Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə33/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   ...   29   30   31   32   33   34   35   36   ...   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
185 
kamerasından bu çənə vurulacaqdır. Oradan isə aşağıya – radial 
sudurulduculara paylanacaq. Suyun belə bir trayektoriya ilə 
hərəkət etdirilməsi yalnız bir məqsəd üçündür. Mütəxəssislər 
dedilər ki, ilkin xlorlama kamerasından su birbaşa durulducu-
lara vurularsa, onda təzyiq güclü olar və çöküntü getməz. Su-
yun təzyiqini bir qədər azaltmaq məqsədilə onu yerdən xeyli 
hündürlüyə və oradan durulduculara paylamaq nəzərdə tutulub. 
Paylayıcı çəni 74 nömrəli tikinti idarəsinin birinci sahəsi-
nin inşaatçıları tikmişlər. Sentyabrın birinci ongünlüyü burada 
da axırıncı müddətdir. 
Üç obyektdə ilk sınaq işçiləri ilə tanış olduq. Birinci qal-
dırıcı nasos stansiyasının qəbul kamerasının möhkəmliyini yox-
lamaq məqsədilə buraya bir neçə gün qabaq su vurulmuşdur. 
Xeyli vaxt keçsə də, suyun səviyyəsi düşməmiş, həmçinin axın-
tı müşahidə edilməmişdir. 1-ci qaldırıcı nasos stansiyasının 
maşın zalında Bakı Mühərrik Quraşdırma  İdarəsinin ikinci 
sahəsinin quraşdırıcıları  işləyirlər. Briqadir Muxtar Misir dörd 
nasos quraşdırmışlar. Quraşdırıcılar burada son işlərini icra 
edirlər. Albert, Valentin Boyko, Spartak gündəlik tapşırıqlara 
ikiqat  əməl edirlər. Briqada başçısından soruşduq: Avadan-
lıqların keyfiyyəti necədir? Sualımıza qənaətbəxş cavab aldıq. 
O, həmçinin bildirdi ki, nasosxanada bütün quraşdırma işlərini 
ayın birinci yarısına qurtarmağı  qərara alıblar. Baş  qərargahın 
tərtib etdiyi cədvələ əsasən üfüqi sudurulducuların altısı birinci 
növbədə hazır olmalıdır. Artıq burada hər şey öz qaydasındadır.  
Süzgəcxanada quraşdırma işləri demək olar ki, başa 
çatmışdır. Kürün suyunun Bakıya axacağı günə çox az qalıb. 
 
 “İşıq” qəzeti,   
11.09.1970-ci il  
 
 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
186
YAXŞI YOL, ANA KÜR 
 
Bir neçə ay bundan qabaq biz “Kür Bakıya axacaq!” de-
yirdik.  İndi isə ona “yaxşı yol” arzulayır, “qədəmlərin müba-
rək” deyirik. Kürün doğma paytaxtımıza axacağı gün gəlib 
çatdı. Polad məcralı çayın yolunu gecə-gündüz səbrsizliklə göz-
ləyənlər – Bakı, Sumqayıt şəhərlərinin elçiləri su kəmərinin bi-
rinci növbəsinin müvəffəqiyyətlə başa çatdıranları təbrik etmək 
üçün Kiçik Talış kəndinə gəlmişdilər.  
Kürün sahilindəki bu kiçik kənd heç vaxt belə  təntənə 
görməmişdir.  İnşaatçıların böyük hünəri ilə az vaxt ərzində 
kimsəsiz, boz düzənlikdə nəhəng qurğular yaradılmış, bir-birin-
dən mürəkkəb, yaraşıqlı obyektlər ucaldılmışdır. Kürün suyu 
bu qurğulardan keçə-keçə  təmizlənəcək, saflaşacaq, Abşeron 
torpağına axacaqdır. Birinci növbənin obyektlərini inşaatçılar 
istismara vaxtında vermişlər. Qızmar yay günlərində beton-
çular, armaturçular, bənnalar, dülgərlər – tikintinin bütün əmək-
çiləri  əsl qəhrəmanlıq göstərmişlər. Onlar gecə-gündüz çalı-
şaraq yorğunluq bilmədən, vaxtla hesablaşmadan öhdələrinə 
götürdükləri nəcib bir işi nəzərdə tutulan gündə respublikamı-
zın yubileyləri ərəfəsində başa çatdırmağa nail olmuşlar. 
Keçən istirahət günü Baş Su Qurğuları Tikintisində  əsl 
bayram  əhval-ruhiyyəsi vardı. Respublikamızın hər yerindən 
buraya xeyli adam gəlmişdi. Qonaqlar inşaat sahəsini gəzir, ti-
kinti işçilərini təbrik edir, onların yaratdıqları qurğulara, hey-
ran-heyran tamaşa edirdilər. Bir azdan tikintinin mərkəzi qərar-
gahındakı radio qovşağı  xəbər verir ki, Kür-Abşeron Su 
Kəmərinin birinci növbəsinin açılışı radial durulducular sahə-
sində olacaqdır. Hamı o tərəfə hərəkət edir. Mitinq yerinə çoxlu 
məktəbli gəlmişdir. Onlar təzə gül dəstələrini tikintinin qəhrə-
manlarına təqdim edirlər. 
Respublikamızın partiya və hökumət rəhbərləri də inşaat-
çıların bayramında iştirak etmək üçün buraya gəlmişlər. 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
187 
Azərbaycan KP MK-nın birinci katibi H.Ə.Əliyev yoldaş 
inşaatçıların və qonaqların alqışları altında lenti kəsdi. Kür 
Bakıya sarı istiqamət aldı. Hər tərəfdən inşaatçıların ünvanına 
alqışlar ucaldı. 
 “İşıq” qəzeti,  
30.09.1970-ci il  
 
 
POEZİYA VƏ MAHNI GECƏSİ 
 
Tək yaşamaq istəmirəm özüm üçün, 
Anam üçün, oğlum üçün, qızım üçün. 
İstəmirəm tək onlara gərək olum, 
İstəyirəm milyonlara gərək olum. 
 
Bu sətirlərdə vətəndaş bir şairin ürək döyüntüləri eşidilir. 
Bu sətirlərdə təkcə bir insanın deyil, bütün sovet xalqının, bü-
tün tərəqqipərvər adamların arzuları ümumiləşdirilib. Bu sətir-
lərin müəllifi istedadlı gənc şair Cabir Novruzdur. 
Cabir  ədəbiyyatımıza müharibədən sonra gəlib. Hələ 
əllinci illərdə Cabirin qəzet və jurnal səhifələrində dərc etdirdi-
yi  şeirlərindən görünürdü ki, ədəbiyyatımıza təzə  nəfəsli, təzə 
sözlü bir şair gəlir. Doğrudan da belə oldu. O vaxtdan bəri 
Cabir Novruzun 5 şeir kitabçası çapdan çıxıb. burada toplanan 
şeirlər geniş oxucu kütləsinin rəğbətini qazanıb, dillər  əzbəri 
olub. Məhz buna görə də, Cabir Novruzun gənclərin həyatından 
bəhs edən  şeir və mahnıları Respublika Komsomolu Müka-
fatına layiq görülmüşdür.  
Bəstəkar Oqtay Kazımov və müğənni Yalçın Rzazadə də 
istedadlı gənclərdir. 
Avqust ayının 7-də  şəhərimizin poeziya və mahnı 
həvəskarları bu üç sənətkarın görüşünə toplanmışdılar. Görüşü 
şəhər partiya komitəsini təbliğat və  təşviqat  şöbəsinin müdiri 
X.İgidəliyev yoldaş açdı. Sonra 10 nömrəli məktəbin direktoru 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
188
A.Hadıyev, “İşıq” qəzetinin  əməkdaşı T.Hüseynov, İliç adına 
DRES-in ustası Y.Salmanov, M.A.Əliyev adına İncəsənət İnsti-
tutunun tələbəsi H.Həsənova qonaqların yaradıcılığı barədə 
çıxış etdilər.  
Söz qonaqlara verildi. Şair Cabir Novruz öz yeni şeirləri-
ni oxudu. Bəstəkar O.Kazımov Əlibayramlı haqqında təəssürat-
larından və gələcək planlarından danışdı. 
Görüşün sonunda istedadlı müğənni Yalçın Rzazadənin 
ifasında C.Novruzun sözlərinə yazılmış mahnılar səsləndi.  
“Poeziya və mahnı gecəsi”  şəhərimizin dinləyicilərinə 
xoş təsir bağışladı.  
“İşıq” qəzeti, 11.08.1970-ci il  
 
 
YAŞAMAQ İSTƏYİRƏM, DOKTOR! 
 
O, xəstəxanadan çıxanda artıq saat gecə on birə işləyirdi. 
Şəhər yatmağa hazırlaşırdı. Küçələr boşalırdı. Ətrafdakı səssiz-
liyi onun ağır, yorğun addım səsləri pozurdu. Fikri özündə de-
yildi. Ayaqlarını güclə çəkirdi. Haraya getdiyini hələ də bilmir-
di. Yalqızlığı, tənhalığı sevməsə  də, bu gün hər  şeydən təcrid 
olmaq, tək qalmaq istəyirdi. Fikirləri, düşüncələri tufana düş-
müş qayğıya bənzəyirdi, sahil axtarır, dincəlmək istəyirdi. Tini 
burularkən üzünə toxunan xəfif meh elə bil sərinlik yox, gözlə-
rinə  işıq gətirdi. Sinə dolusu nəfəs aldı, özündə bir yüngüllük 
duydu. Küçə lampalarının işıqlandırdığı ensiz səki ilə evlərinə 
tərəf üz tutdu. 
Sakit, aylı-ulduzlu gecə idi. Haradasa uzaqlarda, göylərin 
geniş sinəsində bir ulduz axdı. Deyirlər, ulduzlar da insanlar 
qədərdir. Hər ulduz bir insanın taleyidir. İnsan dünyadan kö-
çəndə onun ulduzu da göyləri tərk edir. Əgər bu, doğrudan da 
bir həqiqətdirsə, onda o, bu gün kəhkəşanın məxmər sinəsinə 
bir ulduz bəxş etmişdir. Bəlkə  də bax o parlaq, işıqlı ulduz 


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə