Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə28/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   ...   24   25   26   27   28   29   30   31   ...   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
157 
Söylə, dəyişilən-dəyişən nədir? 
 
Mən: 
İndi öz əlimiz, öz başımızdır. 
Öz çörəyimiz, öz bozbaşımızdır. 
Süfrəmizdə artıb öz nemətimiz. 
Öz rəhbərimiz var, öz dövlətimiz. 
Artıb mədrəsəmiz, mollaxanamız. 
İxtiyar babamız, qoca anamız 
Oxuyur Quranı öz ləhcəsində. 
Səhərlər açılır azan səsində. 
Uca məscidlərin minarəsindən 
Hər gün ibadətə səslənirik biz. 
Belə məqamlarda əzizləriniz 
Sizə də min rəhmət, dua oxuyur. 
 
Dördüncü mərhum: 
Bunların buzə bir faydası yoxdur, 
Özünüz üçündür gördükləriniz. 
 
Mən: 
Ölkəmizdə savaş gedir nə vaxtdır. 
Bu ittihamınız, vallah, nahaqdır. 
 
Ağsaqqal: 
Sənə iradım var. Etdiklərimiz 
Dəryada damcıdır şəksiz, şübhəsiz. 
O qədər güc, imkan sizdə ki vardı, 
Dağı dağ üstünə qoymaq olardı. 
Bilik çatırdımı biliyinizə, 
Qibtə edirdilər birliyinizə.  
Ağacı  içindən qurd yesə əgər
O çətin göyərər, çətin bar verər. 
Yadlar pəncəsində qalarkən Vətən, 
Çoxunuzun şahlıq keçir könlündən. 
Yenə bölürsünüz, bölünürsünüz. 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
158
Qoyub gəldiyimiz torpaqlar hanı? 
Obalar, oylaqlar, ocaqlar hanı? 
Əmanət vermişik onları sizə. 
Satdınız çox şeyi düşmənimizə. 
 
Mən: 
Ayağa qalxmışıq bu gün hamımız, 
Alınar, inşallah, intiqamımız. 
 
Ağsaqqal: 
Toxunuzdan indi çoxdur acınız, 
Artır gündən-günə ehtiyacınız. 
Bir çoxunuz çörək tapmır bir qarın. 
Beş-on vətənsevən var aranızda, 
Onları dinc qoymur bir paranız da. 
Mənim sözlərimi sanma zarafat, 
“Düşmən” dediyiniz dığalar bir vaxt 
Bizim nökərimiz, qulumuz olub, 
Əskimiz, silgimiz, qulumuz olub. 
Biz zir-zibilimiz bilib keçmişik, 
Dolayıb, sarıyıb gülüb keçmişik. 
Biz adam saymazdıq o nankorları. 
Yaman qudurtdunuz sizsə onları. 
Sizin vaxtınızda pullandı onlar, 
Kürsüdən-kürsüyə tullandı onlar.  
Vəzifə, imarət, maşın, eh nələr... 
Elə böyürdülər, elə şişdilər 
Axırda dedilər: “Bizik ağası, 
Bu yerin, bu yurdun bizik darğası. 
İndi nə etməli bu halınıza, 
Yanırıq məzarda əhvalınıza. 
Ümid İsgəndərə qalıbdır ancaq. 
Dirilik suyunu görəsən haçaq 
Tapıb gətirəcək o igid bizə. 
Bu zülmət içindən qalxaraq sizə 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
159 
O zaman köməyə gələ bilərik, 
Ya düşmənlər ölər, ya biz ölərik 
 
Beşinci mərhum: 
Ağsaqqal, bağışla, kəsdim sözünü. 
Çox saymaz aparır bu şəxs özümü. 
Verilən təkliflər, mühakimələr
Sizin dilinizdən çıxan kəlmələr 
Təfavüt eləmir ona bir zərrə. 
Qoyun cavab versin deyilənlərə. 
Bizim qərarımız qətidir, qəti. 
 
Yerlərdən səslər: 
Danışsın, qoy bilək nədir niyyəti. 
 
Mən: 
Bağışlayın, - dedim, - əziz mərhumlar, 
Nə etirazım var, nə iradım var. 
Dediyiniz bir çox həqiqətlərə 
Layiqiq, əlbəttə, bu töhmətlərə. 
Ancaq hökmünüzə düzəlişim var, 
Hələ bilmək olmaz kimdir günahkar. 
Ədalətlə baxın bu işə bir az, 
Ölüm işlərində tələsmək olmaz. 
 
Ağsaqqal: 
Bizə öyüd vermə, de son sözünü, 
Günahkar bilmirsən yoxsa özünü?!  
 
Mən: 
Verdiyiniz qərar, məncə, çox sərtdir. 
 
Yerlərdən səslər: 
Gəlin imkan verək, qoy sübut etsin. 
Mən: 
Qulaq asın deyim, hamı eşitsin. 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
160
Diri olubsunuz siz də bir zaman
Olub əlinizdə hər cürə imkan. 
Vəzifəniz olub, pulunuz olub, 
Çoxlu nökəriniz, qulunuz olub. 
Bir fərmanınızdan, bir əmrinizdən 
Yerlər də, göylər də titrəyib bəzən. 
Qalalar, şəhərlər saldırıbsınız, 
Bu Vətəni ərşə qaldırıbsınız. 
Qoyub getmisiniz çox yadigarlar, 
Məgər saymaq ilə qurtarmaq olar? 
Ey aqil babalar, əziz babalar, 
Siz də düşmənə çox inanıbsınız. 
Yenə də talayıb var-yoxumuzu 
Qırıblar, asıblar bir çoxunuzu. 
Yenə də inanıb göz yaşlarına
 
Çəkibsiz düşməni ocaq başına. 
Yanınızda rahat yer veribsiniz. 
İnanıb demisiz, sirr veribsiniz. 
Elə ki güclənib, artıb qüvvəti, 
Düşmən evinizi yıxıb xəlvəti. 
Ay müdrik babalar, avam babalar, 
Zaman tez-tez edir tarixi təkrar. 
Bugünkü düşmən də köhnə düşməndir. 
Desəm, tanış gələr fitnəsi, fəndi. 
Bizə sizdən keçib bu sadəlövhlük, 
Azımız mərd olub, çoxumuz dönük. 
Bəzən bir əliniz yaradıb, qurub, 
O biri əliniz vurub uçurub. 
Bunları tarixin yaddaşı deyir, 
Vətənin torpağı, hər daşı deyir. 
Danışımmı yenə, bəlkə də bəsdir. 
Bu giley-güzarlar, bəlkə əbəsdir. 
Günah axtarırıq bir-birimizdə, 
Günahkarıq elə hər ikimiz də. 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
161 
Biz dərs almalıyıq səhvlərimizdən, 
Bu gün bizi buna çağırır Vətən. 
 
Ağsaqqal:   
Bir çox mətləblərə toxundunuz siz, 
Sözünüzdə həqiqət var, şübhəsiz. 
Deyilənlər acı olsa da bir az
Düz sözdən aqillər rəncidə qalmaz. 
Mərhumlar bununçün əfv edir səni. 
Unutma, onların dediklərini. 
Bizdən salam apar, de ki, mərhumlar 
Bəzinizdən ötrü çox darıxırlar. 
Varsa aranızda əgər fərsizlər, 
Kim ki ömrü-günü keçirir hədər, 
El üçün, xalq üçün görmürsə bir iş, 
Üstünə Əzrayıl göndərilməmiş 
Gəlib bizə yoldaş olsa yaxşıdır. 
Bir ovuc torpaq, daş olsa yaxşıdır. 
Bunu da söylə ki sağlar, dirilər 
Biz edən səhvləri eyləməsinlər. 
 
*** 
...Bu dəm elə vurdu saatın zəngi. 
O da ölüm hökmü almışdı sanki. 
Ayılıb gördüm ki, öz evimdəyəm. 
Başdan ayağacan tər içindəyəm. 
O vaxtdan keçsə də həftələr, günlər, 
 Fikrimdən çıxmayır heç o “sakinlər”.       1991 
 
KÜR 
 
Çöllər sənə vurğun düşər, 
El-obaya sorğun düşər, 
Ay dolanar, yorğun düşər -  
Yatar sənin sularında. 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
162
 
Sənsiz qəlbim buza dönər, 
Çöllərimə zülmət enər, 
Göydə ulduz yanar, sönər -  
Batar sənin sularında. 
 
Nurmu ələnib suyuna, 
Qağayı istər yuyuna. 
Çinarlar boyun-boyuna 
Çatar sənin sularında. 
 
Sahillərin geyər atlaz, 
Seçilməyir burada qış, yaz, 
Sevənlər bir-birinə naz 
Satar sənin sularında. 
 
MƏHƏBBƏT DÖYÜŞƏ APARDI SİZİ 
(Böyük Vətən Müharibəsi iştirakçılarına) 
 
Nə zərli paqonlar, ordenlər eşqi, 
Nə şöhrət döyüşə apardı Sizi. 
Vətənin başının üstünü alan 
Fəlakət döyüşə apardı Sizi. 
 
Yanğınlar, alovlar yüksəlcək göyə,
 
Vətən haray çəkdi intiqam deyə. 
Düşmənlə gəlməkçün süngü-süngüyə 
Rəşadət döyüşə apardı Sizi. 
Dörd qara qış keçdi, dörd qara bahar
Geri qayıtmadı neçə oğullar, 
Dediniz, əyilməz məğrur olanlar – 
Bu qeyrət döyüşə apardı Sizi. 
Orden-medalları, deyirəm yalnız 
Bayramdan-bayrama taxmayasınız. 


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə