Microsoft Word Xususi indikatorlar mmx



Yüklə 85,87 Kb.
Pdf görüntüsü
tarix14.04.2018
ölçüsü85,87 Kb.
#38286


 

«Təsdiq edilmişdir» 

Azərbaycan Respublikasının  

Mərkəzi Bankı yanında  

Maliyyə Monitorinqi Xidməti 

Əmr № 008/a-MMX 

«25» «fevral» 2010-cu il 

 

 

 

 

 



 

 

 



PUL VƏSAİTLƏRİNİN VƏ YA DİGƏR ƏMLAKIN CİNAYƏT 

YOLU İLƏ ƏLDƏ EDİLMƏSİ VƏ YA TERRORÇULUĞUN 

MALİYYƏLƏŞDİRİLMƏSİ İLƏ BAĞLI OLMASINA ŞÜBHƏ VƏ 

YA BELƏ ŞÜBHƏ ÜÇÜN KİFAYƏT QƏDƏR ƏSASLAR 

YARADAN HALLARIN AŞKARLANMASI MEYARLARI 

(XÜSUSİ İNDİKATORLAR) 

 

 



 

 

 



 

 

 



 

 

BAKI – 2010




 

ÜMUMİ MÜDDƏALAR

 

 



1.

 

«Pul vəsaitlərinin və ya digər əmlakın cinayət yolu ilə əldə edilməsi və 

ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına  şübhə  və ya belə  şübhə 

üçün kifayət qədər əsaslar yaradan halların aşkarlanması meyarları» (bundan sonra 

– xüsusi indikatorlar)  Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16 iyul 

tarixli 122 nömrəli Fərmanı ilə  təsdiq edilmiş «Azərbaycan Respublikasının 

Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti haqqında  Əsasnamə»nin 

10.3-cü bəndinə əsasən hazırlanmışdır. 



2.

 

Xüsusi indikatorlar monitorinq iştirakçıları və monitorinqdə iştirak edən 

digər şəxslər (bundan sonra – monitorinq subyektləri) tərəfindən pul vəsaitlərinin 

və ya digər  əmlakın cinayət yolu ilə  əldə edilməsi və ya terrorçuluğun 

maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər 

əsas yaradan halların aşkar edilməsi üzrə minimum meyarları müəyyən edir. 



3.

 

Xüsusi indikatorlar məhdudlaşdırıcı xarakterli olmamaqla cinayət yolu 

ilə  əldə edilmiş pul vəsaitləri və ya digər  əmlakla  əməliyyatların, terrorçuluğun 

maliyyələşdirilməsinin, habelə bu cür əməliyyatların aparılmasına cəhdlərin 

müəyyən edilməsi və qarşısının alınması məqsədini daşıyır. 

4.

 

Bu sənəddə nəzərdə tutulmuş meyarlar hər hansı bir əməliyyatda formal 

cəhətdən mövcud olsa da, lakin əməliyyat və müştərinin fəaliyyəti cinayət yolu ilə 

əldə edilmiş pul vəsaitlərinin və ya digər  əmlakın leqallaşdırılması  və 

terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə yaratmırsa, monitorinq 

subyektləri tərəfindən «müştərini tanı» prinsipinə riayət olunmaqla əməliyyat daha 

ətraflı araşdırılmalıdır. 

5.

 

Hər hansı  əməliyyatın  əlamətinin bu sənəddə  nəzərdə tutulmuş meyara 

uyğun olduğuna dair şübhə tam olaraq təsdiqlənmədikdə,  əməliyyatı aparan 

müştərinin sonrakı  fəaliyyətinə daha ciddi diqqət yetirilir və bu sənəddə  nəzərdə 

tutulmuş meyarlara uyğun olan digər  əlamətlər müəyyən edildikdə bu barədə 

məlumat Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə 

Monitorinqi Xidmətinə təqdim edilir. 

 

 




 

I.

 

 ÜMUMİ MEYARLAR 

 

6.



 

Aşağıdakı meyarlar bütün monitorinq subyektlərinə şamil edilir: 

6.1.

 

bəyan etdiyindən fərqli olaraq müştərinin əməliyyatı öz adından və ya 

öz hesabından aparmamasına dair şübhələrin yaranması; 

6.2.

 

müştərinin həyata keçirdiyi əməliyyatın məxfiliyini vurğulaması, 

yaxud əməliyyat haqqında məlumat verilməsinin qarşısını almağa cəhd etməsi; 

6.3.

 

real bazar qiymətlərindən aşkar şəkildə kənarlaşan (şişirdilmiş və ya 

azaldılmış) qiymət  əsasında müqavilə bağlanılması  və ya həmin müqavilə 

əsasında əməliyyat aparılması; 



6.4.

 

müştərinin cinayətkar fəaliyyətdə iştirakını etiraf etməsi; 



6.5.

 

xidmət göstərilməsi müqabilində müştəri tərəfindən rüşvətin və ya 

rüşvət xarakterli digər təkliflərin edilməsi; 

6.6.

 

əməliyyatın xarici dövlətlərin siyasi xadiminin iştirakı ilə və ya onun 

səlahiyyətli nümayəndəsi tərəfindən həyata keçirilməsi; 

6.7.

 

müştərinin davranışının aqressiv olması,  əməliyyata dair sualların 

cavablandırılmasından yayınması, yaxud eyniləşdirmə prosedurlarının həyata 

keçirilməsinə etiraz etməsi; 



6.8.

 

girov üçün götürülən əşyanın və ya malın bazar dəyərindən çox aşağı 

qiymətləndirilməsinə müştərinin əhəmiyyət verməməsi; 

6.9.

 

eyniləşdirmə  və verifikasiya zamanı müştəri tərəfindən aidiyyəti 

olmayan sənədlərin təqdim edilməsi; 

6.10.

 

müştərinin ona aid yazışma sənədlərinin və ya digər aidiyyəti 

sənədlərin onun yaşadığı və ya qeydiyyatda olduğu ünvana göndərilməsinə etiraz 

etməsi; 


6.11.

 

monitorinq subyektinin daxili nəzarət sisteminə müştərinin qeyri-

adi dərəcədə maraq göstərməsi; 

6.12.

 

şübhəli  əməliyyatlar haqqında məlumat verilməsinə dair 

qanunvericiliyin tələbləri barəsində müştərinin məlumatlılıq səviyyəsinin qeyri-

adi şəkildə yüksək olması; 



6.13.

 

müştərinin öz vəsaitlərinin qanuni olmasını  və onları 

leqallaşdırmağa cəhd etmədiyini həddən artıq ciddi cəhdlə inandırmağa 

çalışması; 



6.14.

 

müştərinin ev və ya iş telefonunun işləməməsi, yaxud hesabın 

açılmasından dərhal sonra müştəri ilə  əlaqə qurmağa cəhd edildikdə, belə 



 

nömrənin ümumiyyətlə aşkar edilməməsi; 



6.15.

 

müştərinin öz davranışına, yaxud fəaliyyət xarakterinə uyğun 

gəlməyən əməliyyat həyata keçirməsi; 

6.16.

 

müştərinin  əməliyyat haqqında təqdim etdiyi informasiyada 

uyğunsuzluqların və ziddiyyətli məqamların aşkar edilməsi; 

6.17.

 

müştərinin bir sıra oxşar, lakin uydurma adlardan istifadə etməsi; 



6.18.

 

müştərinin həyata keçirdiyi əməliyyatların aparılmasının ümumi 

qəbul edilmiş bazar praktikasına aşkar şəkildə uyğun gəlməməsi; 

6.19.

 

müştəri tərəfindən məlumatların  əsassız gecikmələrlə  təqdim 

edilməsi, bu məlumatların yoxlanılmasının olduqca çətin və ya məsrəfli olması; 

6.20.

 

müştərinin fəaliyyət istiqamətinin aid edildiyi bazar iştirakçıları 

barədə məlumatsız olması; 

6.21.

 

müştərinin fəaliyyət xarakteri və növü ilə müraciət etdiyi xidmətlər 

arasında aşkar əlaqənin olmaması; 

6.22.

 

müştərinin ləğv olunmuş müqavilədən  əldə ediləcək və ya üçüncü 

şəxslərə çatacaq vəsaitinin ilkin ödənişin həyata keçirildiyi (əvvəlki) hesaba 

deyil, digər hesaba geri qaytarılmasını təklif etməsi; 



6.23.

 

müştəri tərəfindən həqiqiliyi  şübhə doğuran sənədin təqdim 

edilməsi; 

6.24.

 

müştərinin saxta, şəkli dəyişdirilmiş  və ya dəqiqliyi hər hansı 

şəkildə şübhə doğuran şəxsiyyəti təsdiq edən sənəd təqdim etməsi; 

6.25.

 

müştərinin şəxsiyyəti təsdiq edən sənədləri təqdim etməkdən imtina 

etməsi, yaxud belə sənədlərin yalnız surətlərini təqdim etməsi; 

6.26.

 

özünə aid olmayan sənədlərdən istifadə etməklə müştərinin özünü 

eyniləşdirməyə çalışması; 

6.27.

 

müştərinin təqdim etdiyi eyniləşdirməyə  və  həyata keçirilən 

əməliyyatlara dair sənədlərində informasiyanın göstərilməməsi və ya təhrif 

edilmiş informasiyanın göstərilməsi; 



6.28.

 

müştərinin  əvvəllər həyata keçirdiyi əməliyyatların məbləğlərinə 

uyğun olmayan əməliyyatlar həyata keçirməyə başlaması; 

6.29.

 

əvvəlki təcrübəsindən fərqli olaraq, müştərinin iri nağd pul 

məbləğləri ilə əməliyyatları tez-tez həyata keçirməyə başlaması; 

6.30.

 

monitorinqdən yayınmaq məqsədilə müştərinin məcburi qaydada 

hesabat verilməsi tələb olunan limitdən aşağı  məbləğdə nağd  əməliyyatları 

mütəmadi olaraq həyata keçirməsi; 




 

6.31.

 

müştərinin mütəmadi  şəkildə  xırda  əskinasları daha iri əskinaslara 

mübadilə etməsi; 

6.32.

 

müştərinin yol çekləri ilə  əməliyyatlarının qeyri-adi şəkildə 

intensivləşməsi; 

6.33.

 

adsız qiymətli kağızlarla iri əməliyyatların aparılması; 



6.34.

 

müştərinin və ya onun kontragentlərinin rəsmi fəaliyyəti ilə         

açıq-aşkar  əlaqəsi olmayan xeyriyyə  təşkilatının iştirakı ilə  əməliyyatın həyata 

keçirilməsi; 



6.35.

 

şəxsin saxta və ya digər qeyri-qanuni müqavilə bağlamağa 

çalışması. 



 

II.

 

 XÜSUSİ MEYARLAR 

 

7.



 

Aşağıdakı meyarlar kredit təşkilatları, lizinq xidmətləri göstərən 

kredit təşkilatları, pul vəsaitlərinin köçürülməsi ilə məşğul olan poçt xidməti 

göstərən müəssisələr və lombardlara şamil edilir: 

7.1.

 

açılmış  və uzun müddət  ərzində istifadə olunmayan hesablardan 

həyata keçirilən  əməliyyatların həcminin gözlənilmədən  əhəmiyyətli dərəcədə 

artması; 



7.2.

 

müştərinin hesabdan birdəfəlik  əməliyyatların aparılması üçün 

istifadə etməklə sonradan bağlanılması üçün müraciət etməsi; 

7.3.

 

ödənişin təyinatında onun həyata keçirilməsi üçün əsasın 

göstərilməməsi şərtilə xaricə, yaxud xaricdən köçürmələr;

 

7.4.



 

ölkə xaricindən fiziki şəxsin adına (hesab açmadan) və ya hesabına 

müntəzəm olaraq vəsaitlərin (yaxın qohumlardan daxil olan vəsaitlər istisna 

olmaqla) daxil olması; 



7.5.

 

bir neçə hesabda yerləşdirilmiş vəsaitlərin bir hesaba, sonra isə ölkə 

daxilindəki və ya ölkə xaricindəki digər hesaba köçürülməsi; 

7.6.

 

qeydiyyatdan keçmiş digər təsərrüfat subyektlərinin adlarına oxşar 

adlarda hesabların açılması; 

7.7.

 

müştəri ilə  aşkar iqtisadi əlaqələrə  və inandırıcı  səbəblərə malik 

olmayan üçüncü tərəfin zəmanət verməsi; 

7.8.

 

əsas fəaliyyəti üçün nağdsız formada hesablaşmaların xarakterik 

olduğu halda, müştərinin hesabına daxil olan nağd pul vəsaitlərinin həcminin 

əhəmiyyətli dərəcədə artması; 



7.9.

 

müştərinin  əmanətin məbləği haqqında ümumi təsəvvürə malik 

olması; 

7.10.

 

müştərinin  əmanət hesabına üçüncü şəxslər tərəfindən vəsaitlərin 

yerləşdirilməsi; 

7.11.

 

hüquqi şəxsi təmsil edən şəxsin həmin hüquqi şəxs barədə ümumi 

məlumata malik olmaması, o cümlədən hüquqi şəxsin fəaliyyət xarakterini, onun 

yerləşdiyi yeri və ya əlaqə məlumatlarını bilməməsi; 



7.12.

 

alınmış iri kreditin gözlənilməz  şəkildə  vəsaitin mənbəyi 

bilinmədən vaxtından əvvəl qaytarılması; 

7.13.

 

bir qayda olaraq, passiv təsərrüfat dövriyyəsinə malik hüquqi şəxsin 

və ya yeni yaradılmış hüquqi şəxsin böyük xərclər üçün vəsait  əldə etməsi 



 

məqsədilə qeyri-adi dərəcədə böyük dövriyyə və ya şişirdilmiş mənfəət haqqında 

məlumatlar təqdim etməsi; 

7.14.

 

yeni müştəri üçün iri hesab edilən və ya işgüzar münasibətlərin 

mövcud olduğu müştərinin adi fəaliyyətinə uyğun olmayan iri məbləğlərdə 

valyuta mübadiləsinin və ya bank əməliyyatlarının həyata keçirilməsi və yaxud 

da buna cəhd edilməsi; 

7.15.

 

rezident və ya qeyri-rezident kredit təşkilatının emissiya etdiyi 

çeklərin müntəzəm olaraq inkasso olunması üçün təqdim edilməsi; 

7.16.

 

sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan və  müştəri ilə müqavilə 

münasibətlərinə malik olmayan şəxsdən müştərinin bank hesabına «borc», 

«kredit», «ssuda», «qabaqcadan ödəniş» və ya «qrant» təyinatı ilə pul 

vəsaitlərinin köçürülməsi; 

7.17.

 

müştərinin «kredit üzrə ödəniş», «borc üzrə ödəniş» və ya «növbəti 

ödəniş» təyinatı ilə müqavilə münasibətlərində olmadığı fiziki və ya hüquqi 

şəxslərə pul vəsaitlərinin köçürməsi; 



7.18.

 

kifayət qədər izah olmadan bir neçə  şəxsin bir hesaba ödəniş 

etməsi; 

7.19.

 

müştərinin plastik kartlardan istifadə etməklə etibarlılığı  şübhə 

doğuran internet səhifələri vasitəsilə pul vəsaitlərini köçürməsi və ya qəbul 

etməsi; 


7.20.

 

müştərinin gün ərzində ümumilikdə 5`000 manat ekvivalentinə 

bərabər və ya onu keçən məbləğdə vəsaiti bankomat vasitəsilə köçürməsi (kredit 

ödənişi istisna olmaqla); 



7.21.

 

nağd xarici valyutanın mənbəyi haqqında heç bir izahat 

verilməməsi və ya verilən məlumatın həqiqətə uyğun olmaması; 

7.22.

 

bir  şəxsin müxtəlif pul köcürmə sistemləri vasitəsilə eynitipli 

köçürmələr etməsi; 

7.23.

 

hüquqi  şəxs tərəfindən sahibkarlıq fəaliyyəti ilə  məşğul olmayan 

fiziki  şəxsə 3`000 manat ekvivalentinə  bərabər və ya onu keçən, həmçinin 

məbləğindən asılı olmayaraq mütəmadi şəkildə vəsaitin köçürülməsi; 



7.24.

 

fiziki  şəxslər tərəfindən qiymətli kağızlarla (səhmlər, istiqrazlar, 

veksellər və s.) əməliyyatlar üzrə müntəzəm beynəlxalq hesablaşmaların həyata 

keçirilməsi; 



7.25.

 

malların alqı-satqısına (işlərin görülməsinə, xidmətlərin 

göstərilməsinə) dair müqavilənin tələblərini icra edilməməsinə görə rezident 



 

tərəfindən qeyri-rezidentə  təchiz olunmamış malların (görülməmiş  işlərin, 

göstərilməmiş xidmətlərin) ümumi dəyərinin 10 faizindən artıq məbləğdə 

cərimənin (dəbbə pulunun) ödənilməsi; 



7.26.

 

lizinq müqaviləsi  əsasında lizinq alan ilə lizinq predmetini satan 

eyni şəxs olması; 

7.27.

 

qabaqcadan razılaşdırılmış  əməliyyatın  şərtlərinə  dəyişikliklərin 

daxil edilməsi. 

 

 



8.

 

Aşağıdakı meyarlar sığortaçılara, təkrar sığortaçılara və  sığorta 

vasitəçilərinə şamil edilir: 

8.1.

 

müqavilənin daha səmərəli  şərtləri ilə maraqlanmadan, müştərinin 

həmin müqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair şərtlər barəsində qeyri-

adi marağın nümayiş etdirməsi; 



8.2.

 

sığortalının son nəticədə onun üçün maddi baxımdan  əlverişli olub-

olmamasının fərqinə varmadan, sığorta müqaviləsini vaxtından  əvvəl 

dayandırması; 



8.3.

 

şəxs sığorta risklərinə  və  sığorta müqaviləsinin digər  şərtlərinə 

mütənasib olmayan sığorta məbləğləri ilə müşayiət olunan sığorta etdirmək 

təklifi ilə çıxış etməsi; 



8.4.

 

şəxsin sığorta etdirmək üzrə maliyyə imkanlarına aşkar  şəkildə 

mütənasib olmayan məbləğdə  sığorta haqqının nağd və (və ya) birdəfəlik 

ödənilməsi; 



8.5.

 

müqavilənin qüvvədə olduğu müddətdə  sığortalıya birbaşa aidiyyəti 

olmayan şəxsin faydalanan şəxs kimi təyin edilməsi; 

8.6.

 

sığortalının və ya sığorta olunan tərəfindən sığorta müqaviləsi üzrə 

faydalanan şəxs hesab edilməyən digər şəxsə sığorta ödənişinin verilməsi təklifi 

ilə çıxış etməsi; 



8.7.

 

şəxsin 3 ildən az müddətə  həyat sığortası üzrə müqavilə bağlamaq 

təklifi ilə çıxış etməsi; 

8.8.

 

müştərinin iri məbləğdə  sığorta haqqı ödənilməklə bağlanılmış 

sığorta müqaviləsinin qüvvəyə mindiyi tarixdən keçən qısa müddət  ərzində 

həmin müqaviləyə xitam verməklə, sığorta haqqının qaytarılan hissəsinin nağd 

olaraq üçüncü şəxsə ödənilməsini tələb etməsi; 

8.9.

 

həyat sığortası müqaviləsinin bağlanılmasından sonra nağd və ya çek 




 

formasında geri qaytarılması üçün həmin müqaviləyə xitam verilməsi barədə  

müraciət olunması; 

8.10.

 

sığortalının gözlənilmədən həyat sığortası üzrə aylıq sığorta 

ödənişləri üsulunun illik sığorta ödənişləri üsuluna və ya birdəfəlik sığorta 

ödənişi üsuluna dəyişməsi təklifi ilə çıxış etməsi; 



8.11.

 

sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığortalının sığorta 

məbləğinin iri həcmdə artırılması təklifi ilə çıxış etməsi. 

 

9.



 

Aşağıdakı meyarlar qiymətli kağızlar bazarının peşəkar 

iştirakçıları olan brokerlərə, qiymətli kağızların idarə olunması üzrə 

peşəkar fəaliyyəti həyata keçirənlərə və investisiya fondlarına şamil edilir: 

9.1.

 

vəkil edilmiş  şəxsin həyata keçirdiyi əməliyyatlarda benefisiarın və 

ya müştərinin adını eyniləşdirmək istəməməsi; 

9.2.

 

müştərinin öz hesabından digər hesaba qiymətli kağızları  və ya pul 

vəsaitlərini köçürməsi; 

9.3.

 

müştərinin broker hesabını  vəsait saxlamaq məqsədi ilə istifadə 

etməsi və bu vəsaitlə uzun müddət hər hansı qiymətli kağızın ticarətini həyata 

keçirməməsi; 



9.4.

 

eyni  şərtlərlə qiymətli kağızların alışı  və satışı istiqamətində 

tapşırıqlar verilərək ticarət təxəyyülünün yaradılması; 

9.5.

 

 qısa müddət ərzində bir neçə müştərinin eyni qiymətli kağızların alqı 

satqısını həyata keçirmək məqsədi ilə hesab açması; 

9.6.

 

 institusional investorun qeyri müəyyən üçüncü şəxslər adından 

20 000 manatdan artıq həcmdə imtiyazlı və ya kiçik nominallı səhmləri birjadan 

kənar yollarla alması; 



9.7.

 

 nəzarət orqanları tərəfindən qeyri-qanuni fəaliyyətlə məşğul olmaqla 

bağlı tənbeh tədbirləri və ya sanksiyalar tətbiq olunmuş şəxslərin ticarət əqdləri 

bağlaması; 



9.8.

 

monitorinq iştirakçılarının əməkdaşları və ya onların yaxın qohumları 

tərəfindən naməlum şəxslər xeyrinə əməliyyatlar aparılması;  

9.9.

 

 bir biri ilə hər hansı əlaqəsi olmayan şəxslərin pul vəsaitlərinin eyni 

hesaba köçürülməsini tələb etməsi; 

9.10.

 

 investorun  qısa müddət  ərzində investisiya fondunun paylarını 

(səhmlərini) alıb, geri satması  və bunun üçün heç bir aydın məqsədinin 



 

olmaması.  



9.11.

 

ölkə xaricində yerləşən qiymətli kağızlar bazarının tənzimlənməyən 

iştirakçıları  tərəfindən, üçüncü şəxslərin adından çıxış edərək, investisiya 

fondunun payları (səhmləri) ilə bağlı əqdlər bağlanması.  

 

10.

 

Aşağıdakı meyarlar lotereya təşkilatçılarına şamil edilir: 

10.1.

 

şəxsin əldə etdiyi uduşları digər şəxsin bank hesabına daxil etməsini 

xahiş etməsi və ya digər şəxsin uduşunu nağd pula satın alması; 

10.2.

 

eyni bir şəxsin il ərzində iki dəfədən artıq 10`000 manata bərabər və 

ya ondan yuxarı uduşlar udması;

 

 



10.3.

 

şəxsin üçüncü şəxsin adına udulmuş  məbləğ haqqında yazılı arayış 

tələb etməsi. 

 

11.



 

Aşağıdakı meyarlar öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, 

toplayan, verən və ya vəsait köçürən hər hansı qeyri-hökumət təşkilatlarına 

və ya dini təşkilatlara şamil edilir: 

11.1.

 

qeyri-hökumət təşkilatının və ya dini təşkilatın hesabına onun 

məqsədlərinə uyğun gəlməyən təyinatla pul vəsaitlərinin daxil olması; 

11.2.

 

terrorçuluq fəaliyyətində  iştirakı  və ya belə  fəaliyyətlə  əlaqəli 

olması ehtimal edilən şəxsin donor qismində çıxış edərək qrant təklif etməsi. 

 

12.



 

Aşağıdakı meyarlar daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik 

xidmətləri göstərən hüquqi şəxslərə şamil edilir: 

12.1.

 

daşınmaz  əmlakla  əməliyyat üçün əməliyyat iştirakçısı ilə  əlaqəsi 

olmayan şəxsin ödəniş etməsi; 

12.2.

 

müştərinin daşınmaz  əmlak satışından  əldə etdiyi məbləği üçüncü 

şəxsin hesabına daxil edilməsini xahiş etməsi;  

12.3.

 

müştərinin daşınmaz əmlaka baxmadan onu almağa razı olması;  



12.4.

 

müştərinin daşınmaz  əmlak üçün bazar qiymətindən daha çox 

ödəməyə razı olması;  

12.5.

 

müştərinin daşınmaz  əmlak qiymətləndiricisindən qiymətləndirmə 

aktında daşınmaz əmlakın dəyərinin bazar qiymətindən daha yüksək və ya daha 

aşağı göstərməsini xahiş etməsi; 



12.6.

 

müştərinin yaşayış və ya kommersiya binalarını bazar qiymətindən 




 

baha icarəyə götürməyi arzu etməsi və ya icarənin qiyməti ilə maraqlanmaması. 

 

13.

 

Aşağıdakı meyarlar auditor xidməti göstərən şəxslərə şamil edilir: 

13.1.

 

şəxsin adi kommersiya fəaliyyətindən əldə etdiyi mənfəətinin və ya 

dövriyyəsinin həmin sektorda fəaliyyət göstərən təsərrüfat subyektləri ilə 

müqayisədə qeyri-adekvat olması və iqtisadi cəhətdən əsassız olması; 



13.2.

 

şəxsin fəaliyyət sferasına adekvat olmayan nağd pullarla 

əməliyyatların tez-tez həyata keçirilməsi

13.3.

 

şəxsin düzgün və  ədalətli hesabatlılıqdan qaçmaq məqsədilə 

mühasibat uçotu sahəsində  həmişə müxtəlif peşəkarlara müraciət etməsi (onları 

dəyişməsi); 



13.4.

 

əməliyyatlara cəlb olunmamış üçüncü şəxslərə  və ya onlardan 

ödənişlərin həyata keçirilməsi;  

13.5.

 

şirkətin profilinə uyğun olmayan əmtəə və xidmətlərlə əməliyyatlar; 



 

14.

 

Aşağıdakı meyarlar notariuslar, vəkillər və hüquqi xidmət 

göstərən digər şəxslərə şamil edilir: 

14.1.

 

 daşınmaz  əmlakla  əməliyyat üçün əməliyyat iştirakçısı ilə  əlaqəsi 

olmayan şəxsin ödəniş etməsi; 

14.2.

 

satıcının daşınmaz  əmlak satışından  əldə edilmiş  məbləği üçüncü 

şəxsin hesabına daxil edilməsini xahiş etməsi; 

14.3.

 

qeyri-rezidentlər tərəfindən daşınmaz  əmlakla  əməliyyatların  

həyata keçirilməsi; 

14.4.

 

alqı-satqı müqaviləsinin predmeti olan əmlakın qiymətinin faktiki 

bazar dəyərindən əhəmiyyətli dərəcədə fərqlənməsi;  

14.5.

 

qısa müddətdə eyni daşınmaz  əmlakla  əvvəlki  əməliyyatdan 

əhəmiyyətli dərəcədə  fərqlənən qiymət üzrə  (əgər bu fərq daşınmaz  əmlak 

bazarında qiymətlərin artması  və / və ya azalması ilə bağlı deyildirsə) yeni 

əməliyyatın həyata keçirilməsi;  

14.6.

 

şəxsin öz adından fəaliyyət göstərməsinə şübhənin yaranması;  



14.7.

 

müştərinin hüquqi xidmət göstərən  şəxsin vasitəsi ilə iri nağd 

məbləğdə  əməliyyat həyata keçirmək niyyətində olması  və  əmlakın mənbəyi 

haqqında məlumatı təqdim etmək istəməməsi; 



14.8.

 

müştərinin notariusa və ya hüquqi xidmət göstərən digər  şəxsə 



pulların yuyulması şübhəsi doğuran hər hansı digər təkliflə müraciət etməsi. 

Yüklə 85,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə