Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə49/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   ...   45   46   47   48   49   50   51   52   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
249 
ŞAMİLİN ŞİKAYƏTİ, XUDANIN KƏRAMƏTİ 
 
Hörmətli redaksiya! Əlaqədar təşkilatlardan əlim üzül-
dükdən sonra çarəsiz qalıb sizə müraciət edirəm. Hazırda 
yaşadığımız bina iki ildən çoxdur ki, dammaqdadır. Göyün 
üzü tutulan kimi evimizdə böyükdən-kiçiyə kimi hamının qanı 
qaralır. Çöldə yağış ara verəndən xeyli sonra belə bizim otaq-
ların döşəməsinə  dəyən damcıların səsi kəsilmir. Evimizin 
təmirə ehtiyacı olduğu barədə İliç adına Dres-in rəhbərlərinə, 
kommunal-mənzil şöbəsinin müdiri Xuda Babayevə dəfələrlə 
müraciət etmişəm. Lakin onlar məni hər dəfə boş  vədlərlə 
yola salmışlar. 
Şamil Əkbərov, 
Energetiklər qəsəbəsi,  
A.Əhmədov küçəsi, bina 36, mənzil 22. 
 
Şamilin məktubunu aldıqdan bir-iki saat sonra təsadüfən 
redaksiyanın qarşısından keçən İliç adına DRES-in kommunal-
mənzil  şöbəsinin müdiri Xuda Babayev ilə qarşılaşdıq. Onu 
redaksiyaya dəvət edib Ş.Əkbərovun məktubu ilə tanış etdik. 
X.Babayevlə aramızda aşağıdakı söhbət oldu. 
– Məktubda yazılanlar barədə nə deyə bilərsiniz? 
– Tamamilə düzgün yazılmışdır.  Ş,Əkbərovun yaşadığı 
binadan çoxdandır ki, damır. Əsaslı təmir edilməlidir. 
– Bəs nə üçün başlamırsınız? 
– Açığını deyim ki, bu, həm mənim, həm də məndən bö-
yük yoldaşların səhlənkarlığı ucundandır. Bina haqqında dəfə-
lərlə nəzərlərinə çatdırmışam. Onlar sərəncam verməsələr, mən 
nə edə bilərəm. Bir də gəlin belə danışaq, siz məktubu qəzetdə 
buraxmayın. Mən az vaxta kimi bu məsələni həll edərəm. 
– Neynək, Ağa durub, Ağacan durub. Baxarıq Xudanın 
kəramətinə. 
...Az vaxtdan sonra Ş.Əkbərovun mənzilinə getdik. Onun 
yaşadığı bina Energetiklər qəsəbəsində salınan ilk binalardan-
XEYBƏR  İGİDƏLİYEV 
 
 
250
dır. Binanın həyəti yaşıllığa qərq olmuşdur. Söyüd, küknar, 
çinar ağacları baş-başa vermiş, üzüm meynələri lap yuxarı 
mərtəbəyə qədər qol-budaq açmışdır. Binanın 2-ci dəhlizindən 
içəri daxil oluruq. Qəsəbənin kommunal-mənzil işçilərindən 
X.Babayev və R.Axundova da bizimlədir. Onların diqqətini 
pilləkənlərin, divarların, çərçivəsi yerindən qopmuş,  şüşələri 
sınmış pəncərələrin natəmizliyinə, səliqəsizliyinə cəlb edirik.  
– Qəsəbənizdə  təmizlik günləri, iməcilik, yaşıllığa baxış 
keçirirsinizmi?  
Keçiririk, ancaq... 
Nəhayət üstünə 22 rəqəmi yazılmış qapını döyürük. Evin 
sahibəsinə redaksiyadan gəldiyimizi bildiririk. O, bizi mehriban 
qarşılayıb içəri dəvət edir. Uşaqlar oyuncaqlarından ayrılıb 
təəccüblə bizə baxırlar. Onlardan böyüyü: “Əmi, bax, oladan 
tökülür” deyə barmağı ilə tavanı göstərir. 
Yağış üç otaqdan ikisinin tavanını korlamışdır. Suvaqlar 
uçub tökülmüşdür. Tavandan süzülən damcılar döşəmənin rən-
gini aparmışdır. İçəridən rütubət qoxusu gəlir. Yağışlı günlərdə 
bu ailənin nələr çəkdiyini təsəvvür etmək çətin deyildir. 
Biz qonşu mənzillərdə yaşayanlarla da söhbət etdik. 
Müəllim A.Əliyevin, sürücü Süleyman Həsənovun da yaşa-
dıqları mənzillərdən damır. 
– Yoldaş Babayev, axı siz söz vermişdiniz ki, yaxın 
günlərdə binanın təmirinə başlayacaqsınız? Kimi gözləyirsiniz? 
– Axı, mən kiməm, nə ixtiyarat sahibiyəm? İşçi qüvvəsi, 
material verməsələr, mən bir daşı daş üstünə qoya bilmərəm. 
Gedin rəisimlə danışın. Mən onun nəzərinə çatdırmaqdan yo-
rulmuşam. 
Bəli, iki ildir ki, Ş.Əkbərov X.Babayevə  şikayət edir, o 
isə bu şikayəti rəisinin nəzərinə çatdırır. Mənzillərdən süzülən 
damcılar isə ara vermir. 
“İşıq” qəzeti,  
15 iyun 1967-ci il 
 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
251 
YAŞILLIQ QAYĞI SEVİR 
(Bizim yaz reydimiz) 
 
“Gözəllik ondur, doqquzu dondur” hikməti bizim özü-
müzə aid olduğu kimi, qoynunda yaşayıb-yaratdığımız  şəhər-
lərə də aiddir. Özümüz gözəlliyin bu şərtlərinə əməl etdiyimiz 
kimi həyətyanı sahəmizi, küçələrimizi və yollarımızı, işlədi-
yimiz yerləri də unutmamalıyıq. Onların da “donunu” tez-tez 
təzələməli, gülə-çiçəyə qərq etməliyik. 
Qazıməmməd  şəhərinin sakinləri son illərdə  şəhərin 
abadlaşdırılmasına və yaşıllaşdırılmasına diqqəti artırmışlar. 
Bir çox küçələr və məhəllələr öz görkəmini dəyişmişdir. Yeni 
neon lampaları, qaz və yaşıllıq şəhərin gözəlliyini, onun sakin-
lərinin fərəhini daha da artırır. Baharın gəlişi burada özünü hiss 
etdirir. Evlər, hasarlar ağardılır, bağlar, həyətyanı sahələr sah-
mana salınır. Hamı əlində bel həyətə, küçəyə çıxır. Arxlar çə-
kilir, ağacların dibi yumşaldılır. 
Şəhərin ictimaiyyəti yaşıllıq və gözəllik fəslini bu il daha 
işgüzarlıqla qarşılamışdır. Buradakı idarə  və müəssisələrdə 
demək olar ki, hər gün təmizlik və abadlıq işləri aparılır. Bizim 
yolumuz  əvvəlcə Hacıqabul Lokomotiv Briqadalarını  Dəyiş-
dirmə  Məntəqəsinə düşdü. Məntəqənin parkında çoxlu adam 
işləyirdi. Dəmiryolçular müəyyən edilmiş plana əsasən bu il 
200 ağac və 5 min gül kolu əkməlidirlər. Bunun üçün məntə-
qənin rəhbərləri bütün kollektivin qüvvəsini səfərbərliyə al-
mışlar. Tez-tez iməcilik keçirilir. Məntəqənin ətrafındakı ağac-
ların dibi yumşaldılmış, alağı  təmizlənmişdir. Biz məntəqənin 
rəisi  Ə.Sadayevdən  Əlibayramlı  Şəhər XDS İcraiyyə Komi-
təsinin 14 dekabr 1966-cı il tarixli qərarına necə əməl etdikləri 
haqqında danışmalarını xahiş etdik. 
– Son iki ildə məntəqəmizin ətrafında xeyli ağac əkmişik. 
Gördüyünüz bu park son vaxtlarda salınmışdır. Fəhlələr yayın 
bürkülü günlərində boş vaxtlarını burada keçirirlər. Parka bir 
neçə skamya qoyulmuşdur. Havalar istiləşəndən sonra qırmızı 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
252
guşəmiz otaqdan parka köçəcək. Burada maraqlı oyunlar, söh-
bətlər keçiriləcəkdir. Biz müəyyən edilmiş  ağac  əkini planını 
yerinə yetirmişik. 
– Yoldaş Sadayev, sizin kollektiv şəhərin hansı küçəsini 
hamiliyə götürmüşdür? 
– ......? 
Bizim həmin sualımıza vaqon sexinin rəisi  İ.Astafurov 
yoldaş da sükutla cavab verdi. Sexin işçiləri kiçik bir əraziyə 
qulluq etməklə  işlərini bitmiş hesab edirlər. Ümumşəhər imə-
ciliklərinə çıxmırlar.  
6 nömrəli Rabitə  və  işarəvermə distansiyasının işçiləri 
idarə binasının  ətrafındakı sahəni hələ bir neçə ay bundan 
qabaq başdan-başa  şumlaşmışlar.  İndi buraya meyvə  və  bəzək 
ağacları  əkilir. Binanın qarşısında iri hovuz düzəldilmiş,  ətra-
fına çoxlu ağac basdırılmışdır. Distansiyanın rəisi P.Dəmirov 
yoldaş bizə dedi: – Eşitdiyimə görə bizim idarənin  ətrafında 
vaxtı ilə yaxşı bağ varmış. Lakin baxımsızlıq üzündən ağaclar 
tələf olmuşdur.  İndi biz çalışırıq ki, buranın  əvvəlki mənzə-
rəsini bərpa edək. Hələlik 150-yə yaxın ağac və gül tingləri 
basdırmışıq. Demək olar ki, hər həftə iməcilik keçiririk. Bizim 
müəssisə  şəhərin mərkəzində yerləşir. Bura təmiz və  səliqəli 
olmalıdır. 
Hacıqabul Dəmiryol Stansiyasının  ətrafı yaz gələndə 
daha gözəl olur. Perron boyu əkilmiş güllər-çiçəklər göz 
oxşayır. Bu il stansiya işçiləri yaşıllaşdırmaya diqqəti daha da 
artırmışlar. Ağacların dibi vaxtında yumşaldılmış, qol-budaq-
ları daranmış, çoxlu yeni bəzək və meyvə tingləri  əkilmişdir. 
Stansiyanın  ətrafının yaşıllaşdırılmasında Həsən Qurbanovun 
əməyi çoxdur. O, bir neçə ildir bağbanlıq edir. Yazın nəfəsi 
duyulan gündən Həsən kişinin  əlindən bel düşmür. Qayğıkeş 
bağban bu günə kimi 100-dən çox ağac  əkmişdir. Stansiyanın 
ilk partiya təşkilatı katibi Ş.İbadov bildirdi ki, yaşıllıq və 
abadlıq işlərini heç vaxt unutmuruq, stansiyamızın təmiz və 
səliqəli olmağına çalışırıq.  


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə