Microsoft Word yaddas kitab doc



Yüklə 134,32 Kb.
Pdf görüntüsü
tarix26.11.2017
ölçüsü134,32 Kb.
#12689
növüQaydalar


 

Doktorant və dissertantlar üçün



  

Yaddaş kitabçası

  

 (Layihə) 



Sənəd Kodu 

Yeniləmə No 

Hazırl. Tarixi 

Səhifə No 

: ST\02 

: 00 


: 1 / 12 

 

 

1. ÜMUM  MÜDDƏALAR 



 

1.1.  Bu  Qaydalar  Doktoranturaların  yaradılması  və  doktoranturaya  qəbul  qaydalarının  təsdiq 

olunması haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 129№-li 2010-cu il 01 iyul 

tarixli qərarı ilə tənzimlənir. 

1.2. Bu Qaydalar Azərbaycan Respublikasının doktorantura təhsilinin məzmun və təşkilini əks 

etdirən ümumi normalar məcmusudur. 

1.3.  Doktorantura  hazırlığı  ali  təhsilin  üçüncü  səviyyəsidir  və  Azərbaycan  Respublikasının 

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş doktorantura ixtisaslarının (proqramlarının) təsnifatına 

uyğun  müvafiq  ixtisaslar  üzrə  geniş  profilli  alim  və  mütəxəssis  hazırlığının  həyata  keçirilməsini 

təmin edir. 

1.4. Doktoranturada təhsil fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir. 

1.5.  Doktoranturada  təhsilalma  əyani  (istehsalatdan  ayrılmaqla)  və  qiyabi  (istehsalatdan 

ayrılmamaqla) formalar üzrə həyata keçirilir. 

1.6.  Doktorantura  təhsilini  həyata  keçirən  ali  təhsil  müəssisələri  və  elmi  təşkilatlar  elmi  və 

elmi-pedaqoji kadr hazırlığını dissertantlıq (dissertantura) yolu ilə də reallaşdırır. 

1.7. Doktoranturada təhsil dövlət hesabına və ya ödənişli əsaslarla həyata keçirilir.  

1.8.  Fəlsəfə  doktoru  proqramı  üzrə  doktoranturada  əyani  təhsil  müddəti  3  il,  qiyabi  4  il, 

dissertantlıq yolu ilə 4 ildir. Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 

il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir. 

1.9. Doktorantura təhsilinin əsas məqsədi təhsil sahəsində dövlət siyasətinə uyğun olaraq, eləcə 

də cəmiyyətin və əmək bazarının tələbi nəzərə alınaraq, müxtəlif elm sahələri üzrə yüksək ixtisaslı 

elmi və elmi-pedaqoji kadrların hazırlanmasıdır. 

 

2. DOKTORANTLARIN  HAZIRLIĞI (Fəlsəfə doktoru proqramı üzrə

 

 2.1. Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir: 



•  ərizə (rektorun adına);  

•  kadrların şəxsi-qeydiyyat vərəqi;  

•  tərcümeyi-hal;  

•  2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);  

•  iş yerindən xasiyyətnamə;  

•  iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;  

•  çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;  

•  ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti 

(xarici  ölkələrdə  təhsil  almış  Azərbaycan  Respublikasının  vətəndaşları  üçün  təhsil 

haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);  

•  şəxsiyyəti təsdiq edən sənədin surəti. 

 

 




 

Doktorant və dissertantlar üçün



  

Yaddaş kitabçası

  

 (Layihə) 



Sənəd Kodu 

Yeniləmə No 

Hazırl. Tarixi 

Səhifə No 

: ST\02 

: 00 


: 2 / 12 

 

2.2.  Doktoranturanın  (keçmiş  aspiranturanın)  tam  kursunu  bitirən  şəxs  eyni  ixtisas  üzrə 



təkrarən doktoranturaya qəbul oluna bilməz. 

2.3.  Sənədlərin  qəbulu  forması,  qaydaları,  qəbul  planı  və  imtahanların  keçirilmə  müddəti 

haqqında  kütləvi  informasiya  vasitələrində  qəbulu  həyata  keçirən  müəssisə  tərəfindən  müvafiq 

elan verilir. 

2.4. Doktoranturaya qəbul ali təhsil müəssisələri tərəfindən müəyyən edilən müddətlərdə hər il 

keçirilir.



 

 

2.5.  Sənədlərin  qəbulu  üçün  doktoranturanın  fəaliyyət  göstərdiyi  ali  təhsil  müəssisəsinin  və 



elmi  təşkilatın  rəhbərinin  (və  ya  elmi  işlər  üzrə  müavininin)  sədrliyi  ilə  qəbul  komissiyası 

yaradılır.  Qəbul  komissiyası  fakültə,  kafedra,  şöbə,  bölmə,  laboratoriya  rəhbərlərindən,  aparıcı 

ə

məkdaşlardan  və  bir  qayda  olaraq,  doktorantların  nəzərdə  tutulan  rəhbərlərindən  təşkil 



olunmalıdır. 

2.6.  Doktoranturaya  qəbul  olmaq  istəyən  şəxslərin  ixtisas  uyğunluğu  qəbul  komissiyası 

tərəfindən müəyyən edilir. 

2.7. Doktoranturaya qəbul olmaq istəyən şəxslə nəzərdə tutulan elmi rəhbər müsahibə keçirir və 

rəhbərliyi həyata keçirmək barədə razılıq və ya imtina qərarını yazılı surətdə qəbul komissiyasına 

təqdim edir.  mtina olunduğu halda digər elmi rəhbər təklif edilir. 

2.8. Qəbul komissiyası nəzərdə tutulan rəhbərin rəyi və təqdim edilən digər sənədlər əsasında 

imtahanlara  buraxılmaq  haqqında  qərar  qəbul  edir  və  bu  barədə  bir  həftədən  gec  olmayaraq 

iddiaçıya  bildiriş  göndərir.  Bildiriş  doktoranturanın  fəaliyyət  göstərdiyi  ali  təhsil  müəssisəsi  və 

elmi təşkilat rəhbərləri tərəfindən imzalanır və bu bildiriş iş yerindən məzuniyyət almaq hüququ 

verir. 

2.9. Doktoranturaya qəbul olmaq istəyənlər aşağıdakı fənlər üzrə qəbul imtahanları verirlər:  



•  xtisas fənni,  

• Xarici dili (rus dili istisna olmaqla, seçim sərbəstdir); 

• Fəlsəfə (magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində)  

2.10. Qəbul imtahanlarını keçirmək məqsədi ilə ali təhsil müəssisələrində və elmi təşkilatlarda 

müvafiq fənlər üzrə imtahan komissiyaları yaradılır. 

2.11.  xtisas  fənnindən  qəbul  imtahanını  doktoranturanın  fəaliyyət  göstərdiyi  ali  təhsil 

müəssisəsinin  rektoru  tərəfindən  yaradılan  komissiya  həyata  keçirir.  Komissiyanın  tərkibində 

müvafiq ixtisas üzrə ən azı iki elmlər doktoru və ya professor olmalıdır. Nəzərdə tutulan rəhbərlər 

də komissiyanın üzvü ola bilərlər.  

2.13. Bərabər ballar toplandığı halda, müsabiqədə ixtisas fənnindən daha yüksək qiymət alan və 

çap edilmiş elmi əsərləri olan şəxslərə üstünlük verilir. 

 

Dissertasiya mövzuları və elmi rəhbərlər haqqında qərar 

2.14.  Ali  təhsil  müəssisələri  və  elmi  təşkilatların  elmi  şuraları  doktorantların  dissertasiya 

mövzularını  və  elmi  rəhbərlərini  onların  qəbul  komissiyaları  tərəfindən  doktoranturaya  qəbul 

olunmaları haqqında qərar qəbul etdikləri gündən 1 aydan gec olmamaq şərtilə təsdiq edir. 

 

 




 

Doktorant və dissertantlar üçün



  

Yaddaş kitabçası

  

 (Layihə) 



Sənəd Kodu 

Yeniləmə No 

Hazırl. Tarixi 

Səhifə No 

: ST\02 

: 00 


: 3 / 12 

 

2.15.  Doktoranturaya  qəbul  haqqında  qərarın  (əmrin)  surəti  doktoranturaya  istehsalatdan 



ayrılmaqla  qəbul  olunmuş  şəxs  ilə  işəgötürən  arasında  olan  əmək  müqaviləsinə  xitam  vermək 

üçün əsasdır. 

2.16.  Doktoranturaya  istehsalatdan  ayrılmaqla  qəbul  olunan  şəxslərin  əmək  kitabçası 

doktoranturaya qəbul olunduğu müəssisəyə və ya elmi təşkilata təqdim edilir. 

2.17.  Müxtəlif  ixtisasları  əhatə  edən  mövzular  üzrə  elmi  tədqiqatlar  apararkən  doktoranta  iki 

elmi  rəhbər,  yaxud  rəhbər  və  məsləhətçi  təyin  oluna  bilər.  Onlardan  biri  fəlsəfə  doktoru  (elmlər 

namizədi) ola bilər. 

2.18. Bir elmi rəhbərə təhkim olunan doktorantların sayı 5 nəfərdən artıq olmamaq şərtilə, ali 

təhsil müəssisəsi və elmi təşkilatların elmi şuraları tərəfindən müəyyən olunur və rəsmiləşdirilir. 

2.19. Doktoranturada təhsil müddətində doktorant ali təhsil müəssisəsinin elmi şurası tərəfindən 

təsdiq edilmiş fərdi iş planı əsasında fəaliyyət göstərir. 

 

Doktorantın təhsil müddətində vəzifələri: 

 

2.20. Doktorant təhsil müddətində: 



•  Peşə biliklərinə dərindən yiyələnməli;  

•  Müstəqil elmi tədqiqat işi aparmaq vərdişləri əldə etməli;  

•  Elmi tədqiqatlar aparmaq metodologiyasını mənimsəməli;  

•  Fərdi iş planını tam yerinə yetirməli;  

•  xtisas  fənnindən  (həmçinin  ixtisas  uyğunluğu  nəzərə  alınmaqla,  digər  fəndən), 

informatikadan və xarici dildən doktorluq imtahanlarını verməli;  

•  Elmi tədqiqatlarının nəticələrini əks etdirən məqalələr dərc etdirməli;  

•  Elmi tədqiqatlarının nəticələrini aprobasiya etdirməli;  

•  Elmi tədqiqat işini bitirməlidir. 

2.21.  Doktorant  fərdi  iş  planının  yerinə  yetirilməsi  barədə  vaxtaşırı  şöbə,  bölmə,  kafedra, 

laboratoriya iclaslarında hesabat verir. 

2.22.  Doktorantlar  dissertasiya  mövzusu  üzrə  tədqiqat  işi  aparmaq  üçün  ali  təhsil 

müəssisələrinin  və  elmi  təşkilatların  elmi  işçiləri  ilə  bərabər  kitabxanadan,  laboratoriyadan, 

mövcud  avadanlıqlardan  istifadə  etmək,  ezamiyyətlərə,  o  cümlədən,  xarici  ölkələrə  getmək, 

ekspedisiyalarda iştirak etmək hüququna malikdirlər. 

 

Doktorantların və dissertantların attestasiyası 

 

2.23. Doktorantlar və dissertantlar ildə bir dəfədən az olmamaq şərtilə, ali təhsil müəssisələri və 



elmi  təşkilatlar  tərəfindən  təsdiq  olunmuş  attestasiya  haqqında  əsasnamələrə  uyğun  olaraq, 

attestasiyadan  keçməlidirlər.  Attestasiyanın  keçirilmə  müddəti  ali  təhsil  müəssisəsi  və  elmi 

təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir. Doktorantın növbəti tədris ilində təhsilini davam 

etdirməsi attestasiyanın nəticəsinə əsasən müəyyən edilir. 

2.24.  Ali  təhsil  müəssisələrinin  və  elmi  təşkilatların  elmi  şuralarında  doktorantların  elmi 

rəhbərlərinin vaxtaşırı hesabatları dinlənilir. 




 

Doktorant və dissertantlar üçün



  

Yaddaş kitabçası

  

 (Layihə) 



Sənəd Kodu 

Yeniləmə No 

Hazırl. Tarixi 

Səhifə No 

: ST\02 

: 00 


: 4 / 12 

 

2.25.  Doktoranturada  fərdi  iş  planını  yerinə  yetirən  və  elmi-tədqiqat  işini  bitirən  şəxslər 



“Fəlsəfə doktoru” elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsinə buraxılırlar. 

2.26. Doktoranturada təhsil doktorantın (dissertantın) fərdi iş planı əsasında həyata keçirilir. Bu 

planın nümunəsi Doktorantura şöbəsi tərəfindən verilir və üç aydan gec olmayan müddət ərzində 

doktorant  (dissertant)  və  onun  elmi  rəhbəri  tərəfindən  bütöv  təhsil  müddəti  üçün  tərtib  edilir  və 

lazımi imzalar təmin edilərək Doktorantura şöbəsinə verilir. 

2.27.  Doktorant  və  dissertantların  attestasiyası  ildə  bir  dəfə  dekabr  ayında  keçirilir. 

Attestasiyanın  keçirilməsində  məqsəd  doktorant  və  dissertantın  fərdi  iş  planında  cari  il  üçün 

nəzərdə tutulmuş fəaliyyətinin dəyərləndirilməsidir. 

2.28.  Attestasiyanın  keçirilməsi  üçün  doktorant  (dissertant)  Doktorantura  şöbəsindən  Fərdi  iş 

planını götürür, attestasiya olunan il üçün yerinə yetirdiyi işlər haqqında lazımi qeydləri aparır və 

kafedraya  təqdim  edir.  llik  təhsil  haqqını  ödəməyən  doktorant  və  dissertantlar  attestasiyaya 

buraxılmır. Bu haqqda kafedralar doktorantura şöbəsi tərəfindən məlumatlandırılır. 

2.29.  Doktorant  (dissertant)  elmi  rəhbərinin  də  iştirak  etdiyi  kafedra  iclasında  cari  il  ərzində 

yerinə yetirdiyi işlər haqqında hesabat verir və fərdi iş planında nəzərdə tutulan işlərin nəticələrini 

təqdim edir. Doktorant (dissertant) eyni zamanda sonrakı il üçün iş planı haqqında məlumat verir. 

Elmi rəhbər isə hesabat müddəti ərzində doktorantın (dissertantın) fəaliyyətinə qiymət verməlidir. 

Attestasiya  keçirildikdən  sonra  fərdi  iş  planı  imzalanır  və  kafedranın  müzakirə  protokolundan 

çıxarışla  birlikdə  Doktorantura  şöbəsinə  təqdim  edilir.  Kafedra  tərəfindən  attestasiya  aşağıdakı 

kimi qəbul edilir: 

•  Attestasiya  olunsun  (nəzərdə  tutulan  işlər  tam  həcmdə  yerinə  yetirilib  və  növbəti  ildə 

təhsilini davam etdirməsi tövsiyə olunur). 

•  Şərti  olaraq  attestasiya  olunsun  (nəzərdə  tutulan  işlərin  müəyyən  hissəsi  yerinə  yetirilib 

və  kafedra  tərəfindən  müəyyən  edilmiş  müddət  ərzində  tam  həcmdə  yerinə  yetirilməsi 

tələb edilir). 

•  Attestasiya  olunmasın  (üzürlü  olmayan  səbəbdən  nəzərdə  tutulan  işlər  yerinə 

yetirilməmişdir). 

     2.30.  Doktorantın  (dissertantın)  fərdi  iş  planının  yerinə  yetrilməsinə  kafedra  tərəfindən 

müntəzəm  olaraq  nəzarət  edilir.  Attestasiyanın  keçirilmə  qrafiki  kafedra  rəhbərliyi  ilə 

razılaşdırılaraq doktorantura şöbəsi tərəfindən hazırlanır və doktorant və dissertantlara qabaqcadan 

bildirilir. 

2.31.  Ali  təhsil  müəssisələrinin  və  elmi  təşkilatların  rəhbərləri  doktorantlara  fərdi  iş  planının 

yerinə  yetirilməsində,  zəruri  avadanlığın,  həmçinin  elmi  tədqiqat  işinin  mövzusu  ilə  bağlı 

materialların əldə edilməsində yardım göstərməlidirlər. 

Qeyd:

  Attestasiya  adətən  hər  il  dekabr  ayında  keçirilir.  Attestasiya  doktorantın  (dissertantın) 

 təhkim  olunduğu  kafedrada  keçirilir.  Doktorant  (dissertant)   və  onun  elmi  rəhbəri  cari  il  üçün 

nəzərdə tutulan planın yerinə yetirilməsi haqqında hesabat verir və növbəti il üçün nəzərdə tutulan 

elmi  fəaliyyəti  haqqında  iclas  iştirakçılarına  məlumat  verir.  Attestasiyanın  nəticəsi  kafedranın 

iclas  protokolunda  əksini  tapmalıdır.  Kafedranın  iclas  protokolundan  çıxarış  və  doktorantın 

hesabatı doktorantura şöbəsinə təqdim olunmalıdır. 

 



 

Doktorant və dissertantlar üçün



  

Yaddaş kitabçası

  

 (Layihə) 



Sənəd Kodu 

Yeniləmə No 

Hazırl. Tarixi 

Səhifə No 

: ST\02 

: 00 


: 5 / 12 

 

Üzürsüz  səbəblərə  görə  fərdi  iş  planını  yerinə  yetirməyən,  təhkim  olunduğu  kafedra  ilə  əlaqə 



saxlamayan şəxs attestasiyadan keçməmiş hesab olunur və doktoranturadan xaric olunur. 

 

 



Doktorantların mükafatlandırılması və elmi-pedaqoji işlərə cəlb 

olunması  

 

2.27.  Dövlət  hesabına  əyani  təhsil  alan  doktorantlara  qanunvericiliklə  müəyyən  olunmuş 



məbləğdə  təqaüd  ödənilir  və  hər  il  məzuniyyət  verilir.  Fərdi  iş  planını  müvəffəqiyyətlə  yerinə 

yetirən doktorantlara müxtəlif adlı təqaüdlər və  ya ali təhsil müəssisələrinin və elmi təşkilatların 

daxili imkanları hesabına əlavə ödənişlər təyin oluna bilər. 

2.28. Əyani təhsil alan doktorantlar elmi rəhbərin razılığı ilə təhsil aldıqları ali təhsil müəssisəsi 

və elmi təşkilatda 0,5 ştat vahidi ilə müvafiq elmi və ya elmi-pedaqoji işlərə cəlb oluna bilərlər. 

 

3. DOKTORANTLARIN  HAZIRLIĞI  (Elmlər doktoru proqramı üzrə

 

3.1. Elmlər doktoru proqramı üzrə  doktoranturaya seçdikləri sahədə elmi və  ya  elmi-pedaqoji 



nailiyyəti  olan,  fundamental  tədqiqatları  yüksək  səviyyədə  aparmağa  qadir  və  “Fəlsəfə  doktoru” 

(elmlər  namizədi)  elmi  (alimlik)  dərəcəsi  olan  Azərbaycan  Respublikasının  vətəndaşları  qəbul 

edilirlər. 

3.2. Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir: 

•  ərizə  (doktoranturanın  fəaliyyət  göstərdiyi  müəssisənin  və  yaxud  təşkilatın  rəhbərinin 

adına);  

•  kadrların şəxsi-qeydiyyat vərəqi;  

•  tərcümeyi-hal;  

•  2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);  

•  iş yerindən xasiyyətnamə;  

•  əmək kitabçasından çıxarış;  

•  çap olunmuş elmi işlərin siyahısı;  

•  “Fəlsəfə  doktoru”  və  ya  “Elmlər  namizədi”  elmi  (alimlik)  dərəcəsi  diplomunun  müvafiq 

qaydada təsdiq edilmiş surəti;  

•  ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti 

(xarici  ölkələrdə  təhsil  almış  Azərbaycan  Respublikasının  vətəndaşları  üçün  təhsil 

haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);  

•  şəxsiyyəti təsdiq edən sənədin surəti. 

3.3.  Ali  təhsil  müəssisəsinin,  elmi  təşkilatın  elmi  şurası  “Elmlər  doktoru”  elmi  dərəcəsinə 

iddiaçı  haqqında  müvafiq  şöbə,  bölmə,  kafedra  və  ya  laboratoriyanın  təqdimatı  əsasında 

doktoranturaya qəbul, dissertasiyanın mövzusu, fərdi iş planı və elmi məsləhətçisi (məsləhətçilər) 

haqqında qərar qəbul edir. Həmin qərar ali təhsil müəssisələrinin və elmi təşkilatların fəaliyyətini 

tənzimləyən nizamnaməyə (əsasnaməyə) uyğun olaraq rəsmiləşdirilir. 

3.4. Elmi məsləhətçiyə qanunvericiliklə müəyyən edilmiş qaydada əməkhaqqı ödənilir. 




 

Doktorant və dissertantlar üçün



  

Yaddaş kitabçası

  

 (Layihə) 



Sənəd Kodu 

Yeniləmə No 

Hazırl. Tarixi 

Səhifə No 

: ST\02 

: 00 


: 6 / 12 

 

3.5. Zəruri hallarda doktorantlar aparıcı elmi mərkəzlərə (o cümlədən, xaricdə yerləşən) ezam 



oluna bilərlər. Ezamiyyət xərcləri qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilir. 

3.6. Doktorantlar hər il ali təhsil  müəssisəsi və elmi təşkilatın elmi şurasına fərdi iş planının 

yerinə yetirilməsi haqqında hesabat verir və həmin hesabat əsasında onun doktoranturada təhsilini 

davam etdirməsi barədə qərar qəbul olunur. 

3.7.  Doktorant  təhsil  müddəti  ərzində  dissertasiya  işini  başa  çatdırmalı,  aprobasiyasını 

keçirməli və müəyyən olunmuş qaydada onu müdafiəyə təqdim etməlidir. 

3.8.  Dövlət  hesabına  əyani  təhsil  alan  doktorantlara  qanunvericiliklə  müəyyən  olunmuş 

məbləğdə təqaüd ödənilir və hər il məzuniyyət verilir. 

 

 

 



4. D SSERTANTLIQ YOLU  LƏ YÜKSƏK XT SASLI ELM  VƏ ELM -PEDAQOJ  

KADRLARIN HAZIRLANMASI 

 

      4.1.Dissertantlıq  yolu  ilə  yüksək  ixtisaslı  elmi  və  elmi-pedaqoji  kadrların  hazırlanması  ali 

təhsil  müəssisələrində,  elmi  və  digər  təşkilatlarda  çalışan  mütəxəssislərin  istehsalatdan 

ayrılmamaqla  elmi  dərəcənin  alınması  üçün  təhkim  olunmaqla  dissertasiya  işinin  yerinə  yetiril-

məsini təmin edir. 

      4.2.Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq hüququna ali təhsilli (ali təhsil 

pilləsinin  magistratura  səviyyəsini  bitirən,  yaxud  təhsili  ona  bərabər  tutulan,  tibbi  təhsildə  isə 

həkim  və  həkim-mütəxəssis),  müvafiq  tədqiqat  sahəsində  müəyyən  müvəffəqiyyətləri  olan  ali 

təhsil müəssisələrinin, elmi və digər təşkilatların elmi və elmi-pedaqoji kadrları malikdirlər.  

    4.3.  «Elmlər doktoru» elmi dərəcəsinin dissertantlıq  yolu ilə alınması  üçün  «Fəlsəfə  doktoru» 

(elmlər namizədi) elmi dərəcəsinin olması əsas şərtdir.  

    4.4. Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant 

olmaq hüququna malik deyillər. 

    4.5.  Doktoranturada  tam  təhsil  müddətini  başa  vurmuş  şəxslər  eyni  ixtisas  üzrə  dissertantlıq 

yolu ilə təhsil almaq hüququna malik deyillər. 

    4.6. Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, bir qayda olaraq, elmi və elmi-pedaqoji iş 

stajına malik olmalıdırlar. 

     4.7. Dissertantlıq yolu ilə təhsil almaq üçün aşağıdakı sənədlər təqdim edilir: 

•  ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adı-

na); 


•  kadrların şəxsi-qeydiyyat vərəqi; 

•  tərcümeyi-hal; 

•  2 ədəd fotoşəkil (3x4 sm ölçüdə); 

•  iş yerindən xasiyyətnamə; 

•  əmək kitabçasından çıxarış; 

•  çap  olunmuş  elmi  işlərin  siyahısı  və  ya  seçilmiş  ixtisas  üzrə  referat  (fəlsəfə  doktoru 

hazırlığı üzrə); 



 

Doktorant və dissertantlar üçün



  

Yaddaş kitabçası

  

 (Layihə) 



Sənəd Kodu 

Yeniləmə No 

Hazırl. Tarixi 

Səhifə No 

: ST\02 

: 00 


: 7 / 12 

 

•  ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti 



(xarici  ölkələrdə  təhsil  almış  Azərbaycan  Respublikasının  vətəndaşları  üçün təhsil 

haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə); 

•  «Elmlər  doktoru»  elmi  dərəcəsi  iddiaçısı  üçün  fəlsəfə  doktoru  (elmlər  namizədi) 

diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti; 

•  çap olunmuş elmi əsərlərin siyahısı (elmlər doktoru hazırlığı üzrə); 

•  şəxsiyyəti təsdiq edən sənədin surəti. 

 

      4.8.Ali təhsil müəssisəsinin və elmi təşkilatın elmi şurası müvafiq şöbə, bölmə, kafedra və ya 



laboratoriyanın  təqdimatı  əsasında  iddiaçının  dissertant  təhkim  olunması,  onun  dissertasiya 

mövzusu, fərdi iş planı və elmi rəhbəri (məsləhətçisi) haqqında qərar qəbul edir. Rektorun razılığı 

ə

sasında  al  itəhsil  müəssisəsi  və  ya  elmi  təşkilatın  rəhbəri  iddiaçının  təhkim  olunması  haqqında 



ə

mr verir. 

      4.9  «Fəlsəfə  doktoru»  və  «Elmlər  doktoru»  elmi  dərəcəsi  üzrə  doktoranturada  təhsil  alan 

şə

xslərin hüquq və vəzifələri dissertantlıq yoluilə təhsilalan şəxslərə (doktorantlara) də şamiledilir. 



      4.10  «Fəlsəfə  doktoru»  elmi  dərəcəsi  üzrə  dissertantlıq  yolu  ilə  təhsil  alan  şəxslər  müəyyən 

olunmuş  qaydada  ixtisas  fənnindən,  fəlsəfə,  informatika  və  xarici  dildən,  həmçinin  ixtisas 

uyğunluğu nəzərə alınmaqla, digər fəndəndə doktorluq imtahanları verirlər. 

       4.11.Dissertantlıq  yolu  ilə  təhsilalan hər  bir  şəxsin  elmi  rəhbərlərinə  və  məsləhətçilərinə 

qanunvericiliklə müəyyənedilmiş qaydada əmək haqqı ödənilir. 

       4.12.Dissertasiya işini tamamlamaq məqsədi ilə fəlsəfə doktoru və elmlər doktoru proqramları 

üzrə  dissertant  təhkim  olunmuş  şəxslərə  Elmi  Şuranın  qərarına  əsasən  iş  yerindən 

qanunvericilikdə müəyyən edilmiş müddətə yaradıcılıq məzuniyyəti verilir. 

  

5. FƏLSƏFƏ DOKTORU ELM  DƏRƏCƏS  ALMAQ ÜÇÜN TƏQD M ED LM Ş 

D SSERTAS YA  ŞLƏR NƏ QOYULAN TƏLƏBLƏR         

 

         Fəlsəfə  doktoru  elmi  dərəcəsi  almaq  üçün  təqdim  edilmiş  dissertasiya  iddiaçının  müstəqil 

elmi işi olaraq aşağıdakı tələblərdən birinə cavab verməlidir: 

•  Dissertasiyada  müvafiq  elm sahəsi  üçün böyük  əhəmiyyət  kəsb edən hər  hansı məsələnin 

yeni həlli təklif olunur; 

•  Böyük  tətbiqi  əhəmiyyəti  olan  iqtisadi,  texniki  və  texnoloji  işləmələrin  təkmilləşdirilmiş 

elmi şərhi verilir. 

 

6. ELMLƏR DOKTORU ELM  DƏRƏCƏS  ALMAQ ÜÇÜN TƏQD M ED LM Ş 

D SSERTAS YA  ŞLƏR NƏ QOYULAN TƏLƏBLƏR         

 

Elmlər  doktoru  elmi  dərəcəsi  almaq  üçün  təqdim  edilmiş  elmlər  doktoru  dissertasiyası 

iddiaçının müstəqil elmi işi olaraq aşağıdakı tələblərdən birinə cavab verməlidir: 

 



 

Doktorant və dissertantlar üçün



  

Yaddaş kitabçası

  

 (Layihə) 



Sənəd Kodu 

Yeniləmə No 

Hazırl. Tarixi 

Səhifə No 

: ST\02 

: 00 


: 8 / 12 

 

• 

ddiaçının  apardığı  elmi-tədqiqatlar  və  araşdırmalar  mühüm  sosial-mədəni  və  ya  iqtisadi 



ə

həmiyyət kəsb edən yeni və böyük elmi problemin həllini təmin edir; 

•  Dissertasiya  işində  müvafiq  elmi  sahənin  perspektiv  inkişafı  üçün  böyük  nailiyyət  hesab 

edilə bilən yeni nəzəri müddəalar işlənib hazırlanır; 

 

•  Elmi-texniki  tərəqqini  sürətləndirməyə  əhəmiyyətli  töhfə  verən,  elmi  cəhətdən 



ə

saslandırılmış iqtisadi, texniki və texnoloji işləmələr həll olunur; 

• 

ddiaçı  fəlsəfə  doktoru  dissertasiyasının  müdafiəsinə  çıxardığı  elmi  müddəaları  və 



nəticələri elmlər doktoru dissertasiyasının müdafiəsinə çıxara bilməz. 

 

7. D SSERTAS YALARIN ƏSAS ELM  NƏT CƏLƏR N N NƏŞR   

        Dissertasiyaların  əsas  elmi  nəticələri  onun  ilkin  ekspertizasına  qədər  Azərbaycan 

Respublikasının  elmi  nəşrlərində  və  xarici  ölkələrin  nüfuzlu  (beynəlxalq  elmi  ictimaiyyət 

tərəfindən birmənalı olaraq qəbul olunmuş elmi- praktiki) elmi nəşrlərində dərc olunmalıdır. 

         ddiaçıların fəlsəfə doktoru dissertasiyalarının nəticələrinə dair ən azı beş, o cümlədən xarici 

ölkələrdə nəşr olunan nüfuzlu  jurnallarda bir, elmlər doktoru  dissertasiyalarının nəticələrinə dair 

isə ən azı iyirmi, o cümlədən xarici ölkələrdə nəşr olunan nüfuzlu jurnallarda humanitar və ictimai 

elmlər  üzrə  üç,  təbiət  elmləri  üzrə  isə  altı  məqaləsi  dərc  edilməlidir.  Elmlər  doktoru 

dissertasiyalarının  müdafiəsi  üçün  iddiaçıların  ümumiləşdirici  işlərinin,  humanitar  və  ictimai 

elmlər üzrə isə monoqrafiyanın olması zəruridir.  

       Dissertasiyanın  əsas  elmi  nəticələrini  əks  etdirən  dərc  olunmuş  işlərə,  əlavə  olaraq  ixtiralar 

haqqında  müəlliflik  şəhadətnamələri,  sənaye  nümunələri  və  patentlər,  ümumrespublika  və 

beynəlxalq  konfrans  və  simpoziumların  nəticələri  üzrə  dərc  olunmuş  məruzə  və  tezislər, 

elektronelmi nəşrlər də aiddir.Ümumrespublika konfrans və simpoziumlarının nəticələri üzrə dərc 

olunmuş məruzə və tezislərə, habelə elektron nəşrlərə dair tələblər komissiya tərəfindən müəyyən 

edilir. 


 

8. D SSERTAS YALARIN TƏRT B  QAYDALARI 

 

•  Dissertasiyanın strukturu: 

•  Üz vərəqi; 

•  Mündəricat; 

• 

xtisarların siyahısı (dissertasiyada varsa); 



•  Giriş; 

•  Əsas hissə (dissertasiyanın məzmunu); 




 

Doktorant və dissertantlar üçün



  

Yaddaş kitabçası

  

 (Layihə) 



Sənəd Kodu 

Yeniləmə No 

Hazırl. Tarixi 

Səhifə No 

: ST\02 

: 00 


: 9 / 12 

 

•  Nəticə; 



• 

stifadə edilmiş ədəbiyyat; 

•  Əlavələr; 

Dissertasiya  çap  olunarkən  qeyd  olunan  ardıcıllıq  gözlənilməlidir.

 

Kompyuterdə 



dissertasiyaların mətni Times New Roman -14 şriftləri ilə çap olunmalıdır. Dissertasiyanın mətni  

 

boş  sahələrin  göstərilən  ölçüləri  gözlənilməklə  çap  edilir:  sol  boş  sahə  –  30  mm,  sağ  –  10  mm, 



yuxarı və aşağı –20 mm. Elmlər doktoru dissertasiyasının həcmi 200-250 səhifə, fəlsəfə doktoru 

dissertasiyasının həcmi 100-150 səhifə (şəkillər, cədvəllər, qrafiklər, əlavələr və ədəbiyyat siyahısı 

istisna olmaqla) olmalıdır. Humanitar elmlər üzrə dissertasiyanın həcmi 20-30% artıq ola bilər. 

 

 



9. D SSERTAS YANIN AVTOREFERATI 

 

        Avtoreferatda dissertasiyanın əsas ideyaları və nəticələri şərh olunmalı, onun yenilik dərəcəsi 

və  tədqiqatın  nəticələrinin  elmi  və  praktiki  əhəmiyyəti,  aparılan  tədqiqatlarda  müəllifin  şəxsi 

töhfəsi göstərilməlidir. 

         Elmlər  doktoru  dissertasiyasının  avtoreferatı  iki  çap  vərəqi  (32  səhifə),  fəlsəfə  doktoru 

dissertasiyasının  avtoreferatı  isə  bir  çap  vərəqi  (16  səhifə)  həcmində  (əsərlərin  siyahısı  və 

xülasələr istisna olmaqla), mətni A5 formatda (210x148 mm) boş sahələrin ölçüləri gözlənilməklə 

çap  edilir:  sol,  sağ,  yuxarı  –  15  mm,  aşağı  boş  sahə  –  20  mm;  sətirlərarası  interval  –  1,  şriftin 

ölçüsü – 11 olmalıdır. Avtoreferatın çapı zamanı “Dissertasiyaların tərtibi qaydaları”nda nəzərdə 

tutulmuş şriftlərdən istifadə olunmalıdır. 



 

10. AZƏRBAYCAN RESPUBL KASINDA D SSERTAS YALARIN 

Ə

SAS NƏT CƏLƏR N N DƏRC OLUNMASI TÖVS YƏ ED LƏ



 

Dövri elmi nəşrlərin siyahısı( qtisad elmləri üzrə): 

 

1. AMEA-nın Məruzələri - AMEA 



2. AMEA-nın Xəbərləri. Iqtisadiyyat elmləri seriyası-AMEA 

3. AMEA  qtisadiyyat  nstitutunun Elmi Əsərlər Toplusu-AMEA  qtisadiyyat  nstitutu 

4  Azərbaycan  Elmi  Tədqiqat  Kənd  Təsərrüfatının  qtisadiyyatı  və  Təşkili  nstitutunun  Elmi 

Ə

sərləri- Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının  qtisadiyyatı və Təşkili  nstitutu 



5 Bakı Universitetinin Xəbərləri. Sosial-siyasi elmlər seriyası- Bakı Dövlət Universiteti 

6  Naxçıvan  Dövlət  Universiteti.  Elmi  Əsərlər.  ctimai  elmlər  seriyası/  Naxçıvan  Dövlət 

Universiteti 

7 Azərbaycan Aqrar Elmi-Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi 

 



 

Doktorant və dissertantlar üçün



  

Yaddaş kitabçası

  

 (Layihə) 



Sənəd Kodu 

Yeniləmə No 

Hazırl. Tarixi 

Səhifə No 

: ST\02 

: 00 


: 10 / 12 

 

8 The Journal of Economic Sciences: theory and practice (ingilis dilində)- Azərbaycan Dövlət 



qtisad Universiteti 

9 Dirçəliş –XXI əsr Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər  nstitutu 

10 AMEA-nın Xəbərləri. Elm və innovasiya seriyası- AMEA  

11 Audit / Bakı Biznes Universiteti 

12  Əmək  və  Sosial  Problemlər  Azərbaycan  Respublikası/  Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi 

Nazirliyi Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi 

13 Odlar Yurdu Universitetinin Elmi və Pedaqoji Xəbərləri Odlar Yurdu Universiteti 

14 Azərbaycanın Vergi Jurnalı Azərbaycan Vergilər Nazirliyi 

15  pək Yolu / Azərbaycan Universiteti 

16 Journal of Qafqaz University. Economics and Administration Qafqaz Universiteti 

17 Azərbaycan Neft Təsərrüfatı// Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 

18  AMEA  Naxçıvan  Bölməsinin  Xəbərləri.  ctimai  və  humanitar  elmlər  seriyası//  AMEA 

Naxçıvan Bölməsi 

19  Beynəlxalq  hüquq  və  inteqrasiya  problemləri//  Bakı  Dövlət  Universiteti.    Geostrategiya 

“Kaspi” Geosiyasi Araşdırmalar Mərkəzi 

21 Maliyyə və uçot Аzərbaycan Рespublikası Maliyyə Nazirliyi və Redaksiyanın əmək kollektivi 

22 Kooperasiya // Azərbaycan Kooperasiya Universiteti 

23 Gənc Alimlərin Əsərləri AMEA Gənclərin  ntellektual  nkişaf Mərkəzi, Azərbaycan 

Respublikası Gənclər və  dman Nazirliyi, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər 

Cəmiyyəti. 

24.Gənc  tədqiqatçıların  AMEA  və  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi  tərəfindən  təşkil 

olunmuş respublika elmi konfranslarının materialları. 

25.Beynəlxalq və respublika miqyaslı simpozium, elmi konfrans və digər mühüm elmi tədbirlərin 

materialları. 

      Dövri elmi nəşrin redaksiyasına doktorant və dissertantlardan həmin elmi nəşrdə məqalələrin 

dərc  olunması  üçün  rüsum  alınmasına  icazə  verilmir  (Azərbaycan  Respublikasında 

dissertasiyaların  əsas  nəticələrinin  dərc  olunması  tövsiyə  edilən  dövri  elmi  nəşrlər  qarşısında 

qoyulan tələblər). 

 

Qeyd:  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Ali  Attestasiya  Komissiyası  Web  of 

Science  bazasının  (www.thomsonreuters.com)  üç  sitatgətirmə  sistemindən  hər  hansı  birinə  daxil 

olan jurnalları birmənalı şəkildə nüfuzlu xarici elmi jurnallar hesab edir: 

•  Science Citation Index Expanded (dəqiq, təbiət və texniki elmlər üzrə baza); 

•  Social Science Citation Index (sosial elmlər üzrə baza); 

•  Arts and Humanities Citation Index (incəsənət və humanitar elmlər üzrə baza). 

 

 

 




 

Doktorant və dissertantlar üçün



  

Yaddaş kitabçası

  

 (Layihə) 



Sənəd Kodu 

Yeniləmə No 

Hazırl. Tarixi 

Səhifə No 

: ST\02 

: 00 


: 11 / 12 



Alqoritm 

 

YOL XƏR TƏS  

craçılar 

Tənzimləyə

sənə

Qeydlə

Məsul 

Icraçı 

Məlumatla

ndırılan 

Şə

xs 











1.Doktoranturaya və dissertanturaya sənədlərin 

qəbulu  qaydaları,  qəbul  planı  və  imtahanların 

keçirilmə 

müddəti 

haqqında 

kütləvi 

informasiya vasitələrində elanın verilməsi

 



 



.Ə.Ş 

TN tərəfindən 

təsdiq 

olunmuş 


layihə 

 

2.Sənədlərin 



qəbulu 

və 


müsabiqənin 

keçirilməsi  üçün  rektorun  əmri  ilə  qəbul 

komissiyasının yaradılması 

  



Rektor 

Ə

mr 



 

3.Doktoranturaya  və  dissertanturaya  müraciət 

edənlərin  sənədlərinin  araşdırılması  və  ixtisas 

uyğunluğunun müəyyənləşdirilməsi

 

QK

 



------ 

Protokol 

 

4.Təqdim  edilən  sənədlərin  əsasında  qəbul 



komissiyasının 

imtahanlara 

buraxılmaq 

haqqında qərarının iddiaçılara bildirilməsi

 



 



ddiaçı 

     Protokol

 

 

5.Müvafiq 



ixtisaslar 

üzrə 


imtahan 

komissiyalarını yaradılması 

 

Kafedra 



müdirləri 

Ə

mr 



 

6.Doktoranturaya 

qəbul 

imtahanlarının 



keçirilməsi  və  nəticələrin  qəbul komissiyasına 

bildirilməsi

 



 



------- 

Ə

mr 



 

7.Keçirilmiş müsabiqənin nəticələri və nəzərdə 

tutulan  elmi  rəhbərin  rəyi  əsasında  qəbul 

komissiyasının 

qərarının 

rektorluğa 

bildirilməsi

 



 

Rektor 


mtahan 

Protokol


 

 

8.Doktoranturaya  qəbul  olunanlar  haqqında 



rektor 

tərəfindən 

ə

mrin 


verilməsi 

və 


Doktoranturaya istehsalatdan ayrılmaqla qəbul 

olunan 


şə

xslərin 


ə

mək 


kitabçasında 

doktoranturaya qəbul olunması haqqında əmrin 

qeyd edilməsi 

ÜŞ və 


DŞ 

ddiaçı 


Ə

mr 


 

9.  ddiaçıların  müvafiq  kafedrlara  təhkim 

olunması,  onların  dissertasiya  mövzusu,  fərdi 

iş planı və elmi rəhbəri (məsləhətçisi)haqqında 

qərarın qəbul edilməsi 

 

DŞ və 



RD  

MD 


Təqaud  

Ə

mri 



 

10.  Qəbul  olunan  doktorant  və  dissertantlar 

haqqında  məlumatların  rektorluq  tərəfindən 

Təhsil Nazirliyinə göndərilməsi 

DŞ və 

Kafedra


lar 

Doktorant\ 

dissertant 

Protokol 

çıxarışı 

və  təstiq

 

 

11.  Təsdiq  edilmiş  dissertasiya  mövzularının 



AMEA 

Kordinasiya 

Ş

urası 


tərəfindən 

təsdiqinin təmin edilməsi 

DŞ 

Rektor 


Hesabat 

(TN) 


 

12.  Doktorantlar  üçün  kafedralar  tərəfindən 

həftəlik  dərs  proqramının  hazırlanması  və 

təsdiqlənməsi

 

DŞ 


Prorektor 

Siyahı 


 

13. Doktorantlar üçün informatikadan və xarici 

dildən  doktorluq  (minimum)  imtahanlarının 

verilməsi

 

DŞ 


Müəllimlə

Dərs jurnalı 



 

 

 



Komisi

ya 


Rektor 

Ə

mr 



 

Yox 


Yox 





Hə 

     Giriş 

Hə 

Hə 


Hə 

Yox 


10 


11 

12 




     Çıxış 




 

Doktorant və dissertantlar üçün



  

Yaddaş kitabçası

  

 (Layihə) 



Sənəd Kodu 

Yeniləmə No 

Hazırl. Tarixi 

Səhifə No 

: ST\02 

: 00 


: 12 / 12 



 

Yüklə 134,32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə