Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə44/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   ...   40   41   42   43   44   45   46   47   ...   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
229 
oxu vərdişlərinə, müstəqil düşünmə, məsələ və misalları sərbəst 
həll etmək qabiliyyətinə malikdirlər. Məktəbin fənn müəllim-
ləri Səfiyyə müəllimdən razıdırlar. Onun yuxarı sinifə keçirdiyi 
şagirdləri bilikli və intizamlı olurlar. 
Otuz bir  şagirddən yalnız beş  nəfər  şagird “3” qiymət 
almışdır.  İbtidai sinif müəllimlərindən Lidya Nikifirovanın da 
iş üsulu təqdirəlayiqdir. Onun dərs dediyi III “B” sinfində 
birinci rübdə 90 faiz mənimsəmə olmuşdur. Şagirdlərdən iyirmi 
nəfəri “4-5” qiymətlərlə oxuyur. Adlarını çəkdiyimiz müəllim-
lərin qabaqcıllığını  təmin edən amillərdən biri də onların 
valideynlərlə  sıx  əlaqə yaratmalarıdır. Valideynlərin köməyin-
dən istifadə etmədən şagirdlərin fərdi keyfiyyətlərini artırmaq, 
onların təfəkkürünü, bacarıq və qabiliyyətlərini inkişaf etdir-
mək, dərslərdə fəallığa nail olmaq mümkün deyildir.  
Məktəbin kollektivi şagirdlərin kommunist tərbiyəsinə 
pedaqoji işin mühüm və ayrılmaz sahəsi kimi baxır. Gənc 
nəsildə yüksək mənəvi keyfiyyətlər aşılamaq üçün məktəbdə 
tez-tez maraqlı  tədbirlər keçirilir. Ədəbi gecələr, toplanışlar, 
səhərciklər keçirmək, bayramlar, tarixi günlər şərəfinə şənliklər 
təşkil etmək burada ənənə halını almışdır. Sinifdənxaric tədbir-
lərin keçirilməsində müəllimlərdən D.Əliyev və M.Cəbrayılov 
daha çox fərqlənirlər. Məktəbdə əyani təşviqat işi də çox yaxşı 
təşkil edilmişdir. Qəhrəman pionerlərin divarlar boyu asılmış 
portretləri  şagirdlərdə  vətənpərvərlik hissi oyadır. Məktəblərin 
iştirakı ilə burada “Böyük satirik”, “Vyetnam qalib gələcəkdir” 
sərgiləri tərtib edilmişdir. 
Pedaqoji kollektivin fəaliyyətində nöqsanlar da vardır. 
Məktəbdə ikiilliksiz işləmək hərəkatına heç də bütün müəl-
limlər qoşulmamışlar. Birinci rübdə  məktəb üzrə 81 nəfər 
şagird qeyri-müvəffəq qiymət almışdır. Müəllimlərin bəziləri 
belə mühakimə yürüdürlər ki, hələ qarşıda üç rüb vardır. Nöq-
sanları dərs ilinin sonuna kimi aradan qaldırmaq olar. Bu, yan-
lış üsuldur. Müvəffəqiyyət uğrunda sentyabrın birinci günün-
XEYBƏR  İGİDƏLİYEV 
 
 
230
dən mübarizə aparmaq lazımdır. Məktəbdə komsomol və pio-
ner təşkilatlarının fəaliyyəti zəifdir. 
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, 13 nömrəli 
səkkizillik məktəbdə ikiilliksiz işləmək, təlim-tərbiyə  işlərini 
günün tələbləri səviyyəsində qurmaq üçün hər cür şərait vardır. 
Burada dərslər bir növbədə keçirilir. Günü uzadılmış 10 qrup 
təşkil edilmişdir. Məktəbin geniş klubu, kifayət qədər sinif 
otağı vardır. Pedaqoji kollektiv bu imkanlardan səmərəli istifa-
də etməli, dərs ilini bu il də müvəffəqiyyətlə başa vurmalıdır. 
 
  “İşıq” qəzeti
 
 
UŞAQ KİTABXANASINDA 
 
Kitab hamının dostudur. Xüsusilə  uşaqların. Dünyanın 
keçmişini, bugününü və  gələcəyini başa düşməkdə, öyrənməkdə, 
həyat hadisələrinin mahiyyətini dərindən bilməkdə kitab uşaqlar 
üçün misilsiz bilik, məlumat xəzinəsidir. Kitab həm də tərbiyə edir, 
uşaq qəlbini mənəvi gözəlliklərlə zənginləşdirir. 
Kitabı  uşaqlara sevdirmək lazımdır. Ailədə, məktəbdə
kitabxanalarda böyük mənəvi sərvətimizlə ümidimiz, gələcəyimiz 
olan yeniyetmələr arasında möhkəm ünsiyyət yaratmaq hamının 
borcudur. Bu sahədə Şəhər Mərkəzi Uşaq Kitabxanası müəyyən iş 
görmüşdür. Kitabxananın çox kiçik qiraət otağının divarları 
rəngarəng sərgilərin arxasında qalmışdı. Divarlarda boş yer yox idi. 
Sərgilər müxtəlif illərə, tarixi hadisələrə, əmək adamlarına, böyük 
partiya və dövlət xadimlərinə  həsr edilmişdir. “Ataların yolu ilə”, 
“V.İ.Leninin həyat və fəaliyyəti”, “Respublikamız 50 ildə” sərgiləri 
buraya gələnlərin diqqətini cəlb edir. Böyük rəhbərimizin uşaqlıq 
və  gənclik, alovlu inqilab illərindən bəhs edən müxtəlif  şəkillər 
xüsusilə maraqlıdır. 
Kitabxananın müdiri X.Babayevadan kitabxanada aparılan 
mədəni-kütləvi işlər barədə danışmasını xahiş etdik. O dedi: – 
Sözümün əvvəlində onu deyim ki, məzuniyyətdən təzə qayıtmışam. 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
231 
Kitablardan, kiçik dostlarımdan ayrı düşdüyüm üçün darıxmışdım. 
Fondumuz da, oxucularımız da ildən-ilə artır. Hazırda rəflərimizdə 
14 mindən çox siyasi, bədii, elmi-kütləvi ədəbiyyat vardır. Təkcə bu 
il 500-ə yaxın yeni kitab almışıq. Yanvardan bu günə kimi 
kitabxanamıza xeyli məktəbli yeni üzv yazılmışdır.  İliç adına 
DRES, şəhər birləşmiş uşaq bağçalarının tərbiyəçiləri ilə daim əlaqə 
saxlayır, vaxtaşırı qiraət, yeni kitablarla tanışlıq günləri keçiririk. 
– Hansı kitablarınız son vaxtlarda daha çox oxunur? 
– “Qorxulu nağıllar”, “Lenin poeması”, “Doğma və  əziz 
insan”, “Leninqrad göylərində”, “Kosmosa yol”, M.Qorkinin heka-
yələri, E.Ağayevin “Şiş papaq”, Ə.Babayevanın “Süsən, Sünbül”, 
Y.Vereysakayanın “Ağ kürk” və s. kitabları  rəflərimizdə çox 
qalmır. Oxucularımız tərəfindən sevilə-sevilə oxunur.  
Kitabxananın işində nöqsanlar az deyil. Onun geniş qiraət 
zalına ehtiyacı vardır. Kitabxana üzvlərinin heç olmasa onda bir 
faizinin iştirakı ilə müəyyən bir tədbir keçirmək üçün şərait yoxdur. 
Burada kitabı sevməyə, təmiz saxlamağa, oxuyub dərhal qaytar-
mağa çağıran yazılara, kitab haqqında görkəmli adamların sözlərinə 
rast gəlmədik. Rəflərdə səliqəsizlik vardır. Kitabxananın işi ilə tanış 
olduğumuz vaxt ərzində buraya bir nəfər belə oxucu ayağı  dəy-
mədi. İçəridə darıxdırıcı bir sakitlik hakim idi. Rəfləri bir-bir nəzər-
dən keçirdikcə  hələ  nə  qədər kitabın qatının açılmadığının  şahidi 
olduq. Ümumiyyətlə burada kitab dövriyyəsi aşağıdır. 
Bir qədər də kitabxananın işçiləri barədə. X.Babayeva 
bildirdi ki, o, A.Zeynallı adına musiqi məktəbinin muğamat 
bölməsini bitirib, özü də  həvəsini kitablara bağlayıb, 17 illik 
təcrübəsi var. Açığını deyim ki, uzun müddət bu sahədə çalış-
dığına baxmayaraq kitabxana müdiri ilə apardığım söhbətdən o 
qədər də razı qalmadım. Kitabxanaçı isə orta təhsillidir. 
Kitabxanada “Oxucunun arzusu” adlı divar qəzeti bura-
xılır. Qəzet məzmunlu və maraqlı çıxmır. Onun axırıncı nömrə-
sində heç kimin imzası gözə dəymirdi. Kitabxana işçisi isə mən-
bələrini yayanlardandır. Onun işi  şərəfli hörmətə layiqdir. An-
layış zövqü, dünyagörüşü çox olan oxucularla daim təmasda olan 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
232
kitabxanaçı çox mütaliə etməli, öyrənməli, kitabxanaya gələnlə-
rin mehriban məsləhətçisi olmalı, rəflərdə yatıb qalan kitablar-
dakı biliklərin beyinlərə nur paylamasına səy göstərməlidir... 
 
“İşıq” qəzeti,  
1 noyabr 1970-ci il 
 
 
BAŞDANSOVDU  
KEÇƏN MƏŞĞƏLƏLƏR 
 
13 nömrəli səkkizillik məktəbə günün hansı vaxtında 
gəlsəniz geniş  həyətdə 10-15 nəfər  şagirdin tər-su içində top-
top oynadığını görərsiniz. İstər səhər tezdən gəlin, yaxud axşam 
qaş qaralanda. Meydançanı boş görməyəcəksiniz. Rezini pak-
rışkasından partlayıb çıxmış, saysız-hesabsız zərbələrdən  əs-
kiyə dönmüş topa bir neçə  şagirdin necə  şığıdığının  şahidi 
olacaqsınız. Elə bilirsiniz ki, bu, məktəbin futbol komandasıdır 
məşq edir, məktəb birinciliyinə hazırlaşır, xeyr. Belə olsaydı nə 
vardı ki... Məktəbin həyətində saatlarla vaxt itirən bu uşaqlar 
günü uzadılmış qrupların şagirdləridir. Onlar dərsdən çıxdıqdan 
az vaxt sonra yenə məktəbə qayıdır, qrup rəhbərlərinin – müəl-
limlərin nəzarəti altında növbəti dərs gününün tapşırıqlarına 
hazırlaşırlar. Günü uzadılmış qrupa gələnlər ev tapşırıqlarını 
yerinə yetirməklə yanaşı, həm də  mədəni istirahət etməli, 
əylənməli, ictimai faydalı işlərlə məşğul olmalıdırlar. Lakin 13 
nömrəli məktəbin günü uzadılmış qruplarında təlim-tərbiyə 
işləri bizim düşündüyümüz kimi qurulmamışdır. Dərs ilinin 
başlanmasından üç aya yaxın vaxt keçməsinə baxmayaraq, bu-
radakı qrup rəhbərləri təlim-tərbiyəni istənilən səviyyəyə qal-
dıra bilməmişlər. Onların bəziləri hələ bu günə kimi nədən baş-
lamalı, işi necə planlaşdırmağı belə öyrənə bilməmişdir. Budur, 
qrup rəhbəri Xumar Məmmədova ilə söhbət edirik. Tədris hissə 
üzrə direktor müavini Calal Məmmədov da yanımızdadır. 


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə