Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə31/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   ...   27   28   29   30   31   32   33   34   ...   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
175 
Bu qoca dünyaya gəlib çox adəmlər getdi. 
 
Kaş olaydım mən də o gedənlər arasında, 
Neçə söz vurğunları, əhli qələmlər getdi. 
 
Qarabağ gülşənimiz talan oldu gör necə, 
Öldürdü Xeybəri də, vallah, bu qəmlər, getdi. 
 
 
 
 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
176
 
 
 
 
II FƏSİL 
 
         
         
PUBLİSİSTİKASI, 
       MƏQALƏLƏRİ, 
     FELYETONLARI 
 
      
   
 
                                          
 
 
 
 
 
 
 
HƏMYERLİMİZİN İLK KİTABI 
(təbrik edirik) 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
177 
 
Qazmaçı yer qazır, mən şeir yazıram. 
Ürək qabar olur əllərim kimi! 
Sözlə alaq vurub torpaq qazıram 
Mənim zəhmət sevən ellərim kimi! 
 
Bu mənalı sətirlər həmyerlimiz, gənc şair Sabir Almazo-
vun yenicə çapdan çıxmış şeirlər kitabındandır. Sabir bəhsəbəs, 
“o yazdı, mən də yazım” deyə əlinə qələm alan gənclərdən de-
yil. O, hələ orta məktəbdə oxuyarkən şeirə, sənətə həvəs göstər-
miş, rayon qəzetlərində öz şeirləri ilə çıxış etməyə başlamışdır.  
Misal gətirdiyim misralardan da məlum olur ki, Sabir 
poeziyaya çox ciddi, çətin və  məsuliyyətli bir iş kimi baxır. 
Qazmaçı qışın şaxtasında, yayın qızmarında gecə-gündüz işlə-
yib yerin dərin qatlarından “qara qızıl” üzə çıxarırsa, Sabir də 
bir şair kimi “ürəyi qabar oluncayadək” işləməyə, halal zəhmət 
çəkən adamlarımızın əməyini, hiss və həyəcanlarını, duyğu və 
düşüncələrini vəsf etməyə çalışır. Təsadüfi deyildir ki, gənc 
şairin “Fikir” adlı ilk kitabı “Mən fəhləyəm” şeiri ilə başlayır: 
 
Əli sıxsam, əl inciməz, 
Daşı sıxsam, daş qum olar. 
Alın tərim yığılarsa 
Təbiətdə daşqın olar.  
 
Əlimdəki çəkic kimi 
Qolum güclü, əlim möhkəm. 
Yorulanda Atlant kimi 
Mən dağlara söykənirəm. 
Öz fədakar əməyilə öyünən, öz güclü əllərinə güvənən bir 
fəhlənin dilindən yazılmış bu misralar nə qədər əzəmətli səslə-
nir. 
Ümumiyyətlə, gənc  şairin öz ilk kitabında zəhmət möv-
zusuna geniş yer verməsi gözəl məziyyətdir. Axı, zəhmət, əmək 
haqqında yazmaq, bülbül, dağ, bağ haqqında yazmaqdan qat-
XEYBƏR  İGİDƏLİYEV 
 
 
178
qat çətindir. Sabirin özü həmişə deyir ki, “gül” dedikdə bizim 
təsəvvürümüzdə gözəl, ətirli, rayihəli bir şey canlanır və burada 
daha “şairə, şeirə” ehtiyac qalmır. Bir də var ki, deyəsən “trak-
torçu”, yaxud “mexanizator”. Burada oxucuya gözəl hisslər, fi-
kirlər, bir sözlə, gözəllik aşılamaq üçün əsl poetik istedad tələb 
olunur. Elə yazmaq lazımdır ki, toplanan rəqəmlərin yerini 
dəyişdikdə cəm dəyişmədiyi kimi, “gül” sözü ilə “traktor” sö-
zünün yerini dəyişdikdə poetik gözəllik, bədii təsir azalmasın. 
“Fikir” kitabında toplanmış mövzuca rəngarəng  şeirlər 
göstərir ki, Sabir götürdüyü predmeti, hadisəni, obyekti məna-
landırmağa, onları obrazlı  və  səmimi ifadə etməyə çalışır. 
Kitabçadakı “Dəniz və mən”, “Yaz yağışı”, “Külək” kimi təbiət 
şeirlərində poetik müşahidə qüvvətlidir. Lirik şeirlərdəki yığ-
camlılıq və orijinallıq parçaların bədii təsirini daha da artırır. 
Bu şeirlərdə mənəviyyatca sağlam və zəngin olan gənclərimizin 
təmiz, ülvi hissləri, nikbinliyi, humanizmi tərənnüm edilir. 
“Bağışla məni”  şeirində  təsadüfən sevgilisinin xətrinə 
dəymiş lirik qəhrəman öz günahını başa düşür və sevgilisindən 
onu bağışlamasını xahiş edir. Lakin bu “bağışlanmanın” da icti-
mai motivləri var. O, “güzəştlə”, “xala xətrin qalmasın” deyə 
bağışlanmasını istəmir və deyir: 
 
Özgələr önündə əyilsə başım, 
Yarala bir kəskin baxışla məni. 
Mənə kiçilməyi öyrətmə, gülüm, 
Bir məğrur sükuta bağışla məni. 
 
“Fikir” həmyerlimizin ilk kitabıdır.  İrəlidə onu daha bö-
yük çətinliklər və töhfələr gözləyir. Biz ona poeziyanın bu 
daşlı-kəsəkli” yolunda müvəffəqiyyətlər arzulayırıq! 
“İşıq” qəzeti, 5 noyabr 1967-ci il 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
179 
NEFTÇİ - XANƏNDƏ 
(bizim istedadlar) 
 
Sabir Əhmədov “Şirvanneft”in Elmi-Tədqiqat və İstehsa-
lat  İşləri sexində böyük geoloq işləsə  də, bu məqalədə onun 
istehsalat nailiyyətlərindən danışılmayacaqdır. Sabirin ikinci bir 
peşəsi də vardır ki, o, buna lap gənc yaşlarından könül bağla-
mışdır. Sabirin ikinci peşəsi xanəndəlikdir. Musiqiyə olan 
həvəsi, məlahətli və xoş  səsinə görə o, hələ Bakıda Oktyabr 
İnqilabı adına Neft Texnikumunda oxuyarkən çoxlarının diqqə-
tini cəlb etmişdi. 
Texnikumda istedadlı  gənclərdən ibarət özfəaliyyət 
dərnəyi yaradılmışdı. Sabir də oraya üzv olmuşdu. Elə ilk məş-
ğələlərdən dərnək rəhbərinin də, tələbə yoldaşlarının da rəğbəti-
ni qazana bilmişdi. Bu bəstəboy, sarıyanız oğlanın oxuduğu 
mahnılar hamıya xoş təsir bağışlayırdı. Tələbə şənliklərində ha-
mı onun səhnəyə çıxmasını səbirsizliklə gözləyərdi. Sabir xalq 
mahnılarını  şövqlə oxuyardı. Bu mahnılarda tərənnüm olunan 
xalq qüdrətini, həyat eşqini, böyük inamı, gənclik və məhəbbət 
duyğularını o, səsinin gah zərif, gah da coşqun ahəngində dinlə-
yicilərinə çatdırmağa çalışardı.  
Bakının mədəni həyatı Sabiri getdikcə özünə möhkəm 
bağlayırdı. İstirahət saatlarında, bayram günlərində onu şəhərin 
musiqi salonlarında, konsert meydançalarında görmək olardı. 
Eşitdiyi hər yeni musiqi, mahnı  sədası onun ilhamına qanad 
verər, duyğularını coşdurardı. Sabir artıq onlarca yeni mahnı 
öyrənmiş, repertuarını genişləndirmişdi. 
Bir dəfə texnikumda buraxılış günü keçirilirdi. Son kurs 
tələbələri həyəcanlı görünürdülər. Müəllim və tələbələrin çıxı-
şından sonra səhnəyə özfəaliyyət kollektivinin üzvləri çıxdı. 
Gənc istedadların ifa etdikləri mahnılar, musiqilər, rəqslər al-
qışlarla qarşılanırdı. Bu gecə Sabir üçün də unudulmaz oldu. O, 
səhnəyə çıxanda geniş tamaşa zalına dərin sükut çökdü. Hamı 
onu dinləməyə hazır idi. Bir azdan “Çahargah” muğamının xoş 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
180
təranələri pərdə-pərdə ətrafa yayıldı. Bütün nəzərlər ona dikil-
mişdi, gözlər də, ürəklər də onu dinləyirdi. Çalğı dayanan kimi 
zalı alqış səsləri bürüdü. Tamaşaçılar Sabiri bir neçə dəfə səh-
nəyə qaytardılar. 
Səhərisi gün texnikumun elan lövhəsindən bir əmrin surə-
ti asılmışdı. Orada özfəaliyyət dərnəyində  fəal iştirakına görə 
üçüncü kurs tələbəsi Sabir Əhmədova təşəkkür elan edilmişdi. 
Bu hadisəni Sabir hələ də yaxşı xatırlayır. Bakının Lenin 
rayonunun Mədəniyyət evində I Respublika Festivalı iştirakçı-
larının konserti vardı. Bu gün burada Sabir də  çıxış edəcəkdi. 
Pərdənin arxasından zala baxanda onu həyəcan bürüyürdü. 
Konsertə yalnız adi tamaşaçılar deyil, görkəmli ifaçılar, musiqi 
mütəxəssisləri də  dəvət olunmuşdular. Sabir bu dəfə  tələbkar 
tamaşaçılar qarşısında bir xalq mahnısını, bir də “Bayatı-Kürd” 
muğamını oxudu. O, səhnədən düşdükdən sonra onu münsiflər 
heyətinə çağırdılar. Dəyirmi stolun arxasında oturmuş saç-saq-
qalı dümağ bir kişi onun əlini sıxıb dedi: – Yaxşı  səsin var, 
oğlum! Yol-iriz də bilirsən. Ancaq bir şeyi yadında saxla ki, hər 
xanəndənin, ifaçının öz üslubu, öz dəsti-xətti olmalıdır.  
Bu, respublikamızın görkəmli artisti, məşhur xanəndə 
Seyid Şuşinski idi. 
İndi Sabir Əhmədovu hər gün işdən sonra Şirvan neft-
çilərinin klubunda, şəhər mədəniyyət evində görmək olar. Onun 
repertuarında hazırda 100-dən çox muğamat və xalq mahnıları 
var. Şəhərimizin sakinləri Sabirin ifasında “Rast”, “Çahargah”, 
“Bayatı-Şiraz”, “Segah” muğamlarını dəfələrlə dinləmişlər. 
Bir neçə ay bundan əvvəl  Şirvanneft NMİ-də  “Şirvan” 
Xalq Çalğı Alətləri Ansanblı  təşkil edilmişdir. Onun ən fəal 
üzvlərindən biri də Sabir Əhmədovdur. Gənc xanəndə yeni 
mahnılarla tez-tez neftçilər, energetiklər, inşaatçılar qarşısında 
çıxış edir. 
 “İşıq” qəzeti,  
24 iyun 1967-ci il  


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə