Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə51/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   ...   45   46   47   48   49   50   51   52   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
257 
Stansiyada əmək intizamı çox aşağıdır. Növbəyə gecikən, 
yaxud işdən üzürsüz olaraq qaçan, əmək, nəqliyyat qaydalarını 
pozan adamlar barədə heç bir tədbir görülmür. Əmək intizamını 
pozduğuna görə bu il 3 nəfər konduktor yoldaşlıq məhkəməsinə 
verilmişsə də, onlar cəzasız qalmışlar. İstehsalat planları kəsir-
lərlə yerinə yetirilir. Boş vaqonların yola salınması tapşırığı 8 
aylıq cəmi 65 faiz olmuşdur. sərnişin vaqonlarından istifadə 
edilməsi isə 8 aylıqda 88,4 faiz təşkil edir. 
Bütün bunlar onu göstərir ki, Hacıqabul dəmiryol stan-
siyasında sağlam, işgüzar kollektiv yoxdur. Stansiyanın rəhbər-
ləri də, aşağı işçiləri də dedi-qodu və intriqa ilə  məşğuldurlar. 
Burada siyasi tərbiyə işi unudulmuşdur. Vaxtı ilə gözəl ənənə-
ləri olan Hacıqabul Dəmiryol Stansiyasında indi özbaşınalıqdır. 
“İşıq” qəzeti,  
24 sentyabr 1967-ci il 
 
YUYUNMAĞA GEDİBLƏR 
Qazıməmməddəki 22 nömrəli tibb məntəqəsinin baş  hə-
kimi  Ələkbər  İsrafilov bu gün yuxudan erkən oyanmış, xəstə-
xanaya o biri həkimlərdən  əvvəl gəlmişdi. Baş  həkim otağına 
keçib xalatını geyindi, kolpakını başına keçirdi. Bir azdan o biri 
həkimlər də bir-bir gəlib çıxdılar. Palatalara baş çəkməyin vaxtı 
idi. Baş  həkim eynəyini gözünə taxıb üzünü həmkarlarına tu-
taraq “gedəyin” dedi. Həkimlərin dəstəsi otağı  tərk etmək is-
təyirdi ki, növbətçi tibb bacısı hövlnak özünü içəri atdı. Onun 
rəngi  əynindəki xalat kimi ağappaq idi. Səsi titrəyə-titrəyə 
“diktor, saxlaya bilmədim, getdilər” deyə bildi. Həkimlər tibb 
bacısını otaqda qoyub həyəcanlı halda palatalara sarı atıldılar 
və həmin andaca təəccüb və həyəcandan yerlərində donub qal-
dılar. Palatada bir nəfər də olsun xəstə gözə  dəymirdi. Çar-
payılar boş idi. 
“Bəlkə o biri palataya toplaşıblar” deyə baş həkim qabağa 
düşdü. Lakin ikinci palatada da oba köçüb yurdu qalmışdı. Baş 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
258
həkim eynəyini çıxarıb otağı bir də süzdü. Xəstələrdən başqa 
palatada hər şey öz yerində idi. Baş həkim hirsli və əsəbi halda 
özünü üçüncü palataya saldı. O birilər də onun dalınca. Lakin 
burada da onları eyni mənzərə qarşıladı. Xəstələr görünmür-
dülər. İçəridən yalnız milçək vızıltısı eşidilirdi. Elə birdən baş 
həkimin həyəcanlı səsi bütün xəstəxanaya yayıldı: 
– Adə, bu nə rüsvayçılıqdır? Mən axşam burada 50 xəstə 
qoyub getmişəm. Bir neçəsinin vəziyyəti lap ağır idi. Axı sağal-
mamış onlar nə üçün çıxıb getsinlər, kim onlara icazə ver-
mişdir? Heç başa düşə bilmirəm bu nə möcüzədir. Tez növbətçi 
tibb bacısını çağırın gəlsin bura. 
Haçandan-haçana özünə  gəlmiş tibb bacısı baş  həkimin 
qarşısında farağat dayandı. 
– Doktor, nə  qədər yalvardım, xahiş elədim ki, gözləyin 
baş  həkim gəlib çıxsın, sonra gedərsiniz, lakin sözümə bax-
madılar. Dedilər ki, baş həkim gələnə kimi əl-üzümüzü yuyub 
qayıdacağıq. Bir azdan harada olsalar gəlib çıxarlar? 
– Siz nə danışırsınız? Necə yəni yuyunmağa gediblər? 
– Doktor, məgər bilmirsiniz ki, bir neçə gündür xəs-
təxanamızın krantlarından bir gilə də su çıxmır. Xəstələr yalnız 
evlərindən gətirdikləri suyu işlədirlər. Suları qurtardığı üçün bu 
gün sübhdən durub evlərinə gediblər. İndi gələrlər. 
Elə bu vaxt dəhlizin o başındakı axırıncı palatanın qapısı 
açıldı, içəridən iki xəstə çıxıb həkimlərə yaxınlaşdı. Baş həkim 
onları görcək soruşdu: 
– A bala, bəs necə olub ki, siz də yoldaşlarınız kimi çıxıb 
getməmişsiniz? 
– Doktor, getməyimizin nə faydası. Həyətimizdəki krant-
lardan yay girəndən su axmır. Palatadan gedən yoldaşlarımıza 
tapşırmışıq ki, bizim üçün də gələndə su gətirsinlər.  
Baş həkim daha heç nə demədi. O, otağına keçib şəhər su 
kəməri idarəsinin üstünə növbəti təliqəni yazmağa başladı.  
 
“İşıq” qəzeti,  
6 iyul 1967-ci il
 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
259 
XANQULUNUN XEYİR İŞİ 
 
İsabalanın vədələşdiyi vaxtda gəlib çıxmaması Xanqulu-
nun ürəyinə guppa-gup salmışdı. İndi onun qorxacağı bircə şey 
vardısa, o da illərdən bəri fikrində, xəyalında gəzdirdiyi, min 
dəfə ölçüb-biçdiyi xeyir işinin pozulacağı fikri idi. Bu fikir 
onun ağlına yol tapanda dağ boyda kişi balacalaşıb yumağa 
dönür, canına üşütmə düşür, nə edəcəyini bilmirdi. Təklik Xan-
quluya gec də olsa bərk kar eləmişdi. Odur ki, necə olursa-
olsun ömrünün qırx dördüncü yayında subaylığın daşını atmağı, 
qapısında zurna-balaban çaldırmağı özünə söz vermişdi. Özü də 
elə zurna-balaban ki... 
Evlənmək planında Xanqulunun əvvəlinci tədbiri məzu-
niyyətə  çıxmaq idi. Odur ki, öz dəst-xətti ilə yazdığı  ərizəni 
müdirin stolunun üstünə qoydu. 66 nömrəli mağazanın müdiri-
nə məzuniyyətini bir qədər sonraya saxlamağı təklif etdilər. O, 
fikrindən dönmədi, ürəyində isə “mədəniyyətiniz olsun, adam 
xeyir işi ləngitməz” dedi. 
Xanqulunun evlənmək planında iki nömrəli tədbir köhnə 
dostu İsabalanı axtarıb tapmaq, heç kəsə bildirmədiyi sirlərdən 
onu agah etmək idi. Bu iki adamın doğrudan da bir-birinə xətir-
hörməti vardı. Dostluqlarının təməl daşını ORS-un anbarında 
qoymuşdular. O zaman Xanqulu Ağacanov burada anbardar, 
İsabala Məlikov isə fəhlə işləyirdi. İsabalanın əldən zirək, dil-
dən gödək olması Xanqulunun xoşuna gəlmişdi. 
“Zalım oğlu elə bil xüsusi olaraq anbar üçün doğulubdur. 
Ayağının altında qızıl qala götürüb baxan deyil. Elə  mənə  də 
nəfsdən kor adam lazımdır” demişdi. 
İsabala anbar müdirinin yanında elə hörmət qazanmışdı 
ki, hətta Xanqulu bir yana gedəndə açar-qıfılı ona etibar edərdi. 
Bu onu “qağa”, o isə bunun adını iki bölüb cılxa “İsi” çağırardı. 
Beləliklə, dostlar bir müddət anbarda baş-başa verib dolandılar. 
Nəhayət, qağanın müdirliyi süqut edəndə,  İsabala da anbarla 
xudafisləşdi, DRES tikintisinə işləməyə getdi. Ayrılanda qağa-
XEYBƏR  İGİDƏLİYEV 
 
 
260
sına doluxsuna-doluxsuna dediyi son sözündə  həmişə onun 
qulluğunda hazır olacağını, qağasını heç vaxt unutmayacağını 
bildirmişdi... 
Xanqulu İsabalanın yolunu indiki kimi heç vaxt intizarla 
gözləməmişdi. Ancaq dostunun gələcəyinə möhkəm əmin idi. 
İsabala sözünə xilaf çıxmadı. 
– Xanqulu qağa, sən mənim ölmüşüm, gec gəldiyim üçün 
günahımdan keç, vacib işim vardı. Özün bilirsən ki, sən ayağını 
qoyan yerə İsi başını qoyar.  
– Bilirsən səni nə üçün çağırtdırmışam. Xeyir iş başlamaq 
istəyirəm, ay İsi, xeyir iş! 
Xeyir xəbəri eşidən kimi İsabala sevincək yerindən atılıb 
Xanqulunun boynunu qucaqladı. 
– Təbrik edirəm, ay qağa, təbrik edirəm. Nəhayət səbr 
kasan daşdı. Bəs məni nə üçün gec yada salmısan, qağa? 
Qulaq as, İsi. Özümün gücüm çatan işləri görüb qurtar-
mışam. Toyxanamız çoxdan qurulub, dəvətnamələr də yazılıb 
hazırdır. Sənin canın üçün bu saat qapımızda 20-30 qoyun-quzu 
mələşir. Ancaq işin ən ağırı sənin boynuna düşəcək, İsi. Gəlinin 
gətirilməsini səndən başqa heç kəsə etibar etmərəm. 
– Çox sağ ol, ay Xanqulu qağa, indi bildim ki, sən məni 
doğrudan da özünə dost sayırsan. Gəlinini sağ-salamat gətirib 
qapıdan salamat içəri salmaq mənim bu gözlərim üstə.  
– Tələsmə, İsi, bu işin bir az “əmma”sı da var. 
– Nəyi var dedin, qağa? 
– “Əmma”sı. Qızın cəmi-cümlətani 18 yaşı var. Məndən 
26 yaş kiçikdir. Bunun eybi yoxdur. Məhəbbət yaşa baxmır. 
Düz körpəliyindən qızı gözüm tutub. İnan,  İsi “Qonşu qız” 
mahnısı oxunanda camaat həzz alırsa, mənim içərimdə  ağlaş-
madır. Ata-anasının dil-ağzını bağlatdırmaq üçün nəzir-niyaz 
vermədiyim molla, axund qalmayıb. Bunlara deyən gərəkdir, ay 
zalım uşağı, bu qızınızı axır bir nəfərə verəcəksiniz, ya yox. 
Axı  mən kimdən  əskiyəm. Rəhmətlik Məşədi  İbadın sözü ol-


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə