Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə47/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   ...   43   44   45   46   47   48   49   50   ...   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
241 
Gəlinin nə deyir: – hanı qaynanam? 
Sən gedirsən, tək qalıram qorxuram, 
Kimlərə tapşırım anacan, ana!  
Yuxarıda adlarını  çəkdiyimiz müəlliflərə  məsləhətimiz 
budur ki, qiymətli vaxtlarını daha faydalı  işlərə  sərf etsinlər. 
Bədii yaradıcılıq istedad, bilik meydanıdır.  
Oxucularımızdan Əlvan Həşimovun, Sədaqət Qarayevin, 
Namiq Əliyevin, Vahid Süleymanovun, Rasim Nemətin, Ç.Cə-
fərlinin, Fərhad Səlimovun, Nina Həsənovanın, Yaqub Salma-
novun, Mənzər Eynullayevanın da şeir və hekayələri redaksiya-
mızda oxunub müzakirə edilmişdir. Bu müəlliflərin yazılarında 
fikir və  məna dərinliyi, dolğun obraz, poetik ümumiləşdirmə 
yoxdur. Hadisələrin sönük təsviri,  şit və bayağı ifadələr, fikir 
dolaşıqlığı, uzunçuluq bu yazıların əsas nöqsanlarıdır. 
 
Xeybər İgidəliyev. 
 
“İşıq” qəzeti, 20 may 1967-ci il 
 
 

XEYBƏR  İGİDƏLİYEV 
 
 
242
 
FELYETONLARINDAN  
SEÇMƏLƏR 
 
 
 
DİLİM-DİLİM OLASAN 
 
 
Adil mağazadan bu gün də  pərişan çıxdı. Payız havası 
kimi tutqun görünürdü. Əvvəlcə evə tərəf üz tutdu. Bir-iki tən-
bəl addımdan sonra ürəyindən nə keçirtdisə, istiqaməti dəyişdi. 
Beynində tüğyan edən fikirlər onu evə getməkdən vaz keçirtdi. 
Ticarətdə külüng vurduğu bu bir neçə ildə heç indiki kimi 
qəribsəməmiş, dosta ehtiyac duymamışdı. Sirlə, söz-hərəkətlə 
ləbələb dolu ürəyini boşaltmağa adam axtarırdı. 
Elə bu vaxt arxadan çiyninə bir əl qondu. O, ağır yük 
götürmüş adamlar kimi yüngül çökərək elə yerindəcə durdu. 
Əgər arxadan gələn səsini çıxarmasaydı, bəlkə  də dönüb geri 
baxmayacaq, elə beləcə də yerində donub qalacaqdı.  
– Maşallah mənim “QAZ-51”im kimi tormozdan möh-
kəmsən. 
– Arxadan gələndə adam bir asqırar, öskürər, kimliyini 
bildirər. Bəzi revizorlar kimi adamı  qəfildən yaxalamaq ba-
şında getdi ki, getdi. Ömrümdə heç belə diksinməmişdim. 
– Diksinmək qorxaqlıqdan doğur. Yenə gözümə bir təhər 
dəyirsən. Xəstə-zad deyilsən ki? 
Rəhmətliyin oğlu, xəstə olsaydım nə vardı ki... Bu gün 
yenə tüğyan eləmişəm. Onun üşütməsidir, canıma vəlvələ salıb. 
– Adil, sən canın özün demə, gör işlədiyin 28 nömrəli 
qarışıq mallar mağazasının sənaye malları  şöbəsində bu gün 
sənin nə elədiyini tapacağam, yoxsa yox. Tapsam nə deyərsən? 
– “73-cü millət” sözü sənə halal olsun. 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
243 
– Bu gün yüz metr pomazye satmısan. Ölçərkən hər metr-
də müştərini beş santimetr aldatmısan. Kələyinin üstü açılıb. 
Ona görə də canına üşütmə düşüb. 
– Eh... tapmadın. Görünür mənə dərindən bələd deyilsən. 
Belə xırda şeylərdən ötrü qanımın qaralan vaxtı olmayıb. 
– Onda, dost, müştəriyə qiymətdə kəf gəlmisən. Məsələn, 
20 manatlıq yun köynəyi satmısan 25 manat 88 qəpiyə. 
– Bundan sonra nəinki sənə 73-cü, heç 13-cü millət də 
deməyəcəyəm. Kişilərin adını biabır eləmə. Heç gözdən sirr 
oxuyana oxşamırsan. Əgər bu dəfə də tapmasan, özüm açaca-
ğam. Yoxsa ürəyim partlayır. 
– Dayan, partlama, tapdım. Bilirsən neyləmisən, aşna, 
mağazaya gələn pal-parçanı başqa satıcılar kimi sən də dal 
qapıdan ötürmüsən bazar alverçilərinin zənbilinə. Demisən apar 
xırıd elə, özün də dolan, məni də dolandır. Bədbəxtlikdən səni 
kələk yoldaşın malları xırıd eyləyərkən milis işçiləri yapışıblar 
xirtdəyindən. Oğru qorxaq olar. Bir-iki hərbə-zorbadan sonra 
açıb sandığı, töküb pambığı. Elədiyin fırıldaqların hamısını bir-
bir yazdırıb protokola. Sonra da gəlib çöküblər sənin boğazına. 
Vəssəlam, şüttamam. İndi dizlərinin nanə yarpağı kimi titrəmə-
sinin səbəbi də bax budur. Hə, buna nə deyə bilərsən, tapdım, 
yoxsa yox? 
– Tapmağına xatircəm ol. Heç yanından da keçmədin. 
Ancaq sadaladığın əməllərin hamısından keçmişəm. Sağlığına, 
hələlik ilişməmişəm də. Amma bu dil ki məndədir, bilirəm, gec-
tez düşəcəyəm fələyin cənginə. Hərə bir xasiyyətinin bəlasını 
çəkdiyi kimi məni də dost-tanış arasında, el-oba içərisində xəcil 
eləyən dilimdir. Bu dilim-dilim olmuş dilim. Bu gün yenə bir 
alıcıya dişimin dibindən çıxanı demişəm. Sənin canın üçün 
Allah üzümə baxıb ki, çit-mit ölçdüyüm metrə  ağac  əlimin 
altında olmayıb, yoxsa, əlüstü metrələrdim onu. 
– Deməli, yenə müştərini söyüb təhqir eləmisən. Bu ba-
yaq dilimin ucundaydı. Ancaq demək istəmirdim. Axı  sən ke-
çən dəfə and içdin, tövbə elədin ki, bundan sonra mədəni 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
244
olacaqsan. Alıcılarla xoş  rəftar edəcəksən, onları  şirin dillə, 
gülər üzlə qarşılayacaqsan. Mən elə fikirləşirəm ki, sən doğ-
rudan da ağıllanmısan. Adil, vallah, qorxmaz adamsan. Kişi, 
ticarətdə işləyənin dili gərək baldan şirin olsun. Bu sənin kimi-
lərə daha çox lazımdır. Çiyin-çiyinə  işlədiyin oğlanı, adını da 
bilmirəm, hamı  tərifləyir. Kişiyə bu yaxınlarda medal da ve-
riblər. Halal olsun. Sənin ondan nəyin  əksikdir. Vallah, qəsd 
qoysan, o bir medal alıb, sən ikisini-üçünü alarsan. Keçən də-
fəki həngamən hələ  də unudulmayıbdır. Bir kəlmə söz soruş-
maqdan ötrü yazıq kişidə abır-həya qoymamışdın. Zəkulla 
Mustafayevi deyirəm, ey. Sən öləsən, onda tez üstünə düşüb əl-
ayağına yıxılmasaydın, aşını-suyunu möhkəm verəcək, səni 
piştaxta arxasına həsrət qoyacaqdılar. Ancaq insaflı adam imiş. 
Günahından tez keçdi. De görüm, bu günkü binəvanın təqsiri 
nə idi? 
– Yazıq bir cürüm işlətsəydi, məni o qədər də ağrıtmazdı. 
Deyərdim nə salıb aşına, o da çıxıb qarşısına. Görkəmindən 
həlim adama oxşayırdı. Deyirlər, adı  Hənifədir. Fəhlə  işləyir. 
Köynək almaq istəyirdi. Birini bəyənib götürdü. Qiymətini 
soruşdu. Elə qanımı qaraldan bu oldu. Dedim, 8 manatdır. O 
isə yoldaşlarından birinin həmin köynəyi 7 manat 20 qəpiyə 
aldığını bildirdi. Hirs vurdu başıma. Ağzıma ağ da gəldi dedim, 
qara da. Dərhal tutub köynəyi aldım əlindən. Dedim, get hara 
deyirsən de, mən belə satıram... Nə məsləhət görürsən. Görəsən 
gedib bunun da əl-ayağına yıxılsam, üzr istəsəm, bağışlayarmı? 
And olsun səni-məni xəlq eyləyənə,  əgər bu dəfə  də salamat 
qurtarsam, söz verirəm müştərilərlə adam kimi rəftar edəcə-
yəm. Bağrım çatlasa da, hər  şeyi öz qiymətinə satacağam. 
İnanmırsansa, gəlib baxarsan. 
– Deyirsən yəni bu əməllərindən sonra səni yenə  də 
ticarətdə saxlayacaqlar? 
“İşıq” qəzeti,  
22 noyabr 1966-cı il 
 


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə