Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə46/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   ...   42   43   44   45   46   47   48   49   ...   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
237 
li, şagirdlərdə nikbin hisslər doğurmalıdır. Məktəbinizin direk-
toru G.Əliyev yoldaşın kabinetindəki söhbət zamanı dediyi söz-
lər yadındadırmı: “Sinifdə  fəal olun, şagirdlərlə çox ilhamla, 
hərarətlə danışın, Bilal müəllim. 
 “İşıq” qəzeti, 26 yanvar 1966 
 
O, MƏKTƏBDƏN AYRILMAMIŞDIR 
 
Məktəbin hündür pillələri ilə bir nəfər asta addımlarla 
yuxarı qalxırdı. O, üç-dörd pilləni adladıqdan sonra dayandı. 
Pilləkənin dəmir söykənəcəyinə dayaqlanaraq qamətini düzəltdi. 
Titrək əlləri ilə eynəyini tarazladı. Bir balaca nəfəsini dərdikdən 
sonra yenə üzü yuxarı dikəldi. Hələ irəlidə bir neçə pillə qalırdı.  
Elə bu vaxt bir nəfər onun qoluna girdi. Qalan pillələri 
necə  çıxacağı fikrini unudaraq yana çevrildi. Səsindən tanıdı. 
Ağaqulu müəllim idi. Özündə bir yüngüllük, fərəh hiss etdi. Elə 
bil qollarına güc, gözlərinə nur gəldi. Qoy bu pillələr indi nə 
qədər uzanır uzansın, o çıxacaqdır. Məmmədhəsən müəllim beş 
ildir ki, təqaüddədir. 40 ildən çox dərs dediyi, ömrünün ən 
sevimli illərini qoynunda keçirdiyi doğma məktəbdən ayrılmış-
dır. Lakin buna ayrılıq demək olmaz. O hər gün bura gəlir. İndi 
onu  əvəz edən  şagirdlərinə  zəngin pedaqoji təcrübəsindən
müəllim  əməyinin  şərəfliyindən danışır, mənasını insanlara 
xidmətdə gördüyü həyatından xatirələr söyləyir.  
Məmmədhəsən müəllim Qazıməmməddə ilk yerli müəl-
lim sayılır.  İndi  şəhərdə elə bir ailə tapılmaz ki, orada onun 
şagirdi olmasın. Hazırda 6 nömrəli 8 illik məktəbdə dərs deyən 
müəllimlərdən 10 nəfəri onun sabiq şagirdləridir. Onlar öz ilk 
müəllimlərini unutmurlar. 6 nömrəli məktəbdə elə bir tədbir 
olmaz ki, onun hazırlanmasında, həyata keçirilməsində  Məm-
mədhəsən müəllimin rəyi, məsləhəti nəzərə alınmasın. 
Məmmədhəsən müəllimin  əməyi hökumətimiz, xalqımız 
tərəfindən yüksək qiymətləndirilmişdir. Aldığı saysız-hesabsız 
təltiflər, təşəkkürlər buna parlaq misaldır.  
XEYBƏR  İGİDƏLİYEV 
 
 
238
Bu ilin aprel ayında qocaman maarif xadiminin 70 yaşı 
tamam oldu. Məktəblilər, müəllimlər, şəhər sakinləri dəstə-dəs-
tə onun evinə  gəlir, təbrik edirdilər. Azərbaycan Ali, Orta İx-
tisas Məktəbləri Həmkarlar  İttifaqı komitəsi onu 70 illiyi ilə 
əlaqədar olaraq Fəxri Fərmanla təltif etdi. 
Bu yaxınlarda müəllimlərin, bütün maarif işçilərinin 
həyatında əlamətdar bir hadisə oldu. Müəllim gününün bayram 
edilməsi bizim hamımızın ürəyindən xəbər verdiyi kimi, Məm-
mədhəsən müəllimi də sevindirdi. Yenə  şagirdləri, müəllim 
yoldaşları onun başına toplaşdılar. Məmmədhəsən müəllimin 
sevincinin həddi-hüdudu yoxdur. O, öz həmkarlarına üz tutaraq 
deyir: “Şərəfli müəllim  əməyi heç vaxt xalqımızın, hökumə-
timizin diqqətindən kənarda qalmamışdır. O həmişə böyük və 
ümumxalq hörməti ilə  əhatə olunmuşdur. Bunu mən öz tim-
salımda görürəm”.  
 “İşıq” qəzeti,  
6 oktyabr 1965-ci il  
 
HƏYATIMIN ƏN YAXŞI İLLƏRİ 
 
Mətbuat bolluğu  şəraitində yaşayan Azərbaycan bir çox 
şeyi itirsə də, Allaha şükür ki, söz azadlığını, mənəvi dəyərləri-
mizin başlıca sahəsini qoruya, saxlaya bilib. İndi ürəyimizdən 
keçir deyə bilirik, danışa bilirik. Düşünə-düşünə danışmaq, 
yazmaq böyük xoşbəxtlikdir. Demokratiya bizə çox şey bəxş 
edib. Biri də elə söz azadlığıdır. Böyük söz ustadı Nizami yaxşı 
demişdir:  “Düşüncəsiz bir söz kimə  gərəkdir, kim belə sözləri 
dinləyəcəkdir”. 
Mətbu sözün dəyəri, qiyməti o zaman yüksək olur ki, o 
inandıra bilir, təsir göstərir, həqiqəti, reallığı qoyub bir tərəfə 
yalandan,  şərdən, böhtandan yazmır. Yaxşı ki, bu gün bizim 
mətbuatımız, qəzet və jurnallarımız düzgün yoldadır. Ümumi 
ənənəyə sadiqdir, zaman, tarix qarşısında öz yerini, vəzifəsini 
yaxşı dərk edir, yaşayır, mübarizə aparır. 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
239 
Mən Milli Məclisin yeni seçilmiş deputatları arasında 
jurnalistləri, mətbuat işçlərini görəndə inanırsınız, nə  qədər 
xoşhal oldum ki, nəhayət, əfkari-ümumiyyənin nəzəri, fikri bizə 
sarı çevrilib. 
Jurnalistlər cəmiyyətimizin zəhmətkeş, daha doğrusu 
əzabkeş, həm də daha çox döyülən-söyülən təbəqəsidir. Mə-
vacib, mükafatı az, əməyi, zəhməti isə çoxdur. 
Mən, indiki şəraitdə jurnalist əməyini  ən fədakar,  ən 
səmərəli  əmək hesab edirəm. Elə  təsəvvür edin ki, batmaqda 
olan gəmidən bir nəfər suya düşür, onun yeganə ümidi və gücü, 
qüvvəsidir. O nəhayətsiz okeanda sərt dalğalarla mübarizədə 
çarpışa-çarpışa batıb çıxır, nəhayət öz sahilini tapır, çıxır. 
Mətbuatımız bax, belə yaşayır, belə döyüşür. Əlbəttə, mən yax-
şı yazıları, yaxşı  qəzet və jurnalları  nəzərdə tuturam. Mən 
universitetin jurnalistika fakültəsində dövlət imtahanını hələ də 
unutmamışam. Professor Şirməmməd Hüseynov məni, necə 
deyərlər, qoz qabığına saldı. Biletin bütün suallarını yaxşı bil-
diyim üçün çox hörmət bəslədiyim müəllimin məni danla-
mağında heç səbəb görmürdüm. Yaxşı ki, o zaman “Bakı” 
qəzetinin redaktoru Nəsir İmanquliyev imtahan komissiyasının 
üzvü idi. O, bir az hövsələsiz olan professoru sakitləşdirərək 
dilləndi”.  Şirməmməd müəllim, bu ki hazır jurnalistdir, yaxşı 
danışır, sualları bilir, bizə  də elə bu lazımdır. Üzünü mənə 
tutub, get bala, dörd alırsan, dedi”. 
Ömrümün bir hissəsi “İşıq” qəzetində keçib. Burada 
ədəbi işçi, şöbə müdiri, nəhayət düz on iki il məsul katib işlə-
mişəm, tərcüməçi olmuşam. O illəri həyatımın  ən yaxşı illəri 
hesab edirəm. 
Günəşli, işıqlı şəhərin “İşıq”ı, 70 uaşın mübarək!  
Əziz və hörmətli qələm dostlarım, bayramınız mübarək! 
İlləriniz, aylarınız həmişə toylu, bayramlı keçsin. 
Veteran jurnalist 
 
“İşıq” qəzeti, mart 2001-ci il 
İSTEDAD VƏ BİLİK MEYDANI 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
240
(şeir yazanlara  iradlarım) 
 
İlin  əvvəlindən bəri yüzdən çox müəllif redaksiyamıza 
şeir və hekayə göndərmişdir. Onu da qeyd etmək istəyirik ki, 
müəlliflərimizin siyahısı getdikcə  təzələnir. Nəinki təkcə öz 
oxucularımızdan, qonşu rayonlardan da bizə bədii yazılar gön-
dərirlər. Lakin aldığımız  şeir və hekayələrin  əksəriyyəti qəzet 
səhifəsinə  çıxarılmağa layiq deyildir. İdeya-bədii cəhətdən 
qüsurludur. Görünür, gənc müəllifləri nədən və necə yazmaq 
sualı az düşündürür. Onlar həyatımızdan parlaq və aktual 
mövzular seçməyə, münasib formalar, təsirli ifadə vasitələri 
axtarıb tapmağa səy göstərmirlər. Elə buna görə  də yazıları 
sönükdür, bədii-estetik təsirdən uzaqdır.  
Qazıməmməd  şəhər sakini Sədulla Mustafayev redaksiya-
mıza “Bulut” və “May bayramı” adlı iki şeir göndərmişdir.  Əv-
vəlcə onu qeyd edək ki, müəllif, yuxarıda gördüyünüz kimi, nə 
şeirlərinin adını, nə  də  məktubda familiyasını, yaşadığı  şəhərin 
adını düzgün yazmamışdır. Hər iki şeirində dil, ifadə, vəzn xə-
taları hədsizdir. Dilimizin, şeirimizin elementar qaydalarını bilmə-
yən müəllifin  şeir yazmağa qurşanması  təəccüb doğurur. Sədul-
lanın May bayramına həsr etdiyi şeirin bir bəndi ilə tanış olun: 
Belə şöhrətli, belə bayram hani, 
Qomunizm yoluna, bayraq qaldırır hami, 
Sülh yolunda, səs ucalır 1 may bayrami, 
Ürəklərə sevinc verən 1 may bayrami, 
Belə  məzmunsuzluq oxucularımızdan Sadıq Ötəroğ-
lunun, Abbasağa Rəhmanovun, Həmdulla  Şıxəliyevin, Nəzir 
Cümşüdovun, Zəminə  Ağayevanın, Qəzənfər Məmmədovun 
şeirlərində də vardır. Oxucumuz Ə.İlyasovun şeirlərindən biri 
“Ana” adlanır. Yeddi bənddən ibarət olan bu şeirdə ana haq-
qında obrazlı, təsirli, yaddaqalan bir misra tapmaq belə çətin-
dir.  Şeirin elə birinci bəndində müəllifin nə demək istədiyi 
anlaşılmır: 
Nə şəklin qalmışdır baxıban doyam, 


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə