Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8.02 Kb.

səhifə29/53
tarix05.03.2018
ölçüsü8.02 Kb.
1   ...   25   26   27   28   29   30   31   32   ...   53
: Kitab -> 2014
2014 -> ElşƏn miSİr oğlu nəSİbov
2014 -> []
2014 -> Microsoft Word Insan huquqlari I kitab doc
2014 -> Microsoft Word Insan denizi son+. doc
2014 -> Microsoft Word gelecek dunya duzeni I kitab doc
2014 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ
2014 -> Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc
2014 -> Microsoft Word Elsever m kitab doc

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
163 
Bəşərin boynunda çoxdur haqqınız - 
Bu hikmət döyüşə apardı Sizi. 
 
Tarix də ad verdi “Xilaskar” Sizə, 
Biz ömür borcluyuq hər birinizə. 
Doğma xalqımıza, Vətənimizə 
Məhəbbət döyüşə apardı Sizi. 
 
“İşıq” 23 fevral 1968-ci il 
 
 
 
 
VƏZİFƏMİ 
(Sabirsayağı) 
 
Stol, möhür fikri ilə 
Ərimişəm gilə-gilə. 
Dost-tanışa deyin, dilə 
Salmasınlar vəzifəmi. 
 
Təpə idim. döndüm dağa, 
Razıyam min yol, ay qağa, 
Yıxılım, ancaq aşağa 
Salmasınlar vəzifəmi. 
 
Vəzifəsiz bu dünyada
İnsan heçdir, gedir bada, 
Qoy canımı alsalar da 
Almasınlar vəzifəmi. 
“İşıq” qəzeti,  
8 iyul 1967-ci il  
 
 
 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
164
“İMAMLARIMIZ” 
silsiləsindən
 
 
 
 
YA RƏSUL-ALLAH! 
 
Nə vaxt ki adına üz tutmuşuq biz, 
Kini, ədavəti unutmuşuq biz, 
Dərdli könlümüzü ovutmuşuq biz -  
Ey ümidgahımız, Ya Rəsul-Allah! 
 
Bu gün torpağımız od içindədir, 
Neçə övladımız yad içindədir, 
Soruş Tanrımızdan, qoy desin, nədir 
Bizim günahımız, Ya Rəsul-Allah? 
 
Qarabağ elləri olubdur viran
İgidlər and içir əlində Quran. 
Hardadır Türkiyə, hardadır İran -  
Gəl, ol pənahımız, Ya Rəsul-Allah! 
 
Heydər baba gecə-gündüz yatmayır, 
Doğru sözü kafirlərə batmayır. 
Bəlkə dərgahına gedib çatmayır 
Naləmiz, ahımız, Ya Rəsul-Allah! 
 
Əzəldən düz olub duz-çörəyimiz, 
Özgə tikəsinə qalmamışıq biz. 
Yurdsuza yurd olub ürəklərimiz -  
Bilir Allahımız, Ya Rəsul-Allah! 
 
Mübarək adını gətirdim dilə, 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
165 
Ümid var son qoyaq hər bir müşkülə. 
Bir gün xoş qələbə sorağı ilə 
Açar sabahımız, Ya Rəsul-Allah! 
1994 
 
 
 HƏZRƏT İMAM  
 ƏLİ ƏLEYHİSSƏLAMA 
 
Sən ey Peyğəmbərin məslək qardaşı, 
Vuran qılıncımız, coşan kinimiz. 
Deyirəm, görəsən sən olmasaydın 
Necə yaşayardı bizim dinimiz. 
 
Cəngi, qan tökməyi sevməzdin, ancaq 
Üstünə gələni məhv elədin sən. 
Şəhərlər, qalalar almağa nə var, 
Milyon-milyon ürək fəth elədin sən. 
 
Dayağı olmusan dayaqsızların, 
Bölmüsən bir tikə çörəyini də. 
İstəyən olsaydı əsirgəməzdin 
Çıxarıb verərdin ürəyini də. 
 
Çətinə düşənin, dara düşənin 
Əgər tutmasaydın o vaxt əlindən. 
Havada qalardı bu gün çox əllər -  
Biz səxavət dərsi almışıq səndən. 
 
Sən bir ata idin,  
Elə ata ki, 
Başın uca olub övlad yanında. 
“Ya Məhəmməd” deyib, “Ya Əli” deyib 
Övladların düşmən üstə gedəndə. 
Qoy tarix yazanlar söyləsin, kimlər 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
166
Sənin kimi mərdi namərddən seçib. 
Bütpərəst müşriklər “Quranın” , bir də 
Sənin qılıncının altından keçib. 
 
Çox Əlilər gəlib-gedib dünyadan
İslamı sənintək sevən olmayıb. 
Saldığın gülşənin, bağın, behiştin 
Bir gülü-çiçəyi hələ solmayıb. 
 
Sən ey qüdrətinə səcdə etdiyim, 
İndi başqa dünya, başqa zamandır. 
Neçə məmləkətdə, neçə ölkədə 
Uğrunda öldüyün din hökmrandır. 
 
Sən dönməz sərkərdə, sən dönməz əsgər 
Döyüş meydanında, sınaq günündə. 
Neçə şir ürəkli arxalı igid 
Arxası qarışıq çöküb önündə. 
 
Yayılıb Məğribdən-Məşriqə kimi
İslamın şöhrəti tutub dünyanı. 
Dostlar çoxalsa da, artıb düşmən də, 
Axır çox yerlərdə müsəlman qanı. 
 
Mənim də Vətənim dardadır bu gün, 
Dağıdılıb neçə kəndim, şəhərim. 
Düşmənin başına odlar ələmiş 
Sənin kimi neçə igid əsgərim. 
 
Düşmən hiyləgərdir, düşmən məkrli, 
Girib min bir dona təkləyir bizi. 
O böhtan da atır, nifaq da salır, 
Ayırıb məhv edir hər birimizi. 
Bir nicat yolu var: birləşsin gərək 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
167 
Bütün Məhəmmədlər, Əlilər bu gün. 
Çənlibellər yağı oylağı olub, 
Gəlsin koroğlular, dəlilər bu gün. 
 
Qarğıyan çox yaman qarğıyıb bizə, 
Şərdən qurtarmır heç bu elim, obam. 
Bir anlıq da olsa qalx məzarından, 
Bizə cəsarət ver, qüdrət ver, babam. 
 
Soyuq səngərlərdə düşmənə hər gün, 
“Ölüm” deyənlərə qüdrət ver, babam. 
Mənsəb yığanlara, naşükürlərə, 
Haram yeyənlərə qüdrət ver, babam. 
 
Yenə dinimizin dur keşiyində
Millət davasıdır bu dava, babam. 
Sən görən savaşdan deyil bu savaş, 
Qeyrət davasıdır bu dava, babam. 
 
Sən ey imamlığın qəlbi, zəkası, 
Vəsfində acizdir söz də, qələm də. 
Nə qədər İslam var, “Quran” var, din var, 
Sağsan, yaşayırsan sən bu aləmdə. 
1992 
 
 
AYƏTULLAH XOMEYNİYƏ 
 
Qəlbində məhəbbət, gözlərində nur, 
Adın çəkiləndə ayağa durur 
Bu gün milyon-milyon İslam övladı. 
Sən qalxan zirvəyə kimsə qalxmadı. 
 
Oyatdın qəflətdən xalqı, milləti, 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
168
Arxanca apardın bir məmləkəti
Sən ey dinimizin məğrur atası, 
Sayəndə yüksəldi İslam dünyası. 
 
Məramın, məsləkin əməllərdədir, 
Qaldırdığın bayraq mərd əllərdədir. 
Səndən qüvvət almaq, güc almaq üçün 
Səni ziyarətə gəlirlər hər gün 
Qoca dünyamızın hər guşəsindən. 
O Tanrı oğlunun məqbərəsindən 
Siz ey xeyir-dua, güc alan kəslər, 
Eşidin, nə deyir ilahi səslər: 
İslamın onun tək rəhbəri olun! 
İslamın onun tək əsgəri olun! 
         1992 
 
 HÜRRİYYƏT YOLU 
 
Ədalət yoludur İslamın yolu, 
Hürriyyət yoludur İslamın yolu. 
 
Allah sayılanda bir zaman bütlər
Ümidsiz, imansız yaşarkən bəşər, 
Aləmə car çəkdi Tanrısevərlər: 
Həqiqət yoludur İslamın yolu! 
Hürriyyət yoludur İslamın yolu! 
 
Bir ulu Məhəmməd, adı mübarək 
Yer üzünə doğdu günəş tək, ay tək, 
Dedi insanlığa yol göstərərək: 
Səadət yoludur İslamın yolu! 
Hürriyyət yoludur İslamın yolu! 
Bu yolda insanlar yoldaş oldular
“Allah birdir” deyib dindaş oldular, 



Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   53


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə