Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə37/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   ...   33   34   35   36   37   38   39   40   ...   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
201 
Bakıya gəlməsi uğrunda əməkçilər əmək 
meydanında hünər göstərirdilər. Başqa  
müxbirlər kimi Xeybər müəllim o insanla-
rın hünərinə aid onlarla oçerk yazmışdır. 
 
1. RESPUBLİKAMIZIN 
NƏHƏNG TİKİNTİLƏRİNDƏ 
 
Bir neçə aydır ki, Kür-Abşeron Su Kəməri tikintisinin ikinci 
mərhələsi başlanıb. Tikintinin əsas obyektlərinə gedən baş “pros-
pektdə” iri hərflərlə yazılmış  şüarda oxuyuruq: “İnşaatçı dostlar! 
İkinci növbənin tapşırıqlarını vaxtından qabaq, keyfiyyətlə başa çat-
dıraq!” 
Əvvəlcə qeyd edək ki, tikintidə sürət əvvəlki aylara nisbətən 
xeyli azalmışdır. Lakin indi ilk baxışda diqqəti cəlb edən bir şeydir: 
inşaatçılar çox təmkinlə işləyirlər. İndi burada çalışan bütün əmək-
çiləri, bənnaları, betonçuları, armatur hörənləri, quraşdırıcıları yal-
nız bir məsələ düşündürür; keyfiyyət. Kəmərin birinci hissəsinin 
tikintisində buraxılmış az-çox nöqsanların heç birini unutmamışlar. 
İnşaatçılar tələskənliyə, diqqətsizliyə yol vermir, daha səmərəli, mü-
tərəqqi üsullardan bacarıqla istifadə edirlər. 
Birinci növbənin tikintisində olduğu kimi əsas obyektlərdə 
yenə  də  Sənaye Tikintisi Nazirliyi 7 nömrəli trestinin 74 və 75 
nömrəli idarəsinin kollektivləri çalışır.  
Hazırda tikintinin əsas qurğularından sayılan radial duruldu-
cularda başqa sahələrə nisbətən daha qızğın iş gedir. İnşaatçılarla 
quraşdırıcılar demək olar ki, çiyin-çiyinə çalışırlar. Əvvəlki yazıları-
mızda bildirdiyimiz kimi, layihə üzrə altı  nəhəng “beton boşqab” 
tikilməsi nəzərdə tutulub. Onlardan ikisi artıq Kür suyu ilə doludur. 
Radiallardan gələn həzin şırıltı lap yaxınlıqda eşidilir, elə bil onlar 
inşaatçıları qalan dörd radialı da müvəffəqiyyətlə başa çatdırmağa 
çağırır. 
Budur, üçüncü radialın beton meydançasındayıq. 75 nömrəli 
idarənin inşaatçıları nəzərdə tutulan tapşırığın demək olar ki, dox-
XEYBƏR  İGİDƏLİYEV 
 
 
202
san faizini görüb qurtarmışlar. Armaturçular, betonçular, qaynaq-
çılar radialın mərkəz hissəsini artıq quraşdırıcılara təhvil vermişlər. 
Radialın beton divarlarının kiçik bir hissəsində iş gedir. Dülgərlərin 
və armaturçuların işinə nəzər yetiririk. Onlar tələsmirlər. 
Burada Azərbaycan Neft-Kimya Müəssisələrinin Xüsusi Qu-
raşdırma  İdarəsinin Sumqayıtdakı 1 nömrəli idarəsinin 3 nömrəli 
sahəsinin iş icraçısı Sərtib Abbasovla görüşdük. Onu da qeyd edim 
ki, bu gənc iş icraçısının başçılıq etdiyi kollektiv birinci növbənin 
tikintisində böyük səylə  işləmişdir.  İndi də quraşdırma işlərinə 
birinci başlamışlar. Onlar təkcə üçüncü radialda 
22 manatlıq
 quraş-
dırma görəcəklər.  İyirmi beş kiloluq kran artıq radialın mərkə-
zindədir. Digər avadanlıqlar da quraşdırıcıların  əmri altındadır.  İş 
icraçısının yüngül əl hərəkəti 
kranı 
Mixail Nizaməddinov iri göv-
dəli maşını istənilən səmtə yönəldir. İş icraçısından başçılıq etdiyi 
kollektivin görəcəyi işlər barədə danışmasını xahiş edirik. S.Ab-
basov deyir: 
– Biz həmişə inşaatçıların arxasınca addımlayırıq. Bizim 
işimizin sürəti, keyfiyyəti onlardan asılıdır. Etiraf edim ki, inşaat-
çılar üçüncü radialda möhkəm bünövrə qoymuşlar. Gördüyünüz 
kimi, quraşdırıcılarımız işin başındadırlar. Ən çətini, quraşdırılacaq 
avadanlıqların iş meydançasına gətirilməsidir. Buna nail olmuşuq. 
Yanvar ayında 72 ton metal-konstruksiya işi görməliyik. Quraşdırı-
cılarımızdan Sergey Naumov, Fyodr Yelumeyev, Muzirin Alek-
sandr, Anatoli Beloqlazov partiyanızın XXIV qurultayı şərəfinə öh-
dəlik götürərək bildirmişlər ki, hər radialda cədvəli bir həftə qabaq-
layacaqlar. Ayın axırında dördüncü radialı inşaatçılardan qəbul et-
məliyik. 
Dördüncü radialın tikintisində də iş fərəhləndiricidir. 74 nöm-
rəli tikinti idarəsinin birinci sahəsinin inşaatçıları yeni ilin ilk günlə-
rindən yaxşı  işləyirlər. Sahəyə  təcrübəli inşaatçı Mirzağa Məm-
mədov başçılıq edir. Onu iş üstündə görmədik. Harasa tapşırıq da-
lınca getmişdi. Beton divarlar üçün taxta qəlblər hazırlayan dülgər-
lərin işi ilə çox yaxından tanış olduq. Bu iş  dəqiqlik, möhkəmlik 
sevir. Gərək qəlblər elə möhkəm və düzgün vurulsun ki, betonun 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
203 
ağırlığına davam gətirə bilsin. Həm də  əyrilik, yöndəmsizlik hiss 
olunmasın.  
Dülgərlər briqadasına Əzim Əsgərov başçılıq edir. Onlar on 
iki nəfərdirlər, Sumqayıtdan gəliblər. az vaxt ərzində 1.500 kvadrat-
metr taxta işi görüblər. Briqada üzvlərindən Yasin Eyvazov, Sü-
leyman Abışov, Vahid Məmmədov gündəlik tapşırığa 130-140 faiz 
əməl edirlər. Söhbət zamanı dülgərlərin briqadiri bildirdi ki, cəmi 
bir həftəlik işləri qalıb. Növbədə altıncı radialdır. 
Beşinci, altıncı radialların və süzgəcxananın da tikintisin-
də  işlər pis getmir. Ümumxalq tikintisinin qəhrəmanlarından 
xoş təəssüratla ayrıldıq. 
 “İşıq” qəzeti, 15.01.1971-ci il 
 
 
2. ÜMUMXALQ TİKİNTİSİ 
ƏSL HÜNƏR MEYDANI 
 
Bəli, Kiçik Talış kəndi əsl hünər meydanına çevrilmişdir. 
İndi bu yerlərdə səhərin açıldığını traktorların, buldozerlərin, iri 
maşınların gurultusu xəbər verir. Talışın gündüzü kimi, gecələ-
rinin də sükutu pozulmuşdur. Fədakar adamlarımızın coşqun 
əməyi ilə geniş bol düzənliyə canlı həyat gəlmişdir. 
Su qurğularının tikintisində bələdçimiz sahə rəisi Sübhan 
Həmzəyev idi. O, keçən il buraya gəlib, politexnik institutunun 
inşaat fakültəsini bitirəndən sonra. Tələbə yoldaşı Mirzağa 
Məmmədov da buradadır. Hər ikisi sahə  rəisidir. Sahələrdən 
biri – sahilə lap yaxını radial su durulducularıdır. Onlara beton 
hovuzlar da deyirlər. İnşaatçılar burada altı hovuz tikməlidirlər. 
Üçündə artıq yeraltı  və yerüstü işlər qurtarır. Qalanlarında isə 
torpaq və betonlama işi gedir. Kürün suyu ilk dəfə bu duruldu-
culara axıdılacaqdır. Hovuzların dibinə çökən lili yeraltı kəmər-
lər təmizləyəcəkdir. 
Əvvəllər M.Məmmədovun başçılıq etdiyi sahənin inşaat-
çıları qurğular kompleksinin demək olar ki, bütün obyektlə-
XEYBƏR  İGİDƏLİYEV 
 
 
204
rində çalışırdılar. Son günlər tikintiyə əlavə kömək gəldiyi üçün 
onların əsas qüvvəsi burada – radial su durulducularda cəmlə-
nib. Betonçular, armaturçular, xarratlar gündəlik tapşırığı artıq-
laması ilə yerinə yetirirlər. 
İşin sürətini azaldan səbəblər də vardır. Hovuzların tikil-
məsi ləngidilir. Bunun əsas səbəbi asfaltın olmamasıdır. Hazır-
da dördüncü su durulducuda iş tamamilə dayanmışdır. Ümu-
miyyətlə 1.100 kvadratmetrədək sahə asfalt gözləyir.  Əlibay-
ramlıdakı zavod tikintini asfaltla yaxşı təmin etmir. 
Hovuz tikənlər taxtanın çatışmadığını da dedilər. Obyekti 
təmin etməyi öhdəyə götürmüş ağac emalı zavodları öz vədlə-
rini yerinə yetirməlidirlər.  
Təvəkkül Məmmədovun və Nikolay Dubininin quraşdırı-
cılar briqadalarının adı hörmətlə çəkilir. Hər iki briqadanın üzv-
ləri gənclərdir. Əsas və çətin  sahələrin beton quraşdırma işləri 
onlara tapşırılıb.  İndi hər iki briqada süzgəclər quraşdırılan 
binada işləyir. Bu barədə yeddi nömrəli trestin 75-ci idarəsinin 
rəisi Yusif Əliyev məlumat verir: 
–  Su  qurğuları komplekslərindən biri də gördüyünüz 
süzgəcxanadır. Onun uzunluğu 156 metrdir. Kürün suyu axırın-
cı  dəfə burada təmizlənəcəkdir. 18 süzgəc quraşdırılacaqdır. 
Onların doqquzunda iş qurtarıb, üçündə isə son əməliyyat gö-
rülür. Layihədə  nəzərdə tutulan beton və quraşdırma işlərinin, 
demək olar 80-85 faizi qurtarmışdır. Burada betonçular xüsusi-
lə yaxşı işləyirlər. Hər gün 50-60 kubmetr betonlama işi görü-
lür. Quraşdırıcılardan Eduard Sayans, Viktor Yermolov, Alek-
sandr Zemskoy gündəlik normanı artıqlaması ilə ödəyirlər.  
–   Bəs başqa obyektlərdə  vəziyyət necədir? - deyə 
soruşduq.  
–  Bu suala mən cavab vermək istəyirəm, – deyə başqa bir 
nəfər söhbətə qarışdı. Kür-Araz Su Qurğuları Tikintisi Baş 
İdarəsi 3 nömrəli trestinin baş mühəndisi Şamil Bikkuzin özünü 
təqdim etdikdən sonra bizi iri xəndəyin yanına gətirdi: 


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə