Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə38/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   ...   34   35   36   37   38   39   40   41   ...   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
205 
–  Bu çalanı görürsünüzmü, ən axırıncı obyekt – su ötürü-
cü nasos stansiyasıdır. Çaydan götürülən su bütün qurğularda 
“səyahətini” başa vurduqdan sonra buradakı güclü nasosların 
köməyi ilə kəmərlərə axıdılacaqdır.  
Obyektdə hazırlıq işinə  hələ fevral ayında başlanmışdır. 
Az iş görülüb. 7-ci trestin inşaatçıları indiyə kimi nəzərdə tu-
tulan tapşırığın ancaq 25 faizini ödəmişlər.  İyun ayının birinə 
kimi çalanın içərisinə altı min kubmetr put daş döşəmək lazım 
idi. İndi içəridə yox, heç çöldə də belə daş gözə dəymir. Çalada 
altı nasos quraşdırılacaqdır. Onlardan üçü avqustun 15-nə kimi 
hazır olmalıdır. Ancaq işin sürəti azdır. 
Çalanın üstündən uzanan yüksək gərginlikli elektrik xətti 
də  işə mane olur. Burada bir şey yoxdur, sadəcə olaraq xəttin 
istiqamətini dəyişdirmək lazımdır. Bu məsələ ilə heç kəs məş-
ğul olmur. 
...Öyrəndik ki, son günlərdə tikintiyə çoxlu işçi köməyə 
gəlmişdir.  Əlbəttə, bu yaxşı haldır. Lakin azdır. Kiçik Talış 
yenə də yeni qüvvələr gözləyir. 
Sabirabad. Kiçik Talış kəndi. 
“Kommunist” qəzeti, 12.06.1970 
 
 
 
3. ÜMUMXALQ TİKİNTİSİ:  
EL GÜCÜ 
 
Kür-Abşeron Su Kəməri tikintisində  həlledici dövrdür. 
Bütün obyektlərdə  qızğın iş gedir. Quraşdırıcıların çalışdığı 
yerdən indi süzgəcxana, radial sudurulducular və başqa obyekt-
lər aydın görünür. Tikinti meydançaları arasındakı məsafə get-
dikcə qısalır.  
İndi Muğan dəmir yol stansiyası ilə Kiçik Talış  kəndi 
arasındakı yolda hər gün böyük maşın karvanı  hərəkət edir. 
Nəqliyyatçılar gündə bu yolu bir neçə dəfə gedib-gəlir, tikintiyə 
avadanlıq, inşaat materialları daşınmasını sürətləndirirlər. Son 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
206
günlərdə əmək fəallığı qat-qat artmışdır. Sahələrdə, briqadalar-
da hamının fikri belədir: necə olur-olsun keçən aylarda əmələ 
gəlmiş geriliyi aradan qaldırmaq, kəmərin birinci növbəsini 
müəyyən olunmuş vaxtda istifadəyə vermək. 
Vədə  əməl etmək üçün inşaatçılar gecəli-gündüzlü işlə-
yirlər. Bütün obyektlərdə növbəli iş sisteminə keçilmişdir. 
Tikintiyə xeyli əlavə kömək gəlib. Obyektlər müvafiq idarələr 
arasında bölünmüşdür. 
Kür-Araz Su Qurğuları Tikintisi Baş İdarəsi 3 və 4 nöm-
rəli trestlərini, 16, 18 və 20 nömrəli idarələrinin kollektivləri 
burada bir neçə mühüm obyektin tikintisində çalışırlar. 16 nöm-
rəli idarə  təmiz su saxlanılacaq anbarları tikir. Birinci anbarın 
özülü hazırdır. Burada 180 kubmetr beton işi görülmüşdür, 
ikinci və üçüncü anbarlar yerləşəcək çalada beton və torpaq işi 
gedir. Maşınlar hər gün buraya çınqıl, qum, put daş tökürlər. 
Ekskavatorçulardan Aleksandr Şirokorodov, Qriqori Vileysin, 
qaynaqçı  Əli  Əkbərov, betonçu Gülhüseyn Əsədov gündəlik 
tapşırıqlara artıqlaması ilə  əməl edirlər. Lakin bunlar azdır. 
Tikintidə hələ görüləsi iş çoxdur. 
–  Obyektdə bütün tapşırıqları nə vaxt qurtara bilərsiniz? 
Bu sualı 16 nömrəli idarənn rəisi Əziz İbrahimova verdik. 
O dedi: - İdarəmiz  Əlibayramlıda yerləşir. Biz bu yaxınlarda 
Kiçik Talış  kəndinə  gəlmişik. Hər gün 45-50 nəfər işə  çıxır. 
Tikintinin başqa obyektlərinə nisbətən anbarlarda və suötürücü 
nasos stansiyasında işə gec başlanılmışdır. Arada çox fasilə 
olub. Biz obyekti təhvil götürəndə burada tapşırığın vur-tut 20-
25 faizi  yerinə yetirilmişdi. 
Kür-Araz Su Qurğuları Tikintisi Baş  İdarəsi 3 nömrəli 
trestinin Sarıçalardakı 20 nömrəli, həmçinin 4 nömrəli trestin 
Ağdaşdakı 18 nömrəli, Ceyranbatandakı 22 nömrəli idarələ-
rinin kollektivləri də köməyə gəlmişlər. İndi tikintidə böyük el 
gücü cəmlənmişdir. Fəhlələr üçün qırmızı guşə, bufet təşkil 
edilmişdir. Hər iki obyektin birinci növbəsinin sentyabr ayına 
kimi təhvil verməyi qərara almışıq.  


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
207 
Su qurğuları kompleksinə daxil olan obyektlərdən biri də 
qaldırıcı nasos sütansiyasıdır. Onun köməyi ilə Kürün suyu 
radial sudurulducularından reagent təsərrüfatına vurulacaqdır. 
Bənnalar maşın zalının divarlarını hər gün 5-6 metr ucaldırlar. 
Şamil Həmidovun bənnalar briqadasının üzvlərindən Səfərxan 
Xanəhməd oğlu, Nurəhməd Abdulov gündəlik tapşırığı artıqla-
ması ilə yerinə yetirirlər. Sahə    rəisi Mirzağa Məmmədov, iş 
icraçısı Seyfəddin Süleymanov dedilər ki, iyun ayının axırına 
kimi qaldırıcı nasos stansiyasında hörgü və taxta işləri tama-
milə qurtaracaqdır. Bundan sonra avadanlığın quraşdırılmasına 
başlanacaqdır.  
Mərkəzi süzgəcxana. Suyun duruldulacağı yer. İnşaatçılar 
zarafatla deyirlər ki, bir müddətdən sonra Kür bu süzgəclərdən 
axan suya baxsa deyər: Bu mənim suyumdan deyil. 
Süzgəcxana tikintinin ən hündür binalarından sayılır. O, 
iri dəmir-beton hissələrdən quraşdırılır. Hazırda içəridə son 
armatur, beton, xarrat işləri görülür. Süzgəcxanadan təmiz suyu 
anbarlara nəql edəcək kəmərlər üçün xəndəklər hazırlanır. Əv-
vəllər qərara alınmışdı ki, obyektdə bütün tapşırıqlar iyulun 15-
nə kimi qurtarmalıdır.  İndi briqadaların səyi və hünəri nəticə-
sində sürət xeyli artmış, cədvəl 15 gün qabağa çəkilmişdir. 
Tikintidə hamı ürəklə, məsuliyyətlə işləyir. Onlar yaxşı bilirlər 
ki, Kür suyunun yolunu gözləyənlər çoxdur. 
 
Sabirabad rayonu, Kiçik Talış kəndi, 
 
“Kommunist” qəzeti,  
19.06.1970  
 
 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
208
4. ÜMUMXALQ TİKİNTİSİ:  
ƏLİBAYRAMLI  
ZƏHMƏTKEŞLƏRİNİN KÖMƏYİ 
 
Kürün sahilindəki Kiçik Talış  kəndinin adı indi respub-
likamızın bütün əməkçilərinin dilindən düşmür. Axı, yaxın 
gələcəkdə inşaatçıların  əməyi ilə Kürün suyu polad borularla 
buradan Abşeron torpağına axıdılacaqdır. 
Kəmərin başlandığı yerdə  əmək bulaq kimi qaynayır. 
Kiçik Talış kəndi respublikamızın onlarca inşaatçı kollektivinin 
əsl hünər meydanına çevrilmişdir. İnşaatçı olan da, olmayan da 
öz əməyi ilə işi sürətləndirməkdən ötrü buraya can atır, tikintinin 
vaxtında istifadəyə verilməsi üçün qüvvə və bacarığını əsirgəmir. 
Kür və su kəməri tikintisinə digər şəhər və rayonlardan ən 
yaxını bizim Əlibayramlıdır. Kəmərin 30 kilometrə  qədəri  şə-
hərin ərazisindən keçir. Tikintiyə göndərilən inşaat materialları, 
müxtəlif avadanlıq şəhərin tabeliyində olan Muğan stansiyasın-
da boşaldılıb daşınır.  
Şəhərin bir neçə tikinti idarəsi, mədəni-məişət, səhiyyə və 
ticarət müəssisəsi inşaatçılara  hərtərəfli kömək göstərirlər. On-
ların ilk dəstəsi Kiçik Talış kəndinə hələ bir neçə ay bundan əv-
vəl yola düşmüşdür. Mühüm obyektlərdə – ötürücü nasos stan-
siyasının, təmiz su anbarlarının, radial sudurulducularının, süz-
gəcxananın tikintisində  hər gün onlarca Əlibayramlı inşaatçı 
iştirak edir.  
Əlibayramlıdakı 16 nömrəli Su Qurğuları Tikintisi İdarə-
sinin 60 nəfər işçisi bir aydan çoxdur ki, Kiçik Talış kəndində-
dir. Onlar hovuzların tikintisində  işləyirlər.  İnşaatçıların ixti-
yarında çoxlu işçi ilə yanaşı, kifayət qədər texnika da vardır. 
Kollektiv sentyabr ayına kimi burada 500 min manatlıq iş görə-
cəkdir.  İdarənin rəisi  Əziz  İbrahimov, ilk partiya təşkilatının 
katibi Xanəli Hidayətov kollektivin adından söz vermişlər ki, 
tapşırıq vaxtından tez yerinə yetiriləcəkdir. 
İki nömrəli təmir idarəsi tikintiyə yol çəkir. Muğan stan-
siyası ilə Kiçik Talış  kəndini birləşdirəcək yolun uzunluğu 12 
kilometrdir. O, ikitərəfli hərəkət üçün nəzərdə tutulmuşdur. 


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə