Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə25/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   ...   21   22   23   24   25   26   27   28   ...   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
139 
Bir gözəl başını qoya dizimə, 
Baxıb o üzümə, gah bu üzümə 
Arabir öpə də şeir deyəndə. 
 
Adətdir, gözəli hamı təriflər, 
Bu işi görənlər sanmasın hünər, 
Günahkar olmazsan, hərdənbir, Xeybər, 
Çörə də, çöpə
 
də şeir deyəndə.                 1998 
  
TÖVBƏ EYLƏYƏK 
 
Qınamayın məni dostlar, tanışlar, 
Qınamayın məni, ay əzizlərim. 
Hamınızı qəlbən sevirəm, vallah, 
Siz ay əyrilərim, siz ay düzlərim. 
 
Deyirsiniz, az-az görünürəm mən, 
İtib qapınızdan ayaq izlərim. 
Dönmüşəm lap İran qanovuzuna, 
Siz ay çirkinlərim, ay təmizlərim. 
 
Yaman incimişəm mən dilinizdən
Buna görə sizdən uzaq düşmüşəm. 
Bir siz olsaydınız dərd yarı idi, 
Mən lap özümdən də qaçaq düşmüşəm. 
 
Bunu necə danım, necə gizlədim, 
Bəzən gəzirəm tək, sərsəri kimi. 
Hər dərdim, hər sirrim qalıb içimdə, 
Böyük bir fatehin bərbəri kimi. 
 
Ürək göylər qədər geniş olsa da, 
Hərdən bulud kimi boşalmaq istər. 
Xoşqılıq ünsiyyət yaşadır qəlbi -  
XEYBƏR  İGİDƏLİYEV 
 
 
140
Yaxşı həmsöhbətə tuş olmaq istər. 
 
Çox vaxt unuduruq biz bu hikməti, 
Bacara bilmirik öz-özümüzlə, 
Xəncərlər sancırıq ürəyimizə, 
Yerinə düşməyən çox sözümüzlə. 
 
“Düz sözə zaval yox” deyiblər. Gəlin 
Haqsız şikayətə tövbə eyləyək. 
Üzümüz qaradır bir-birimizdən, 
Yersiz məzəmmətə tövbə eyləyək. 
 
İşbilməzlər xalqa çox ziyan vurdu
Bərəkətli çöllər, çaylar qurudu, 
Gəlin candan sevək bu ana yurdu, 
Ona xəyanətə tövbə eyləyək. 
 
Sonra da deyirik öldü filankəs, 
Saqqal da saxlayır, yaş da tökürük. 
Sağlığında topa tutduğumuzun 
Məzarı başında dil-dil ötürük. 
 
Dünən də beləydik, bu gün də belə, 
Necə olacağıq görəsən sabah. 
Bağışlasın məni yaxşı adamlar,. 
Bizi özümüzdən qorusun Allah. 
 
Mərddən, xeyirxahdan söhbət düşəndə 
Gör onu necə də yamanlayırıq. 
Niyə başqasını tez görürük biz
Niyə özümüzü az danlayırıq. 
 
Böhtana, qeybətə elə uymuşuq, 
Yaddan çıxarmışıq öz dərdimizi. 
Görəsən, biz nə vaxt düzələcəyik? 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
141 
Nə vaxt biləcəyik öz qədrimizi? 
 
Yaxşı adamları gözdən saldıqca 
Azalır, tükənir, itir yaxşılıq. 
Deyin, xoş keçərmi güzaranımız 
Unudulsa hörmət, xətir, yaxşılıq? 
 
Sizə toxunmasın bu iradlarım, 
Azmı yanılırıq bu sözümüzlə. 
Gəlin, başqa-gözdə qıl axtarmayaq 
Tiri görmürüksə öz gözümüzdə. 
 
Çox az kişi qalıb bu gün meydanda, 
Dilənçi çoxalıb, artıb hər yanda, 
Barı belə gündə, belə zamanda 
Harama, rüşvətə tövbə eyləyək. 
 
Çətin gündə gərək hamı bir olsun, 
Qəzəbmiz kükrəsin çılğın Kür olsun. 
Dodaqlarda mahnı olsun, şeir olsun, 
And içək millətə, tövbə eyləyək. 
 
Bir də yol verməyək bu pisliklərə
Yığılaq and içək gəlin min kərə, 
Haqqa, ululara, müqəddəslərə, 
İlahi qüdrətə tövbə eyləyək.                      1992 
 
GECİKMİŞ MƏHƏBBƏT 
(bir dostuma) 
 
Mənim çoxdan ötüb məhəbbət yaşım, 
Gözlərini elə süzdürmə, gülüm. 
Bir insafsız, qədirbilməz eşqinə 
Üzülmüş könlümü üzdürmə, gülüm. 
Gecikmiş məhəbbət qəlbə ruh verməz, 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
142
Fərəhi, neməti çox uzun sürməz, 
Talanmış bir yerə oğru da girməz -  
Sən məni aldadıb azdırma, gülüm. 
 
Demə, daha cavan oğlan vaxtımdır. 
Oruc tutan, namaz qılan vaxtımdır, 
Vallah, kölgəmdən də qorxan vaxtımdır -  
Mənə dağı-daşı gəzdirmə, gülüm. 
 
“Həyat tamaşadır” deyənə əhsən, 
Oynaya bilməyən çıxır səhnədən, 
Sevgi oyununu uduzmuşam mən -  
Gəl, məni bir də sən uddurma, gülüm. 
 
Xeybərin yox bircə könül həmdəmi, 
Çıxdı axırıma bir gözəl mənim. 
Əgər bir də yazsam, sınsın qələmim, 
Mənə sevgi şeiri yazdırma, gülüm. 
1997 
 
 
ATALAR,  
 TOYLARI GECİKDİRMƏYİN 
 
Dilimizdən düşməz belə deyim var: 
“Bu gündən sabaha yoxdur etibar”. 
Üzümüzə daim gülmür ruzigar, 
Atalar, toyları gecikdirməyin! 
 
Nə qədər imkan var, can salamatdır 
Övlada borcunu tez başa çatdır, 
Rahat ol ki, oğlun, qızın xoşbəxtdir -  
Atalar, toyları gecikdirməyin! 
Kişilər sözüdür, “tez evlənənlər, 
Erkən sevgilərdən çəkməyib zərər”, 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
143 
Bəlkə də utanır, demir sevənlər -  
Atalar, toyları gecikdirməyin! 
 
Xeyir iş görəndə yüz ölçün, biçin, 
Sonra deməyəsiz tələsdim neyçin, 
Yaxşı kürəkənlər, gəlinlər seçin -  
Atalar, toyları gecikdirməyin! 
 
“Nəvə” adlı neməti var həyatın, 
Odur şirin barı bu toy-büsatın, 
Bu arzuya tez qovuşun, tez çatın -  
Atalar, toyları gecikdirməyin! 
 
Tanrım, qurtar eli hər dərdi-sərdən, 
Toylarda görünək barı biz hərdən, 
Bu şeir yadigar qalsın Xeybərdən: 
Atalar, toyları gecikdirməyin! 
1994 
 
 
 MƏN DANIŞANDA 
 
Musiqi dayansın, tamada sussun, 
Müğənni dincəlsin mən danışanda. 
Könlüm bir nəğməli çeşmədir mənim
Qoy hamı dinləsin mən danışanda. 
 
Sözünə şəkər qat, toy tamadası, 
Ucalsın hər yana bu toy sədası, 
Gözlərini elə süzmə, qadası, 
Dil çaşar kəlməsin mən danışanda. 
 
Şeirim maya tutar özümdən mənim, 
Ariflər doyarmı sözümdən mənim, 
Oxu ürəyimi gözümdən mənim, 
Çağlasın həvəsin mən danışanda. 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
144
 
Çalın toy havası elə hay düş
s
ün, 
Sevən kəslər bir-birinə tay düşsün, 
Belə gündən hər subaya pay düşsün -  
Gözaltı eləsin, mən danışanda. 
 
Görün nə demiş bir söz Peyğəmbəri, 
“Sevgisiz dünyanın nədir dəyəri?” 
Sevgidir yaşadan, vallah Xeybəri -  
Sevməsin, neyləsin, mən danışanda.       1996 
 
 
 
YAZIQ ƏZRAYIL 
 
Hamının qənimi olan Əzrayıl  
Mənim də ardımca gələcək bir gün. 
Ondan kim gizlənib, mən də gizlənəm -  
Ya gündüz, ya gecə gələcək bir gün. 
 
Zalım ovçu kimi durur pusquda, 
Qəfil yaxalayır öz şikarını. 
Qocasan, cavansan, fərqinə varmır -  
Ayırır həyatdan, yardan yarını. 
 
Yox, yox, zalım dedim ona, səhv dedim, 
Yazıq Əzrayılı sandım günahkar. 
Bu dünyada elə əzrayıllar var 
Əsil Əzrayıl lap kölgədə qalar. 
 
Görən hardadır o göylər mələyi, 
Yoxsa tora düşüb o da nahaqdan? 
Niyə gəlib xilas etmir bizləri 
Yerdəki amansız əzrayıllardan?!              1992 
BİZİ YARADANA 
 
Sən ey ömrüm boyu arxalandığım, 


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə