Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə27/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   ...   23   24   25   26   27   28   29   30   ...   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
151 
Siz başqa aləmsiz, başqa bir büsat. 
(İxtisarla verillmişdr) 
 
 YUXU 
 
Yuxuda gördüm ki, bir səhər erkən 
Bir bulaq başında dayanmışam mən. 
Seyr edirəm çoxdan bu mənzərəni, 
Özünə cəlb etmiş təbiət məni. 
Sağ tərəf çəmənlik, sol tərəfsə çay, 
Çayın sahilində böyük bir saray. 
Bax, bu yerlər üçün yaranmış insan, 
Sataşır gözümə bir bala ceyran. 
Gedirəm yavaşca ceyrana sarı, 
Çevikdir necə də, bax, ayaqları, 
Şehli ot üstünə düşmüş izləri, 
Çox yaraşıqlıdır onun gözləri
Əlvan çiçəklərdən aramla yeyir, 
“Qorxusuzdu bəlkə bu yerlər”  deyir. 
Əl atıb yavaşca tutaram onu, 
Bitməyə az qalıb yuxumun sonu. 
Qara gözlərindən öpdüyüm zaman, 
 Cəld əlimdən çıxıb qaçır o ceyran. 
 
 O gün yuxudan mən çox tez ayıldım, 
 Ceyranım qaçmışdı, ceyransız qaldım. 
 Hər səhər yuxudan ayılan zaman, 
 Elə bil qarşımda dayanır ceyran. 
05.03.1954 
 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
152
SƏNİN 
(aşıq Mahmuda) 
 
Əzəldən sevmişəm ömrün yazını, 
Çox çəkmişəm bir dilbərin nazını. 
Aşıq qardaş, yenə köklə sazını 
Yolunu gözləyir bu toylar sənin. 
 
Aylar, illər, nə bəxtiyar sovuşur, 
Hər könül öz istəyinə qovuşur, 
Ünvanını evlilərdən soruşur 
Hələ neçə-neçə subaylar sənin. 
 
Bəmdə çox dayanma, hərdən zilə keç, 
Sevgiyə səsləyən mahnılardan seç, 
Şirin avazını unudarmı heç 
Bu bərli-bəzəkli saraylar sənin. 
1994 
 
 
DEYİŞMƏ 
(Mərəzəli Aşıq Mahmudla deyişmə) 
 
Aşıq Mahmud: 
Başına döndüyüm, Xeybər müəllim, 
Bu nə toy-büsatdır fevral ayında. 
Dəvətini alcaq mindim “Volqa”nı, 
Neçə yerdə batdı fevral ayında. 
 
Xeybər müəllim:  
Sazına, səsinə qurban, a Mahmud, 
Bu da bir həyatdır fevral ayında. 
Təbiət də gəlin paltarı geydi, 
Möcüzə yaratdı fevral ayında. 
Aşıq Mahmud: 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
153 
Belə gündə quş da çıxmaz yuvadan, 
Qış yuxusundadır oxuyan, çalan. 
Ancaq dost dəvəti bizi röyadan 
Lap tezdən oyatdı fevral ayında. 
 
Xeybər müəllim: 
Saz, balaban səda saldı obaya, 
Xoş avazın nur çilədi havaya, 
Qız-gəlinlər doluşdu toyxanaya 
Hamını oynatdı fevral ayında. 
 
Aşıq Mahmud: 
Dilimdə söz dondu, əlimdə mizrab, 
Lakin sübhə kimi biz gətirdik tab, 
Bu dost şənliyindən olduq feyziyab - 
Bəy murada çatdı fevral ayında. 
 
Xeybər müəllim: 
Ayağı sayalı olur aşıqlar, 
Yandı sən gələn tək sönən işıqlar. 
Gözəl toy aparmaq məharətin var
Bu ki istedaddır fevral ayında. 
 
Aşıq Mahmud: 
Saz-söz sərrafısan, saldın məni çaş, 
Qarşında oxuyan keçirər təlaş. 
Elin tərifini qazanmaq, qardaş, 
Mənə mükafatdır fevral ayında. 
 
Xeybər müəllim: 
Oxu, qoy ucalsın bu el sənəti, 
Heç vaxt azalmasın şanı, şöhrəti, 
Bizə bəxş elədin sonsuz ləzzəti, 
Xoş, şirin ovqatı fevral ayında.             1996 
İTTİHAM 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
154
 (alleqorik poema) 
 
Qəribə bir yuxu gördüm bu axşam. 
Yuxumu yozmağa aciz qalmışam. 
Açmaq istəyirəm, dilim gəlməyir, 
Yazmaq istəyirəm əlim gəlməyir. 
Yadımdan çıxmayır mənim o axşam. 
Elə bil o gündən başqalaşmışam. 
Yuxum məni sehrə, tilsimə salıb. 
Elə bil özümü özümdən alıb. 
Yuxular görmüşəm əvvəllər də mən, 
Ayılan kimi də çıxıb fikrimdən. 
Bu yuxu nə isə tərs yuxu oldu
Çökdü yaddaşıma, qəlbimə doldu. 
Əl çəkmir, elə bil zəlidir, zəli, 
Bir az ağlamalı, bir az gülməli. 
Siz ey bilicilər, yuxuyozanlar, 
Bir məsləhət verin mənə, nə olar? 
Əvvəlcə dinləyin, söhbət açım mən 
Yuxuda eşidib-gördüklərimdən: 
Bir qəbristandayam gördüm yuxuda, 
Bürüdü sevinc də, məni qorxu da. 
Sevindim ki, əcəb xoş fürsətdi bu, 
Neçə əzizimi, dostu, qohumu 
Bağrıma basacam əzizləyərək. 
Lakin alınmadı mən düşünəntək. 
Yığıldı dövrəmə mərhumlar bir-bir. 
Dönüb insan oldu sanki hərə bir. 
Acıqla, qəzəblə süzdülər məni. 
Sonra da gətirib bir dəst kəfəni 
Bürüdülər məni başdan ayağa. 
Bir nurani mərhum gəlib qabağa 
Dedi: “Bu görkəmdə, bu geyimdə sən 
Bizim dünyamıza neyçün gəlmisən. 
Axı, bu dünyanın öz qanunu var, 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
155 
Kəfənsiz gələni oda atırlar”. 
Hamı yerbəyerdən: “Düzdür fikriniz, 
Ağsaqqal, əmr verin, icra edək biz”. 
Xeyli fikrə gedib nurani qoca, 
“Səbrli olunuz, - dedi, - bir azca.  
Yoxsa gördüyünüz bu diri axmaq 
Bizdən Əzrayıla şikayət yazar. 
Kimin nə təklifi, kimin sözü var? 
 
Birinci mərhum:  
Əvvəlcə deyim ki, bizi o sağlar 
Torpağa tapşırıb tez unudurlar. 
Heç belə qohumluq, dostluqmu olar? 
Nə baş çəkən, nə də xatırlayan var. 
Bura salan gündən güzarımızı 
Gəlib yoxlayan yox məzarımızı. 
Bəlkə xəstədirlər, naçar düşüblər. 
Axı, niyə bizdən qaçaq düşüblər? 
Qışda yolumuz pis, yayda suyumuz. 
Gözümüzdə qalıb bir çox arzumuz. 
Nə olsun ki adı qəbiristandır, 
Burda yaşayan da, axı insandır? 
Abadlıq, yaşıllıq, səliqə-sahman 
Haçan yaranacaq burada, haçan? 
Əlimizə düşən ilk diri budur
Bəlkə də heç onun günahı yoxdur? 
Necə tapaq əsl günahkarları 
Öldürsək, bir düşmən azalar barı. 
Mən təklif edirəm, atılsın oda! 
Çoxuna dərs olsun qoy o dünyada. 
 
 
 İkinci mərhum: 
Mənim qəbir qonşum, vallah, düz deyir. 
Bu dirilər bizi insan bilməyir. 
Əlli ildən çoxdur sakinəm burda, 
Rahat yatmamışam çox vaxt məzarda 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
156
Maşın nərəsindən, ayaq səsindən, 
Qoyunun, quzunun mələşməsindən. 
Açıq-saçıq qalıb tamam hər yanı.
 
Hə hasarı vardır, nə pasibanı. 
Bir sözlə, baxmayır  bizə dirilər. 
Tək bizə məxsusdur qəbristan məgər? 
Sağlar bilirlər ki, geci-tezi var. 
Axır bir gün bura gələcək onlar. 
Əskiklik gətirər onlara məgər 
Axirət eviyçün bir iş görələr? 
Bütün dirilərin əvəzində siz 
Bu adama ölüm hökmü versəniz 
Kinimiz, hirsimiz azalar bəlkə. 
 
Mən: 
Mən deyim, hökmünüz düz olar bəlkə. 
Siz ey tanış üzlər, ey tanış səslər, 
Haqlı, haqsız burda yaşayan kəslər. 
Başınıza dönüm, dolanım sizin, 
Öpürəm əlindən hər birinizin. 
Bilməm, bura necə güzarım düşdü? 
Bu görüş bəlkə də vaxtsız görüşdü? 
Lakin bu görüşə ürəkdən şadam. 
Bilin, ay əzizlər, həmişə şadam. 
Bizə qüvvət verir sizin sevginiz, 
Nə qədər ki sağıq, yaşayırıq biz. 
Ey şirinlərimiz-şəkərlərimiz, 
Döyünməkdən qalar ürəklərimiz 
Sizi düşünməsək, sizi anmasaq. 
Onu da deyim ki, əvvəlki sayaq 
Getmir dünyamızın işləri indi. 
Dünya çox dəyişdi, çox təzələndi. 
 
Üçüncü mərhum: 
Bu yağlı sözlərin bir bəhanədir. 


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə