Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə41/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   ...   37   38   39   40   41   42   43   44   ...   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
217 
baycan Neft-Kimya Müəssisələri Xüsusi Quraşdırma Trestinin 
işçilərindən  İ.Ağaçalıyev, T.Mahmudov, A.Dudko, N.Bragin 
üzərlərinə düşən işin öhdəsindən bacarıqla gəldilər. 
Biz sahə  rəisi  Əhməd  İsmayılovla maşın salonunda gö-
rüşdük. Tikintinin vəziyyəti barədə danışmağı xahiş etdik. Rəis 
dedi: - Süzgəclərdən keçən təmiz su borularla qonşuluqdakı 
anbara axacaqdır. Hələlik iki borudan istifadə olunacaqdır. On-
ların quraşdırılması qurtarmışdır. Hər birinə beş tonluq siyirtmə 
qaynaq edilib. Süzgəcxanada boruların çoxluğu sizi təəccüblən-
dirməsin, hərəsinin öz işi var. Məsələn, bütün bina boyu uzanan 
iki paralel borunun köməyi ilə süzgəclərin dibinə çökmüş lili 
vaxtaşırı yuyub təmizləmək mümkün olacaqdır. 
...Biz süzgəclərin birinci növbəsinin ilk sınaqdan keçirilə-
cəyini eşitmişdik. Hamı  həyəcanlı idi. İnşaatçılar, quraşdırı-
cılar, ümumiyyətlə süzgəclərin  birinci növbəsinin hazır olma-
sında  əmək sərf edən adamların hamısı buraya gəlmişdi. Üz-
lərdən, baxışlardan yalnız bu sualı oxumaq olardı: görəsən da-
vam gətirəcəkmi? Axı, indi vaxt qızıldır, kiçik bir nöqsan başqa 
bir işin sürətinə təsir edir. 
74 nömrəli Tikinti İdarəsi ikinci sahəsinin rəisi Sübhan 
Həmzəyev bir yerdə qərar tuta bilmir, o, süzgəcləri dönə-dönə 
nəzərdən keçirir, iş icraçılarına təcili tapşırıqlar verirdi. 
Bir azdan sonra tikintidəki baş qərargahın üzvləri süzgəc-
lərin beton meydançasına qalxdılar. Su süzgəclərə buraxıldı. Çox 
keçmədi ki, beton hövuzlar ağzına kimi doldu. Həyəcanlı dəqi-
qələr sona çatdı. Sınaq gözlənildiyi nəticəni verdi. İnşaatçıların, 
quraşdırıcıların üzündəki gərginliyi xoş təbəssüm əvəz etdi.  
Beləliklə, kəmərin birinci növbəsi üçün nəzərdə tutulan 
obyektlərin birinin də üstünə “hazırdır!” sözü yazıldı. 
İ.Allahverdiyev, X.İgidəliyev, 
Sabirabad rayonu, Kiçik Talış kəndi 
“Kommunist” qəzeti, 10.09.1970  
“ULDUZ”UN SAKİNLƏRİ YOLA DÜŞDÜ 
(reportaj) 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
218
Səhərdir. Şirvanneft NMİ-nin həyətində böyük canlanma 
vardır. Şəhərin hər tərəfindən dəstə-dəstə adamlar axışıb buraya 
gəlirlər. Bir azdan geniş meydançanı deyib-gülən valideynlərin, 
yeniyetmələrin  şən səsləri başına götürür. Mədənlər idarəsinin 
rəhbər işçiləri də adamlar arasındadır. Qrup həmkarlar ittifa-
qının sədri  Ş.Rəhimovu bir neçə valideyn əhatə etmişdir. O, 
Məlhəm yaylağındakı “Ulduz” pioner düşərgəsi haqqında 
müsahiblərinə deyir: 
 – Düşərgəmiz çox səfalı yerdədir. Uşaqlarımızın mədəni 
və şən istirahəti üçün burada hər şey vardır. Göy meşələr, yaşıl 
dağlar, göz işlədikcə uzanıb gedən otlu, biçənəkli yamaclar 
adamın ürəyini fərəh hissi ilə coşdurur. Respublikamızın təbiə-
tinin bu gözəl guşəsində balalarınızın istirahəti üçün darıxmaya 
bilərsiniz. Bu il idarəmiz düşərgəyə qayğını daha da artırmışdır. 
Düşərgədə istirahət edənlər lazımi  ərzaq məhsulları ilə vaxtlı-
vaxtında təmin edilirlər. Uşaqların tərbiyəsi ilə  təcrübəli 
müəllimlər məşğul olurlar. Düşərgənin baş tərbiyəçisi Ağaqulu 
Zülfüqarovdur. Tərbiyəçilər Pirqulu rəsədxanasına,  Şamaxının 
görkəmli yerlərinə, ətraf kənd və qəsəbələrə, təbiətin gözəl gu-
şələrinə tez-tez ekskursiyalar, tənəzzöhlər təşkil edirlər. Düşər-
gədə maraqlı, əyləncəli mədəni-kütləvi tədbirlərə yer verilir. 
Söhbətə qulaq asan valideynlərdən 1 nömrəli Mədənin 
geoloqu Ziyafət Heydərova yaxınlaşdım. 
– Uşağınız neçənci dəfədir Məlhəmdə istirahət edir? 
– Birinci dəfədir. Öyrəndiyimə görə, orada uşaqların isti-
rahəti çox yaxşı  təşkil edilmişdir.  İş yoldaşlarımdan bir neçə-
sinin uşağı keçən il orada dincəlmişdir. Məlhəmin ab-havası 
düşərlidir. Uşaqlar həm kökəlir, həm də çox şey öyrənirlər. 
Müsahibə apardığım digər valideyn isə  Şirvanneft FTŞ-
nin 7 nömrəli yeməkxanasının müdiri Sarxan Yusifovdur. O 
dedi: – Uşağımı ikinci dəfədir ki, Məlhəmə göndərirəm. Açı-
ğını deyim ki, bu il mənim məqsədim başqa idi. İstəyirdim onu 
Bakı  ətrafındakı düşərgələrdən birinə yola salım. Lakin uşaq 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
219 
özü təkid elədi ki, onun üçün bu il də Məlhəmə putyovka alım. 
Dediyinə görə, ora çox xoşuna gəlmişdir. 
Mən valideynlərdən Elmi Tədqiqat və  İstehsalat  İşləri 
sexinin maşinisti Baxşı  Şiriyevlə,  əsaslı  təmir sexinin dülgəri 
Həsənxan Həsənovla, 2 nömrəli Mədənin operatoru Azər Rəh-
manovla da söhbət etdim. Tərbiyəçilərdən Xanlar Qurbanov, 
Svetlana Zülfüqarova, Bibixanım Rüstəmova da onların ara-
sında idilər. Müəllimlər düşərgədə aparacaqları işlərdən danışır, 
valideynləri arxayın edirdilər. Söhbətimizi avtobusların siqnal-
ları pozdu. İdarənin qabağında 4 avtobus dayanmışdı. Əli çan-
talı 180 uşaq bir azdan öz yerini tutdu. Onlar “Ulduzun” ikinci 
növbəsinin sakinləri idilər. Gözlərindən sevinc parlayırdı. 
Baxışları yay səması kimi təmiz və açıq idi. Bir azdan avtobus 
hərəkətə  gəldi. Onlarla əl yaylıq qaldırdı. Dodaqlar, “uğurlu 
yol, gedin yaxşı dincəlin” sözlərini pıçıldayırdı. 
“İşıq” qəzeti, 20.07.1967-ci il 
 
MAARİF, MƏKTƏB 
XEYBƏRİN DİLİ İLƏ 
 
Günorta idi. DRES-in Təzə  Şəhərdəki uşaq bağçasının hə-
yətində kimsə gözə  dəymirdi. Burada tam sakitlik vardı. Çardaq-
ların altı, ağacların kölgəsi boş idi. Yumşaq qumun üstündə yalnız 
kiçik ayaq izləri görünürdü. 
Biz bağçaya daxil olduq. Qarşımıza çıxan tərbiyəçi qadın 
şəhadət barmağını dodağına yaxınlaşdıraraq sakit danışmağımıza 
işarə etdi: “Uşaqlar dincəlirlər”. Qapını  səssizcə aralayıb yataq 
otağına baxdıq. Bura geniş və işıqlıdır. Sıra ilə düzülmüş rahat çar-
payılarda uşaqlar dincəlirdilər. onların mışıltısı otağa dolmuşdu. 
Üzlərindən sağlamlıq, gümrahlıq duyulurdu. Tərbiyəçilərdən 
E.Qurbanovanın, Z.Dauyotasının nəzərləri körpələrdədir. Dəcəllik 
edib üstünü açan olmasın deyə  
Bağçada 186 nəfər uşaq tərbiyə edilir. Onlar energetiklərin, 
neftçilərin balalarıdırlar. Şəhərimizin gələcək vətəndaşlarıdır. Kör-
XEYBƏR  İGİDƏLİYEV 
 
 
220
pələrin sağlam və gümrah böyüməsi üçün bu ikimərtəbəli binada 
hər cür şərait yaradılmışdır. Onların  şirin gülüşləri, nəğmələri bu 
geniş, işıqlı otaqlara necə də yaraşır.  
Bağçada mehriban, qayğıkeş  tərbiyəçilər vardır. Onlar çalı-
şırlar ki, körpələrin bağça həyatı şən və mənalı keçsin. Tərbiyəçilər 
yalnız müxtəlif oyunlar, əyləncələr keçirməklə kifayətlənmirlər. 
Körpələrə mədəni vərdişlər aşılayırlar. Buradakı musiqi, rəqs məş-
ğələlərində körpələrin istedadı, ilk yaradıcılıq qabiliyyətləri inkişaf 
etdirilir. 
Biz bağçadan ayrılarkən uşaqlarına baş çəkməyə gələn vali-
deynlərlə qarşılaşdıq. Onlardan bağçada körpələrinə göstərilən 
xidmətdən razı qalıb-qalmadıqlarını soruşduq. Valideynlər çox sə-
mimi bir şəkildə bildirdilər ki, tərbiyəçilər onların körpələrinə əsl 
analıq qayğısı göstərir,  şən, xoşbəxt böyümələri üçün hər  şeyi 
edirlər.  
 “İşıq” qəzeti 9 oktyabr 1965-ci il 
 
MƏKTƏBLƏRDƏ TƏLİM-TƏRBİYƏ  
İŞLƏRİNİ QÜVVƏTLƏNDİRMƏLİ 
 
Son illərdə Əlibayramlıda xalq maarifinin hər tərəfli yüksə-
lişinə nail olmaq üçün xeyli iş görülmüşdür. Şəhər partiya, sovet 
və komsomol təşkilatlarının yaxından köməyi nəticəsində  şəhə-
rimizdə  səkkizillik icbari təhsil qanununun tamamilə  həyata ke-
çirilməsinə, təlim-tərbiyə işlərinin keyfiyyətinin yaxşılaşdırılması-
na, məktəbin maddi-texniki bazasının möhkəmləndirilməsinə nail 
olmaq üçün qüvvələr səfərbərliyə alınmışdır. 
Xalq maarifi orqanları hər il nəzərdə tutulan xalq təsərrüfatı 
planlarını yerinə yetirirlər. Xalq təsərrüfatı planına  əsasən 
1967/68-ci il tədris ilində şəhərimizin məktəblərində 9916 şagird 
oxumalı idisə, bu rəqəm pedaqoji kollektivlərin səyi nəticəsində 
9943 nəfərə çatdırılmışdır. Keçən tədris ilində 366 nəfər müəllim 
şagirdlərin təlim-tərbiyəsi ilə  məşğul olmuşdur. Bir sıra məktəb-
lərin pedaqoji kollektivləri keçən tədris ilində yaxşı nəticələr əldə 


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə