıram” dedi. 
 
Şairin ilhamı bahara bənzər, 
Yanar da, sönər də ulduzlar kimi. 
Gah da gileylənər, özündən küsər
Hərdən də naz satar şən qızlar kimi. 
 
Vuruldum sənətə körpəliyimdən, 
Aylı gecələrdən aldım ilhamı. 
Şair olmasam da, siz bilin ancaq, 
Şeirlə başladım mən bu axşamı. 
1950 
 
 
BU YERLƏR 
 
Dəyişmiş siması, sən görən deyil, 
Dostum, gəl yenidən gəz bu yerləri. 
Bir həyat qaynayır hər qarışında, 
Acizdir vəsf edə söz bu yerləri. 
 
Murovdağdan nəzər sal bir aşağı, 
Buruq meşəsidir Kürün qırağı. 
Əlibayramlının gülür növrağı -  
Bürüyəcək işıq, qaz bu yerləri. 
 
Oyanıb yuxudan səhər obaşdan 
Kəklik ovlayasan “Dəlikli daş”dan, 
Dumanlı qayadan, çiskinli qaşdan 
Seyr et şairanə, süz bu yerləri. 
 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
119 
Baxdıqca insanın ucalır başı, 
Min nemət yetirir torpağı, daşı. 
Yaratmaq həvəsi, hünər yarışı 
Gülşənə döndərdi tez bu yerləri. 
01.12.1950 
 
 
MƏNİM ŞƏHƏRİM 
 
Kimin yolu düşsə bizim şəhərə
Ötəri keçməsin qoy küçələrdən. 
Görsün bir nişanə, bir iz qalıbmı 
Küskün axşamlardan, lal gecələrdən? 
 
Ətalət, ehtiyac qara gün kimi 
Çəkib karvanını burdan köç eylər, 
Böyük bir sənətkar yaxşı demişdir, 
“Muğan - Muğan olsa biri uç eylər”. 
 
Ötən günlərini o, bu yerlərin 
Bir an xatırlayıb yadına salsın, 
Təəccüblənməsin gördüklərinə
Nə də ürəyini şək-şübhə alsın. 
 
Dəyişir görkəmi, dəyişir hüsnü, 
Ömurə zinətdir mənim şəhərim. 
Görün nə uğurlu gələcəyi var -  
Muğana şöhrətdir mənim şəhərim. 
 
Qalxıb Murovdağın belinə hər gün, 
Qoy baxım doyunca hər səhər ona. 
Haqqında bir nəğmə yazılmasa da 
Kür qoşur ən şirin nəğmələr ona. 
 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
120
MUĞAN QIZLARI 
 
Toyda, həm şənlikdə, iş üstündə də, 
Dodağı nəğməsiz görmədim sizi. 
Bilin, hər nəğməyə dəyişmərəm mən 
Qəlbimi titrədən zümzümənizi. 
 
Bu doğma ellərin gen qucağında 
Qayğısız, kədərsiz boy atmısınız, 
Yuxulu çölləri nəğmələrlə siz 
Hər səhər yuxudan oyatmısınız. 
 
Deyirəm, elə bir nəğməm olaydı 
Nəğmələr içində sayılaydı o. 
Muğan qızlarının xoş avazında 
Bu sakit çöllərə yayılaydı o. 
 
 
 
KÖNÜL SEVƏN GÖZƏLDİR 
 
Bizim el içində bu cür məsəl var, 
“İstəmirəm, könül sevən gözəldir”.  
Çox aşiqlər bunu eyləmiş təkrar: 
“İstəmirəm, könül sevən gözəldir”.  
 
Çoxları dünyanı tərk edib getdi, 
Eşqi, məhəbbəti dərk edib getdi. 
Ölüm yatağında çox aşiq dedi: 
“İstəmirəm, könül sevən gözəldir”. 
 
Çoxları işlətdi min tilsim, hiylə, 
Bir zərər dəymədi azad sevgiyə. 
Kölgətək arxamca düşmüsən niyə? 
İstəmirəm, könül sevən gözəldir! 


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə