Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə4/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   2   3   4   5   6   7   8   9   ...   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
13 
Padar obalarının çoxunda toyu Aşıq Möhsün edərmiş. Nağılları 
xüsusi ustalıqla danışarmış.  
Hacıqabulda yaşamış yaşlı Xilə sakinlərindən vaxtilə 
aşığın 5-6 şeirini (bir neçəsini yarımçıq)  əldə edə bilmişik.  
 
KÖNLÜM 
 
Elin aşiqiyəm göz açan gündən, 
Ey mənim sevdalı, havalı könlüm. 
Nə iş görmüşəmsə savab üçündür, 
Eyləməz günahı vəbalı könlüm. 
 
Şirvan - mahalımdır, Xilasə elim, 
Buradır vüqarım, yar deyən dilim, 
Obanın alqışı bəsimdir mənim, 
İstəməz bil cahı-cəlalı könlüm. 
 
Qananların yaxın dostu, yarıyam, 
Aşıq Möhsün, bilin söz xirdarıyam, 
Saz üstə köklənmiş, saz havalıyam, 
Elin qulluğunda havalı könlüm. 
 
*** 
Xeyrulla Əli oğlu XIX əsrin 40-cı illərində Xilə qışlağın-
da anadan olmuşdur. Həmyerlisi molla Mürşüddən dərs almış-
dır. El sənətinin sirlərini isə  şamaxılı  Aşıq  İbaddan öyrənmiş-
dir. Vaxtilə qocaman xiləlilərin yaddaşından onun  şeirlərindən 
nümunələr toplayıb “Şirvan aşıqları” (Bakı, 2007) kitabında 
çap etdirmişəm. 
OLMADI 
 
Alışdım odlara özüm içimdə, 
Bu halımı bircə qanan olmadı. 
Tək anam sızladı yaşmaq altında, 
Açıqca  dərdimə yanan olmadı. 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
14
Ah-naləli keçər təklərin günü, 
Günü-gündən artar dağı, düyünü, 
Göyləri yandırar əlacsız ünü, 
Niyə köməksizə dərman olmadı? 
 
Xeyrulla, yan, ağla, cır köynəyini, 
Kim biləcək bu dərdini, qəmini? 
Kim tapacaq bu işlərin çəmini? 
Axtardım-aradım, duyan olmadı. 
 
Təbii ki, bu kiçik yazımızda Xilə aşıqları, el şairləri və si-
nədəftərlərinin hamısı barədə geniş  məlumat və  şeirlərindən 
geniş nümunələr vermək o qədər də imkan daxilində deyildir. 
Vaxtilə (2005-ci ildə) “Azərbaycan  şifahi xalq ədəbiyyatına 
dair tədqiqlər” toplusunun XVIII sayında Xilə  aşıqları barədə 
çap etdirdiyim məlumatın siyahısını (bir  hissəsini) olduğu kimi 
burada verməklə hələlik fikrinizi bitirmək istərdim: 
Aşıq Rüstəm Süleyman oğlu (XVIII-XIX əsr), 
Aşıq Musa Tapdıq oğlu (XIX əsr), 
Aşıq Kamil Şamil oğlu (XVIII-XIX əsr), 
Aşıq Xeyrulla Əli oğlu (XIX əsr), 
Aşıq Vahab Kazım oğlu (XIX əsr), 
Aşıq Soltan Süleyman oğlu (XIX əsr), 
Aşıq Qulu İsmayıl oğlu (XIX əsr), 
Aşıq Baba Şirin oğlu (XIX əsr-1916-cı il), 
Aşıq Fətulla Beydulla oğlu (XIX əsr-1921-ci il). 
Bundan əlavə, bu qədim elin  on nəfərdən artıq sinədəftər 
el  şairinin  (Mələk  İrata qızı, Səkinə Bayram qızı, Surə  Şirin 
qızı, Anaxanım Səlim qızı, Sona Məşədi Soltan qızı  və b.) 
olduğunu müəyyənləşdirə bildiyimiz kimi, onların yaradıcılı-
ğından nümunələr də əldə etmişik. 
Bir ziyalı olaraq əminəm ki, oğlu Zəfərin Xilə aşıq, şair, 
el  şairlərinin poeziya mərasimini XX əsrdə böyük ustalıqla    
davam etdirmiş istedadlı  şair, publisist, müəllim, ziyalı, sadə    


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
15 
insan Xeybər müəllimin adına hədiyyə etdiyi bu mübarək toplu 
Xiləlilərə yetişəndən sonra ziyalılardan, imkanı olanlardan kim-
lərsə böyük, şərəfli keçmişi və tarixi olan elin istedadlı oğulları 
– aşıq, şair, xanəndə və sinədəftərlərinə, folkloruna sahib çıxa-
caq, böyük sənətkarların  əsərlərini  itib-batmağa qoymayacaq. 
Onların yaddaşlarda, arxivlərdə qalmış  əsərlərini toplayacaq  
“Xilə aşıqları və el şairləri” adı altında çap etdirəcək, bugünün 
gəncliyinə  və  gələcəyə  hədiyyə edəcəklər. Xiləliləri candan 
artıq sevən  şirvanlı ziyalı, alim kimi mən buna inanıram. Bu 
inam məndə bir də ona görədir ki, şirvanlıların hamısının sözü-
söhbəti  şeirdir... Bu Allah vergisinə qibtə  və  təəccüb edən 
böyük fransız yazıçısı vaxyilə  demişdir.: Şirvanda  iyirmi beş 
min tacir var və hər tacir şairdir.   
Bizim əlavəmiz:  
“O tacir-şairlərin sırasında xiləlilər də    olmuşdir” deyə  
bilərik”. 
 
 
ƏDƏBİYYAT SİYAHISI 
1. Azərbaycan toponimləri (ensiklopedik lüğət), Baki-1999. 
2. Abbasov Akif, Rəhimov Fəxrəddin, Əlibayram mətbuatı, Bakı-2000 
3. Abbasova M.Ə., N.S.Bəndəliyev. Böyük Qafqazın cənub-şərq his-
səsinin toponimiyası. Bakı-1993. 
4. Azərbaycan toponimləri, Bakı-1995 
5. Eyvazova R. Əfqanıstanda türk mənşəli toponimlər. Bakı-1995. 
6. Qəniyev S. Şirvanlı Aşıq Mirzə Bilal. Bakı-2003. 
7. Qəniyev S. Şirvan övliyaları, Bakı-2010. 
8. Qəniyev S. Qobustan. Bakı-2005. 
9. Əli Bayramlı mətbuatı, 70 yaşın mübarək. “İşıq” qəzetinin xüsusi 
buraxılışı, mart 2001, № 5-6. 
10. Xəlilov M. Şirvanın ürəyi – Şamaxı. Mədəni irs, 2013, IX, №09. 
11. Ələkbərova Z. Mən kimin nəsliyəm. Mədəni irs, 2013, IX, № 09. 
12. MirYusif MirNəsir oğlu. Hacıqabuldan çıxan yollar. Bakı-1999. 
13. Əjdər Ol. “Şirvana binə gəlləm”,  Bakı-1999. 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
16
ŞAİR XEYBƏR YARADICILIĞININ  
BƏZİ POETİK MƏQAMLARI
 
 
Hər bir qələm əhlinin, söz aşiqinin, ən azı iki dünyası var: 
biri – bizim hamımızın yaşadığı  və  şairin də hamımızla birgə 
yaşadığı dünya, o birisi – onun hamıdan qaçaraq yaşadığı 
dünya. Bu, şeir-sənət dünyası, şeiriyyət aləmidir. Şairin belə bir 
dünyası olmasa, o, şeir yaza bilməz. Şair həmin dünyada həm 
yaşayır, həm obrazlarını yaşadır, həm də öz poeziyasında bütün 
hallarda həmin dünyadan bəhs edir. Biz hər hansı  şairin yara-
dıcılığından danışarkən onun həyatı  nə  dərəcədə  əks etdirmək 
bacarığına diqqət edəndə, çox vaxt bu məqamı nəzərə almırıq. 
Mətnlə gerçəkliyi müqayisə edib gerçəkliyin mətndə hansı 
obrazlarda və  nə  şəkildə  əks olunmasına fikir veririk. Ancaq 
unuduruq ki, şair bunları birbaşa həyatdan götürüb mətnə gətir-
mir: o, əvvəlcə bunları öz dünyasına daşıyır, orada canlandırır, 
orada onları  həyat imtahanına çəkib qiymətini verir, ondan 
sonra şeirə çevirir. Bu, adını şair qoyan, söz dünyasının yolunu 
tutan hər bir yaradıcı şəxsin ədəbi taleyinin ümumi sxemidir.  
Uzun illər doğma royununda qəzetdə  işləmiş, qəlbinin 
atəşini-odunu şeirlə ovundurmuş Xeybər İgidəliyev də belə bir 
poetik dünyanın sahibi idi. Bu gün cismən bizim dünyamızda 
olmasa da, ruhu, mənəvi aurası, psixoloji-ruhani obrazı şeirlə-
rində yaşayır və  hər zaman dünyamızla ünsiyyətə girir. Şair 
Xeybər  İgidəliyev haqqında bir insan kimi çox söhbət açmaq 
olar. Zəngin ömür yolu və  mənəvi cəhətdən dolu şəxsiyyəti 
buna geniş imkanlar yaradır. Ancaq onun şəxsi kimliyi daha 
çox yaşadığı, ünsiyyətdə olduğu insanlara, doğmalarına aiddir. 
Bizim üçün, onu həyatda heç tanımayan oxucular üçün Xeybər 
İgidəliyev  ədədidir. Və burada ən diqqətəlayiq məqam ondan 
ibarətdir ki, bütün hallarda ədəbi kimliyi, poetik şəxsiyyəti 
baxımından maraqlı Xeybər  İgidəliyevin  şəxsi kimliyi onun 
ədəbi kimliyinin nüvəsindədir. Təbii ki, Xeybərin  şeiriyyət 


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə