Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə6/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   2   3   4   5   6   7   8   9   ...   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
21 
bu mövzu içdən gəlməsəydi, qəzəlin poetik ruhuna belə üzvi 
çəkildə hopa bilməzdi. 
İnsanlar çox vaxt ömürə zamanla, yaşanmış illərin sayı ilə 
qiymət verirlər. Ancaq əslində, ömürlər fərqli zaman kəmiyyə-
tində yaşandığı kimi, fərqli keyfiyyət ölçülərində  də yaşanır. 
Bütün ömürləri illərinin sayından asılı olmayaraq bütöv və ya-
rımçıq olaraq iki yerə bölmək olar. Bəzən insanlar uzun bir 
ömür yaşayırlar, lakin bu ömür bütün hallatda yarımçıq olur. 
Bəzən də insanlar qısamüddətli ömür yaşayırlar, ancaq bu ömür 
bütöv ömür olur. Əminliklə demək olar ki, Xeybər  İgidəliyev 
bütöv, tamamlanmış, bitkin bir ömür yaşadı. Bunun sübutu 
onun poeziyasıdır.  Şairin  şeirlərində dünyaya aqilanə, müdri-
kanə münasibət var. Dünyanı bir bütöv kimi dərk etməyən, hə-
yatı bütöv ömür kimi yaşamayan  şairin  şeirlərində belə müd-
riklik, belə kamillik ola bilməz. Allahın ona verdiyi ömür payı 
Xeybər  İgidəliyevə dünyanın  əzəli-əbədi hökmlərinə  şahid ol-
mağa imkan verib. Bu cəhətdən onun dünya, həyat və zaman 
haqqında fikirləri, əslində, həyat haqqında bədii fəlsəfədir: 
 
Pozulmaz, dəyişməz gərdişi onun, 
Çoxdur yaxşı-yaman vərdişi onun, 
Sirrindən baş açmaz bir kişi onun
Əzəldən belədir, belədir dünya... 
 
Şairin “Dünya” adlandırdığı ustadnaməsindən verdiyimiz 
bu bəndin sonuncu misrası ənənəvi səslənsə də, burada Xeybər 
İgidəliyevin varlığa öz münasibəti ifadə olunub. O, “Əzəldən 
belədir, belədir dünya” deməklə,  əslində varlığın ilahi həqi-
qətini qəbul etdiyini də ifadə etmişdir. Sovet dönəmində mənalı 
bir ömür yaşamış  şairin bu misrasının altında onun ənənəvi 
azərbaycanlı obrazı, bu obrazın mənəvi-ilahi boyaları var. So-
vet yaradıcılıq metodologiyası yaradıcı  şəxsiyyətdən həyatı 
daim işıqlı, inqilabi romantikada, aydın konturlarla təsvir et-
məyi tələb edirdi. Lakin Xeybər İgidəliyev 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
22
Xeybərəm, bilmədim dostdur, yağıdır, 
Bu gün qurduğunu sabah dağıdır, 
Verdiyi gah şərbət, gah da ağıdır, 
Sevincdir, hiylədir, nalədir dünya. 
deməklə varlığı olduğu kimi, daha doğrusu, ona göründüyü 
kimi təsvir etmişdir. Düzdür, bu təsvirlərə Xeybər  İgidəliyevə 
qədər Azərbaycan el-aşıq poeziyasında çox rast gəlmək olur. 
Bu cəhətdən  şair sanki özündən  əvvəl deyilmiş  həyat həqiqət-
lərini təkrar edib. Ancaq burada təkrardan daha çox təsdiq var. 
Dünyanın qanunları  dəyişmir. Aləm var olandan Qiyamət gü-
nünə  qədər Allahın qoyduğu qanunlar, varlıq aləminə verdiyi 
nizam dəyişməyəcək. Xeybər İgidəliyev bunu təsdiq etməklə öz 
varlığını ilahi hökmə  təslim edərək, mənəviyyatını, ruhunu 
dünyanın dəyişməz harmoniyasına kökləyir. 
Xeybər  İgidəliyev sevdalı  şair, vurğun  şairdir. Onun və-
tən sevgisi hüdud, sərhəd, məkan-zaman maneəsi tanımır. O arı 
olub çiçəklərə qonur, qartal olub zirvələrə qalxır: 
 
Səfalıdır bahar çağı 
Bizim dağlarda, dağlarda! 
Kəkliklərin şən oylağı 
Bizim dağlarda, dağlarda! 
 
Çiçəklidir yamacları, 
Bitir meyvə ağacları, 
Ötür qəzəl turacları 
Bizim dağlarda, dağlarda! 
 
Şair könlüm dilə gəlir, 
Bülbül uçub gülə gəlir, 
Təbim coşub selə dönür 
Bizim dağlarda, dağlarda! 
 
Ətəyindən gül dərmişəm, 
Bulağından su içmişəm, 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
23 
Xeybər deyər, çox gəzmişəm 
Bizim dağlarda, dağlarda! 
 
Bu  şeir gəraylı janrında yazılıb, mahnı üstündə qoşulub. 
Janrın normaları müəyyən poetik elementlərin ritmini tələb 
edib. Lakin şeir bütün hallarda bir açıq kitab kimi Xeybər İgid-
əliyevin mənəviyyat dünyasını “oxumağa” imkan verir. “Vətən 
şair üçün nədir” sualı  şeirin bütün poetik ruhunu əhatə edir. 
Məlum olur ki, Vətən Xeybər İgidəliyev üçün 
– bahar çağlarında dağların səfası – saflığı, səmimiyyəti, 
odu, hərarəti, şirinliyi; 
– kəkliklərin insanı  vəcdə  gətirən, onun qəlbini, ruhunu 
yerindən oynadan, iç dünyasındakı bütün ülviyyəti vəcdə 
gətirən oynaşması; 
– yamacların həyat nəşəsi verən al-əlvan çiçəkləri; 
cana ruh, ruha dad verən meyvə ağacları; 
– ruhu şənləndirən turac nəğməsi; 
– şairin könlüni dilə gətirən vəcd; 
– bülbülü gülə gətirən eşq, 
– təbi coşduran sevgi seli; 
– ətəyindən gül dərdiyi; 
– bulağından su içdiyi; 
– sevgi havasına Məcnun kimi gəzdiyi Vətən dağlarıdır. 
Belə bir sevgi, vurğunluq dolu həyat yolu keçən  şairin 
ömrü bütün hallarda bütöv ömürdür. O, varlığını  Vətəndən, 
onun insanlarından, dağlarından, bağlarından, suyundan, dəni-
zindən kənarda təsəvvür etmədi. Elə buna görə  də Xeybər 
İgidəliyev ölümü başqalarından fərqli dərk etdi. Bu cəhətdən 
şairin “Mən öləndə”  şeirini biz burada cəsarətlə  həm onun 
yaradıcılığının poetik rəmzi, həm də ümumiyyətlə, Azərbaycan 
poeziyasında mənalı ömrə qoyulmuş söz heykəli adlandırırıq: 
 
Mən öləndə qəbrim olsun 
Şahdağın ətəkləri. 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
24
Üstümdən əsib keçsin 
Qafqazın sərt küləkləri. 
 
Qoy ətirli bənövşələr 
Sinələrin dağlasınlar, 
Saç yolaraq üzərimdə 
Çiçəklər qan ağlasınlar. 
 
Matəmimi saxlasın qoy 
Boz dağın boz təpələri
Gecə-gündüz ağlasın qoy 
Xəzərin göy ləpələri. 
 
Seyfəddin Qəniyev. 
filologiya üzrə elmlər doktoru,  
Azərbaycan Yazıçılar Birliyi Şamaxı bölməsinin sədri   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə