Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8.02 Kb.

səhifə39/53
tarix05.03.2018
ölçüsü8.02 Kb.
1   ...   35   36   37   38   39   40   41   42   ...   53
: Kitab -> 2014
2014 -> ElşƏn miSİr oğlu nəSİbov
2014 -> []
2014 -> Microsoft Word Insan huquqlari I kitab doc
2014 -> Microsoft Word Insan denizi son+. doc
2014 -> Microsoft Word gelecek dunya duzeni I kitab doc
2014 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ
2014 -> Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc
2014 -> Microsoft Word Elsever m kitab doc

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
209 
Düzdür,  əvvəllər burada iş  ləng gedirdi. Lakin son günlərdə 
inşaatçılar yolun çəkilişini sürətləndirmişlər. İndi hər gün bura-
ya daha çox fəhlə gəlir, obyektdə daha çox mexanizm görünür. 
Təkcə iyun ayında yola 3.000 kubmetr qum, çınqıl tökülmüş, 
360 ton bitum döşənmişdir. Yolçəkənlər indiyə kimi 40 min 
manatlıq iş görmüşlər.  
Şəhər Tikinti-Təmir  İdarəsinin bir dəstə inşaatçısı xeyli 
vaxtdır ki, 75 nömrəli idarənin obyektlərində işləyir. Onlar sen-
tyabra qədər burada çalışacaqlar. Bənna  İsgəndər Kazımov, 
dülgərlərdən Albert kasparov, Arif Sultanov gündəlik tapşırıq-
ların öhdəsindən bacarıqla gəlirlər. 
Əlibnayramlı inşaatçılarının sorağı  təkcə Kiçik Talış 
kəndinin obyektlərindən gəlmir. Dövlət Rayon Elektrik Stansi-
yası Tikintisi İdarəsinin bir dəstə inşaatçısı hazırda kəmərin 89-
cu kilometrliyində – Səngəçalda işləyir. Kəmərin birinci növbə-
si istifadəyə verilənə kimi onlar burada 550 min manatlıq iş gö-
rəcəklər. Eduard Seyranovun briqadası hazırda nasos stansiya-
sının və su anbarlarının tikintisində çalışırlar. 
Şəhər Partiya Komitəsi bürosunun qərarı ilə Kür Su Kə-
məri Tikintisinə fəal kömək göstərmək məqsədilə Əlibayramlı-
da xüsusi qərargah yaradılmışdır.  Şəhər qərargahı Kiçik Talış 
kəndindəki baş qərargahla müntəzəm əlaqə saxlayır. 
Şəhərin Mədəniyyət Evi inşaatçılar üçün xüsusi konsert 
proqramı tərtib etmişdir. Hər həftənin istirahət günü özfəaliyyət 
kollektivlərindən biri tikintiyə yola düşür, inşaatçılar qarşısında 
çıxış edir. Şəhər Pedaqoji Məktəbinin, “Şirvan” ansamblının, 
Mədəniyyət Evindəki estrada orkestrinin konsertləri maraqlı 
olur, inşaatçıların xoşuna gəlir.  
Hər həftənin  şənbə  və istirahət günləri  Əlibayramlı  və 
Qazıməmməddə iməcilik elan olunur. Keçən istirahət günü ti-
kintiyə 500-dən çox adam gəlmişdi. şəhərin komsomolçu-gənc-
ləri iməclikdə xüsusi fərqlənirlər. 
 “Kommunist” qəzeti, 
 02.07.1970-ci il  
 
5. ÜMUMXALQ TİKİNTİSİ:  
XEYBƏR  İGİDƏLİYEV 
 
 
210
BAKILILARA DEYİN Kİ... 
KİÇİK TALIŞ (telefonla).  
Üzən nasos stansiyası Kürdə özünə  məskən saldığı gün-
dən Kiçik Talış kəndinə gələnlərin sayı artmışdır. Qonşu Axta-
çı, Kolanı, Meyneman, Muğan kəndlərindən,  Əli Bayramlı  və 
Qazıməmməd kəndlərindən hər gün işləməyə çox adam gəlir. 
Kürün sahilində – kəmərin stansiyaya birləşdiyi yerdəyik. 
Qaynaq aparatının gurultusu ətrafı bürümüşdür. Bir az aralıda bul-
dozer hündür torpaq təpəsini hamarlayır. 25 tonluq kran quraş-
dırıcıların işarəsi ilə nəhəng gövdəsini sağa-sola hərəkət etdirir.  
Üzən nasos stansiyasını hazırlayan D.Bünyadzadə adına 
Bakı  gəmi təmiri zavodunun baş mühəndisi Yakov Videlqauz 
da buradadır. Hamı onu təbrik edir. Stansiya sınaqdan yaxşı 
çıxmışdır. O, Kür suyunu Bakıya axıtmağa hazırdır. İndi quraş-
dırıcılar sahildə son işləri görürlər.  
Kəmərin birinci növbəsinə daxil olan obyektlərin hamı-
sında işlər fərəhlidir. Bunu elə ilk baxışda adamların görgəmin-
dən, danışığından da görmək olar. Sahələrdə, briqadalada şən 
əhval-ruhiyyə, ruh yüksəkliyi hökm sürür. İnşaatçılar elə ürək-
lə, həvəslə çalışırlar ki, bir nəfəri belə işdən ayırmağa adamın 
ürəyi gəlmir. 
Obyektlərin birində 74 nömrəli tikinti idarəsinin buldozer-
çisi Əbülhəsən Həsənovla görüşdük. 20 ilə yaxındır ki, o, sükan 
arxasındadır. Tikintinin təməli qoyulan gündən buraya gəlmişdir. 
Onun zirəkliyini, işgüzarlığını görəndən sonra adam öz-özünə 
fikirləşir: əlbəttə, belələri ilə Kür çayından bir kəmər, iki kəmər 
yox, onlarca kəmər çəkmək olar. Söhbətimiz çox qısa oldu. Ma-
raqlı bir əhvalat danışdı: – Bu yaxınlarda bir dəstə bakılı tikintiyə 
iməciliyə gəlmişdi. Onlardan biri buldozerçi idi. Tez dostlaşdıq. 
Bizə xeyli kömək etdi. Gedəndə zarafatla soruşduq: Bizi Kür 
suyuna nə vaxt qonaq edəcəksiniz? Mən dedim: Sözümüz söz-
dür, bütün bakılılara çatdırın ki, sentyabrın 15-də Kür Bakıya 
axacaq. İndi iş bir az ləngiyəndə, maşınım dayananda elə bilirəm 
ki, bakılı dostuma verdiyim vədə naxələf çıxıram. 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
211 
Su qurğuları kompleksini gəzdikcə inşaatçıların əməyinə 
heyran qalmaya bilmirsən. Budur, sahil nasosundan sonra ikin-
ci obyekt siyirtmələr kamerasıdır. Burada çoxlu siyirtmə, iri 
diametrlli boru bir-birinə qaynaq edilmişdir. Siyirtmələr kame-
rasından su ilkin xlorlama sahəsinə axıdılacaqdır. Kamera artıq 
hazır obyektlər siyahısındadır.  
Keçən dəfəki yazıda paylayıcı çəndən söhbət açmışdıq. O 
vaxt quraşdırıcılar ilk tapşırıqları icra edirdilər. sonralar buraya 
çoxlu əlavə işçi qüvvəsi gəldi. Paylayıcı çən də indi baş sınaq 
gününə hazırdır. Burada Georgi Arutyunyanın briqadasının 
əməyi az olmamışdır.  
Radial sudurulducular. Layihədə onların sayı altıdır. Bi-
rinci növbə üçün iki radial sudurulducuda işlər başa çatmışdır. 
Sahə  rəisi M.Məmmədovun dediyinə görə  təkcə bir qurğuda 
130 min manatlıq iş görülmüşdür.  
Quraşdırıcıların rəhbəri S.Abbasovla birinci sudurulducu-
nun dəhlizində görüşdük. Gənc mühəndisin tikintiyə gəldiyi ilk 
günü xatırladırım. O vaxt bir qədər ciddi, düşüncəli görünən iş 
icraçısının görkəmindən indi fərəh yağırdı. O, ağzına qədər su 
ilə doldurulmuş birinci radialı göstərərək, “görürsünüzmü, – 
dedi, – hovuzumuz sınaqdan yaxşı  çıxdı, axmır, bir-iki günə 
ikinci radiala da su vuracağıq. 
Reagent təsərrüfatı tikintinin mühüm obyektlərindən 
biridir. Onu Bakıdakı 2 nömrəli trestin 9 nömrəli idarəsinin 
inşaatçıları tikirlər.  İlk dəstə buraya hələ iyunun əvvəlində 
gəlmişdi. Kollektivə gənc mühəndis Lütfəli Qasımov rəhbərlik 
edir.  İnşaatçılar bütün ragent təsərrüfatını müəyyən olunmuş 
vaxtda quraşdırıcılara təhvil verdilər. bənnalardan F.Aşurovun, 
M.Qəhrəmanovun, armaturçulardan Y.Katkovun, suvaqçılardan 
M.Süleymanovun, R.İsmayılovun yaxşı işindən hamı danışdı.  
Ceyranbatan Su Kəməri  İdarəsinin bir qrup inşaatçısı da 
bir neçə gündür ki, reagent təsərrüfatında işləyir. Onlar təhvil 
aldıqları nasosları, siyirtmələri, dərman çənlərini və digər ava-
XEYBƏR  İGİDƏLİYEV 
 
 
212
danlığı istismara hazırlayırlar. Təmirçilər mühərriklərin bir 
daha saz olub-olmamasını, möhkəmliyini yoxlayırlar.  
“Sentyabrın 15-nə kimi daha hansı obyektlərdə inşaat və 
quraşdırma işləri qurtaracaqdır?”  
Bu suala biz 74 nömrəli tikinti idarəsinin rəisi Məmməd-
ağa Ağayevə müraciət etdik. O dedi: “İnşaatçılar, quraşdırıcılar, 
mexanizatorlar, energetiklər, ümumiyyətlə, baş qurğular kom-
pleksinə daxil olan obyektlərdə işləyənlərin hamısı son vaxtlar-
da yorulmaq nə olduğunu bilmirlər. Hazırda ikinci suduruldu-
cunun bayır hissəsində sementləmə gedir. Süzgəcxanada hələ-
lik altı bölmə su təmizləyəcəkdir. Birinci qaldırıcı nasos stansi-
yası, qəbul kamerası, təmiz su anbarının biri, yüksək gərginlikli 
elektrik stansiyası bu günlərdə istismara veriləcəkdir. 
 “Kommunist” qəzeti,  08.09.1970-ci il 
 
 
6. ÜMUMXALQ TİKİNTİSİ:  
SINAQLAR 
 
Baş qurğular kompleksində anbarların və ikinci qaldırıcı 
nasos stansiyasının tikinti-quraşdırma işlərini Kür-Araz Su 
Qurğuları Tikintisi Baş  İdarəsinin kollektivləri görür.  Burada 
əsas podratçı üç nömrəli trestin 16 nömrəli idarəsidir. 
Anbarlar süzgəcxana ilə yanaşı tikilir. Təmiz su, diametri 
1.200 millimetr olan borularla əvvəlcə anbarlara nəql olunacaq, 
sonra ikinci qaldırıcı nasos stansiyası vasitəsilə Abşerona axı-
dacaqdır. 
Su anbarlarından biri buraxılış obyektidir. Sahəsi təxmi-
nən 1.200 kvadratmetr olan anbar təmiz suyu qəbul etməyə ha-
zırdır.  İnşaatçılar axırıncı  işləri görürlər. Anbar böyük səylə 
sınağa hazırlanır. 
Biz orada olanda axşam idi. Bərk külək əsir, toz-torpaq-
dan göz açmaq olmurdu. Birinci növbənin iş vaxtı qurtarmışdı. 
Lakin hər yerdə iş öz qaydası ilə davam edirdi. İkinci növbənin 
inşaatçıları iş başında idilər.  



Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   53


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə