Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə48/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   ...   45   46   47   48   49   50   51   52   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
245 
DADSIZ-DUZSUZ XÖRƏKLƏR 
 
Beş-altı ay bundan əvvəl redaksiyamıza daxil olan mək-
tubların birində 7 nömrəli fəhlə yeməkxanası kollektivinin yax-
şı  işindən bəhs edilirdi. Məktubu burada hər gün nahar edən 
fəhlələr, mühəndislər yazmışdılar. Məktubda yeməkxanada 
işləyən satıcıların, aşpazların və xidmətçilərin ünvanına səmimi 
sözlər deyilirdi. 
Bu yaxınlarda yolumuz həmin yeməkxanaya düşmüşdü. 
Nahar fasiləsi idi. Ətrafındakı gölməçə və bataqlıqdan yol tapıb 
bir təhər yeməkxanaya daxil olduq. Burada qeyri-adi bir sakit-
lik vardı. Nahar fasiləsi olmasına baxmayaraq stolların  ətrafı 
boş idi. Yalnız bir stolun ətrafında dörd nəfər nahar edirdi. On-
lar da yeməklərin dadsız, ləzzətsiz olduğundan gileylənirdilər. 
Bunu biz də hiss etmişdik. Fəhlələr nədənsə yeməkxa-
naya yox, onun yaxınlığındakı balaca darısqal çayxanaya doğru 
gəlirdilər. Çayxananın  şirinçay və pendir çörəyini yeməkxa-
nanın ürək bulandıran, iştaha küsdürən kələm dolmasından, 
küftə bozbaşından üstün tutmaqda fəhlələr yanılmamışdılar. 
7 nömrəli yeməkxanada fəhlələrə yarıtmaz xidmət edirlər. 
Aşpaz Vera Seletskaya xörəklərin keyfiyyətinə fikir vermir. Biz 
mətbəxə baş çəkdik. Bura çox səliqəsizdir. Döşəmə və stolların 
üstü çirkli saxlanılır.  Ərzaq məhsullarını iylənməkdən, xarab 
olmaqdan qorumaq üçün mətbəxə qoyulmuş yeganə soyuducu 
da xeyli vaxtdır ki, işləmir. Biz aşpaz V.Seletskayadan xörək-
lərin keyfiyyətini nə üçün yaxşılaşdırmadığını soruşduqda o, 
hövsələdən çıxaraq dedi: 
– Məndə  nə günah var, nə verirlər onu da tökürəm qa-
zana. Bizim yeməkxanaya aşağı keyfiyyətli ət göndərirlər. La-
zımi başqa məhsulları da vaxtlı-vaxtında ala bilmirik. 
Yeməkxana binasının da təmirə ehtiyacı vardır. Yağış ya-
ğan kimi binanın tavanından damır. Burada qışa hazırlıq tama-
milə unudulmuşdur. Yeməkxananın müdiri İ.Misirxanov bura-
ya nahara gələn fəhlə  və qulluqçuların haqlı narazılığına səh-
lənkarlıqla yanaşır. 
“İşıq” qəzeti, 8 oktyabr 1966-cı il 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
246
BAZARIN MÜDİRİ VƏ DƏLLALLARI 
 
Eşitmişdik ki, şəhərimizin bazarında özbaşınalıqdır. 
Burada hər kəs bildiyini edir. Müştərilərlə kobud rəftar edilir, 
ticarət qaydaları pozulur, təmizliyə fikir verilmir. Alverçilər, 
işləməyib dişləyənlər bazarın daimi sakinləridir. Elə bilirsiniz 
ki, bazardakı bu nöqsanlardan müdir M.Qasımovun xəbəri 
yoxdur. Xeyr, buradakı hoqqabazlıqlar, alverçilərin törətdikləri 
fırıldaqlar hamısı onun gözü qarşısında baş verir. 
M.Qasımovun öz kabinetindən başqa bazarda bir dənə də 
olsun təmiz, səliqəli yer gözünüzə  dəyməz. Onun kabinetinin 
qapısı bazar meydançasına açılır. Himayə edib saxladığı, xət-
rinə heç vaxt dəymədiyi sevimli alverçilərinin, daha doğrusu 
dəllallarının bazarda göstərdikləri məharəti o hər gün buradan, 
düzbucaqlı çərçivə arxasından baxıb seyr edir. Bazarda isə seyr 
etməli nələr olmur ki?.. Çirkli piştaxta arxasında xalatsız da-
yanaraq üstünə dəstə-dəstə milçək qonmuş göy-göyərtisini ağız 
dolusu tərifləyən satıcının, görkəmli yerdə toz-torpaq içində 
satılan süd məhsulları, meyvə və tərəvəz, bir az kənarda müştəri 
ilə çənə-boğaz edən alverçinin hiyləgər danışığı məgər tamaşalı 
deyilmi? 
Budur, bazarın darvazasına bir yük maşını yaxınlaşır. 
Onun kuzovuna meyvə yüklənmişdir. Kolxozçu öz halal zəh-
məti ilə becərdiyi məhsulu satmağa gətirmişdir. Lakin o, bazara 
yaxın düşə bilmir, dəllallar tez başının üstünü alırlar. Yağlı dil-
lər işə düşür. Beş dəqiqə keçməmiş maşın boşaldılır. Nurxanım 
Kərimova,  Əminə Bağırova kolxozçuya bazarın məzənnəsini 
öyrənməyə belə macal vermirlər. onun gətirdiyini üç qiymət 
aşağı  əlindən alıb tez yola salırlar. Yüngül saf-çürük əməliy-
yatından sonra müştəri səsləyirlər. Bu, bazarda hər gün baş ve-
rən hadisələrdəndir. 
Heç bir yerdə işləməyən, tüfeyli həyat sürən adamlar ba-
zarın nırx qoyan, məzənnə kəsən sahibləridir. Onlar bazar mü-
dirinin xasiyyətinə yaxşı  bələddirlər. belə olmasaydı Gülbala 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
247 
Kərimov 300 kiloqram sənədsiz kartofu bazarda nə  cəsarətlə 
xırıd edərdi?  Ət dükanının satıcısı Hüseynqulu Mehdiyev mə-
gər Müslüm “dayısına” arxalanaraq mal ətinin kiloqramını, da-
ha doğrusu 940 qramını 2 manata satardımı? Alverçilərdən Ba-
ba Məmmədovu, Cəbrayıl Xankişiyevi xan kimi dolandıran 
kimdir? Əlbəttə, bazarın yuxarı başındakı səliqəli-sahmanlı ka-
binetin sahibi. 
Biz burada olarkən, su, dondurma satan xeyli uşağa rast 
gəldik. Onlar ayaqyalın, köynəkçək o yan-bu yana qaçır, müş-
təri çağırırdılar. 
Bazar çox səliqəsiz, tör-töküntü saxlanır. Sanitariya qay-
dalarına riayət edilmir. Elə buna görə də, burada ağcaqanad çox 
olur. Şəhər epidemioloji dispanserinin baş həkimi Ə.Vəliyev də 
bazarın təmiz saxlanmasına yaxşı diqqət yetirmir. 
Şəhərimizin əlaqədar təşkilatları bazarda qayda-qanun ya-
radılmasına,  əhaliyə nümunəvi xidmət göstərilməsinə nail ol-
malıdırlar. 
A.Müslümov, A.Mustafayev, X. İgidəliyev 
“İşıq” qəzeti, 14 iyun 1966-cı il 
 
ALICILAR NARAZI QAYIDIRLAR 
 
Havalar getdikcə soyuyur. Tez-tez yağan yağışlar,  əsən 
soyuq küləklər torpağın hərarətini azaldır, qışın uzaqda olma-
dığını xəbər verir. Ağaclar yaşıl, insanlar isə nazik paltarlarını 
soyunur.  Əyin-baş qalınlaşır. Yay geyimləri günlərdən bəri 
asılqanlarda asılıb qalmış qış libasları ilə yerini dəyişir. İndi hər 
kəsi düşündürən bunlardır:  əyinlər üçün isti geyim, sobalar 
üçün yanacaq. 
Qeyd etmək lazımdır ki, şəhərimiz böyüdükcə, gözəlləş-
dikcə onun sakinləri də  dəyişir. Adamlarımızın zövqü artır, 
mədəniyyəti yüksəlir.  İndi  şəhərimizin küçələrində son dəbdə, 
səliqəli, yapışıqlı geyinənlərə daha tez-tez rast gəlmək olar. Son 
vaxtlarda adamlarımızın alıcılıq qabiliyyəti də artmışdır. Hər 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
248
kəs istəyir ki, evində televizor, soyuducu olsun, otaqlarını əlvan 
naxışlı xalçalar, rahat və yaraşıqlı mebellər bəzəsin. Kim istə-
məz ki, qapısından girən qonaq-qara yanında, dost-tanış qarşı-
sında öz təminatlı  həyatı, firavan güzəranı ilə  fəxr etməsin. 
Bəli, yaradıcı zəhməti, fədakar əməyi ilə fəxr edənlərin zəngin 
yaşayışı ilə də öyünməyə haqqı vardır. 
Şəhərimizin ticarət işçiləri zəhmətkeşlərin artan tələbatını 
ödəmək üçün səy göstərir, onları özlərindən razı salmağa çalı-
şırlar. Lakin buna həmişə müvəffəq olmurlar, xüsusən payız, 
qış aylarında. İndi mağazalara daha çox alıcı gəlir. İlk yağışlar, 
küləkli havalar onları daha da tələsdirmişdir. 
Son günlərdə mağazalarda “sizdə palto varmı?”, “çəkmə 
qaloşu necə?”, “bəlkə  uşaqlar üçün pomaze köynəyiniz ola”, 
“yun köynəklər gətirmisinizmi?” kimi müraciətləri tez-tez 
eşitmək olar. Alıcıların eşitdiyi isə “yoxumuzdur”, “hələ gətir-
məmişik”, “əzizim, niyə hirslənirsiniz, mənim vəzifəm olanı 
satmaqdır” və sair məyusedici cavablardır. Bəli, alıcı narazı 
qalır. O, axşam dəvət olunduğu şənlik mərasiminə nimdaş palto 
ilə getməli olacaqdır. Özü bir yana, evdən çıxarkən məktəbli 
qızı ona yun forma almağı tapşırmışdı, bəs ona nə cavab ve-
rəcəkdi? 
Biz keçən  şənbə  və istirahət günlərində  şəhərimizin bir 
çox sənaye malları mağazalarında olduq. Bunların  əksəriyyə-
tində qış geyimlərinə rast gəlmədik. Qazıməmməddəki 53, 54, 
57 nömrəli mağazaların satıcıları  Ə.Kərimov, M.Qasımov, 
T.Mirzəyev  şəhərimizin mərkəzindəki 29, Təzə  şəhərdəki uni-
vermaqların ticarətçiləri X.Xələfov, S.Əhmədov,  Ə.Azayev 
qışa hazır olmadıqlarını bildirdilər. Bu ticarət nöqtələrində kişi 
və qadın paltolarının, müxtəlif yun köynəklərin, çəkmə qaloş-
larının, pomaze parçaların adı  çəkiləndə satıcılar özləri təəc-
cüblənirdilər. Onların dediyinə görə, mağazalar 4-5 aydır ki, 
yuxarıda adları çəkilən mallara həsrətdirlər.  
“İşıq” qəzeti,  
23 oktyabr 1965-ci il 


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə