Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə5/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   2   3   4   5   6   7   8   9   ...   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
17 
dünyasını  zənginləşdirən, poetik cəhətdən cazibədar edən mə-
qamlar bütün ülviyyətini şairin şəxsi kimliyindən alır. 
Xeybər  İgidəliyevin  şeirlərinə bir küll halında nəzər 
saldıqda onu “vurğun şair”, “sevdalı şair” adlandırmaq olar. Bu 
sevdanın, vurğunluğun sərhədləri çox genişdir. Buraya insan 
sevgisi də, təbiət sevgisi də, yurd-vətən sevgisi də daxildir. 
Şairin məhəbbət lirikası mənəvi dəyərlərlə süslənmişdir: 
 
Əzəl gündən var-dövlətə 
Nə mən uydum, nə sən uydun. 
Könül verdik məhəbbətə, 
Nə sən doydun, nə mən doydum. 
 
Əvvəla qeyd edək ki, Azərbaycan poeziyasında mənəvi 
dəyərlərlə maddi dəyərlərin təzadına, qarşılaşdırmalı müqayisə-
sinə əsaslanan şeirlər çoxdur. Bu, bizim poeziya, xüsusilə xalq 
poeziyası üçün xarakterikdir, yəni  ənənədir. Xeybər  İgidəliye-
vin yaradıcılığını, əslində, tam mənasında xalq şeiri ənənələri-
nin parlaq təcəssümü kimi də qəbul etmək olar.  
Anca bu da faktdır ki, hər hansı bir şairin yalnız ənənəyə 
əsaslanması, bu ənənəni yeni obraz, yeni deyim, yeni element, 
yeni detallarla zənginləşdirməməsi - bütün hallarda onun ənənə 
çərçivəsində qalması, ondan qırağa çıxıb özünü təsdiq edə bil-
məməsi deməkdir. Fərəhlidir ki, Xeybər  İgidəliyevin yaradı-
cığında biz bunun əksinin, yəni ənənənin inkişafının şahidi olu-
ruq - Xeybər də  mənəvi dəyərlərlə maddi dəyərləri müqayisə 
edib. Bu müqayisədən, əslində, heç bir şair qaça bilməz, çünki 
müqayisə varlığın  əzəli və  əbədi mövcudluq üsuludur. Dünya 
var olduqca maddi ilə mənəvi daim ziddiyyətdə olacaq. Lakin 
Xeybər  İgidəliyev bu ənənəvi müqayisəni öz duyumu ilə yeni 
səviyyəyə qaldırıb. Öz sevgisi və sevgilisini maddiyyata uy-
mayıb məhəbbətə  vəfalı qalmaqda tərənnüm edən  şair burada 
“Nə  sən doydun, nə  mən doydum” kimi ilk baxışda adi görü-
XEYBƏR  İGİDƏLİYEV 
 
 
18
nən, lakin şeirin içində son dərəcə dərin məna kəsb edən obraz 
yarada bilib.  
Adətən, şairlər sevgi şeirlərində maddi dəyərlərlə mənəvi 
dəyərləri qarşılaşdırarkən mənəvi dəyərləri həyatı  bəzəyən 
gözəllik kimi tərənnüm edirlər. Xeybər İgidəliyev isə “Nə sən 
doydun, nə  mən doydum” obrazı ilə  mənəvi dəyərlərə  əsasla-
nan ömrü tamamilə yeni bir planda tərənnüm etmişdir. Bu, 
doyulmadan yaşanan ömürdür. İnsan aclığını - yeməklə, 
susuzluğunu - su ilə dəf edir. Şairin lirik qəhrəmanı isə bu sev-
gidən heç vaxt doymur. O, sevgisi və sevgilisi ilə  mənəvi eh-
tirasla dolu ömür yaşayır. Sevgisindən bir anlıq da olsa doyub 
diqqətini ondan çevirmir. Sevən aşiq bütün varlığı, bütün sev-
gisi ilə daim məhəbbətin təşnəsindədir və bu intəhasız təşnə, 
hüdudusuz  sevgi sevənlərin ömrünün hər bir anının mənasıdır: 
 
Sənsiz, vallah, həyat heçdir, 
Tale bizi həmdəm seçdi, 
Ömür necə gəldi, keçdi, 
Nə sən duydun, nə mən duydum. 
 
Dözdük bəzən yana-yana 
Bu sevdanın acısına. 
Biz çəkəni,  başqasına  
Nə sən qıydın, nə mən qıydım... 
 
Xeybər  İgidəliyevin yaradıcılığında onu bir şair kimi 
fərqləndirən, həmçinin  şairliyini  şərtləndirən və  təsdiq edən 
yeni obrazlar var. Bu cəhətdən sənətkarın “Bulaq” şeiri də sə-
ciyyəvidir: 
Bir gözəllə görüşünə 
Gəldim dönə-dönə, bulaq! 
İnsafdımı bundan sonra 
Qəlb küsə, üz dönə,  bulaq?! 
  


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
19 
Gör nə etdi o gülyanaq, 
Dağ üstündən çəkdi min dağ
Gəl sinəmin üstündən ax, 
Bəlkə odun sönə, bulaq. 
 
Ürəyimə salma güman, 
Yar gözündən içən zaman, 
Öpmə onun dodağından. 
Qısqanıram sənə, bulaq. 
 
Şeirdəki obrazları  mənbəyinə  və  işlənmə  məqamlarına 
görə, ən azı üç səviyyəyə ayırmaq mümkündür: 
Birincisi, ənənədən gələn obrazlar; 
İkincisi, şairin ənənəyə verdiyi sığal və yeni nəfəs; 
Üçüncüsü, şairin özünün yaradaraq poetik ənənəyə daxil 
etdiyi yeni obrazlar. 
Birinci ilə bağlı onu demək mümkündür ki, bulaq obrazı 
Azərbaycan şeirində, xüsusilə xalq poeziyasında ənənəvi obraz-
dır. Məsələn, “Çərşənbə günündə çeşmə başında...” deyən Aşıq 
Ələsgər bu obraza öz nəfəsinin möhürünü elə vurub ki, indi hər 
hansı bir sənətkarın bulaq (çeşmə) obrazına nə isə əlavə etməsi 
müşkül işdir. Ancaq poetik ilham həqiqidirsə, o, hər şeyə qadir-
dir. İlhamın həqiqliyi isə hisslərin həqiqliyinə bağlıdır. Xeybər 
İgidəliyevin bulaq üstünə gələn lirik qəhrəmanı həqiqi aşiqdir. 
Əgər  Ələsgər bulaq başında bir alagöz xanıma aşiq olursa, 
Xeybər  İgidəliyevin qəhrəmanı isə sevginin Ələsgər havasına 
köklənib bulağa gəlir. Burada bulaq, insan, daş, qaya, ağaclar, 
canlılar, cansızlar bir-birinə qarışır. Bu, ilahi görüş məqamıdır: 
Burada lirik qəhrəman öz sevgilisi ilə görüşür;  
Burada lirik qəhrəman bulaqla görüşür.  
Bu sevgi o qədər şiddətlidir ki, sevən aşiq kiminlə görüş-
məyinin – sevgilisi iləmi, yoxsa bulaqlamı – fərqində deyil. 
Bulaq - onun sevgilisi, sevgilisi isə elə bulağın özüdür. Bax, bu 
obraz Azərbaycan şeirinin tarixində yenidir.  
XEYBƏR  İGİDƏLİYEV 
 
 
20
Digər tərəfdən, ayrlıq məqamında bulaq üstünə gələn, ona 
sinəsinin üstündən axıb sevgi təşnəsini yatırtması üçün yalva-
ran aşiq də  əsrlərə  sığmayan  şeir tariximizdəki sevən aşiq ob-
razları içərisində öz səmimiyyəti ilə seçilir. 
 
*** 
Biz çox vaxt şairlərin  şeirlərinin janrlarını  təhlildən kə-
narda qoyuruq. Ya ənənə xatirinə, ya da nəzəriyyə adına bu 
mövzuya toxunuruq. Ancaq yaradıcılıqda janrla sənətkarın 
hissiyyat dünyası arasında var olan əlaqələr göründüyündən də 
dərindir. Məsələn, xalq şeiri üslubunda sevgi şeirləri qoşan şair 
bəzən qəzəl yaratmaqdan özünü saxlaya bilmir. Çünki qəzəl 
Azərbaycan klassik ədəbiyyatında sevginin janr qəlibidir. 
Xeybər  İgidəliyevin də  qəzəlləri var. Və bu qəzəllərdə onun 
şair kimliyi özünün dəyişməz cizgiləri ilə boy verir. O, hər bir 
şeirində ənənəyə sadiq qalıb onu zənginləşdirməyə cəhd etdiyi 
kimi, qəzəl yaradıcılığında da öz üslübuna sadiq qalır. Məsələn, 
sənətkarın: 
 
Ey könül, dönməz geri bir də o dəmlər,  getdi, 
Hər gün başımıza cəm olan həmdəmlər getdi 
 
beyti ilə başlanan qəzəldə Füzuli ruhunu da, Vahid üslubunu da 
görmək olur. Və əslində, qəzəl yazan şair nə Füzuli ruhundan
nə Vahid üslubundan qaça bilməz. Çünki Füzuli ruhu da, Vahid 
üslubu da artıq Azərbaycan qəzəlinin normativləşmiş təbiətidir. 
Ancaq Xeybər İgidəliyev qəzəlin 
 
Qarabağ gülşənimiz talan oldu gör necə, 
Öldürdü  Xeybəri də, vallah, bu qəmlər, getdi. 
beytində qəzəl ənənəsini ictimai mövzu ilə ustalıqla əlaqələndi-
rə bilib. Burada ustalıq heç də təkcə şeir yaratma qabiliyyətində 
üzə çıxmayıb. Burada əsas olan hisslərin səmimiyyətidir. Əgər 


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə