Microsoft Word xosrov v? Sirin-nizami g?NC?VI. doc



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə1/101
tarix16.11.2017
ölçüsü2,4 Mb.
#10544
  1   2   3   4   5   6   7   8   9   ...   101


_______________ Milli Kitabxana _______________ 

 



 

 


_______________ Milli Kitabxana _______________ 

 



 

NİZAMİ GƏNCƏVİ 

 

 

 

 

 

 

 

XOSROV 

və 

ŞİRİN 

 

 



 

 

 



 

 

 



 

 

 



"LİDER NƏŞRİYYAT" 

BAKI-2004 

 

 

  




_______________ Milli Kitabxana _______________ 

 



 

Bu əsər "Nizami Gəncəvi. Xosrov və Şirin" (Bakı, Yazıçı, 1982)  

              kitabı əsasında təkrar nəşrə hazırlanmışdır 

 

 

 



Tərcümə edəni: 

Rəsul Rza 

 

İzahların müəllifi: 



Məmmədağa Sultanov 

 

Ön sözün müəllifi: 



Həmid Araslı 

 

Elmi redaktor: 



Xəlil Yusifli 

 

 



 

894.361'1 - dc 21  

AZE 

Nizami Gəncəvi. Xosrov və  Şirin. Bakı, "Lider nəşriyyat", 2004, 392 

səh. 


 

Dahi Nizami Gəncəvinin "Xosrov və  Şirin"  əsəri "Xəmsə"nin ikinci kitabıdır.  Şair bu 

əsərində  məhəbbətin böyüklüyünü, insan ağlını, düşüncəsini tərənnüm edərək  əsrlərlə 

unudulmayan bədii surətlər,  ədəbi qəhrəmanlar yaratmışdır. Bu qəhrəmanlar sırasında dünya 

ədəbiyyatı xəzinəsinin gözəl incisi olan Şirin öndə durur. 

Böyük mütəfəkkir  şair bu poemasında həm də  Şərq  ədəbiyyatında ilk dəfə olaraq əmək 

adamını - Fərhad surətini dərin məhəbbətlə qələmə almış, onu həm əmək, həm də eşq fədası kimi 

şahlara nümunə göstərmişdir. 

 

 

ISBN 9952-417-08-8 



©"LİDER NƏŞRİYYAT", 2004 

  



_______________ Milli Kitabxana _______________ 

 



 


_______________ Milli Kitabxana _______________ 

 



 

 

 



 

 

ÖLMƏZ  MƏHƏBBƏT  DASTANI 

 

Nizami Gəncəvi Yaxın  Şərq xalqları  mədəniyyətinin inkişafı tarixində 



müstəsna rolu olan dahi sənətkardır. Böyük şairin zəngin yaradıcılığı qədim 

tarixə malik Azərbaycan mədəniyyətinin inkişafında da yeni parlaq 

mərhələdir. Nizami öz əsərlərilə  Şərq ictimai bədii fikrində yeni bir səhifə 

açmış, bədii yaradıcılığa əsrlər boyu təqdir olunub məhəbbətlə izlənilən, bu 

gün belə öz həyati əhəmiyyətini itirməyən ölməz ənənələr gətirmişdir. Onun 

yeni məzmunlu lirik şeirləri və sonralar "Pənc gənc" ("Beş  xəzinə") adı ilə 

şöhrətlənən poemaları dünya ədəbiyyatı  xəzinəsini bəzəyən nadir incilərdir. 

Hələ "Xəmsə"nin ilk əsəri olan "Sirlər xəzinəsi"ndə söz sənətinin təsiredici 

qüvvəsindən müasirlərini mənən təmizliyə çağırmaq kimi bəşəri bir məqsəd 

üçün faydalanan şair dövrünə görə çox mütərəqqi problemlərə toxunmuş, 

yüksək bəşəri ideyalar tərənnüm etmişdir.  Şairin  Şərq  şeirinə  gətirdiyi belə 

ölməz ideallar "Xəmsə"nin ikinci poeması "Xosrov və  Şirin"  əsərində daha 

geniş, daha vüsətli və daha aydın şəkildə ifadə olunmuşdur. 

Nizami 1180-ci ildə tamamladığı bu poemasında insatı eşqinin qüdrət və 

əzəmətini göstərmiş, məhəbbətin dərin ictimai mənasını  şərh etmişdir. 

Poemanın Azərbaycan xalqının tarixi ilə  səsləşən maraqlı  məzmunu vardır. 

Azərbaycan  ədəbiyyatı tarixində ilk mənzum roman olan bu əsər Sasani 

hökmdarlarından Xosrov Pərvizlə  Bərdə hakiminin vəliəhdi gözəl  Şirin 

arasındakı  məhəbbət haqqındadır. Minacat, nət və  zəmanə  şahlarının mədhi 

kimi rəsmi giriş  fəsillərindən sonra şairin  əsərin yazılışı, söz sənəti və  eşq 

haqqındakı mülahizələri gəlir. Bu hissələrdə şair şeir sənəti, şairlər haqqında 

danışır, bədii əsərin gözəlliyini şərtləndirən xüsusiyyətlərdən söz açır. Burada 

sözün yüksək dəyəri, sənətkar  əzəməti,  şeir, sənət aləminin ülviliyi kimi 

maraqlı mülahizələrlə qarşılaşırıq. 

 

Söz ruhdur, can üçün böyük dərmandır,  



Cantək əzizliyi bəlkə ondandır.  

Gör dünyada necə fərsiz insan var

  



_______________ Milli Kitabxana _______________ 

 



 

Bir quru çörəyə canı satırlar. 

Söz deyən qəvvasdır, söz isə gövhər, 

Bu gövhər çox çətin əmələ gələr. 

 

Belə  çətin  əldə edilən, sənətkarın böyük zəhməti, yuxusuz gecələri 



bahasına başa gələn bu əvəzsiz nemətin - sözün qədrini bilmək, onu maddi 

nemətlərlə  dəyişməmək, eyni zamanda ucuz tutmayıb qənaətlə  işlətmək 

lazımdır. 

 

Sözündə çoxluğa qoyma yer olsun,  



Birin yüz olmasın, yüzün bir olsun.  

Su artıb həddini aşarsa əgər  

İçəni doydurmaz, mütləq qərq edər..  

...Çox söyləmək sənə bəlkə asandır,  

"Çox oldu" desələr böyük nöqsandır. 

 

Şair dövrünün ədəbiyyat maraqlılarının istəyi, zövqü haqqında da danışır, 



sənətkar qarşısında yeni vəzifələr qoyur, köhnə  ədəbi  ənənələrdən 

uzaqlaşmaq, mövzunu həyatdan almaq, həyat həqiqətlərini  əks etdirmək

ağılkəsməz  əfsanələri deyil, gerçəkliyə uyğun  əhvalatları  qələmə almağı 

təbliğ edir: 

 

Qiymətdən salmışdır sözü yalanlar,  



Doğrunu danışan möhtəşəm olar.  

Dedi sübhi-sadiq çünki doğrunu,  

Dünyalar qızıla tutdurdu onu.  

Sərv də qaldırmış düzlük bayrağı,  

Onunçun həmişə göydür yarpağı. 

 

Nizami mövzunun mənşəyi, onun xalq yaradıcılığı və bədii ədəbiyyatdakı 



əksi barədə məlumat verir. O, mövzuyla bağlı tarixi nümunələri sayır, tarixi 

kitablardan və xalq ədəbiyyatından faydalandığını bildirib, Fərhada isnad 

edilən tarixi abidələri xatırlayır: 

 

Xosrovdan, Şirindən qalan yadigar  



Gizlində deyildir, durur aşikar:  

Şəbdiz atın şəkli, Bisütun dağı,  

Pərviz sarayının eyvanı, tağı... 

  



Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə