Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8.02 Kb.

səhifə22/53
tarix05.03.2018
ölçüsü8.02 Kb.
1   ...   18   19   20   21   22   23   24   25   ...   53
: Kitab -> 2014
2014 -> ElşƏn miSİr oğlu nəSİbov
2014 -> []
2014 -> Microsoft Word Insan huquqlari I kitab doc
2014 -> Microsoft Word Insan denizi son+. doc
2014 -> Microsoft Word gelecek dunya duzeni I kitab doc
2014 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ
2014 -> Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc
2014 -> Microsoft Word Elsever m kitab doc

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
121 
Vəfalı bir dilbər sevəndə ürək, 
Təravətli olar bənövşələrtək. 
Sən ey qəlbiqara, yaxamdan əl çək, 
İstəmirəm, könül sevən gözəldir! 
 
 
ƏZİZ BAYRAM 
 
Yenə vətənimə əziz bayram gəlir, 
Yoxdur ürəyimdə sevincin sayı. 
Hər tərəfdən şənlik səsi yüksəlir, 
Ölkəmizə qonaq gəlir May ayı. 
 
Min nəğmə söyləyir hər ötən dodaq, 
Hər körpə ürəyin min sevinci var. 
Böyüyün, kiçiyin əlində bayraq
Ürəklərdə solmaz, ilıq bir bahar. 
 
Sevinir oğulu, qızı yurdumun, 
Fərəhlə, sevinclə gözəl may gəlir! 
Susuz çöllər geyir çiçəkli donun, 
Çöllərin zinəti əziz ay gəlir! 
 
 
Səhərlər geyinir yaqut rəngini, 
Baxanda ilhamla könüllər coşur. 
Şairlər artırır söz ahəngini -  
Bu bayram eşqinə min nəğmə qoşur. 
    01.05.1954  
  
DAĞLAR 
 
Siz ey bir-birinə söykənən dağlar
Açın qoynunuzu, sizə gəlmişəm. 
Tərlan xəyalımın əzəl oylağı, 
Göy yamaca, yaşıl düzə gəlmişəm. 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
122
Qayalar qol atıb göylərə sarı, 
Səsim zirvələrə yetəydi barı. 
Ceyranlar mələşən ovalıqları 
Qartal kimi süzə-süzə gəlmişəm. 
 
“Yaz!” deyir hüsnünü gördüyüm aləm, 
Nə edim, acizdir əlimdə qələm. 
Hələ bu yollarda azdır təcrübəm, 
Sənət dünyasına təzə gəlmişəm. 
01.12.1950 
 
YAŞIDIMA 
 
Gəl çıxaq çöllərə, ay yaşıdım, gəl, 
Yormadımı sakit otaqlar səni? 
Əsən küləklərin səsini dinlə
Çağırır yaxınlar, uzaqlar səni. 
 
Gəl verək əl-ələ, quraq, yaradaq, 
Bax, budur həyatın əvvəli, sonu. 
Nə qədər gücümüz, qüdrətimiz var 
Xeyirxah işlərə sərf edək onu. 
 
Keçdiyin yollara yaxşı nəzər sal, 
Gör, itən illərdən nə iz qalıbdır. 
Ağzı boz düzlərə yönəldilməmiş 
Neçə çay qalıbdır, dəniz qalıbdır. 
 
Aylara, illərə şöhrət olaq biz
Zaman bizdən alsın öz sürətini. 
Bu qanlı-qabarlı əllərimizlə 
Təbiət dəyişsin təbiətini. 
 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
123 
...Gəl çıxaq çöllərə, ay yaşıdım, gəl, 
Ürəklər alovlu, arzular təzə. 
Gəl elə yaşayaq, elə ömr edək, 
Vətən “fərsiz övlad” deməsin bizə. 
1950 
 
OLMAZ 
 
Sevgidir dünyanın, ömrün əzəli
Onsuz nə yaşayış, nə həyat olmaz. 
Aləm başdan-başa cənnətə dönsə, 
Qoynunda sevgisiz can rahat olmaz. 
 
Bir gözəl sallanıb keçsə yanımdan, 
Yüz ilin ağrısı çıxar canımdan. 
Dağ-daş dilə gələr həyəcanımdan, 
Yarda ürəyə bax, narahat olmaz. 
 
Mən sənə demişəm “ömrüm gülşəni”, 
Neynirəm gülzarı, çölü, çəməni. 
Busə ver ləbindən, sevindir məni
Xeybərə bundan xoş mükafat olmaz. 
1951 
 
NƏFƏSİDİR O 
 
Ay xanəndə dostum, bir muğam başla, 
Elin arzusudur, el səsidir o. 
Min gülün-çiçəyin ətri var onda
Şeyda bülbüllərin nəfəsidir o. 
 
Coşsun, havalansın qoy pərdə-pərdə, 
Onda sevinc də var, qəm də, kədər də. 
Min könül danışır zəngulələrdə -  
Həyatın ən şirin meyvəsidir o. 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
124
Onu dinləmişik biz dönə-dönə
Qoymaz könlümüzdə məhəbbət sönə. 
O zəngulə, o rəng tanışdır mənə -  
Bir şıltaq gözəlin qəmzəsidir o. 
 
Nemətlər içində musiqidir baş, 
Şirin sədasından dil açar dağ-daş. 
Bu nəğməni qəlbdən oxu, a qardaş
Xeybərin məhəbbət nəğməsidir o. 
1952 
   
ABİDƏ 
(Şirvanda sürücü-mexanik qıza) 
 
O gün cəsarətlə kürsüyə qalxdın, 
Dikildi nəzərlər, baxışlar sənə. 
Danışa bilmədin, utandın əvvəl, 
Necə yaraşırdı alqışlar sənə! 
 
Nə gözəl peşəyə yiyələnmisən? 
Hər arzun, diləyin var olsun görüm. 
Ürəkdən gələn o odlu sözlərin 
Yayılsın hər yana, car olsun görüm. 
 
Dedin, “maşın bizə böyük köməkdir, 
Yetər, ağ qızılı topladı əllər”. 
Sükan arxasında görəndə səni 
Sevindi tarlalar, sevindi çöllər. 
 
Nümunə götürdün Kövhər bacından, 
Adın dilə düşdü bizim Muğanda. 
Hamı alqış dedi fərasətinə 
Sən dəmir atınla düzə çıxanda. 
 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
125 
KƏNDİMİZİN AXŞAMI 
 
Baxırsan hər tərəf saralır tamam, 
Kəndin üzərinə sakitlik çökür. 
Səhərin eşqilə gələn bu axşam 
Mavi buludların karvanın çəkir. 
 
Kəndin cənubunda şırıldayan çay, 
Artıq dalğalanmır,axır sakitcə. 
Nə bir qışqırıq var, nə də bir haray, 
Ay da yuxusuzdur – bu, “lay-lay” ona. 
 
Gözəldir kəndimiz! Gözəldir gəzmək! 
Sevincimdən, dostlar, gəzə bilmədim. 
Götürüb qələmi bir şeir yazmaq, 
Bir kəlmə söz belə yaza bilmədim. 
 
Elə bil təbiət dayanıb dincə, 
Sakitlik hökmünü sürür burada. 
Burada qol-qanad atır düşüncə, 
Ay qızıl tellərin hörür burada. 
 
Yaşıl söyüdlər də verib baş-başa
Sanki “lay-lay” çalır axan çay ona. 
Yarpaqlar tərpənmir, gedibdir huşa -  
Bahar yuxusudur bu “lay-lay” ona! 
 
Nə gözəldir kəndimizin axşamı, 
İnsanın üzünə təbiət gülür. 
Axı necə yazım, ürək ilhamı 
Özü ürəyimdə şeirə çevirir. 
10.06.195 
 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
126
DÜNYA 
 
Pozulmaz, dəyişməz gərdişi onun, 
Çoxdur yaxşı-yaman vərdişi onun
Sirrindən baş açmaz hər kişi onun -  
Əzəldən belədir, belədir dünya. 
 
Fəndgirlər əlinə keçsə yüyəni, 
Çoxalar namərdi, haram yeyəni, 
Öyünmə, çox “mənəm-mənəm” deyəni 
Üyüdüb un kimi ələdi dünya. 
 
Bəzən haqsız qalır, haqlını əzir, 
Nadan hüzurunda aqil müntəzir, 
Tülkünü, çaqqalı eyləyib vəzir, 
Şiri quzu kimi mələdir dünya. 
 
Talemiz əlində olub oyuncaq, 
Qoymur ondan bir həzz alaq doyunca
Kiminin boynuna zər düzür, ancaq 
Kiminin boynunda şələdir dünya. 
 
Xeybərəm, bilmədim dostdur, yağıdır, 
Bu gün qurduğunu sabah dağıdır, 
Verdiyi gah şərbət, gah da ağıdır -  
Sevincdir, hiylədir, nalədir dünya. 
 
 
ANA 
 
O ağ saçlarına baxanda hərdən
Uşaqlıq illərim yadıma düşür. 
Deyirəm, mənalı keçən ömrümün, 
Günləri tez gəlib, nə tez ötüşür. 
 
Körpəykən gördüyüm qara saçların, 
İndi, əziz ana, neyçün dümağdır? 



Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   53


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə