Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə35/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   ...   31   32   33   34   35   36   37   38   ...   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
193 
TRUBKA ƏHVALATI 
 
Deyirlər futbol azarkeşinə özgə qarğış yox, de ki, televi-
zorun xarab olsun. Bu yaxınlarda 2 nömrəli tikinti quraşdırma 
idarəsinin fəhləsi Qüdrət  Əbilovun da başına belə bir iş  gəlir. 
Futbol verilişlərinin qızğın çağında onun televizorunun trubkası 
bivəfalıq edir. Hər axşam ailənin bütün üzvlərini güldürən, 
əyləndirən mavi ekrandan səs çıxmır. Hamının qanı qaralır. 
Axşamlar xüsusilə darıxdırıcı keçir. Hərdən maraqlı verilişlərə 
baxmaq üçün Qüdrətgilə gələn qohum-qonşular da məyus qayı-
dırlar. Hər gün evdə əldən-ələ gəzən televiziya verilişləri proq-
ramı bir dəfə atılıb qalır.  Ən çox qəribsəyən isə  uşaqlar idi. 
Ataları işdən qayıdanda: “Bəs deyirdin usta gətirəcəyəm” deyə 
onu tez-tez suala tuturdular. 
Qüdrət əhvalatı televizoru olanlara danışdı. Hərə ona bir 
ustanı nişan verdi. Qüdrət bu ünvanlardan birinə – şəhər radio 
və televizor təmiri sexinə  gəldi. Yol boyu düşündüyü bu idi: 
Əgər televizoru az vaxt içərisində dilə gətirib özümə qaytarsa, 
ustaya yaxşı xərclik verəcəyəm. 
Usta Dilavər Salmanov təzə müştərisini çox mehriban 
qarşıladı. Bu, Qüdrətin xoşuna gəldi. Ustanın danışdığından, 
hərəkətlərindən mədəniyyət və qabiliyyət yağırdı. Televizorun 
“sağalacağına” Qüdrət yüz faiz əmin oldu. Dilavərin dilavərliyi, 
görkəmi Qüdrətdə onun haqqında xoş fikir oyatmışdı. Odur ki, 
heç zəhmət haqqı barədə çox danışmadılar. Qüdrət ürəyində 
“nə  qədər istəsə, o qədər də verəcəyəm, təki möhübümü düz-
sün” demişdi. 
Dilavər televizorla şəxsən “tanış olmaq üçün” Qüdrətgilə 
yollandı. O tərəf-bu tərəfinə xeyli baxdıqdan, bəzi hissələrini 
qurdaladıqdan sonra: 
– Burada mümkün olmayacaq – dedi. – Mütləq sexə apar-
maq lazımdır. Trubka bərk zədələnmişdir. Zəhrimar az tapılan 
şeydir. Ancaq sənə görə  gərək çalışaq də. Ya bir təhər təmir 
edərik, ya da yenisi ilə dəyişərik. 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
194
Elə  həmin gün də televizor bir iri bağlama arasında Di-
lavrin sexinə köçdü. Qüdrət hal əhli idi. Ustanın evdəki da-
nışığından nə demək istədiyini başa düşmüşdü. Odur ki, könlü 
xoş olsun deyə, üç ədəd onluğu cütləyib onun cibinə sürüş-
dürdü. Ustanın üzü dərhal duruldu, balaca qımışan kimi oldu. 
– Bacıoğlu, əmanətin dalınca nə vaxt gəlim? 
– Çox çəkməz. Səni qabağa salaram, iki-üç günə  gəlib 
apararsan. 
Qüdrət gedəndən sonra Dilavər televizoru qarşısına qo-
yub onu əvvəlcə nəzərdən keçirdi. Əgər bu adamın televizordan 
başı  çıxsaydı özü təmir edərdi və yaxud mənim yanıma yox, 
başqa bir ustanın yanına aparardı.  İndi bildim ki, mənim də 
qaraçuxam yatmayıb. İki-üç gün sexdə saxladıqdan sonra xəbər 
göndərərəm ki, televizorun trubkasını xeyli çətinliklə tapıb təp-
təzəsi ilə  dəyişdirmişəm, başqa hissələrində  də  bəzi çatışma-
mazlıqlar vardı, onları da aradan qaldırmışam, gəl apar. 
O nə biləcək ki mən təmir eləmişəm, yaxud eləməmişəm. 
Zəhmət haqqımı da Allaha şükür, qabaqcadan almışam. Əgər iş-
dir, təzədən üstümə  gəlsə, deyəcəyəm ki, mən təmir eləmişəm. 
Televizor çox incə şeydir. Aparanda özün yolda sındırmışam. 
Dilavər necə fikirləşmişdi, elə etdi. Müştərini aldadaraq 
televizoru gətirdiyi vəziyyətdə  də geri qaytardı. Qüdrət evə 
çatan kimi televizoru qoşdu. Gözü ekranda idi. Lakin o xeyli 
xırıltı-gurultu qopardıqdan sonra səsini kəsdi. Qüdrət televizo-
run pasportunu tapıb onun hissələrini yoxlamağa başladı ki, 
görsün usta bura nə  əlavə edib. Əvvəlcə trubkanı yoxladı. 
Nömrə düz gəlirdi. O indi başa düşdü ki, usta onu aldatmışdır. 
Onların axırıncı görüşü şəhər Xalq Nəzarəti Komitəsində 
oldu. Dilavər başını  aşağı dikmişdi. O, zəhmət haqqı adı ilə 
aldığı pulları utana-utana sahibinə qaytardı. 
Qüdrət alnından xəcalət təri süzülən gənc ustaya baxıb 
ürəyində deyirdi: “Mən səni qabiliyyətli, mədəni sənətkar bilir-
dim, heyf”. 
 “İşıq” qəzeti, 02.08.1966-cı il 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
195 
UZUN AYRILIQDAN SONRA 
 
Mənə bu əhvalatı  əvvəlcə  Nərgizin yaxın qohumları da-
nışdılar. Səhərisi gün isə redaksiyamıza daxil olan bir məktub-
da böyük bir ailənin, qohum-əqrəbanın sevincindən, şadyanalı-
ğından bəhs olunurdu. Həyəcanla yazılmış məktubu sakit oxu-
maq mümkün deyildi. Qazıməmməd şəhərinin Engels küçəsin-
də yaşayan Babayevlər ailəsində böyük səadət, unudulmaz xoş-
bəxtlik üz vermişdir. Onların bu vaxta qədər itkin düşmüş, tale-
yi naməlum adlandırdıqları Nərgiz tapılmışdır. Yox, tapılmışdır 
desək doğru olmaz, axı onu çox axtarmamışlar. Axtarsaydılar, 
bəlkə  də tapa bilməzdilər. Nərgizin macərası uzundur. İyirmi 
beş il doğma bacı və qardaşlarından, yaxın qohumlarından xə-
bərsiz-soraqsız yaşamış “nakam taleli” bu qız aydın, günəşli 
payız günlərinin birində özü göründü, qalın buludlar arasında 
gizlənmiş ay kimi birdən üzə çıxdı.  
Mən Nərgizi görə bilmədim. Başına gələnləri onun öz di-
lindən eşidə bilmədiyim üçün çox təəssüfləndim. Nərgiz Qazı-
məmməddəki qohumları yanında bir neçə gün qaldıqdan sonra 
Bakıya qayıtmışdı. Məktub bizə gec, Nərgiz yola düşdükdən 
sonra yazılmışdır. Burada hər  şey müfəssəl idi. Onun müəllifi 
Nərgizin  əmisi oğludur. 6 nömrəli məktəbdə müəllim işləyir. 
Məktubu oxuduqca gözlərim önündə bir insanın həyat tarixçəsi 
canlanır, ömür kitabı vərəqlənirdi. 
....Nərgiz 1942-ci ildə anadan olmuşdur. O, ailənin üçün-
cü qızı, altıncı övladı idi. Onun adı üstündə evdə bərk mübahisə 
düşmüşdü. Hərənin bir addan xoşu gəlirdi. Atanın bəyəndiyini 
ana xoşlamırdı: “Sən oğullarına ad qoyanda heç mənimlə məs-
ləhətləşmirsən. Qızın adını anası qoyar” deyirdi. Lakin ananın 
da dediyi olmamışdı.  Ərlə arvadın arasındakı mübahisəni hör-
mətli qohumlarından biri kəsmişdi: uşağın adı  Nərgiz qoyul-
muşdur. Hətta zarafatla “qoy tez açılıb solan nərgizlərdən yox, 
həmişəgözəl nərgizlərdən olsun” demişdilər. 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
196
Lakin Nərgiz çiçək kimi açılıb qönçələnməmiş üstündən 
qara yellər əsdi. Bir yaşı tamam olmamış  cəbhəyə getmiş ata-
sından ölüm xəbəri gəldi. Evdə  ağlı  kəsən bacı-qardaşları ata-
sızlığın nə olduğunu dərk edib hönkür-hönkür ağladıqları za-
man Nərgiz beşiyində mışıl-mışıl yatırdı. Deyirlər, uşaq atadan 
yox, anadan yetim qalır. Analarının da onları boya-başa yetir-
məyə ömrü çatmadı. Övladlarını biri-birinə tapşırıb həyatla 
vidalaşdı. Nərgiz bu zaman üç yaşına təzəcə addamışdı. Ondan 
böyük olan Ramazanın isə dörd yaşı vardı. Ailənin bütün ağır-
lığı yaşca böyük olan Sədyarın üzərinə düşmüşdü. O, indi kör-
pələrə həm atalıq, həm də analıq etməli idi. 
Müharibənin törətdiyi ağır günlər idi. Cəbhədə düşmənlə, 
arxada isə aclıqla, xəstəliklə vuruşurdular. Havadarını, pəriska-
rını itirmiş bu ailədə  də güzəran xoş keçmirdi. Südəmər Nər-
gizin, divarlardan tuta-tuta təzəcə ayaq açan, hər qapıdan girən 
qadına “ana” deyən Ramazanın taleyi Sədyarı daha çox düşün-
dürürdü. Körpələrin hüznlü baxışları onun ürəyini ovurdu. Hələ 
ata nəvazişinə möhtac ikən atalıq etmək, böyük bir ailənin 
dərd-sərini daşımaq nə qədər ağır imiş.  
Ah, atalar, analar, görəsən ata-ana olmadan sizin nələr 
çəkdiyinizi duymaq olarmı?!  
Bir gün atasının köhnə tanışlarından biri Sədyarı fikirli 
görüb, yanına çağırdı. Onunla xeyli söhbət etdi, təsəlli verdi. 
Bu kasad, sarsıntılı günlərin uzun sürməyəcəyini dedi. Sonra da 
körpələri Bakıya, uşaq evinə göndərməyi ona məsləhət gördü. 
Sədyarı ürəyində elə bil nə isə qırıldı, sinəsi qalxıb-endi. Kip-
riklərində yaş gilələndi. “Axı  mən anama söz vermişəm. Son 
nəfəsində o uşaqları  mənə tapşırmış, Nərgizdən muğayat ol 
demişdi”.  
Mühasibi onun ürəyindən keçənləri duymuşdu: “Heç fikir 
eləmə. Orada onlara səndən də yaxşı baxacaqlar. Başlarından 
bir tük də əskik olmaz. Hərdən də gedib baş çəkərsən”.  
...1944-cü ilin soyuq qış günlərinin birində Bakının Sura-
xanı  qəsəbəsindəki körpələr evinə 35-40 yaşlarında, tərbiyəçi-


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə