Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə34/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   ...   30   31   32   33   34   35   36   37   ...   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
189 
onunkudur. Qoy o lap böyüsün, bütün ulduzlardan işıqlı olsun, 
göy qübbəsini başdan-başa şəfəqlərə bürüsün. 
Həmidin xəyalı yenidən xəstəxanaya, cərrah otağına 
qayıtdı.  İki saat bundan qabaq ölümün pəncəsindən xilas edib 
həyata qaytardığı  xəstə qadını xatırladı. O, bu haqda bir daha 
düşünmək istəmirdi, hər  şeyi unutmağa çalışırdı. Lakin bacar-
mırdı. 27 illik həkimlik təcrübəsində bugünkü qədər sarsılma-
mışdı. Deyirlər, xəstənin  şəfa tapması, tez müalicə olunub 
yataqdan qalxması ancaq həkimdən asılıdır. Lakin bu cür fikir-
ləşənlər yanılırlar. Xəstənin özündən də çox şey gözlənilir. Elə 
xəstə olur ki, dəyanəti, həssaslığı, ürəyinin genişliyi ilə onu 
müalicə edən həkimə cəsarət, inam təllid edir, ona qüvvət verir. 
Bəs bugünkü xəstə? Yox, qınamayın, onun nə günahı. O da 
sinəsinə çökmüş dəhşətli xəstəlikdən yaxa qurtarmaq istəyirdi. 
Fəryadlarına, axıtdığı göz yaşlarına, mərhəmət diləyən yalvarış-
larına da səbəb bu idi. Ona bunlarsız da lazımi qədər qayğı gös-
təriləcəkdir. Xəstə yaşamaq istəyirdi. Onun hər sözü həkimin 
ürəyini ovurdu. Beş uşaq anası idi. Bir evin, ailənin həyatı on-
dan asılıydı. Necə olursa-olsun bu çılğın təbiətli, uşaq dözümlü 
həyat vurğunu sağalmalı, körpələrinin yanına qayıtmalıdır. Bu, 
onların üçünün də - cərrah Həmid Həmidovun, həkim Xanım 
İsmayılovanın, baş tibb bacısı Rufa Georgiyevskayanın arzusu 
idi.  
Cərrahiyyə  işi üç saatdan çox çəkdi. Həddən artıq qan 
itirərək zəifləmiş  xəstəni özünə  gətirmək üçün həkimlər çox 
əlləşdilər. Atbulaq sovxozunun fəhləsi Nura Dadaşovanın hə-
yatı qayğıkeş, insanpərvər həkimlər tərəfindən belə xilas edildi. 
Cərrah Həmidovun bıçağı onun bədənini bürümüş  dəhşətli 
ağrılara son qoydu. 
...H.Həmidovun həyatında belə gərgin keçən, narahatlıq-
lar və çətinliklər dolu hadisələr saysız-hesabsızdır. O, başqala-
rının səadəti naminə öz dincliyindən keçən, şəfaverici sənətinin 
böyük qüdrəti ilə insanların harayına yetən həkimlərdəndir. 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
190
Onun adı təkcə Qazıməmməddə yox, ətraf rayonlarda da baca-
rıqlı, qayğıkeş bir həkim kimi çəkilir. 
Mən xəstəxanada olarkən burada divardan asılmış bir 
dəftəri vərəqlədim. Dəftərdə, bu müalicəxanada şəfa tapanların 
ürək sözləri, arzu və  təklifləri yazılmışdır. Mən onlardan bir 
neçəsini oxudum. Bu yazılarda həyatı sevənlərin, yaşamaq istə-
yənlərin ürəkləri döyünür, arzuları qanadlanır. Hər kəs öz xilas-
karına demək üçün qəlbinin ən səmimi, şirin sözlərini seçib bu 
dəftərə yazmışdır. Şirvanneft Neft Mədənlər İdarəsində çilingər 
işləyən Səftər Hüseynov, Qazıməmməd  şəhər sakini Adışirin 
Rəsulov, Sabirabad rayonunun Vladimirovka kəndində yaşayan 
Mənsimə Mehralıyeva,  Şamaxı rayonunun Cəyirli kənd müəl-
limi Həsən Quliyev və onlarca başqaları  həkim H.Həmidovu 
özlərinin xilaskarı adlandırmışlar. 
H.Həmidovun həkim işlədiyi Qazıməmməd  şəhər xəstə-
xanasında zəhmətkeşlərə səhiyyə xidməti nümunəvi təşkil edil-
mişdir. Buraya pənah gətirən xəstələrə qayğı ilə yanaşılır, 
ümidləri doğrulur. Xəstəxananın həkim və tibb işçilərindən Xa-
nım  İsmayılova, Rufa Georgiyevskaya, Münəvvər Abbasova, 
Şəfiqə Manafova, Gülbadam Behbudova, Tamara Dövlətova 
xəstələrə can yandıran, qayğı və həssaslıq göstərən adamlardır. 
Mən bu yazımı həmin xəstəxanada müalicə olunmuş tibb 
işçisi Səyyarə Məmmədovanın sözləri ilə bitirmək istəyirəm: 
 
“Nicat tapdıq əlindən, 
Səni kim unudar, kim. 
Bıçaq tutan əllərin, 
Daim tutan əllərin 
Daim var olsun, həkim”. 
 
 “İşıq” qəzeti,  
18.06.1966-cı il 
 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
191 
XALQIN İLHAMLI NƏĞMƏKARI 
 
Keçən  şənbə günü şəhərimizin mədəniyyət sarayında 
böyük təntənə vardı. Şəhərin hər yerindən adamlar dəstə-dəstə 
axışıb bura gəlirdilər. üzlərdə təbəssüm, sevinc, gözlərdə təzə
ətirli bahar çiçəkləri. Mədəniyyət sarayının geniş foyesində 
neftçilər, energetiklər, inşaatçılar,  şəhərimizin ziyalıları üçbir-
beşbir söhbət edirdilər. Yarım saat keçməmiş dörd yüz nəfərlik 
tamaşa zalı adamla doldu. Sıraların kənarında, laybalay açılmış 
qapılarda xeyli adam ayaq üstə dayanmışdı.  
Bu gün burada görkəmli bəstəkarımız, Dövlət Mükafatı 
laureatı, SSRİ Ali Sovetinə deputatlığa namizəd Qara Qara-
yevlə seçicilərin görüşü keçirilirdi. O, bayramsayağı bəzədilmiş 
səhnədə görünərkən zaldan gurultulu, arasıkəsilməz alqışlar 
qopdu. Təntənəli görüş  mərasimini giriş sözü ilə  şəhər ZDS 
İcraiyyə komitəsinin sədri V.Ələkbərov yoldaş açdı. O, Ağsu 
rayonunun Bico kənd zəhmətkeşləri tərəfindən SSRİ Ali 
Sovetinin İttifaq Sovetinə deputatlığa namizəd göstərilmiş Qara 
Əbülfəz oğlu Qarayevin həyat və yaradıcılığı haqqında danış-
maq üçün onun vəkilinə, 10 nömrəli orta məktəbin direktoru 
Arif Hadiyevə söz verdi. 
A.Hadiyev seçiciləri Q.Qarayevin tərcümeyi-halı ilə tanış 
etdi, Azərbaycan sovet musiqisinin inkişafında misilsiz xidmət-
lərindən danışdı. O, çıxışını aşağıdakı sözlərlə bitirdi: “Q.Qara-
yev dünya musiqi sənətinin gözəl nümunələrini yaratmış 
istedadlı  bəstəkardır. Onun əsərləri sərhədləri aşır, xalqların 
xoşbəxt gələcək uğrunda apardığı mübarizəsinə kömək edir. O, 
xalqımızın  şöhrəti, iftixarıdır. Sevimli bəstəkarımız yaradıcılı-
ğının parlaq dövrünü keçirir. Biz əminik ki, o, bundan sonra da 
bizi – öz dinləyicilərini nikbin, ilhamverici əsərləri ilə sevindi-
rəcək, səsi həmişə  sənət cəbhəsinin önündən gələcəkdir. Mən 
12 iyun – SSRİ Ali Sovetinə seçkilər günü şəhərimizin bütün 
zəhmətkeşlərini ali məclisimizə  ləyaqətli namizəd Qara Əbül-
fəz oğlu Qarayevə səs verməyə çağırıram”.  
XEYBƏR  İGİDƏLİYEV 
 
 
192
Səhnəyə  şəhərimizin gənc vətəndaşları  çıxdılar. Onlar 
bəstəkara çoxlu gül dəstələri təqdim etdilər. 18 yaşlı  məktəbli 
Rahilə Məmmədova həyəcanla dedi: “Mənim sevincim hədsiz-
hüdudsuzdur. Bu il ilk dəfə olaraq seçki qutusuna yaxınlaşacaq, 
səs verəcəyəm. Özü də elə bir insana ki, həyatının mənasını 
xalqına xidmətdə görmüş, onun başını uca etmişdir. Mən xal-
qımızın ilhamlı nəğməkarına səs vermək üçün seçkilər gününü 
səbirsizliklə gözləyirəm”. Onun çıxışı alqışlarla qarşılandı. 
Yerlərdən məhəbbət, hörmət ifadə edən hərarətli sözlər 
eşidilirdi. Kürsüyə qalxaraq ürəklə, ehtirasla danışanların, ta-
maşa zalında oturanların görkəmli sənətkarımıza bəslədikləri 
böyük ehtiramı təsvir etmək çətindir. 
2 nömrəli qazma idarəsinin müdiri Rəşid Quliyev Q.Qa-
rayevi zamanın nəbzini tutan, bəşəri fikirlər, ideallar tərənnüm 
edən bir sənətkar adlandırdı. O, bəstəkara müraciətlə dedi: – 
Biz sizin əsərlərinizi çox dinləmişik. Bu əsərlərdə dağlarımızın 
əzəməti, çaylarımızın coşqunluğu, adamlarımızın hünəri, qabi-
liyyəti yaşayır. Dünya salonlarından eşidilən təranələriniz öz 
mayasını bu torpaqdan, Nizamilər, Üzeyirlər vətənindən alır. 
Siz bu elin, bu xalqın şöhrəti, iftixarısınız. Biz Şirvan neftçiləri 
inamla deyirik: Siz bundan sonra da həyatımızın gözəlliklərini, 
adamlarımızın hünər dolu həyatını  tərənnüm edən yeni-yeni 
musiqi  əsərləri yaradacaqsınız. Biz sizin şəxsinizdə incəsənə-
timizin coşqun inkişafına səs veririk. 
4 nömrəli mədənin müdiri, əməkdar neftçi Davud Bağı-
rov, komsomol komitəsinin katibi A.Zeynalov, həkim Ə.Baba-
yev yoldaşlar çıxış edərək seçiciləri kommunistlərlə bitərəflər 
ittifaqının ləyaqətli namizədi Q.Qarayevə səs verməyə çağırdı-
lar. Axırda söz bəstəkarın özünə verildi. O seçicilərə xoş və sə-
mimi sözlər, böyük etimad üçün öz təşəkkürünü bildirdi. Bun-
dan sonra daha məhsuldar işləyəcəyini, gözəl, ürək açan əsərlər 
yaradacağını qeyd etdi. 
T.Xudayev, X. İgidəliyev  
“İşıq” qəzeti, 31.05.1966-cı il  


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə