Microsoft Word xohks umimi doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
tarix20.09.2018
ölçüsü0,63 Mb.
#69728


XÖHKS: ümumi məlumat 

 

XÖHKS – müasir kompüter və qabağcıl texnologiyalara əsaslanan xırda və  təcili 



olmayan ödənişlər üçün klirinq sistemidir. Sistem Dünya Bankının himayəsi altında keçirilən 

tenderin qalibi kimi CMA Small Systems AB şirkəti tərəfindən hazırlanmışdır.  

XÖHKS  SWIFT-ə uyğun XML formatlı  məlumatlarla işləyir. XÖHKS-də  məlumatlar 

yerli telekommunikasiya şəbəkəsi üzərində qurularaq tam funksional, kriptoqrafik müdafiə ilə 

təmin olunur. 

XÖHKS sistemində ötürülən məlumatlar 5 səviyyəli nəzarət və təhlükəsizlik mexanizmi 

ilə qorunur. 

 

 



 

 

XÖHKS-də məlumatların təhlükəsizliyinin təmin edilməsi



 

 

 

 

                         

 

 

 



 

 

 



 

XÖHKS sistemində emal olunan sənədlər bir və ya bir neçə ödəniş tapşırığından ibarət 

olan Paket Ödənişləridir. XÖHKS-də ödəniş sənədinin emalı vaxtı məlumatın strukturunun qəbul 

olunmuş formata uyğun gəlməsi, elektron rəqəmli imzanın düzgünlüyü, göndərənin və alanın 

identifikasiya kodlarının düzgünlüyü, valyutalaşma tarixinin uyğun olması, ödənişləri 

göndərənin göndərmə hüququna və ödənişləri alanın qəbul etmək hüququna malik olması, 

ödənişlərin məbləğinin mövcud məhdudiyyətlərə uyğunluğu və başqa yoxlamalar həyata 

keçirilir. Paket ödənişlərinin imzalanmasında və məcburi sahələrın doldurulmasında  kənarlaşma 

olduqda Paket ödənişləri XÖHKS tərəfindən geri qaytarılır və  İştirakçıya səbəbi göstərilməklə 

səhv Paket ödənişlərının siyahısını əks etdirən məlumat göndərilir. 

 

`

`



Məlumat axını 

İştirakçı

XÖHKS

Məlumatların şifrələnməsi

Məlumatların ardıcıllığının və tamlığının yoxlanılması 

Məlumatın həqiqiliyinin yoxlanılması

Daxil olmalara nəzarət

Çatdırılmaya nəzarət


 

Ödənişlərin iyerarxiyası



Fayl - FILE  MT150

Paket Ödənişləri

(batches) MT102

.  .  .

Ödəniş tapşırıqları - Payment 

instructions

.  .  .

.  .  .

 

 



Əməliyyat günü ərzində XÖHKS aşağıdakı sorğuların verilməsinə imkan verir:  

 

•  Debet limitinin dəyişdirilməsi sorğuları;  



•  Sistem sorğuları (əməliyyat gününün periodu barədə sorğular);  

•  Tranzaksiya sorğuları (ödənişlərin imtina edilməsi sorğuları) 

•  İnformasiya sorğuları (göndərilmiş ödənişlərin işlənmə vəziyyəti, səhvin kodu 

göstərilməklə qəbul olunmamış ödəniş sənədlərinin sayı və məbləği, bu istifadəçinin 

xeyrinə daxil olmuş və sonradan göndərənin təşəbbüsü ilə imtina edilmiş ödəniş 

sənədləri, klirinqdə bu istifadəçinin cari  xalis mövqeyi və s.). 



 

 

XÖHKS-də istifadə edilən məlumatlar 

 

Məlumatın adı 

İştirakçı tərəfindən 

hazırlanan 

məlumatlar 

Mərkəzdə hazırlanan 

məlumat 

Ümumi fayl, paket ödənişləri 

MT150, MT102 

MT900, MT910 

Ümumi Fayl və ya Paket ödənişlərin 

çərçivəsində status siyahısı 

MT195/STAT, 

 

MT196/STAT 

Paket ödənişlərinin çərçivəsində statusu 

MT198 

MT198 

Paket ödənişdən və ya ayrıca ödəniş 

tapşırığından imtina 

MT192 MT196 

İmtina Bildirişi  

MT158 

Ümumi Faylın, Paket ödənişlərinin və ya 

ayrıca ödəniş tapşırığının surətinin 

alınması 

MT195/COPY 

MT198 

MT196 (Paket ödənişləri 

və ya ödəniş tapşırığının 

sürəti üçün), MT156 

(Ümumi Faylın Sürəti 

üçün) 

Nəticələr  

MT985 

Əlavə sorğular MT985 

MT986 

Klirinq hesabı haqqında Ümumi 

 

Məlumat 

MT920 MT941(Klirinq 

hesabı 

haqqında Ümumi 

Məlumat), MT942 

(Klirinq hesabı haqqında 

aralıq çıxarış)  

Sərbəst formatlı  məlumat, o cümlədən 

debet limitlərinin azaldılması 

MTn99 MTn99 

Klirinq sessiyasının nəticələri  

MT970, 

MT971 

Təstiqləmələr  

ACK/NAK 

 



XÖHKS sistemində bir neçə ardıcıl periodlardan ibarət olan əməliyyat günü konsepsiyası 

qəbul olunmuşdur və  hər period ərzində yalnız müəyyən olunmuş  əməliyyatların yerinə 

yetirilməsi mümkündür.  

 

                                      



Ə

məliyyat Günü:

Əməliyat Günü periodlar 

ardıcıllığıdır.

Hər bir periodda yalnız müəyyən 



əməliyyatların yerinə yetirilməsinə 

icazə verilir. Bir perioddan digərinə 

keçidə məhdudiyyət var. Bəzi 

periodlar Əməliyyat Günü ərzində 

birinci və ya sonuncu ola bilməzlər.

Başqa məhdudiyyətlər də qoyula 

bilər, məsələn, periodun başlanma və 

sona çatma vaxtlarina.



ƏG-in açılması

İşə hazırlıq

Klirinq sessiyası

Klirinq sessiyası

ƏG-in bağlanması

Əməliyyat 

Gününün 

periodlarına 

nümunələr

 

 



 

 

 



XÖHKS-də hər sessiya aşağıda göstərilmiş periodlar ardıcıllığına malikdir: 

•  Sessiyanın başlanması; 

•  Sənədlər mübadiləsi

•  Klirinqqabağı period; 

•  Klirinq periodu; 

•  Klirinq nəticələrinin təsdiqi; 

•  Sessiya nəticələrinin göndərilməsi; 

•  Sessiya hesabatlarının göndərilməsi. 

 

 

                                             



Sessiya:

Sessiya periodlar ardıcıllığıdır.

Hər bir periodda yalnız müəyyən 



əməliyyatların yerinə yetirilməsinə 

icazə verilir. Bir perioddan 

digərinə keçidə məhdudiyyət var.

Bəzi periodlar Əməliyyat Günü 

ərzində birinci və ya sonuncu ola 

bilməzlər. Başqa məhdudiyyətlər 

də qoyula bilər, məsələn, 

periodun başlanma və sona 

çatma vaxtlarına.

Sessiyanın açılması

Standart emal

Klirinqə hazırlıq

Klirinq

Sessiyanın bağlanması

Sessiya 


periodlarına 

nümunələr

 

 

İştirakçı  tərəfindən MT205-dən istifadə etməklə AZIPS vasitəsilə müxbir hesabından 



müxbir subhesabına vəsait köçürməklə klirinq hesabının debet limiti müəyyən edilir. AZIPS-in 

üzvü olmayan İştirakçılar kağız daşıyıcılarda ödəniş tapşırığını Milli Banka təqdim etməklə 

debet limitini müəyyən edir. İştirakçı gün ərzində Klirinq hesabının debet limitini artıra və  

azalda bilər. 




 İştirakçı klirinq dövründə müəyyən etdiyi debet limit və daxil olan vəsaitlər həcmində 

əməliyyat apara bilər. Klirinq sessiyasının sonunda sistem tərəfindən iştirakçıların xalis 

mövqeləri hesablanaraq əməliyyat gününün sonunda həmin məbləğ onların müxbir hesablarına 

daxil edilir. İştirakçıların vəsait çatışmamazlığından icra olunmamış Paket ödənişlər gözləmə 

rejimində saxlanılır. İştirakçı gözləmə rejimində olan Paket ödənişlərindəki ödəniş tapşırığlarını 

qismən və tam ləğv edə bilər.1-ci klirinq sessiyasında icra olunmamış Paket ödənişləri 2-ci 

sessiyaya keçirilir. 2-ci klirinq sessiyası  ərzində icra olunmamış Paket ödənişləri ləğv olunur. 

Hər klirinq sessiyasının sonunda iştirakçılara hesabdan çıxarış ilə  bərabər icra olunmamış 

ödənişlər haqqında məlumat göndərilir.  

XÖHKS-də ödəniş tapşırığları icra olunduğu andan artıq geri çağırılmayan hesab olunur. 

 

XÖHKS sisteminin xüsusiyyətləri aşağıdakılardan ibarətdir: 

 

•  gün ərzində 300 000-dək ödənişlərin emal edilməsi imkanı; 

•  daxilolan ödənişlər barəsində informasiyanı  real  vaxt  rejimində  əldə etmək imkanının 

olması hesabına banklar tərəfindən likvidliyinin çevik idarə olunması; 

•  ödəniş tapşırığlarının 10 gün  gələcək valyutalaşma tarixi ilə daxil edilməsi; 

•  iştirakçılar tərəfindən debet limitinin müəyən edilməsi- sistem iştirakçılarını kredit 

riskindən azad edir

•  ödənişlərin maksimum limit məbləğinin müəyyənləşdirilməsi- hal-hazırda bu limit Milli 

Bankın İdarə Heyəti tərəfindən 200 milyon manat müəyyən edilmişdir; 

•  növbədə olan ödənişlərin geri cağırılması imkanı; 

•  yerli telekommunikasiya provayder xidmətlərindən istəfadə olunması hesabına çevik 

qiymət siyasətin həyata keçirilməsinin imkanı (Komission haqların aşağı  səviyyəsində 

saxlanılması). 

•  birbaşa debet əməliyyatların həyata keçirilməsi imkanı; 



 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə