Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə52/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   ...   45   46   47   48   49   50   51   52   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
261 
masın, min cavana dəyərəm. Sözün qısası, qardaş qızı götürüb 
qaçmalıyıq.  
– Xanqulu qağa, bayaq sözünün əvvəlində bir “əmma” 
işlətdin. Sonradan bu işin çək-çövürü olmaz ki... 
–  Ə, mənim  İsiciyim, bilmirsən ki, qağanın xeyir işinə 
“əmma” qoyan olmaz. Al bu da pul. İndi də dur gedək yol-rizi 
sənə öyrədim. Sabah məni qızla görüşdürməlisən. 
...Lakin  İsabalaya istəkli qağasının xeyir işini görmək 
nəsib olmadı. Xanqulu “nişanlısı” ilə evində yox, şəhər milis 
idarəsində görüşdü. Onun əsl toyu bu yaxınlarda  şəhər xalq 
məhkəməsində olacaqdır. 
“İşıq” qəzeti, 24 iyun 1967-ci il 
 
 
 
 
YARASALAR PADŞAH SEÇİR 
 
Bir gün yarasalar fikirləşirlər ki, yer üzündə yaşayan bü-
tün canlıların başçısı olduğu halda, onlar bu günə kimi böyük-
süz qalmışlar... Yarasalar xeyli götür-qoydan sonra özlərinə 
padşah seçməyi qərara aldılar. Ağsaqqal yarasalar təklif etdilər 
ki, bu məsələyə gərək yarasaların ümumi yığıncağında baxılsın. 
Yarasalar seçkiyə hazırlaşmağa başladılar. Lakin yığınca-
ğın harada, hansı şəhərdə keçirilməsi üstündə xeyli fikirləşməli 
oldular. Belə  qərara gəldilər ki, hər yana çapar göndərsinlər. 
Gecələri qaranlıq keçən, işıqsız bir şəhər axtarıb tapsınlar. Yı-
ğıncağı da orada keçirsinlər. 
Lakin çaparlar uğursuz xəbərlə qayıdırdılar. Onlar kənd 
və şəhərlərin çıraqban olduğundan, gecələrin süd kimi aydınlıq 
keçməsindən danışırdılar. Yığıncağın baş tutmayacağı qorxusu 
vardı. Yarasalar bərk təşviş keçirirdilər. Onlar ümidlərini axı-
rıncı çapara bağlamışdılar. Nəhayət, o, xoş xəbərlə gəlib çıxdı. 
İntizar içində yolunu gözləyənlərə üz tutub, muştuluğumu ve-
rin, – dedi, – sizin dediyiniz şəhəri tapmışam. Gec gəlməyimin 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
262
də səbəbi vardır. Bir gün orada qalıb şəxsən hər yerlə tanış ol-
muşam. Şəhərin bütün küçələrində elektrik lampaları olmasına 
baxmayaraq, gecələr heç biri yanmır. Yığıncağımızın keçiril-
məsi üçün ora çox əlverişlidir. Həmin  şəhərin adı Qazıməm-
məddir. 
Yarasalar bu xəbərdən xoşnud oldular. Yığıncağın keçiri-
ləcəyi gün təyin edildi. Başqa kənd və şəhərlərdə yarasalara da 
xəbər göndərildi ki, yığıncağa öz nümayəndələrini göndər-
sinlər. 
Nəhayət, padşahın seçiləcəyi gün gəlib çatdı. Yarasalar 
Qazıməmməd  şəhərində öz yığıncaqlarını açıq elan etdilər. 
Hörmətli yarasalardan biri yığıncağa sədr seçildi. Sədr sözünə 
təzəcə başlamışdı ki, şəhərin işıqları birdən-birə yandı. Hər tə-
rəf bir andaca işıqlanıb nura qərq oldu. Yarasalar arasında 
çaxnaşma düşdü. Onlar uçub dağılışmaq istədilər. Yerli yarasa-
lar bundan bərk pərt oldular. Onlar qonaqları sakitləşdirməyə 
çalışırdılar. Lakin bir az keçməmiş  işıqlar yandığı kimi də 
söndü. Sədr sözünə başladı: – Biz bu işıqlı dünyaya göz açdığı-
mız gündən birinci dəfədir ki, bir yerə cəm oluruq. Bu gün özü-
müzə padşah seçməliyik. Elə bir padşah ki, bütün yarasaların 
əl-ayağını bir yerə  yığıb onları qayğı  və  ədalətlə idarə edə 
bilsin. Namizədlərinizi göstərin.  
Yarasalar xeyli fikirləşməli oldular. Biri sədrdən icazə 
alıb dedi: – Mən qonşu şəhərdən gəlmiş nümayəndə heyətinin 
başçısını padşahlığa təklif edirəm. O, bu zonada ən hörmətli ya-
rasadır.  
Təklif səsə qoyuldu. Lakin əksəriyyət onun əleyhinə  səs 
verdi. 
Yerli yarasalardan biri söz alıb ayağa qalxdı. O, ciddi nə-
zərlərlə hamını süzdükdən sonra dedi: – Yoldaşlar, mən bu 
şəhərin baş montyoru Gülhüseyni yarasaların taxt-tacına layiq 
bilirəm. Öz namizədim haqqında əlavə olaraq bildirirəm ki, o, 
bizim  şəhərə baş montyor təyin edildiyi gündən buradakı ya-
rasalara əlindən gələn yaxşılığı əsirgəməmişdir. Əvvəllər yuva-


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
263 
mızdan çölə çıxa bilmirdik. Şəhər başdan-başa çıraqban olurdu. 
İndi isə  hər gecə  bəzən 5-6 saat, bəzən isə sübhə kimi işıqlar 
sönür. Açıq havada doyunca uçub pərvaz edirik. Əgər Gül-
hüseyn olmasaydı, biz bu gün buraya toplaşa da bilməzdik. Bu 
keyfiyyətlərinə görə yerli yarasalar ordusu adından onun pad-
şah seçilməsini təklif edirəm. Əminəm ki, şəhərin baş montyoru 
kimi Gülhüseyn bizim etimadımızı bundan sonra da doğrul-
dacaqdır. 
Gəlmə yarasalardan biri dedi: – Gülhüseynin namizəd-
liyini mən də müdafiə edirəm. Onun xeyirxahlığını bu şəhərə 
gəldiyim iki gündə  mən də hiss etmişəm. Sağ olsun təzə pad-
şahımız Gülhüseyn. 
*** 
Yığıncaq təklifi səsə qoyur. Bütün yarasalar yekdilliklə 
ikinci təklifə  tərəfdar olduqlarını bildirirlər. Sədr yığıncağın 
qərar hissəsini oxuyur. Qərarda Gülhüseynin yarasalara padşah 
seçilməsi göstərilir və  Əlibayramlı  şəhər elektrik şəbəkəsinin 
rəhbərlərindən xahiş olunur ki, məbadə Gülhüseynin xətrinə 
dəyələr.  
 “İşıq” qəzeti,  
8 dekabr 1966-cı il  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
264
 
SON SÖZ ƏVƏZI 
 
Əvvəldə qeyd etdiyimiz kimi, 
Xeybər İgidəliyevin yaradıcılığı çoxşaxəlidir.  
Qələmə aldıqlarında şeirləri ilə yanaşı hekayə, məqalə,  
rəy, oçerk və müsahibələri də xüsusi yer tutur. 
Təqdim etdiyimiz əsərlərinin əksəri zamanında  
“Kommunist”, “Sovet Kəndi” (“Kolxozçu”), “Azərbaycan 
gəncləri”, “Azərbaycan müəllimi”, “İşıq” qəzetlərinin  
və “Azərbaycan qadını”, “Təşviqatçı” jurnallarının 
səhifələrində işıq üzü görmüşdür. Şəxsi arxivində qorunan,  
çar olunmamış əsərlərinin sayı 300-dən artıqdır.  
Bu töhfəmizlə, düşünürəm şairin ruhu  
bədiiliyi ilə  bizimlədir. 
 
Hacı Seyfəddiin Qəniyev, 
Filologiya üzrə elmlər doktoru,  
AMEA Folklor İnstitutunun baş elmi işçisi,  
AYB-i Şamaxı bölməsinin sədri  
 
 
 


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə