Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə24/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   ...   20   21   22   23   24   25   26   27   ...   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
133 
ÜRƏK 
NƏĞMƏLƏRİ 
 
 
 
REDAKSİYADAN:  Əlibayramlı rayonunun Hacıqabul 
stansiyasındakı 13 nömrəli dəmir yol məktəbinin pioner baş 
dəstə  rəhbəri Xeybər  İgidəliyev redaksiyamıza bir neçə  şeir 
göndərmişdir. Bu şeirlər öz səmimiliyi, təzəliyi ilə nəzəri cəlb 
etmişdir. Redaksiyamız gənc  şeir həvəskarının  şeirlərindən 
bəzilərini oxucularımıza təqdim etməyi lazım bilmişdir. 
 
 TEZ OYAT MƏNİ 
 
Qoyma yatıb qalam günortayadək, 
Ay ana, səhərlər tez oyat məni! 
Nə qədər ömrüm var hünər göstərim -  
Təzədən yetirməz bu həyat məni. 
 
Demə, “axşam oğlum işdən gec gəlib, 
Biz az da uzanıb dincini alsın. 
Yasdığım yanında zəngli saatım 
Mən durana kimi zəngini çalsın”. 
 
İstərəm hər səhər doğan günəşin 
Darayam telini öz əlimlə mən. 
Vətən torpağını bir gəlin kimi 
Bəzəyim işimlə, əməyimlə mən. 
 
Yaşamaq deyildir təkcə muradım, 
Əzəl şöhrətimdir yaşatmaq eşqi! 
Bəlkə də dünyaya gəlməzdi insan 
Olmasaydı qurub-yaratmaq eşqi! 
...Qoyma yatıb qalam günortayadək, 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
134
Ay ana, səhərlər tez oyat məni! 
Nə qədər ömrüm var hünər göstərim -  
Təzədən yetirməz bu həyat məni! 
 
GƏLƏYDİN 
(şair Nəbi Xəzriyə) 
 
Dolandın hər səmti, gəzdin uzağı, 
Parisdən, Romadan gəldi sorağın. 
Dəyməmiş bu yerə hələ ayağın, 
Nə olaydı, bir gün bizə gələydin. 
 
Burada min nemət yaradır insan, 
Hər günün alnına yazır bir dastan. 
Keçirib maşını Salyan yolundan -  
Bu yerləri gəzə-gəzə gələydin. 
 
Mişovdağın baxsan əgər yalına, 
Abşeron düşəcək tez xəyalına. 
Əlibayramlının cah-cəlalına 
Misraları düzə-düzə gələydin. 
 
Köhnə libasından çıxıb səhralar, 
Hər qarış torpaqda əməyimiz var, 
Hərdən də söz qoşub deməyimiz var -  
Bizimlə söz üstə sözə gələydin. 
“Azərbaycan müəllimi” qəzeti, 
17 mart 1960-cı il 
 
DÜNYA 
 
Tərifləmə, çox çəkmişəm qəmini, 
İlan vursun ürəyindən dünyanın. 
Göz açandan biz doyunca yemədik 
Kökəsindən, əppəyindən dünyanın. 
Kasıb doğan yetim oldu, küt oldu, 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
135 
Ciblərində pul yerində bit oldu, 
Əynində gah bez oldu, gah çit oldu
Fələk geydi ipəyindən dünyanın. 
 
Baş götürüb qaçmaq üçün hara var? 
Hara getsən, “yox”dan üzü qara var? 
Ürəyimdə neçə-neçə yara var 
Çaqqalından, köpəyindən dünyanın. 
 
Gəl söydürmə, dilim gəlmir söyüşə, 
Qocalmışam mən döyüşə-döyüşə. 
İç araqdan, ye bozbaşdan, hey göyşə,  
Daha əl çək mələyindən
 
dünyanın. 
1990 
 
 
Nə deyim, nə deyim gülmədi bəxtim, 
Xəyal eşitmədi ürək deyəni.   
Ancaq çiçək kimi solmadı bəxtim, 
Şairlik özünə cəlb etdi məni. 
 
Götürüb qələmi başladım mən də 
İncilər düzməyə - şeir yazmağa. 
Azad duyğularım coşdu sinəmdə 
Baharın eşqinə dair yazmağa.         28.06.1954 
 
 
GÜLDƏSTƏ NƏNƏ 
 
Hirslənər, bir anda pozular keyfi
“Kim desə qocasan, Güldəstə nənə”. 
Hələ neçə qıza gəlinlik donu, 
Ölçəsən, biçəsən, Güldəstə nənə. 
 
Bir ülvi anadır bizə bu ölkə, 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
136
Qoymaz bir övladı qəm-qüssə çəkə. 
Bayramına gələ bilmədim bəlkə, 
Səhvimdən keçəsən, Güldəstə nənə. 
 
Bu dövranda ağ günlərin yox sanı, 
Az yaşasan, özündə gör nöqsanı, 
Çox qalmayıb, haqlamısan doxsanı -  
Yüzü də keçəsən, Güldəstə nənə. 
 
 
OLSUN 
 
Əzəldən könlümü ona vermişəm, 
Söyləyin cananə arxayın olsun. 
Ondan qeyrisini sevmərəm heç vaxt. 
And olsun vicdanə. arxayın olsun. 
 
Məndən ayrı düşsə o mehribanım, 
Göyləri ağladar ahım, əfqanım, 
O şəmin oduna qoyun mən yanım, 
Dincəlsin pərvanə, arxayın olsun. 
 
Qoy özgə xəyalə düşməsin əğyar, 
Yalan, fitnələrə indi kim uyar? 
Mənim yar yanında etibarım var, 
Eşitsin biganə, arxayın olsun.                   1961 
 
BUNDAN SONRA 
                         (öz həmyaşlarıma zarafatla) 
 
Hərəniz bir yolla uçub getdiniz
Özgələri varlı-karlı etdiniz. 
Yaşadınız, tükəndiniz, bitdiniz, 
Nə lazım hay-haray, ah -
 
 bundan sonra. 
Bir də düşməz o fürsətlər, o dəmlər, 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
137 
Dayaq duran, iş düzəldən həmdəmlər. 
Tükəndi gülablar, abi-zəmzəmlər, 
İçin qatıq, ayran, çay bundan sonra. 
 
Demirəm ki, biz bu yurdda tək qaldıq. 
Döyülsək də, vurulsaq da sağ qaldıq, 
Elə biz də sizin kimi çaqqaldıq, 
Olun çaqqallara tay bundan sonra. 
 
Bunu kim deyibsə, düz deyib bir az, 
Xilədən birqadir, komandir olmaz. 
Enən bir də qalxmaz, boşalan dolmaz 
Versəniz də milyon pay bundan sonra. 
 
Gördüm mərdi heç döyməsin dizinə, 
Dolanım başına, dönüm gözünə. 
Xeybər, neçə namərd düşüb izinə, 
Olar düz işin də zay bundan sonra. 
 
 
 QALDI 
 
Şirin arzularım, xoş xəyallarım, 
Sizdən yalnız quru əfsanə qaldı. 
Saldı nəzərindən məni o afət, 
Adım el içində “divanə” qaldı. 
 
Silinməz xatirdən qəlbə dolanlar
Açılmaz bir daha vaxtsız solanlar, 
Məhəbbət zövqündən məhrum olanlar 
Həmişə əhdinə biganə qaldı. 
 
Neçin ilqarını dandı o dilbər, 
Gözəllərdə vəfa olmayır məgər? 
Bir etibarsızın yolunda, Xeybər, 
Başına gəlməmiş daha nə qaldı?!          1960 
 
MƏRDƏKAN 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
138
 
Şəfa çeşməsidir daşın, torpağın, 
Nə qədər xatirə yatır sinəndə. 
Şirazlı gözəlin eşqinə bir vaxt 
                           Nəğmələr qoşubdur Yesenin səndə... 
 
Gəlir min obadan, eldən qonağın, 
Nə qədər könüllər birləşdirirsən, 
Hamını dost edib, mehriban edib 
Balaca qoynuna yerləşdirirsən. 
 
Üç-dörd il mənim də nazımı çəkdin, 
Sən ümid yerisən yüz-yüz xəstənin, 
Ağrıma son qoydu havan, dənizin, 
Bir də bir sarışın gözəlin sənin.  
                                                 
Mərdəkan,1971-1974 
 
ŞEİR DEYƏNDƏ 
 
Başına döndüyüm, qınama məni 
Cansız bir çöpə də şeir deyəndə. 
Sevincimin həddi-hüdudu olmur 
Məsum bir körpə də şeir deyəndə. 
 
Dürr kimi söz seçmək olubdur peşəm, 
Yığıb düyüncəmə düyünləmişəm, 
Sahillərdə durub çox dinləmişəm 
Dalğa da, ləpə də şeir deyəndə. 
 
Sözdən ürəklərdə tufanlar qopar
Sözdən dəli könül sakitlik tapar, 
Sözə nanə, yarpız ətiri hopar 
Dərə də, təpə də şeir deyəndə. 
 
 
Nə olar, yetsəm də yaşın yüzünə 


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə