Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə50/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   ...   45   46   47   48   49   50   51   52   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
253 
Reyd briqadamız  şəhər xəstəxanasında, 5, 6, 7 nömrəli 
məktəblərin həyətyanı sahələrində, dəmiryol tibb məntəqəsin-
də, 28 Aprel, Kommunizm, Engels, Lenin küçələrində  də 
yaşıllaşdırma işləri ilə tanış oldu. Qeyd etmək lazımdır ki, 
şəhərin ictimai təşkilatları bəzi mərkəzi küçələrə daha çox fikir 
verdikləri halda, başqa küçələri tamamilə yaddan çıxarmışlar. 
Məsələn, 28 Aprel küçəsi başdan-başa  əkildiyi halda, Engels, 
Kommunizm küçələrində yaşıllıq azdır. Həmin küçələrdə 
yaşayan vətəndaşlar, məişət-ticarət müəssisələri işçiləri nəinki 
iməcilik keçirmir, vaxtı ilə  əkilmiş  ağacların diblərini belə 
şumlamırlar. Şəhərdəki 18 nömrəli fəhlə yeməkxanasının, uni-
vermağın, mərkəzi bərbərxananın, rabitə şöbəsinin, şəhər uşaq 
bağçasının, dəmiryol restoranının işçiləri bu vaxta kimi bir dəfə 
də olsun iməcilik keçirməmiş, ağac əkməmişlər. 
Hacıqabul Dəmiryolçuları Klubunun həyəti hələ  də 
şumlanmamış qalır. Buradakı  tək-tük ağacları çayır basmışdır. 
Nə  Dəmiryol Evləri  İdarəsi, nə  də klubun müdiriyyəti buranı 
əkib-becərməyə təşəbbüs göstərmirlər. 
Reyd briqadamızın üzvləri axırda Qazıməmməd  Şəhər 
Sovetinin sədri G.Zülfüqarova yoldaşın yanında oldu. Təəssü-
ratımızı ona bildirdik. G.Zülfüqarova dedi: 
– Keçən il bütün şəhər üzrə 2.300 ağac əkilmişdir. Bu il 
isə bu rəqəm iki dəfə artacaqdır. Gördüyünüz kimi şəhərimizdə 
yaşıllıq azdır. Biz çalışırıq ki, bu nöqsanı aradan qaldıraq. 
“İşıq” qəzeti,  
30 mart 1967-ci il 
 
SAXTAKARLAR VƏ QƏYYUMLAR 
 
İndi  şəhərimizin hər yerində söhbət yubiley ilinin isteh-
salat vəzifələrindən gedir. İdarə  və müəssisələrin kollektivləri 
hər saatı, hər günü qələbə ilə yola salmağa çalışır, elimizə, yur-
dumuza səadət, xoşbəxtlik bəxş edən oktyabrın pişvazına al-
nıaçıq, üzüağ çıxmaq istəyirlər. 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
254
Lakin bu ümumxalq hərəkatından geridə qalan, nəinki 
götürdükləri öhdəçilikləri, hətta müəyyən edilmiş istehsalat 
planlarını da yerinə yetirməyən kollektivlər də vardır. Gəlin 
fikrimizi aydınlaşdırmaq üçün redaksiyamıza bu günlərdə daxil 
olmuş bir məktubun qısa məzmunu ilə sizi tanış edək: 
“Hörmətli redaksiya! İşlədiyim Hacıqabul Dəmiryol 
Stansiyası ehtiyat briqadasında ciddi özbaşınalıqlara yol verilir. 
Briqadanın işçiləri arasında əmək intizamı çox aşağıdır. Burada 
hər kəs öz bildiyini edir. Briqadanın konduktorları istədikləri 
vaxt işə  çıxmır, alver dalınca gedir, səfər vərəqələrində saxta-
karlıqlar edir, dövlətdən artıq pul alırlar. Ehtiyat briqadasında 
törədilən qanunsuzluqlar baş naryadçı  Səftər Xəlilovu az da 
olsa narahat etmir. Əksinə, həqiqəti üzə deyən, qayda-qanun 
tərəfdarı olan adamlar təqib olunur, sıxışdırılır və s.”. 
Məktubun sonunda tarix, müəllifin imzası və iş yeri aydın 
göstərilmişdir. 
Birinci məktub redaksiyada oxunub müzakirə edilməmiş 
onun dalısınca həmin  şəxsdən ikinci məktub da alındı.  İkinci 
məktuba yeni faktlar əlavə olunmuşdur. Yuxarıda qeyd olunan 
nöqsanlara göz yumanlar sırasında stansiya rəisi vəzifəsini mü-
vəqqəti əvəz edən Zadə Rüstəmovun da adı çəkilir. Məktubun 
müəllifi göstərir ki, ehtiyat briqadasında baş verən hadisələrdən 
rəisin də  xəbəri vardır. Lakin o, heç bir tədbir görmür. İkinci 
məktubda göstərilən bir faktı olduğu kimi buraya köçürürük: 
“Avqust ayının 24-də baş konduktor Mazan Rzayev Ucardan 
Hacıqabula kimi qatar müşayiət etmədiyi halda, səfər vərəqə-
sinə özündən qatar nömrəsi yazmış, hətta həmin uydurma qa-
tarın stansiyaya saat neçədə daxil olduğunu da göstərmişdir. 
Mən bu saxta səfər vərəqəsini  ələ keçirərək Hacıqabul 
dəmiryol milis məntəqəsinin rəisi F.Mirzəliyev yoldaşa təqdim 
etdim. Tədbir görülməsi üçün. Mənim bu hərəkətim baş naryadçı 
S.Xəlilovu və Z.Rüstəmovu bərk qəzəbləndirdi. Saxtakarı cəza-
landırmaq əvəzinə onlar avqustun 26-da məni yanlarına çağırıb 
danladılar. Z.Rüstəmov hətta məni kobud sözlərlə təhqir etdi”. 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
255 
Məktublarda qeyd olunan faktları yoxlamaq üçün Hacıqa-
bul Dəmiryol Stansiyasına getdik. Əvvəlcə Mürsəl Cəfərovla – 
şikayət məktubları göndərən adamla görüşdük. Sonra isə stan-
siya rəhbərlərinin yanında olduq. Burada məlum oldu ki, M.Cə-
fərov təkcə bizim redaksiyaya yox, başqa təşkilatlara da məktub-
lar göndəribmiş. Bir neçə yerdən yoxlanışa gəlmişdilər. Stansiya 
rəisinin kabineti tünlük idi. Qapılar tez-tez açılıb örtülürdü. Bir 
neçə adam işindən-gücündən ayrılıb həqiqəti ortalığa çıxarmağa, 
kimlərin günahkar olduğunu aydınlaşdırmağa çalışırdı.  
 Stolun  üstündə çoxlu sənəd toplanmışdı. Yalnız onları 
tutuşdurmaqla, müqayisə etməklə, imzaları öyrənməklə hər şeyi 
müəyyən etmək olardı. Budur, M.Cəfərovun məktubunda adı 
çəkilən Mülkədar Məmmədovun 92 nömrəli səfər vərəqəsinə 
baxırıq. Burada göstərilir ki, guya o, 3413 nömrəli qatarı iyun 
ayının 12-də Hacıqabuldan Ucar stansiyasına kimi müşayiət 
etmişdir. 3 saat 30 dəqiqə yolda olmuşdur. Səfər vərəqəsini 
başqa sənədlərlə tutuşdururuq. Hərəkət cədvəlində həmin nəm-
nişanda qatar qeyd olunmamışdır. Bəs M.Məmmədovun pul 
almaq üçün mühasibata təqdim etdiyi səfər vərəqəsi necə 
doldurulmuşdur? Onun 2002, 22129, 2014, 2017, 2231, 3601 
nömrəli qatarları müşayiət etməsi haqda nə Hacıqabul, nə  də 
qonşu dəmiryol stansiyalarının qeyd-hesabat kitablarında məlu-
mat yoxdur. Deməli, baş naryadçı S.Xəlilovun “dönə-dönə” 
yoxladığı  və imza etdiyi səfər vərəqələrində M.Məmmədov 
saxtakarlıq etmiş, uydurma nömrələr və iş saatları yazmış, be-
ləliklə mühasibatdan artıq pul almışdır. 
Bu isə baş konduktor Əliş Baxşiyevin səfər vərəqəsidir. 
Burada göstərilir ki, guya o, bu ilin may ayının 24-də 3404 
nömrəli qatarı Hacıqabuldan Ucara kimi müşayiət etmişdir. 6 
saat 20 dəqiqə yolda olmuşdur. Sənədlər isə sübut etdi ki, 
həmin vaxtda Ə.Baxşiyev səfərdə yox, evində olmuşdur. Onun 
36, 51 və 10 nömrəli səfər vərəqələrində qatarların gəlib-getmə 
müddətləri düzgün göstərilməmişdir.  
XEYBƏR  İGİDƏLİYEV 
 
 
256
Biz konduktor Əlsəftər Rzayevin də  əməlləri ilə tanış 
olduq. Budur, əlimizdəki onun 25 nömrəli səfər vərəqəsidir. 
Burada da geniş əməliyyat aparılmışdır. Ə.Rzayev müşayiət et-
diyi ucuz qiymətli qatarın nömrəsini baha qiymətli yığma qata-
rın nömrəsi ilə  əvəz etmiş  və stansiyalarda gəlib-getmə müd-
dətlərini öz xeyrinə düzəltmişdir. Onun 91 nömrəli sənədində 
də saxtakarlıq edilmişdir. 
Mühüm nəqliyyat və pul sənədi sayılan səfər vərəqələrin-
də edilmiş saxtakarlıqlar ehtiyat konduktor briqadasının işçilə-
rindən Ramazan Rzayev, İbrahim  İmanov,  İsmayıl Vəliyev, 
Polad Ağalarov, Suram Bəşirov,  Əlisa  Şükürov tərəfindən də 
törədilmişdir. Deməli, M.Cəfərovun məktubunda yazılanlar 
böhtan deyildir. O gördüyündən, bildiyindən yazmışdır. 
Yoxlama zamanı daha nələr müəyyən edilmədi? Konduk-
torlar tərəfindən iş normalarının müəyyən qaydada yerinə 
yetirilməsinə də nəzarət edilməmişdir. Bu ilin 8 ayında ehtiyat 
briqadası üzrə normadan 5.560 saat artıq iş görülmüşdür, 
61.115 saat isə boşdayanmaya yol verilmişdir. Konduktorlar 
arasında iş qeyri-bərabər miqdarda bölünmüşdür. Elə kon-
duktor var ki, normadan artıq 16, eləsi də var ki, 45-60 saat iş-
ləmişdir. Məsələn, fevral ayında konduktor G.Nuraliyevin 
əmək haqqı 194 manat, Rizvan Quliyevinki isə 83 manat ol-
muşdur. Bütün bunlar baş naryadçı S.Xəlilovun özünün dediyi 
kimi, “gündəlik nəzarətinin” nəticəsidir. 
Baş naryadçı  səfər vərəqələrinin düzgün və  təmiz dol-
durulmasına, dəqiq uçot aparılmasına, stansiyaya daxil olan və 
gedən qatarların nömrələrinin və vaxtın sənədlərlə tutuşdurul-
masına  əhəmiyyət verməmişdir. Onun səhlənkarlığı, məsuliy-
yətsizliyi başqalarının saxtakarlığına imkan yaratmışdır. 
Stansiyada texniki müşavirələr keçirilmir. Dəmiryol nəq-
liyyatının mütərəqqi nailiyyətləri öyrənilmir. Konduktorların 
əksəriyyəti yeni texnikadan, hərəkət və  işarəvermə qaydala-
rından xəbərsizdirlər.  Şəxsi təhlükəsizlik qaydalarına necə 
riayət edilib-edilməsi burada kimsə tərəfindən yoxlanılmır. 


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə