Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə43/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   ...   39   40   41   42   43   44   45   46   ...   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
225 
uzaq kəndlərindən də şairin pişvazına gələnlər vardı. Təxminən 
saat 1-də kim isə camaata xəbər yaydı ki, bəs S.Vurğun artıq 
yoldadır, saat üç ilə dörd arasında burada olacaqdır. Gözləyən-
lərdən heç kəs meydanı  tərk etmirdi, əksinə, qarşılamağa 
gələnlərin sayı getdikcə artırdı. Bir azdan Əlibayramlı tərəfdən 
Qazıməmmədə uzanan şose yolunda bir “Pobeda” maşını gö-
ründü və həmin anda gözləri yola dikilmiş adamların dilindən, 
“odur, gəlir” sözləri qopdu. Həqiqətən də  gələn o idi. Camaat 
geniş küçə boyu irəlilədiyi üçün yol tutulmuşdu, maşın ray-
komun binasına xeyli qalmış dayandı. S.Vurğun maşından 
düşən kimi hamı onu əhatəyə aldı. Sevinc ifadə edən sözlər, 
müraciətlər, musiqi və alqış  sədaları meydanı başına götür-
müşdü. Şairə birinci yanaşaraq qollarını onun boynuna dolayan 
qucaqları gül-çiçəklə dolu məktəblilər oldular.  
Rayonun rəhbərliyi ilə bir-bir mehribancasına görüşərək 
M.Səfiyevə çatdıqda onu ləhcəsindən tanıyaraq zarafatla “Ə, 
ağrın alem, deyəsən, sən də bizim tərəflərdənsən. Bizi şairlik 
həvəsi ordan uzaqlaşdırdı, bəs sən niyə Qazaxdan qaçmısan, 
məgər bu işdən orada tapa bilməzdin?” dedi. Sonra, ötəri də 
olsa, görüşə bir həftə gecikməyinin səbəblərindən danışdı, şose 
yolunun Qazıməmməd hissəsinin çox bərbad halda olmasından 
gileyləndi, təzədən M.Səfiyevə sarı dönərək maşında ov tü-
fəngi, çanta, yol ləvazimatı olduğunu dedi. Tapşırdı ki, maşını 
elə yerdə saxlasınlar ki, sürücü yaxşı yerdə istirahət edə bilsin. 
Sonradan məlum oldu ki, maşın məktəb direktoru Alı Yaqu-
bovun yaşadığı binanın həyətində saxlanılmış, görüşdən sonra 
şairin özü də onun mənzilində gecələməli olmuşdur. 
Görüşün keçirilməsi dəmiryolçular klubunda axşam saat 
6.30-a təyin olunmuşdu.  Şəhəri, bəzi müəssisələri gəzib tanış 
olduqdan sonra şair düz vaxtında səhnədə göründükdə hamı 
ayağa qalxaraq onu bir neçə dəqiqə əl çalmaqla salamladı.  
Görüş gecəsini M.Səfiyev açaraq rayon zəhmətkeşləri 
adından  şairi bir daha salamladıqdan sonra sözü ədəbiyyat 
müəllimi Tamara Hüseynovaya verdi. 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
226
S.Vurğun məruzəçini diqqətlə dinləyirdi. Arada bir onu 
saxlayır, düzəliş verir, zarafatla xoş replika atırdı. Məsələn, 
məruzənin bir yerində “şair Moskvada təhsilini başa vurduqdan 
sonra Azərbaycana qayıtdı” cümləsinə düzəliş edərək, “müəlli-
mə, “təhsilini yarımçıq qoyub qayıtdı” yazsaydın, daha düzgün 
olardı” dedi. Onun bu düzəlişi zalda gülüş doğurdu. 
Yığıncağın aparıcısı  məni  şairə  və tamaşaçılara belə bir 
cümlə ilə təqdim etdi: “Özünün yazdığı “Şairə salam” şeiri ilə 
çıxış etmək üçün söz şəhər məktəbinin səkkizinci sinif şagirdi 
İgidəliyev Xeybərə verilir”. Tribuna boyumdan uca olduğu 
üçün mən onun böyründə dayanaraq şeirimi oxumağa başladım. 
Şeirin bir neçə bəndini deyib qurtarmışdım ki, şair rəyasət 
heyətindən qalxaraq tribunaya yaxınlaşdı, məni qucaqlayıb 
bağrına basdı, hər iki yanağımdan öpərək: “Sağ ol, – dedi, – 
qurtarandan sonra şeirini mənə yadigar verərsən”.  Şairin belə 
mehriban, nəvazişli münasibəti, həmçinin tamaşaçıların həmin 
anda ayağa qalxaraq xeyli əl çalmaları məni həyəcanlandırdığı 
üçün özümü çox çətinliklə ələ aldım, şeirin davamını söylədim. 
Oxuyub qurtardıqdan sonra şairə yaxınlaşaraq  şeirimi ona 
təqdim etdim. Məndən sonra yaşadım və dostum Cəbrayıl 
Xıdırov da şairə həsr etdiyi şeiri oxudu, daha bir neçə nəfər də 
çıxış etdi. Şair onlardan da öz xoş sözlərini, mehribançılığını 
əsirgəmədi. 
Hamıdan sonra tamaşaçıların heyran, səmimi baxışlarının 
müşayiəti ilə, ağır, təmkinli yerişlə  şair özü tribunaya qalxdı. 
Minlərlə göz ona dikildi. Şairlə oxucu arasında hörmət, sevgi 
yaradan şeir, poeziya körpüsündə tərəflər üz-üzə dayandı... 
Həmin görüşdə mən bir daha əyani surətdə gördüm, duy-
dum və hiss etdim, sonralar daha dərindən anladım ki, Səməd 
Vurğunu xalqına sevdirən təkcə onun əsərləri deyildir, həm də 
onun mənsub olduğu xalqa, doğma elə, obaya, onun təbiətinə, 
daşına, torpağına vurğunluğu, xalqla beləcə ünsiyyətdə, tə-
masda olmasıdır. O, özünə  qərarsız, xahişsiz, minnətsiz xalq 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
227 
şairi adını həm də belə görüşləri, gəliş-gedişləri ilə, camaat ara-
sında olması ilə qazanmışdı. 
Görüşdə  şairin çıxışı saat yarımdan çox çəkdi. Birinci 
növbədə ədəbiyyatımızın, incəsənətimizin inkişafından, o dövr-
dəki vəziyyətindən geniş söhbət açdı. Qələm dostlarının bir 
çoxunun adını  çəkərək yeni əsərlərindən danışdı. Son vaxtlar 
özünün yazdıqları barədə  məlumat verdi. Onun çıxışı  sənət-
karın xalq qarşısında bir növ hesabatı idi. 
Çıxışının  əsas hissəsi qurtardıqdan sonra tamaşaçıların 
verdiyi bir sıra suallara münasibətini bildirdi. Biz ilk dəfə onun 
dilindən “Komsomol”, “Aygün”, “Zamanın bayraqdarı” poe-
maları, “İnsan” pyesi və digər  əsərləri barədə  əsl həqiqətləri 
eşitdik, “Şair, nə tez qocaldın sən”  şeirini dinlədik. Bu şeiri 
söyləməsini ondan vaxtilə bir yerdə oxuduğu, Qazıməmməddə 
müəllim işləyən, mənimlə yanaşı oturan Fərhad Acalov xahiş 
etmişdi.  Şeiri  əzbərdən, elə xoşagələn ahənglə oxudu ki, 
tamaşaçılar, demək olar ki, onun hər bəndinə əl çaldılar.  
Hörmətli  şairimiz çıxışında özünün və poeziyamızın 
digər nümayəndələrinin ünvanına iradlar da söylədi, özünü 
daha çox tənqid etdi, səhhətindən gileyləndi. Sonra da rayonun 
rəhbərlərinin əyləşdiyi rəyasət heyətinə üz tutdu. “Məni bağış-
layın, adətən qonaq ev sahibinin çatışmazlıqlarını üzünə vur-
maz, lakin mən bu ənənəni pozmalı olacağam” sözlərindən 
sonra Qazıməmməd – Əlibayramlı  şose yolunun yararsız hala 
düşməsindən, Hacıqabul gölünün ətrafının baxımsız, istifadəsiz 
qalmasından təəssüfləndiyini bildirdi. Həmin yolu öz şəxsi 
vəsaiti hesabına abadlaşdıracağına söz verəndə tamaşaçılar onu 
hərarətlə alqışladılar. Həqiqətən də şair gedəndən az vaxt sonra 
yola çoxlu qum, çınqıl daşınıb töküldü, asfalt döşəndi. Şairin bu 
xeyirxahlığı uzun illər yaddan çıxmadı. Rahat yol ilə  gəlib-
gedən hər iki rayonun sakinləri verdiyi vədin, sözün əsl sahibi 
olan insanpərvər, vətənpərvər  şairimizə  həmişə duaçı oldular, 
onu rəhmətlə, ehtiramla yad etdilər... 
“Xalq qəzeti” 1999-cu il  
XEYBƏR  İGİDƏLİYEV 
 
 
228
 
 
YÜKSƏK BİLİK VƏ İNTİZAM UĞRUNDA 
Qazıməmməddəki 13 nömrəli səkkizillik məktəbin kol-
lektivi keçən dərs ilini müvəffəqiyyətlə başa vurmuşdur. Şəhər 
müəllimlərinin avqust müşavirəsində bu kollektivin yaxşı işin-
dən danışılmış, ayrı-ayrı müəllimlərin iş üsulları  bəyənilmiş, 
adları qabaqcıllar sırasında çəkilmişdir. Müvəffəqiyyətlər kol-
lektiv səyin, gərgin  əməyin nəticəsində qazanılmışdır. Bütün 
müəllimlər ikiilliksiz işləmək uğrunda inadla çalışmış, vali-
deynlərlə əlaqəni möhkəmlətmiş, qabaqcıl pedaqoji təcrübənin 
gücündən məharətlə istifadə etmişdilər. Keçən dərs ilində mək-
təbdə 95 nəfər  əlaçı  və 4-5 qiymətlə oxuyan şagird olmuşdur. 
Müəllimlərdən Səfiyyə  İsayeva, Xatirə Abbasova, Kübra Hü-
seynova, Dursun Əliyev, Mikayıl Cəbrayılov dərs ilini iki-
illiksiz başa vurmuşlar. 
1966-1967-ci dərs ilinə kollektiv ruh yüksəkliyi ilə baş-
lamışdır. Axı, bu dərs ili hər bir kollektiv üçün əlamətdar 
olacaqdır. O, inqilabımızın 50 illik yubileyi ilə bir vaxta düşür. 
Qarşıdan daha bir əlamətdar gün gəlir. Bir neçə gündən sonra 
Azərbaycan müəllimlərinin V qurultayı öz işinə başlayacaqdır. 
Xalq maarifi işçiləri qurultay şərəfinə öz səylərini artırırlar. 
13 nömrəli səkkizillik məktəbin müəllimləri də qurul-
tayqabağı günlərdə  təlim-tərbiyə  işlərini genişləndirir,  şagird-
lərə dərin bilik vermək, onlarda kommunist əxlaqı keyfiyyətləri 
aşılamaq üçün imkanlarından bacarıqla istifadə edirlər. Mək-
təbin bir çox müəllimləri dərs ilinin birinci rübünü yüksək mə-
nimsəmə ilə başa vurmuşlar. Səfiyyə müəllim bir neçə ildir ki, 
ikiilliksiz işləyir. O, hazırda II “B” sinfində dərs deyir. Şagird-
ləri biliklərin  əsaslarına yiyələndirmək üçün müəllim hər 
zəhmətə qatlaşır, dərsləri canlı və əyani təşkil edir. 
S.İsayevanın sinfində 31 nəfər  şagird oxuyur. Müəllim 
hər bir şagirdə  fərdi yanaşmağa, onların yazılı  və  şifahi nitq-
lərini inkişaf etdirməyə çalışır. Onun şagirdləri düzgün yazı və 


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə