Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə42/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   ...   38   39   40   41   42   43   44   45   ...   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
221 
etmişlər. 2, 6, 11 və 13 nömrəli məktəblərin kollektivləri  şagir-
dlərin təlim-tərbiyəsi işini nümunəvi qurmuş,  şagirdlər arasında 
ideya-siyasi iş yaxşılaşdırılmışlar. 11 nömrəli səkkizillik məktəbdə 
(direktor A.Rəcəbli yoldaşdır) keçən il 381 nəfər  şagird təhsil 
almışdır. Məktəbin pedaqoji kollektivinin səmərəli işi nəticəsində 
bütün şagirdlər yuxarı siniflərə keçirilmişlər.  
İkiilliksiz işləmək hərəkatı  şəhərin məktəblərində getdikcə 
genişlənməkdədir. Onlarla müəllim hər dərs ilini yüksək mənim-
səmə ilə başa vurur. Keçən dərs ilində müəllimlərdən S.Muradov, 
Ə.Xanməmmədov, R.Sultanova, İ.Nəhmədov, R.Fralova, D.Əli-
yev, Q.Baxşıyeva müvəffəqiyyətlər qazanmışlar. Onlar tədris 
etdikləri mövzuları şagirdlərə dərindən mənimsətmək üçün dərs-
lərə ciddi hazırlaşır, yeni pedaqoji forma və üsullardan səmərəli 
istifadə edir, öz elmi-pedaqoji biliklərini artırmağa çalışırlar.  
Keçən dərs ilində  əldə edilmiş nailiyyətlər göstərir ki, 
ŞXMŞ ilə bir çox pedaqoji kollektivlər arasında işgüzar  əlaqə 
yaranmışdır.  ŞXMŞ  məktəblərdə  təlim-tərbiyə  işlərinin keyfiy-
yətini yaxşılaşdırmaq üçün keçən dərs ilində bir sıra metodiki-
pedaqoji tədbirlər həyata keçirmişdir. Məsələn, dərs ilinin birinci 
yarısının yekunları sübut etdi ki, 3 nömrəli səkkizillik məktəbdə 
təlim-tərbiyə  işləri yaxşı  vəziyyətdə deyildir. ŞXMŞ  həmin 
məktəbdə frontal yoxlama aparmağı qərara alır. Yoxlama materi-
allarından məlum olur ki, ŞXMŞ-nin inspektorları məktəb kollek-
tivinin bütün fəaliyyəti ilə maraqlanmış, ayrı-ayrı müəllimlərin iş 
üsullarını öyrənmiş, nöqsanları doğuran səbəbləri aşkar etmişlər. 
Yoxlamanın nəticəsi məktəb kollektivinin ümumi yığıncağında, 
maarifyanı  şurada geniş müzakirə olunmuş, qərarlar qəbul edil-
mişdir. Bütün bunlar məktəbdə  təlim-tərbiyə  işlərinin canlan-
masına müsbət təsir göstərmişdir. Bu cür yoxlamalar şəhərin 1, 6, 
7, 12 və 13 nömrəli məktəblərində də keçirilmişdir.  
Keçən tədris ilində 70 nəfər sinif və  fənn müəllimi tək-
milləşdirmə kurslarında iştirak etmiş, yeni pedaqoji bilik və təcrü-
bəyə yiyələnmişdir.  
Bütün bunlarla yanaşı,  ŞXMŞ-nin fəaliyyətində ciddi 
nöqsanlar var. Keçən dərs ilinin yekunları göstərir ki, hələ bütün 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
222
məktəb kollektivləri təlim-tərbiyə  işlərinin yüksəldilməsinə nail 
ola bilməmişlər. Bunu 1, 4 nömrəli məktəblərin və internat məktə-
bin fəaliyyətində daha aydın görmək olar. 1 və 4 nömrəli məktəb-
lərin direktorları M.Cəfərov və M.Əhmədov yoldaşlar bütün 
pedaqoji kollektivin qüvvəsini təlim-tərbiyə  işlərinin yüksəldil-
məsinə yönəltmək  əvəzinə kollektivdə intizamsızlıq yaratmışlar. 
Müəllimlərin işi üzərində nəzarəti zəiflətmişlər. Bütün kollektivin 
diqqəti çəkişmə və yazışmaya yayındığı üçün təlim-tərbiyə işləri 
başlı-başına buraxılmışdır. Hər iki məktəbin müəllimlərindən 
N.Süleymanov və V.Gözəlov yuxarı  təşkilatların ünvanına yerli-
yersiz məktublar göndərmişlər. Bütün bu səbəblərə görə də, 1 və 4 
nömrəli məktəblərdə 79 nəfər şagird təkrar sinifdə qalmış və payı-
za saxlanmışdır. Şəhər Xalq Maarif Şöbəsi yuxarıda adları çəkilən 
məktəblərdə nöqsanların qarşısını almaq üçün vaxtında  əməli 
tədbir görməmişdir. Keçən dərs ilində  bəzi məktəblər ikiillik-
lərdən yaxa qurtara bilməmişlər. Xüsusilə, orta məktəblərdə 
ikiilliyə qarşı  zəif mübarizə aparılmışdır. Məsələn, 5 nömrəli 
Məktəbdə 78 nəfər, 7 nömrəli Məktəbdə 105 nəfər, 10 nömrəli 
Məktəbdə 64 nəfər  şagird sinifdə saxlanılmış, payıza qalmışdır. 
Ümumiyyətlə, bütün məktəblər üzrə ikiilliklərin və payıza sax-
lanılanların sayı 639 nəfər olmuşdur. 
Bunların nəticəsidir ki, ŞXMŞ keçən dərs ilində orta mək-
təblərdə tədris işinin vəziyyətini müntəzəm yoxlayıb müzakirə et-
məmiş, ayrı-ayrı  fənlərin tədrisini yaxşılaşdırmaq üçün tədbirlər 
görməmişdir. Maarifyanı  şuralarda müzakirə olunan məsələlər 
səthi hazırlanmışdır. Qəbul olunan qərarların icrası üzərində  nə-
zarət zəif olmuşdur.  
Şəhər Xalq Maarif Şöbəsinin inspektorları  (Şirəlizadə  və 
Əhmədov yoldaşlardır) məktəblərdə canlı  və  təsirli iş aparma-
mışlar. Onlar yalnız yoxlamadan-yoxlamaya məktəblərdə olmuş-
lar. İl ərzində bir dəfə də olsun məktəblərdə kommunist tərbiyəsi-
nin necə qurulması,  ədəbiyyat və riyaziyyat fənlərinin tədrisi 
vəziyyəti yoxlanılmışdır.  Şəhər Xalq Maarif Şöbəsində kadrların 
seçilib yerləşdirilməsi və tərbiyə olunması işində də ciddi nöqsan-


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
223 
lara yol verilmişdir. Bir çox məktəblər də müəllim kadrları ilə ta-
mamilə təmin olunmamışdır. 
Şəhər Partiya Komitəsinin bürosu yeni dərs ilinə hazırlıqla 
əlaqədar məsələ müzakirə etmişdir. Keçən dərs ilində yol veril-
miş nöqsanlara yeni dərs ilində yol verməmək üçün qərar və 
əməli tədbirlər qəbul etmişdir. 
 “İşıq” qəzeti, 21 avqust 1968-ci il 
 
 
 
QAZIMƏMMƏDDƏ SƏMƏD VURĞUNU  
NECƏ QARŞILADILAR 
 
Respublikamızın adlı-sanlı ədəbiyyat və incəsənət xadim-
ləri müxtəlif vaxtlarda dönə-dönə Əlibayramlı və Qazıməmməd 
şəhərlərində olmuş, zəhmət adamları ilə görüşmüşlər. Onların 
hər birindən çoxlu xoş xatirələr qalmışdır. Uzun illər yerli 
redaksiyada, şəhər rəhbərliyində işlədiyimdən vəzifə borcumla 
əlaqədar gələn qonaqları ilkin qarşılayanlar və yola salanlar 
arasında olmuşam. Jurnalist marağı  və  həssaslığı  məni fəx-
rimiz, iftixarımız olan bu adamların rəsmi və yaxud qeyri-rəsmi 
məclislərdəki çıxışlarını, söhbətlərini diqqətlə dinləməyə, bəzi 
maraqlı fakt və əhvalatları bloknotuma və yaddaşıma yazmağa 
sövq etmişdir. Ömrümün məktəbli illərinə  təsadüf edən və 
əvəzsiz şairimiz Səməd Vurğunun adı ilə bağlı olan xatirələr isə 
heç vaxt yadımdan çıxmır.  
...1955-ci il mart ayının  əvvəlləri idi. Hər yerdə yazın 
nəfəsi hiss olunurdu. El-oba Novruzu qarşılamağa, bayram 
etməyə hazırlaşırdı. Mən o vaxt səkkizinci sinifə oxuyurdum. 
Bir gün məktəbimizin direktoru Misir müəllim (Allah ona 
rəhmət eləsin) sinfə girərək mənə müraciətlə “hər ikimizi rayon 
komsomol komitəsinə çağırırlar, dur gedək” dedi. Çantamı 
yoldaşlarımdan birinə verərək direktorun arxasınca sinifdən 
çıxdım.  
XEYBƏR  İGİDƏLİYEV 
 
 
224
Rayon Komsomol Komitəsinin I katibi Mahmud Səfi-
yevin kabinetində çoxlu adam vardı. Bir azdan orta boylu, dolu 
bədənli, yaraşıqlı bir adam otağa daxil oldu. O heç oturmadan 
birbaşa mətləbə keçdi: 
–  Rayon Komsomol Komitəsinin təşəbbüsü ilə görkəmli 
şairimiz Səməd Vurğunu rayonumuza görüşə  dəvət etmişik. 
Görüş martın 21-nə – şairin anadan olduğu günə  təyin olun-
muşdur. Bakıdan zəng edib bildirmişlər ki, çox vacib işlərlə 
əlaqədar bir-iki gün tez və yaxud gec gəlsə, üzürlü hesab etsin-
lər. sizi isə  şairin həyatına, yaradıcılığına, ictimai fəaliyyətinə 
həsr olunan ən yaxşı məruzə və şeir müsabiqəsində iştirakçı ol-
mağa dəvət etmişik.  Ən yaxşılar seçilib, görüş gecəsinin gün-
dəliyinə  daxil ediləcəkdir.  
Bu adamın Rayon Partiya Komitəsinin katibi Əli Hüsey-
nov (Allah ona rəhmət eləsin) olduğunu mən sonradan bildim. 
Üç gündən sonra S.Vurğunun 23 bənddən ibarət məşhur 
“Azərbaycan”  şeirindən ilk altı  bəndi və özümün yazdığım 
“Şairə salam” şeirini münsiflər heyəti qarşısında əzbərdən oxu-
dum. Qiraətim bəyənildi. 
Günlər bir-birini əvəz etdikcə  həyəcanımız da artırdı. 
Bütün rayon intizar içində idi. Hər yerdə söhbət böyük şairin 
həyat və yaradıcılığından gedirdi. Bütün mədəni-maarif müəs-
sisələrinə tapşırılmışdı ki, şairin  əsərlərindən, qəzet və jurnal-
larda çıxan məqalələrindən ibarət sərgilər təşkil olunsun. Bu 
günlərdə ədəbiyyat müəllimləri, klub və kitabxana işçiləri, bü-
tün rayon ziyalıları S.Vurğundan danışır, vəd olunan görüş 
gününü səbirsizliklə gözləyirdilər.  
Axır ki, martın 26-da məktəbimizin direktoru məni ya-
nına çağırtdıraraq S.Vurğunun ayın 27-də günortdan sonra 
gələcəyini bildirdi. Martın 27-də bütün şəhər əhalisi çox erkən 
oyanmışdı. Bayram təmtərağını  hələ  də saxlayan mərkəzi kü-
çələr, meydanlar, binalar qonaq qarşılayan adamlar kimi yaxşı 
görkəmdə, səliqə-sahmanda idi. Ordan başlayaraq raykomun 
binası  ətrafına dəstə-dəstə adamlar axışıb gəlirdilər. Rayonun 


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə