Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə45/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   ...   41   42   43   44   45   46   47   48   ...   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
233 
X.Məmmədova hər gün II “A” və VI “A” sinifləri  əsasında 
təşkil olunmuş qruplarda məşğələlər keçir. Müəllim növbəti 
dərsə gündəliksiz gəlmişdir. O, şagird dəftərinə  tələm-tələsik 
etdiyi cızmaqaranı bizə  iş planı kimi təqdim etdi. Onun iş 
planının hər bölməsində “mətbuatı izləmək”, futbol oyunu”, 
voleybol oyunu” yazılmışdır. Bizim “Şagirdlərə hansı vərdişləri 
aşılayır, onları necə  əyləndirirsiniz” sualımıza X.Məmmədova 
aşağıdakı cavabı verdi: – Açığını deyim ki, günü uzadılmış 
qruplarda təlim və tərbiyəni necə təşkil edərlər, hələ də bilmi-
rəm. Bu işi məktəbimizdə yaxşı bilən də yoxdur. Necə baca-
rırıqsa, elə  də  işləyirik. Məktəbimizdə  əyləncə vasitələri yox 
kimidir. Dama, şahmat, tennis olmadığı üçün uşaqların günü 
darıxdırıcı keçir. 
X.Məmmədovanın giley-güzarını o biri siniflərdə də eşit-
dik. II “B” sinfinin şagirdlərindən həmin gün məşğələyə  cəmi 
10 nəfər gəlmişdi. sinif otağı çox tör-töküntü idi. Paltarasılan 
ola-ola,  şagirdlər geyimlərini partanın üstünə, pəncərəyə at-
mışdılar. Müəllim L.Nesterova içəridə paltolu idi. Şagirdlər iki 
dəstəyə bölünmüşdülər. Beşi bir şahmat, beşi də bir dama tax-
tasının başına toplaşmışdı. Biz müəllimdən iş planı, gündəliyi 
olub-olmadığını soruşduq. O, üzünü tədris hissə üzrə direktor 
müavinə sarı tutaraq laqeydcəsinə dedi: 
– Calal müəllim bilir ki, mən həmişə iş planı və gündəlik 
tuturam. Lakin bu gün özümlə götürməmişəm. 
– Sinfinizdə davamiyyət nə üçün pisdir? Axı siz hər gün 
20-25 şagirdlə məşğul olmalısınız? 
– Onun günahı bizdə yox, valideynlərdədir. Uşaqlarını 
istəyəndə göndərirlər, istəməyəndə yox. 
I “B” və III “A” siniflərində də eyni mənzərə ilə qarşılaş-
dıq. Birincilərdən məşğələyə cəmi 13 nəfər gəlmişdi. Müəllim 
A.Kerasimovanın da gündəliyi “yadından çıxıb” evdə qalmışdı. 
III “A” sinfinin şagirdləri keçdikləri mövzuya aid tərifi, ismin 
hallarının adını belə deyə bilmədilər. 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
234
Günü uzadılmış  məktəblərdə  şagirdlər demək olar ki, 
səhərdən axşama kimi məktəbdə, müəlliminin nəzarəti altında 
olurlar. Bu valideynlər üçün də əlverişlidir. Onlar işdə olarkən 
daha uşaqlar sarıdan narahatlıq çəkmirlər. Bilirlər ki, uşaqla-
rının vaxtı hədər getməyəcək, dərslərinə yaxşı hazırlaşacaqlar. 
Lakin 13 nömrəli məktəbin qrup məşğələləri hazırlıqsız, 
başdansovdu keçirilir. Müəllimlər şagirdlərlə zəif məşğul olur. 
Onlara dərin bilik, mədəni vərdişlər aşılamırlar. Qruplarda dərs 
vaxtının çoxu ev tapşırıqlarına həsr edilməlidir. Burada isə 
əksinədir.  Şagirdlərin vaxtı  məktəbin həyətində top-top oyna-
maqla keçir. 
Məktəbin geniş klubundan, yeməkxanasından və digər 
istehsalat tədris orqanlarından qrup məşğələlərinin maraqlı 
keçməsi üçün istifadə olunmur. Məktəbdə müxtəlif oyuncaq-
lara, idman ləvazimatlarına ehtiyac vardır. Hər növbənin qrup 
məşğələsində 150 nəfərdən çox şagird iştirak edir. Onların əy-
lənməsi, mədəni istirahət etməsi, müxtəlif vərdişlərə yiyələn-
məsi müəllimlərdən işgüzarlıq, pedaqoji səy və çeviklik tələb 
edir. 13 nömrəli məktəbin müəllimlərinin hərəsi aklad yarım, 
iki aklad dərslə təmin edilsələr də, bunun müqabilində az işlə-
yir, şagirdlərin təlim-tərbiyəsi ilə lazımınca məşğul olmurlar. 
Bütün bunlar məktəbin direktoru Sədi Baxşiyevi və onun 
müavini Calal Məmmədovu az narahat edir. Şəhər xalq maarif 
şöbəsi 13 nömrəli məktəbdə  təlim-tərbiyə  işlərini yaxşılaşdır-
maq qayğısına qalmalıdır. 
“İşıq” qəzeti,  
1 dekabr 1967-ci il 
 
 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
235 
İLHAMLA DANIŞIN,  
BİLAL MÜƏLLİM 
 
Siz elə bir fənn tədris edirsiniz ki, Bilal müəllim, o, bir 
elm kimi şagirdlərə yalnız bilik verməklə kifayətlənmir. Məsələ 
yalnız bundan ibarət olsaydı mən bəlkə də bu məqaləni qələmə 
almazdım. Tənəffüs zamanı müəllimlər otağının bir küncündə 
etdiyimiz açıq, lakin çox səmimi söhbətimizlə qənaətlənərdim. 
Ədəbiyyat müəllimi  şagirdlərin ideya-siyasi tərbiyəsinin 
möhkəmləndirilməsində  məktəbdə  əsas simadır. Gənc nəslə 
yüksək mənəvi keyfiyyətlər aşılanmasında, gələcəyin hərtərəfli 
yetkinliyə malik vətəndaşı kimi yetişməsində ədəbiyyat dərslə-
rinin,  ədəbiyyat müəllimlərinin imkanları daha genişdir. Keçi-
lən hər mövzu həyatla, dövrümüzün mühüm hadisələri ilə əla-
qələndirilməlidir.  Şagirdlərin dünyagörüşlərinin genişləndiril-
məsinə, Vətənə, xalqa, partiyamıza, kommunizm ideyalarına 
sonsuz məhəbbət və sədaqət ruhunda tərbiyə edilməsinə yönəl-
dilməlidir.  Ədəbiyyat müəllimi  şagirdlərə  nəinki öz fənnini 
sevdirməlidir, o həm də kəsərli sözü, həyati məsləhətləri, ağıla-
batan fikirləri ilə bütün elmlərin ən fəal təbliğatçısı olmalıdır.  
Mən haşiyə çıxaraq ədəbiyyat müəlliminin vəzifələrindən 
ona görə danışıram ki, dərsinizdə iştirak edərək bu vəzifələrin 
diqqətinizin uzaq bir küncündə qaldığının, daha doğrusu unu-
dulduğunun  şahidi olduq. Siz məhdud proqrama tabe edilmiş 
dərslik materiallarını  həvəssiz, könülsüz danışmaqla  şagirdlə-
rinizdə hansı yeni fikirlər, duyğular oyada bilərsiniz? 
Keçmiş mövzunun sorğusu zamanı aydın oldu ki, Bilal 
müəllim, siz istedadlı şairimiz, gözəl tərcüməçimiz A.Səhhətin 
həyatı  və yaradıcılığı haqqında  şagirdlərə az da olsa məlumat 
verməmişsiniz. Onun dərslikdə  təqdim olunan şeirindən başqa 
digər əsərlərinin adını belə çəkməmişsiniz. Hətta sinifdənkənar 
qiraət üçün də bir şey tapşırmamışsınız. Bunu bütün sinifə 
verdiyiniz “A.Səhhətin daha hansı şeirlərinin adını bilirsiniz?” 
sualınızın cavabsız qalmasından aydın hiss etmək olardı. 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
236
“Vətənim” şeiri A.Səhhətin ən yaxşı əsərlərindən sayılır. 
Vətəni  “könlünün sevgili məhbubu” adlandıran  şair oxucuda 
yüksək vətənpərvərlik hissləri tərbiyə edir, vətəni sevməyin 
qeyrət, namus işi olduğunu deyir. Bu şeiri oxuyarkən vətə-
nimiz öz gözəllikləri ilə gözlərimiz önündə canlanır, daha da 
sevimli olur. Yadımıza onun varlığı, səadəti uğrunda canından 
keçən igidlərimiz düşür. Biz gənclərimizi məhz elə  əsərlərin 
ideya ruhunda tərbiyə etməliyik. Sizin dərsiniz isə, Bilal 
müəllim, bu yüksək qayə  və  məqsədlərdən uzaq idi. Şagird-
lərinizin müəyyən faizinin bildiyi bu şeir ancaq qiymət xati-
rinə, mexaniki olaraq əzbərlənmişdir. Bu, görünür sizi təmin 
etdiyi üçün də onlardan əlavə bir şey soruşmurdunuz. Bir də 
nə öyrətmişdiniz ki, nə  də soruşaydınız?  Şagirdlərinizin nitqi 
çox qüsurludur. Adi sözləri belə yanlış  tələffüz edirlər.  Şeiri 
isə elə sürətlə deyirlər ki, siz onların qüsurlarını belə müəyyən 
edə bilmirdiniz. Ən çox xoşa gəlməyəni isə budur ki, keçən 
dərsi 36 nəfər  şagirdin yalnız dördündən soruşdunuz. Yeni 
mövzunu oxutdurduğunuz nəfəri də buraya əlavə etsək, qalan 
29 nəfər şagirdin sinifdə “işsiz” qalması onu göstərir ki, sizin 
təliminizdə  hələ köhnə, standart üsullar yaşamaqdadır. Görü-
nür, siz öz üzərinizdə az işləyir, yenilik, yaradıcılıq axtarışları 
aparmır, pedaqoji mətbuatı izləmirsiniz. Əgər belə olmasaydı 
S.S.Axundovun “Qaraca qız” hekayəsini keçərkən görkəmli 
sənətkarın anadan olmasının 90 illiyi ilə  əlaqədar olaraq res-
publikamızda görülən mühüm tədbirlərdən danışardınız. Sinfə 
yazıçının portretini gətirər, onun həyat və yaradıcılığı haqqın-
dakı söhbətinizə cəmi 6 dəqiqə yox, daha çox vaxt sərf edər-
diniz. 
Siz yeni dərsi izah edərkən şagirdlərinizi tamamilə unut-
muşdunuz. Elə bil onlar üçün danışmırdınız. Çox süst, darıxdı-
rıcı, maraq və təsirdən uzaq nitqiniz mürgü doğururdu. Şagird-
lərin danışıq fikrini cəlb edə bilmirdiniz. Biz bu qüsuru başqa 
bir fənn müəlliminin dərsində müşahidə etsəydik bəlkə də çox 
təəccüblənməzdik. Ədəbiyyat dərsləri canlı, mübahisəli keçmə-


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə