Microsoft Word xsb[1]. 2008. 9ay doc



Yüklə 90,66 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü90,66 Kb.
#32475


 

 

2008-ci  ilin yanvar-sentyabr ayları üçün Azərbaycan Respublikasının  

 

T Ə D İ Y Ə  B A L A N S I 

         

 

        Ölkə iqtisadiyyatının vacib makroiqtisadi göstəricilər sistemindən biri olan xarici 

sektor haqqında adekvat statistik informasiya bankının yaradılması  və cari 

vəziyyətinin təhlili Milli Bankın fəaliyyətinin mühüm istiqamətlərindən biridir. 2008-ci 

ilin yanvar-sentyabr aylarının  yekunları üzrə bu vacib sektorun ölkənin başqa 

dövlətlər və beynəlxalq maliyyə institutları ilə iqtisadi əlaqələrinin vəziyyəti aşağıdakı 

istiqamətlərdə təhlil olunmuşdur.  

 

 

Əsas tendensiyalar 

 

      2008-ci ilin yanvar-sentyabr aylarında ölkədə yüksək templi iqtisadi artımın davam 

etməsi və dünya bazarlarında neftin qiymətinin  əlverişli olması  tədiyə balansının 

parametrlərinin əhəmiyyətli yaxşılaşmasını şərtləndirmişdir. 

       2008-ci  ilin  yanvar-sentyabr  aylarında tədiyə balansının ümumi saldosu müsbət 

10.8 mlrd. $ olmuş və ötən ilin müvafiq dövrü ilə  müqayisədə 5.1 dəfə artmışdır.  

      Ölkədə neft-qaz strategiyasının uğurla reallaşdırılması ölkənin ixrac potensialının 

artmasını şərtləndirmişdir. Nəticədə tədiyə  balansının cari əməliyyatlar hesabında son 

illər müşahidə olunan profisit ötən ilin müvafiq dövrü ilə  müqayisədə 2.5 dəfə artaraq  

14.8 mlrd. $ təşkil etmişdir.  

        Xarici ticarət balansının müsbət saldosu keçən ilin müvafiq dövrü ilə  müqayisədə 

2.0 dəfə artmışdır. Bu da kapitalın və maliyyənin hərəkəti hesabında yaranmış mənfi 

saldonu maliyyələşdirərək tədiyə  balansının ümumi müsbət saldosunu 

şərtləndirmişdir. 

      Tədiyə balansının sektorial təhlili göstərir ki, əvvəlki illərdə olduğu kimi 2008-ci 

ilin yanvar-sentyabr aylarında da xarici iqtisadi əməliyyatlar  neft-qaz sektoru üzrə 

müsbət saldoya, qeyri-neft sektoru üzrə isə mənfi saldoya malik olmuşdur. 

      Neft-qaz sektoru üzrə ümumi daxilolmalar əsasən neftin ixracı və bu sektora cəlb 

edilən xarici kapitalın hesabına formalaşır. Bu sektor üzrə ödənişlər isə mənfəətin və 

investisiyaların repatriasiyasını, mexanizm və digər texnoloji avadanlıqların,  

xidmətlərin idxalının maliyyələşdirilməsinə sərf olunan vəsaitləri əks etdirir.  

Neft-qaz sektoru üzrə yaranmış ümumi müsbət saldo iqtisadiyyatın digər 

sektorlarının xarici valyutaya tələbatının  maliyyələşməsini və ölkənin valyuta 

ehtiyatlarının artmasını təmin etmişdir. 

 

 

 



 

 

 



 


 

 

2



Tədiyə balansının əsas  göstəriciləri 

 

 

2007-ci il, 9 ay 

2008-ci il, 9 ay 

Mln. $ 


ÜDM-də,* 

%-lə 


Mln. $ 

ÜDM-də,* 

 %-lə 

 

 

I.Cari əməliyyatlar hesabının saldosu 

5895.6 

18.8 

  14796.4 

31.2 

  Xarici ticarət balansı 

10155.4

32.4 


  20747.6 

43.8 


  Xidmətlər balansı 

      -1579.7 

-5.0 

  -1784.6 



-3.8 

  Gəlirlər balansı 

      -3402.7 

      -10.9 

  -4919.7 

       -10.4 

   -İnvestisiya gəlirlərinin repatriasiyası

      -3297.1 

      -10.5 

  -4845.5 

       -10.2 

  Cari transfertlər balansı 

  722.6 

 2.3 


     753.1 

1.6 


II.Kapitalın və maliyyənin hərəkəti 

hesabının saldosu 

 

-3761.9

 

-12.0

 

  -3983.7 

 

-8.4 

  Birbaşa investisiyalar 

-3146.9

      -10.0 



    -676.7 

         -1.4 

    - Azərbaycana cəlb olunmuş 

 3175.8


10.1 

   2959.4 

 6.2 

    - Xaricə yönəldilmiş 



-212.9 

-0.6 


   -277.8 

-0.5 


    - İnvestisiyaların repatriasiyası 

      -6109.8 

      -19.5 

 -3358.3 

-7.1 

  Neft bonusu 



    46.2 

  0.1 


        3.5 

  - 


  Kreditlər və digər investisiyalar 

-661.2 


-2.1 

 -3310.5 

-7.0 

III.Tədiyə balansının ümumi saldosu 

       2133.7 

6.8 

10812.7 

22.8 

   *)İllik   

Cari əməliyyatlar hesabı 

    2008-ci ilin yanvar-sentyabr aylarında cari əməliyyatlar hesabında 14.8 mlrd. $ 

məbləğində profisit yaranmışdır.  

 

                                                                                                         Mln. $                      



1 4 7 9 6

5 8 9 5

1 0 1 5 5

2 0 7 4 7

- 1 5 8 0

- 1 7 8 4

- 4 9 2 0

- 3 4 0 3

7 5 3

7 2 3

- 5 0 0 0

- 4 0 0 0

- 3 0 0 0

- 2 0 0 0

- 1 0 0 0

0

1 0 0 0

2 0 0 0

3 0 0 0

4 0 0 0

5 0 0 0

6 0 0 0

7 0 0 0

8 0 0 0

9 0 0 0

1 0 0 0 0

1 1 0 0 0

1 2 0 0 0

1 3 0 0 0

1 4 0 0 0

1 5 0 0 0

1 6 0 0 0

1 7 0 0 0

1 8 0 0 0

1 9 0 0 0

2 0 0 0 0

2 1 0 0 0

2 2 0 0 0

20 0 7- ъi ил,    9   ay

2 0 08 - ъi ил,  9  a y

Ъ а ри ще са б ын са лд о су

Х а риъи тиъа ря т б а ла н сын ын   са лд о су

Х ид м ятля р б а ла н сын ын  са лд о су

Э ялирля рин  са лд о су

Ъ а ри тра н сфе ртля рин  са лд о су

 



 

 

3



 

 

      



 Müqayisə üçün bu göstərici

 

2007-ci ilin müvafiq dövrünün göstəricisindən 8.9 



mlrd. $ çoxdur. Bu, əsasən xam neftin ixracının 3.2 mln. ton artması  və onun 1 

barrelinin orta qiymətinin müqayisə olunan dövrlər üçün 66.9 $-dan 104.1 $-a qədər 

yüksəlməsi ilə izah olunur. Nəticədə, ölkədən ixrac olunmuş xam neftin ümumi dəyəri 

1.9 dəfə artaraq 23.4 mlrd. $-a çatmışdır. Bu isə öz növbəsində xarici ticarət balansının 

müsbət saldosunun da 2 dəfə yüksəlməsini şərtləndirmişdir. 

 

      Xarici ticarət balansı 

 

      Xarici ticarət dövriyyəsi 71.8%  artaraq 31.7 mlrd. $ təşkil etmişdir. Xarici ticarət 



balansı 20.7 mlrd. $ məbləğində müsbət saldo ilə nəticələnmişdir.  

 

2008-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın dünyanın 135 dövləti ilə 



ticarət əlaqələri olmuşdur. Xarici ticarətin 8.9%-i MDB üzvü olan dövlətlərin, 91.1%-i 

isə digər xarici dövlətlərin payına düşür. Dövlətimizin ABŞ, Birləşmiş Krallıq, İsrail, 

Hindistan, Fransa, Türkiyə, Yaponiya, Rusiya, Niderland və  İndoneziya ilə daha 

intensiv ticarət  əlaqələri olmuşdur. Bütövlükdə, ölkınin idxal-ixrac əməliyyatlarının 

65.7%-i yuxarıda adı çəkilən əsas tərəf müqabilləri olan 10 dövlət ilə aparılmışdır. 

 

 



2008-ci ilin yanvar-sentyabr  aylarında  xarici ticarət üzrə əsas tərəf müqabilləri 

                                                                                                                               (Mln. $) 

 

Əmtəə 

dövriyyəsi 

İxrac 

İdxal Saldo 

 

ABŞ 

 

5999 

 

5827 

 

172 

 

+5655

Birləşmiş Krallıq 3049 

2754 

295 

+2459

İsrail 2261 

2203 

58 

+2145

Hindistan 1803 

1732 

71 

+1661

Fransa 1536 

1445 

91 

+1354

Türkiyə 

1422 

757 

665 

   +92 

Yaponiya 1258 

1000 

258 

 

+742 

Rusiya Federasiyası 

1253 

365 

888 

  -523 

Niderland 1194 

1133 

61 

+1072

İndoneziya 1063 

1063 



+1063

Başqaları 10901 

7964 

2937 

+5027

Cəmi 31739 

26243

5496 

+20747 

   O cümlədən:  

 

 

 

 MDB dövlətləri 2809 

1244 

1565 

-321 

Digər dövlətlər 28930 

24999

3931 

+21068

 

     Əmtəə ixracı. 2008-ci ilin yanvar-sentyabr aylarında  əmtəə ixracı 2007-ci ilin 



müvafiq dövrünə nisbətən 1.8 dəfə artaraq 26.2 mlrd. $ olmuşdur.  

     İxrac olunmuş malların strukturunda  neft məhsullarının payı 95.6% təşkil etmişdir.  

     Xarici dövlətlərə 25.1 mlrd. $ neft məhsulları ixrac olunmuşdur ki, bu da 2007-ci 

ilin müvafiq dövrünün göstəricisindən 1.9 dəfə çoxdur. İxrac olunmuş bütün neft 




 

 

4



məhsullarının 1.7 mlrd. $ neft emalı  məhsullarının, 23.4 mlrd. $ isə xam neftin 

ixracının payına düşür.  

     İxrac olunmuş xam neftin 22.6 mlrd. $ Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti 

(ABƏŞ) tərəfindən hasil olunmuş neftin ümumi dəyəridir. Bunun da 13.2 mlrd. $ 

Azərbaycanın payına düşən, 9.4 mlrd. $ isə  “Əsrin müqaviləsi” ilə bağlı 

konsorsiumun xarici səhmdarlarının payına düşən neftin dəyəridir.  İxrac olunmuş 

ümumi xam neftin 0.8 mlrd. $ isə ARDNŞ  və ölkənin digər müəssisələri tərəfindən 

xaricə  göndərilmişdir. 

 

İxracın strukturu 

 

2007-ci il, 9 ay 



2008-ci il, 9 ay 

 

Məbləğ,    



mln.$ 

Xüsusi çəkisi,

       %-lə 

     Məbləğ,  

       mln.$ 

Xüsusi çəkisi, 

       %-lə 

İxrac - cəmi 

14314.6 

100.0 

    26243.4 

100.0 

  o cümlədən:  

 

 

 



1.Yanacaq-xammal məhsulları 13701.9  95.7 

25633.8 


97.7 

- neft məhsulları 13448.1 

93.9 

25090.9 


95.6 

- digər xammal 

    253.8 

  1.8 


    542.9 

  2.1 


2.Maşın və avadanlıq 

    180.5 

  1.3 

    179.1 



  0.7 

3.İstehlak malları 

    362.6 

  2.5 


    377.8 

  1.4 


4.Digər mallar 

      69.6 

  0.5 

      52.7 



  0.2 

     - təbii qaz 

      61.9 

  0.4 


      41.1 

  0.2 


 

      2008-ci ilin yanvar-sentyabr ayları ərzində ölkənin qeyri neft-qaz ixracının payına 

düşən malların ümumi dəyəri 38.1% artaraq 1111.0 mln. $-a çatmışdır. Bu artım 

əsasən kimya məhsullarının,  əlvan və qara  metalların ixracının  artımı hesabına 

olmuşdur.

 

       Əmtəə idxalı. 2008-ci ilin yanvar-sentyabr ayları  ərzində ölkəyə idxal olunan 

istehlak mallarının strukturunda və artım tempində keyfiyyət və  kəmiyyət 

dəyişiklikləri müşahidə olunur. İstehlak mallarının idxalının ümumi dəyəri keçən ilin 

müvafiq dövrünə nisbətən 25.7% artmışdır. Bu artımın 176.0 mln. $ ərzaq 

məhsullarının payına düşdüyü halda, 160.0 mln. $ çoxu yalnız minik avtomobillərinin 

idxalı ilə bağlıdır.  

 

İdxalın strukturu 

 

2007-ci il, 9 ay 



2008-ci il, 9 ay 

 

   Məbləğ, 



     mln.$ 

Xüsusi çəkisi,

      %-lə 

 Məbləğ,  

    mln.$ 

Xüsusi çəkisi,

       %-lə 

İdxal-cəmi 

4159.2 100.0  5495.8 100.0 

   cümlədən: 

     

1.İstehlak malları 



1740.3 41.8 

2187.1 39.8 

     - ərzaq məhsulları 

  537.9 


12.9 

  714.0 


13.0 

- digərləri 

1202.4 28.9 

1473.1 26.8 

2.İnvestisiya yönümlü mallar 

  763.1 


18.4 

  680.5 


12.4 

    - beynəlxalq neft-qaz konsorsiumları

  647.0 

15.6 


  562.2 

10.2 


- digərləri 

  116.1 


  2.8 

  118.3 


  2.2 

3. Digər 

mallar 

1655.8 39.8 



2628.2 47.8 

 


 

 

5



 

       

Fiziki şəxslər tərəfindən idxalı (833.6 mln. $) və humanitar malları (23.3 mln. $) da 

nəzərə almaqla 2008-ci ilin yanvar-sentyabr ayları  ərzində ölkəmizə 2187.1 mln. $  

məbləğində istehlak malları gətirilmişdir. Bunun da 32.6%-i ərzaq məhsullarının payına 

düşür.    

      İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların  və 

malların xüsusi çəkisi 12.4% təşkil edərək 680.5 mln. $ olmuşdur. Bunun  82.6%-ni 

beynəlxalq neft-qaz kontraktları  çərçivəsində istifadə olunmuş investisiyalar hesabına 

idxal edilmiş mallar təşkil edir. Bundan başqa ölkəyə ümumi məbləği 2628.2 mln. $ olan  

istehsal təyinatlı maşın-avadanlıq,  kimya, qara və  əlvan metal məhsulları da 

gətirilmişdir. 

 

      Xidmətlər balansı 

 

      2008-ci  ilin  yanvar-sentyabr  aylarında xarici dövlətlərlə Azərbaycanın iqtisadi 

əlaqələrində qarşılıqlı xidmətlər  əsas yerlərdən birini tutmuşdur və bu xidmətlərin 

ümumi həcmi 4015.6 mln. $ təşkil etmişdir. Bunun 2900.1 mln. $ qeyri-rezidentlər 

tərəfindən Azərbaycanın rezidentlərinə, 1115.5 mln. $ isə Azərbaycan rezidentlərinin 

xarici ölkələrin rezidentlərinə göstərdiyi xidmətlərdir. Beləliklə, xidmətlər balansının 

saldosu mənfi 1784.6 mln. $ olmuşdur.   

      


 Q

arşılıqlı xidmətlər dövriyyəsinin 27.7%-i nəqliyyat xidmətləri üzrə aparılan 

əməliyyatların payına düşür. Ümumi dəyəri 1111.4 mln. $ bərabər olan nəqliyyat 

xidmətlərinin 46.4%-i Azərbaycan rezidentlərinin xarici dövlətlərin nəqliyyat 

sistemlərindən istifadə etmələri ilə əlaqədardır. 

        Öz  növbəsində Azərbaycanın rezidentlərinin göstərdiyi nəqliyyat xidmətlərinin 

ümumi dəyəri 43.3% artaraq 595.5 mln. $ olmuşdur. Bu vəsaitin böyük hissəsi 

TRASEKA layihəsi çərçivəsində ölkə ərazisi vasitəsilə Orta Asiya ölkələri ilə Avropa 

ölkələri arasında tranzit yükdaşımalarının intensivləşməsi nəticəsində əldə edilmişdir. 

      2008-ci ilin yanvar-sentyabr ayları ərzində xarici ölkə vətəndaşlarına turizmlə bağlı 

göstərilən xidmətlərin dəyəri 141.9 mln. $ məbləğində qiymətləndirilmişdir. Bunun  

39.1%-i qeyri-rezidentlərin Azərbaycana işgüzar səfərləri ilə bağlıdır. Bu səfərlərlə 

bağlı xarici iş adamlarına göstərilən xidmətlərin dəyəri keçən ilin müvafiq dövrü ilə 

müqayisədə 11.9 mln. $ artaraq 55.5 mln. $ çatmışdır.  

 Öz 

növbəsində xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı 



göstərilən xidmətlərin dəyəri 33.1% artaraq 231.6 mln. $ məbləğində olmuşdur. Bunun 

91.4%-i Azərbaycan vətəndaşlarının  şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən 

sərf etdikləri xərclərinin (məkik idxal istisna olmaqla) payına düşür.  

 Ümumiyyətlə, qarşılıqlı xidmətlərin ölkənin xarici dövlətlər ilə əmtəə və xidmətlər 

üzrə ümumi  idxal-ixrac dövriyyəsində xüsusi çəkisi 11.2%  təşkil etmişdir. 

 

           Gəlirlər 

       Gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 5.5 mlrd. $-ı 

ötmüşdür. Bunun 94.4%-ni (5.2 mlrd. $) Azərbaycandan ödənişlər təşkil edir. Bu 

məbləğin isə əsas hissəsini (4.6 mlrd. $) Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin 

xarici investorlarının payına düşən gəlirlərinin repatriasiyası (xam neft şəklində), 



 

 

6



qeyri-rezidentlərə ödənilmiş  əmək haqları (129.8 mln. $) və xarici kreditlərdən 

istifadəyə görə ödənilən faizlər (213.3 mln. $)  təşkil edir.  

       Gəlirlərlə bağlı ölkəyə daxil olmuş  vəsait 2007-ci ilin müvafiq dövrünün 

göstəricisinə nisbətən 31.8% artaraq 308.9 mln. $ olmuşdur. Bunun isə əsas hissəsini 

(80.6 mln. $) Dövlət Neft Fondunun vəsaitlərinə, (129.7 mln. $) Milli Bankın 

sərəncamında olan xarici valyuta ehtiyatlarına və (19.9 mln. $) bankların xaricdə 

yerləşdirilmiş aktivlərinə hesablanmış faizlər üzrə gəlirlər təşkil edir. 

 

      Cari transfertlər 

 

      Cari transfertlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri  1383.6 

mln.

 

$ məbləğində qiymətləndirilmişdir. Bu məbləğin 77.2%-ni ölkəyə daxilolmalar 



təşkil edir. Belə ki, xarici ölkələrdən daxil olan pul baratlarının,  humanitar malların, 

texniki və digər yardımların ümumi dəyəri 2007-ci ilin müvafiq dövrünə nisbətən 

116.9 mln.

 

$ artaraq 1068.4 mln. $-a çatmışdır.  



       Bu  daxilolmaların 94.2%-ni xarici  ölkələrdən fiziki şəxslərə köçürülən pul 

baratları, 2.2%-ni ölkəyə gətirilən humanitar idxal mallarının dəyəri, 3.6%-ni isə digər 

daxilolmalar təşkil edir.  

       Bütövlükdə, cari transfertlər üzrə  əməliyyatların müsbət saldosu 2007-ci ilin 

müvafiq dövrünə nisdətən 4.2% artaraq 753.1 mln. $ təşkil etmişdir. 

 

Kapitalın və maliyyənin  hərəkəti 

 

      2008-ci  ilin  yanvar-sentyabr  aylarında

 

xaricdən cəlb olunmuş kapitalın ümumi 



həcmi 6.0 mlrd. $ təşkil edərək  əvvəlki ilin müvafiq dövrünün göstəricisindən 8.8% 

çox olmuşdur. Bu  göstəricinin artımı dövlət təminatı olmayan xarici kreditlərin və 

qeyri-neft sektoruna birbaşa investisiyaların cəlb olunması ilə bağlıdır.  

 

                 



 

Cəlb  olunmuş xarici kapitalın  strukturu 

2007-ci il, 9 ay 

2008-ci il, 9 ay 

 

Mln. 



$-la 

Xüsusi çə- 

kisi, %-lə 

      Mln. 

       $-la 

Xüsusi çə- 

 kisi, %-lə 

 

2008-ci il 



2007-ci ilə  

nisbətən, 

%-lə

 

Birbaşa investisiyalar 



  - neft–qaz sektoru 

  - digər sektorlar 



Kreditlər və digər investisiyalar  

  - dövlət təminatlı kreditlər 

  - dövlət təminatı olmayan kreditlər 

  - neft–qaz sektoru 

  - banklar 

  - digərləri  

  - digər  investisiyalar 

Neft bonusu 

3391.9

3115.0 


  276.9 

2052.4

  313.4 


1164.6 

  456.4 


  615.6 

    92.6 

  574.4 

    46.2 

61.8 

56.7 


  5.1 

37.4 

  5.7 


21.2 

  8.3 


11.2  

  1.7 


10.5 

  0.8 



2959.4 

2479.7 


  479.7 

3011.1 

  478.0 


1991.9 

  688.2   

  967.1 

  336.6 


  541.2 

      3.5 

49.5 

41.5 


  8.0 

50.4 

  8.0 


33.3 

11.5 


16.2 

  5.6 


  9.1 

  0.1 



   87.2 

   79.6 


 173.2 

 146.7 

 152.5 


 171.0 

 150.8 


 157.1 

 363.5 


   94.2 

     7.6 

    C  Ə  M  İ 



5490.5 

100.0 

5974.0 

100.0 

  108.8 

   


 

 



 

 

7



      Birbaşa investisiyalar 

 

 Birbaşa investisiyalar  formasında xaricdən cəlb olunmuş  sərmayələrin ümumi 

məbləği 3.0 mlrd. $ yaxın olmuşdur. Bu  investisiyaların strukturunda neft-qaz 

sektorunun xüsusi çəkisi 83.8% təşkil etmişdir. Bu sərmayələr iri neft-qaz 

layihələrinin,  əsasən BİPİ Eksploreyşn (Şah Dəniz) Ltd. layihəsi və    Azərbaycan   

Beynəlxalq  Əməliyyat  Şirkətinin Azəri-Çıraq-Günəşli yatağında görülən işlərin 

maliyyələşdirilməsi ilə əlaqədar ölkə iqtisadiyyatında istifadə olunmuşdur.  

     Qeyri-neft  sektoruna  isə  cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 

keçən ilin müvafiq dövrünə nisbətən 1.7 dəfə artaraq 479.7 mln. $ olmuşdur. Bu da 

ölkəyə  cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi həcminin 16.2%-ni təşkil 

etmişdir.  

Birbaşa investisiyalar üzrə xaricə yönəldilmiş sərmayələrin ümumi məbləği 44.4% 

az olaraq 3.6 mlrd. $ təşkil etmişdir. Bu azalmanın  əsas səbəbi “Əsrin müqaviləsi” 

çərçivəsində ABƏŞ-in fəaliyyəti ilə bağlı  əvvəlki dövrlərdə ölkə iqtisadiyyatında 

istifadə olunmuş birbaşa investisiyalar üzrə kapitalın repatriasiyasının azalması ilə 

bağlıdır. Belə ki, 2007-ci ilin yanvar-sentyabr aylarında neft-qaz sektoru üzrə 

repatriasiya olunmuş investisiyaların həcmi 6.1 mlrd. $  məbləğində olduğu halda, 

2008-ci ilin yanvar-sentyabr aylarında

 

 bu göstərici 2.8 mlrd. $ azalaraq cəmi  3.3 



mlrd. $ təşkil etmişdir. 

 

       Kreditlər və digər investisiyalar 

 

      2008-ci  ilin  yanvar-sentyabr  aylarının yekunları üzrə  tədiyə balansında  əks 

etdirilmiş kredit və digər investisiyaların ümumi məbləği 3011.1 mln. $ təşkil etmişdir 

və bu  keçən ilin müvafiq dövrünün göstəricisindən 1.5 dəfə çoxdur.  Bu məbləğin 

yalnız 15.9%-i (478.0 mln. $) birbaşa dövlət və dövlət təminatı əsasında cəlb olunmuş 

kreditlərdir (beynəlxalq maliyyə  və digər təşkilatlar tərəfindən ayrılmış kreditlər). 

Yerdə qalan 1991.9 mln. $ vəsait isə dövlət təminatı olmayan kreditlərdir ki, bunun da 

683.1 mln. $ ARDNŞ  tərəfindən cəlb olunmuşdur. Bu vəsait  əsasən ARDNŞ-in 

Gürcüstan və Türkiyədəki enerji resursları layihələrinin maliyyələşdirilməsinə 

yönəldilmişdir.  

   Dövlət təminatı olmayan digər kreditlərin 1308.8 mln. $ isə əsasən banklar (967.1 

mln. $), digər müəssisələr və firmalar tərəfindən cəlb olunmuşdur. Bu da öz 

növbəsində əvvəlki ilin müvafiq dövrünün göstəricisindən 1.7 dəfə çoxdur.    

 

Strateji valyuta ehtiyatları 

 

 

Hesabat dövründə ölkənin strateji valyuta ehtiyatları 2.4 dəfə artaraq 2008-ci il 01 



oktyabr tarixinə 17896.8 mln. $ həcmində olmuşdur. Bunun 10382.2 mln. $-ı Dövlət 

Neft Fondunun aktivlərindən, 1555.0 mln. $-ı hökumətin depozitlərindən, 5959.6 mln. 

$-ı isə Milli Bankın məcmu beynəlxalq aktivlərindən ibarətdir.  

 Milli 


Bankın payına düşən ehtiyatların 5438.6 mln. $-ı bankın sərəncamında olan 

rəsmi valyuta ehtiyatlarından ibarətdir ki, bu da neft-qaz sektoru istisna olmaqla 

malların və xidmətlərin 8 aylıq idxalını maliyyələşdirməyə imkan verir. Bu göstərici

 

dünya təcrübəsində qəbul olunmuş kifayətlilik meyarından 2 dəfə çoxdur. 




 

 

8



     

 

Yüklə 90,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə