Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə32/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   ...   28   29   30   31   32   33   34   35   ...   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
181 
SEVİMLİ AKTYORLA GÖRÜŞ 
 
Respublikanın xalq artisti Möhsün Sənani səhnəmizin 
fəxridir. O, ömrünün 50 ilini Azərbaycan sovet teatrının çiçək-
lənməsinə  həsr etmişdir. Sevimli aktyorun ustalıqla yaratdığı 
Şərif, Eyvaz Əsriyan, Qoçu Əsgər və başqa obrazlar yaddaqa-
lan, tamaşaçının qəlbində dərin iz buraxan obrazlardır. 
Bu günlərdə Möhsün Sənani respublikanın  əməkdar 
artisti  Ə.Əliyeva ilə birlikdə  şəhərimizə qonaq gəlmişdir. Se-
vimli aktyorun pərəstişkarları “Oktyabrın 50 illiyi” adına 
parkdakı yay kino-teatrına toplaşmışdılar. O, səhnədə görünən-
də gurultulu alqışlar qopdu. Şəhər Partiya Komitəsi Təbliğat 
şöbəsinin müdiri X.İgidəliyev yoldaş M.Sənaninin və  Ətayə 
Əliyevanın keçirdiyi yaradıcılıq yolu barədə tamaşaçılara məlu-
mat verdi. Daha sonra 10 nömrəli məktəbin direktoru A.Ha-
dıyev, Şirvanneft NMİ-nin mühəndisi B.Səlimov, şəhər musiqi 
məktəbinin direktoru, rejisssor M.Manafov, Qazıməmməd Xalq 
Teatrının rejissoru R.Abuzərov və başqaları Möhsün Sənani 
yaradıcılığı barədə çıxış etdilər.  
Səhnə sevili aktyorlarımızın ixtiyarına verildi. Tamaşaçı-
lar bir daha Möhsün Sənaninin ifasında Şəriflə (“Almaz”), Ey-
vaz Əsiryanla (“1905-ci ildə”) və başqa obrazlarla görüşdülər. 
Görüşün sonunda M.Sənaninin iştirak etdiyi kino film-
lərdən parçalar göstərildi.  
“İşıq” qəzeti, 7 iyul 1971-ci il 
 
O, OĞLUNU AXTARIR 
 
O, sözlü adama oxşayırdı. Həyəcandanmı, nədənmi 
dodaqları titrəyirdi. Üzünün çox sərt, həm də  məhzun ifadəsi 
vardı. Yola saldığı illər elə bil işığı ilə birlikdə gözlərinin sevin-
cini də aparmışdı. Onlar nə qədər soyuq və kədərli idilər. Mənə 
elə  gəldi ki, bu adamın ömründə bir dəfə  də olsun qaş-qabağı 
açılmamış, üzü gülməmişdir... 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
182
Otaqda ikimiz qaldıq. O, stulunu dəyişərək lap yaxına 
gəldi. Pıçıltılı səslə dedi: 
– Bala, nə  işin varsa gör qurtar. Mənim  əhvalatım 
uzundur. Vaxtını çox alacağam. 
– Danışın, mən sizi dinləyirəm, – dedim. 
...Ağahüseyn kişi Bakının Bülbülə qəsəbəsindəndir. Uzun 
illər burada yaşamışdır. Həyatı pis keçməmişdir. Buradakı neft 
mədənlərinin birində xeyli müddət fəhlə  işləmiş, sonra isə 
çalışqanlığını  nəzərə alıb onu baş operator qoymuşlar. Aldığı 
məvaciblə kiçik ailəsini genəbol dolandırırmış. Sıxıntı və ehti-
yac bu evə  qədəm açmamışdı.  Əgər ruzigar elə belə  də  gəlib 
keçsəydi, Ağahüseyn kişinin ailəsi daha gözəl günlərdə yaşaya-
caqdı... 
Müharibə başlayanda onun yaşı 40-ı addamışdı. 3 oğul 
atasıydı. Bir gün onu hərbi komissarlığa çağırırlar. Ağahüseyn 
bunu çoxdan gözləyirdi. Bilirdi ki, gec-tez ailədən, istehsalat-
dan ayrılmalı olacaq. Əli silah tutanların hamısı cəbhədə vuru-
şurdu. O da Vətənə öz borcunu verməliydi. 
Ağahüseyn cəbhəyə yola düşəndə  həyat yoldaşı Gülzara 
demişdi: 
– Uşaqlardan muğayat ol. İndi onların atası sənsən. Əgər 
salamat qayıtsam, bütün əziyyətlərinin əvəzini çıxacağam. 
Söhbətimin bu yerində onun səsi titrədi. Sifətinin rəngi 
dəyişdi. Üzündəki qırışlar daha da dərinləşdi. Güclə eşidiləcək 
bir səslə davam etdi: 
– Düz iyirmi üç ildir oğlum Məmmədi axtarıram. Neçə 
kəndə, şəhərə soraq salmışam. Ümidim, gümanım gələn yerlərə 
dönə-dönə getmişəm. Bu dərdlə neçə qapı açmışam. Neçə 
adamdan imdad istəmişəm. Lakin tapdığım quru təsəlli olub. 
Evdə olanda elə bilirəm ki, bu dəqiqə qapını açıb içəri girəcək. 
Küçəyə  çıxanda gözlərim onu axtarır. Deyirəm, bu dəqiqə 
qarşıma çıxacaq, “ata” deyib boynumu qucaqlayacaqdır. Yerişi-
ni yerişlərdə, gülüşünü gülüşlərdə axtarıram. Neçəsini ona ox-
şadaraq saxlayıb dindirmişəm. Sorğu-suala tutmuşam. Bütün 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
183 
səylərimin sonu məyusluq, peşmanlıq olub. Elə məni erkən qo-
caldan, həyatın sevincindən məhrum edən bu dərddir. Könlü-
mün açılan vaxtı olmayıb. Lakin ümidimi qırmamışam. Bilirəm 
gec-tez onu tapacağam. Sizin yanınıza kömək üçün gəlmişəm. 
Oğlumu tapmaqda mənə kömək edin... 
Ağahüseyn kişi müharibədən qayıdanda böyük oğlu 
Məmmədi ailədə görmədi. Elə həmin gündən də onun narahat 
günləri başlandı. Məmmədin itkin düşməsinin səbəbini Ağahü-
seyn kişi hələ də bilmir. Deyilənlərə görə, Məmməd Bülbülədə 
yaşadıqları zaman – onda atası cəbhədə idi – bir gün axşamçağı 
evdən çıxır və bir daha geri qayıtmır. Haraya getdiyini nə 
anasına, nə də özündən kiçik qardaşı Ramiz və Hatəmə deyir. O 
zaman Məmmədin 12 yaşı varmış. Uşağın tapılması üçün cəhd 
göstərilmişsə də, lakin bir nəticə verməmişdir. 
Ağahüseyn kişi Məmmədi axtarmağa başlayır. Neçə 
idarəyə, uşaq evlərinə müraciət edir. Qohum və tanışlarından 
soraqlaşır. Lakin Məmmədi “gördüm” deyən olmur. 23 ildir ki
Ağahüseyn kişinin qəlbi intizarda, gözləri yoldadır. 
“Oğlunuzu necə xatırlayırsınız. Onun hansı  nəm-nişanı 
yadınızda qalıb” deyə mən ona sual verdim. 
Ağahüseyn kişi dedi: “Məmməd 1931-ci ildə Bakının 
Bülbülə  qəsəbəsində anadan olub. Mən müharibəyə gedəndə, 
12 yaşına girmişdi. Uşaqlığında gülən zaman yanağı çökürdü. 
Başının arxasında balaca çapıq olmalıdır. Yaxşı yadımdadır, bir 
dəfə  Məmməd bərk xəstələnmişdi. Ülgüclə  çərtərək başından 
qan almışdım. Ondan yadımda qalan ancaq bunlardır. Bir də 
sizə onu deyim ki, aldığım məlumata görə  Əlibayramlıdakı 2 
nömrəli tikinti-quraşdırma idarəsində Məmməd Əliyev adlı bir 
nəfər rəngsaz işləmişdir. Familiyası və adı tuş gəlir. Mən şəhər 
pasport stolu rəisindən onun gəlmə  vərəqəsini alıb baxdım. 
Atasının adı göstərilməmişdir. Məmməd  Əliyev üç il bundan 
əvvəl həmin idarədən çıxmış, deyilənlərə görə Sumqayıta işlə-
məyə getmişdir. Mən Sumqayıtda da oldum. Lakin onu orada 
tapa bilmədim”. 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
184
...Hörmətli oxucular! Son illərdə şəhərimizin tikintilərin-
də, neft mədənlərində işləmək üçün buraya respublikamızın hər 
yerindən çoxlu adam axışıb gəlmişdir. Bəlkə də onların arasın-
da Ağahüseyn kişinin oğlu Məmməd Əliyev də vardır. Qoy onu 
tanıyanlar, taleyindən xəbərdar olanlar redaksiyamıza bildirsin-
lər. İllərdən bəri gözləri yolda qalan, gecə-gündüz oğlunun həs-
rətini çəkən, həmişə oğlunun tapılacağı ümidi ilə yaşayan ataya 
kömək etmək bizim vətəndaşlıq borcumuzdur. 
 
  “İşıq” qəzeti, 12.04.1967-ci il  
 
 
 
ÇÖLLƏR YANAR KÜR OLMASA... 
 
Tanış bir şeirdən olan bu misra Kürə tamaşa edərkən 
yadıma düşdü. Sahildə dayandığım az vaxt ərzində onu bir neçə 
dəfə öz-özümə pıçıldadım. Şair çoxdan məlum olan bir həqiqəti 
şeir dili ilə daha ucadan, nəğməli bir ahənglə səsləndirib deyir 
ki, çöllər Kürsüz alışıb yanar. Barı, neməti aşıb daşan geniş 
düzlərimizi Kürsüz təsəvvür etmək çətindir. 
Kür - çöllərimizin əsl bəzəyi o gündən olub ki, onun cilo-
vu fədakar adamlarımızın  əlinə keçib. Yaşıl örtüklü qayaların 
arasından tarlalara, bağlara – bir sözlə “geniş dünyaya” çıxarı-
lıb. İndi keçmişimizə bələd olmayanlar belə həzin-həzin axma-
sını görüb deyirlər: Nə sakit çaydır. 
Obyektləri bir-bir gəzirik. Bir neçəsində artıq sakitlikdir, 
inşaatçılar işlərini qurtarıb başqa obyektə köçmüşlər. Məsələn, 
ilkin xlorlama kamerasının təhvil-təslimi bir neçə gün bundan 
qabaq olub. Birinci və ikinci radial su durulducuda axırıncı qu-
raşdırma işləri gedir. 
Radial su durulducuların mərkəzində paylayıcı çən qoyul-
muşdur. Çən qülləyə bənzəyir, lap yuxarısında dörd tərəfə ba-
cası var. Yerdən səkkiz metr hündürlükdədir. Su ilkin xlorlama 


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə