Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə9/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   ...   5   6   7   8   9   10   11   12   ...   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
33 
mısı sözün dəyərli mənasında, böyük hərflərlə yazılmalı olan 
“YAZI” ilə bağlı olduğundan, Zeybər Zəfər oğlunu sadəcə 
“Qələm adamı” adlandırmaq onun ən dəqiq dəyərləndirilməsi 
ola bilər. 
...Altı il əvvəl onun 70 illiyini təntənəli  şəkildə qeyd et-
məyə çalışan, amma buna nail ola bilməyənlərdən biri olaraq, 
heç olmasa 80 yaşının qeyd edilməsində  iştirak edəcəyimə 
ümid edirəm. 
Xeybər müəllimə  həsr olunmuş kitabda mənim yazımın 
da getməsinin övladları tərəfindən arzu olduğunu eşidəndə çox 
sevindim və bu sətirləri qələmə almağı gərəkli hesab etdim. 
 
Hörmətlə,  
Məhəmməd Hüseyn oğlu 
 
 
XEYBƏR MÜƏLLİMİ XATIRLAYARKƏN 
 
“Əbədi  Şirvan” adlı publisistik jurnalın 2012-ci il tarixli 
sayında “Yarımçıq mesaj” adlı hekayəm çıxmışdı. Hekayəni 
oxuyub qurtardıqdan sonra əmin oldum ki, ixtisar-filan yoxdur. 
Jurnalı  vərəqləyib ordan-burdan digər yazıları,  şeir və heka-
yələri nəzərdən keçirirdim. Əslində onların hamısını boş vax-
tımda oxuyacaqdım. Jurnalın 40-cı  səhifısində iki şeir gözlə-
rimə sataşdı. “Nə sən, nə mən”, “Bulaq”. 
“Nə sən, nə mən” şeirinin 1-ci və sonuncu bəndini tələsik 
oxudum ki, o biri müəlliflərə də nəzər yetirə bilim. 
 
Əzəl gündən var-dövlətə 
Nə mən uydum, nə sən uydun. 
Könül verdik məhəbbətə, 
Nə sən doydun, nə mən doydum. 
 
Getdi o hüsn, o yaraşıq, 
Gözümüzdə sönür işıq, 
Qocalmışıq, qarımışıq, 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
34
Nə sən oydun, nə mən oydum. 
Şeirin misraları  mənə o qədər ləzzət verdi ki, müəllifin 
kimliyi ilə maraqlandım. Şəkilə baxanda gözlərimə inanmadım. 
Bu, Xeybər müəllim idi - Xeybər  İgidəliyev. Kövrəldim. Xəyal 
məni uzaqlara – 1966-1967-ci illərə (o vaxt mən N.Nərimanov 
adına 2 saylı orta məktəbdə oxuyurdum) apardı. Məktəbdə 
keçirilən tədbirlərdən “İşıq” qəzetinə yazılar göndərərdim.  Ən 
çox da idman yarışlarından. 
Bir dəfə redaksiyaya gedərkən Xeybər müəllimlə rastlaş-
dım. O məni kabinetinə  dəvət edib xeyli məsləhətlər verdi. 
Dedi ki, məktəb çərçivəsindən kənara çıxmaq lazımdır.  şəhər 
miqyaslı  tədbirlərdən rəngarəng yazılar hazırlamaq lazımdır. 
Xeybər  İgidəliyevin məsləhətlərinin mənə böyük köməyi oldu. 
Təsəvvür edirsiniz. Orta məktəbi bitirdikdən sonra məni 
“İşıq” qəzetinə  işə  qəbul etdilər.  İşlədiyim bir ildə Xeybər 
müəllim mənə arxa oldu, dayaq oldu. 
Bir ildən sonra Bakı Dövlət Universitetinin Jurnalistika 
fakültəsinə qəbul olundum... Ali məktəbi bitirdikdən sonra ye-
nidən doğma şəhərimə qayıtdım. Redaksiyada işə başladım. 
Mən həmişə Xeybər  İgidəliyevi qürurla, fəxrlə xatırla-
yıram. “İşıq” qəzetində işlədiyim illərdə tənqidi, kəskin yazılar 
yazarkən Xeybər müəllimin məsləhətləri həmişə köməyimə 
çatıb. O, mənə  cəsarət, qorxmazlıq,  əyilməzlik, çətin anlarda 
soyuqqanlı olmaq keyfiyyətləri aşılayıb. 
Xeybər müəllimin lətifələri, duzlu-məzəli söhbətləri, za-
rafatları çoxlarına məlumdur.  
Bir dəfə məni yanına çağırıb dedi: 
– Vaqif, bir öküz arabası  kəndin kələ-kötür taxta körpü-
sündən keçir. Öküz körpünün ortasında körpünü keçmək istə-
mir. Arabaçı onu qırmancla vurub bərkdən “Oha”, “Oha”, 
“Oha” deyir. Öküz qəfildən götürülür və aşıb çaya düşür. Va-
qif, arabaçı bu zaman neynəyir? 
– Neynəyəcək, Xeybər müəllim, peşman olur, dilxor olur. 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
35 
– Yox, düz fikirləşmirsən. Arabaçı “oho-oho” deyib və ara-
ba aşandan sonra təəccüblə belə deyib: 
– Paho, paho! 
Bu söhbətdən sonra hər ikimizi gülmək tutdu. Həmin 
söhbətdən sonra “oho-oho”-“paho-paho” söhbəti nəinki redak-
siyada, hətta  şəhərdə yayılmağa başladı. Aramızda yaş  fərqi 
olmasına baxmayaraq, Xeybər müəllimlə elə maraqlı söhbət-
lərimiz olub ki... Bu vaxta kimi hələ də bir sirr kimi ürəyimdə 
qalır. 
...Allah Xeybər müəllimə  rəhmət eləsin, qəbri nurla 
dolsun! 
Vaqif Abbasov, 
Dövlət Arxivi Şirvan filialının direktoru 
 
 
 
 
 
ƏDƏBİ GƏNCLİK 
(Gənc müəlliflərin şeirləri haqqında)  
 
Redaktordan:  
Təbliğat  şöbəsinin  ədəbi işçisi Sədi Baxşıyevin “İşıq” 
qəzetinin 1960-cı il 17 iyul tarixli sayında Müəllif redaksiyaya 
daxil olmuş  şeir nümunələrini təhlil etmişdir. Məqalədən 
X.İgidəliyevin  şeirlərinin təhlili ilə bağlı hissəni oxucunun 
mühakiməsinə təqdim edirik.   
 
“Redaksiyamıza məktublarla yanaşı müntəzəm olaraq 
şeirlər də daxil olur. Bu şeirlər göstərir ki, rayonumuzda bədii 
ədəbiyyata həvəs və maraq göstərənlərin sayı gündən-günə  
artır.  Çox fərəhli haldır ki, bu şeir həvəskarları müxtəlif peşə 
sahibləridir. Onlar sovet həyatımızı  bədii  şəkildə  tərənnüm 
etməyə daha çox səy göstərirlər.  
Şeirlərin bir çoxu öz orijinallığı, bədiiliyi və ideyalılığı ilə 
diqqəti cəlb edir. Bu cəhətdən gənc yazanlar içərisində Hacı-
qabul 13 nömrəli dəmir yol 7 illik məktəbin pioner baş  dəstə 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
36
rəhbəri Xeybər  İgidəliyevin  şeirləri xüsusilə  fərqlənir. Yara-
dıcılığa çox erkən başlamış bu gənc şairin şeirlərinə göz yetir-
dikdə hiss etmək olur ki, o, müəyyən müvəffəqiyyət  əldə et-
mişdir. Onun şeirlərində mövzu aktuallığı, axıcılıq, bədii pafos 
və lirika xüsusilə qüvvətlidir. 
 
Elimin, yurdumun mərd oğulları, 
Bəşər heyran qaldı iradənizə, 
Böyük bir okean heyrətə gəldi, 
Qudurmuş sular da baş əydi sizə! 
 
“Yenilməzlər” adlanan bu şeiri gənc müəllif yeddi həftə 
Sakit okeanın  ənginliklərində  təbiətin kor qüvvələrinə qarşı 
inadlı mübarizə aparmış və özlərinin misilsiz fədakarlıqları ilə 
sovet gənclərinin  şöhrətini dünyada bir daha əbədiləşdirən 4 
nəfər sovet əsgərinə  həsr etmişdir. Müəllif bu şeirdə sovet 
gənclərinə xas olan mənəvi keyfiyyətlərdən hərarətlə danışır.  
X.İgidəliyevin  şeirlərinə xas olan cəhətlərdən biri də 
lirizmdir. Gənc  şairin təbiət təsvirlərində lirika xüsusilə qüv-
vətli və dərindir.  
“Bahar xoş gəlib” şeirində bu özünü daha qabarıq şəkildə 
göstərir: 
“Yararsız qalmadı bir qarış torpaq, 
Neçə imarətə özül qoyuldu. 
Neftçi qardaşımın işi, əməli 
Bizim Kür üstünün şöhrəti oldu”. 
 
Sədi Baxşıyev,  
“İşıq” qəzeti, 17 iyul 1960-cı il 
 
 
 
 
ŞIRIN XATİRƏTƏK  


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə