Microsoft Word Yagut-x-monog-2009+. doc



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə1/42
tarix31.10.2018
ölçüsü1,11 Mb.
#77150
  1   2   3   4   5   6   7   8   9   ...   42


YAQUT BAHADUR QIZI 

  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı — 2009 

 

 



 

— 2 —


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 

FOLKLOR İNSTİTUTU 

 

 

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun  

Elmi Şurasının qərarı ilə çap olunur 

 

 



ELMİ REDAKTOR: 

AMEA Folklor İnstitutu-

nun  

direktoru, filologiya elmləri dok-

toru   

Hüseyn  İSMAYILOV 

 

RƏYÇİLƏR:  

 

AMEA-nın müxbir üzvü, 

prof.  

Rafael HÜSEYNOV 

 

filologiya elmləri doktoru, prof.  

Qara NAMAZOV 

 

filologiya elmləri doktoru   

Seyfəddin QƏNİYEV 

Yaqut Bahadurqızı.  

Aşıq Əhmədin yaradıcılığı. Bakı:Çaşıoğlu,2009.–200s.  



 

Kitabda XX əsr  Şirvan aşıq mühitinin görkəmli 

nümayəndəsi, Böyük Vətən müharibəsi veteranı, 

əməkdar mədəniyyət işçisi, yarım  əsrdən çox müd-

dətdə sazı  və sözü ilə  aşıq sənəti  ənənələrini böyük 

sədaqətlə yaşatmış, şeirləri və bəstələri ilə Azərbay-

can aşıq sənətinin inkişafında böyük rol oynamış, 

mahnıları bu gün də el məclislərinin yaraşığı olan 

Aşıq  Əhmədin ömür yolu və yaradıcılığından bəhs 


 

 

 



— 3 — 

olunur. Sənətkarın poetik irsinin geniş elmi əsaslarla 

araşdırıldığı bu tədqiqat həm uyğun sahə mütəxəs-

sisləri, həm də aşıq sənəti və yaradıcılığı ilə maraq-

lanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.       

 

 



 ISBN 978-9952-27-164-5 

 

©Yaqut Əşrəfova, 2009

 

 

 



 

— 4 —


ŞİRVAN AŞIQ YARADICILIĞININ 

YORULMAZ VƏ CƏFAKEŞ TƏDQİQATÇISI 

 

 

Azərbaycan folklorşünaslığının xüsusi tədqiqat obyektlə-

rindən biri olan aşıq sənətinin, aşıq mühitləri və bu mühitləri 

təmsil edən ayrı-ayrı  sənətkarların yaradıcılığının öyrənilməsi 

həm sənətin təşəkkülü və inkişafı baxımından, həm də xalq ya-

radıcılığının bir çox xüsusiyyətlərini özündə ehtiva edən, onu 

şifahi ənənədə yaşadan  peşəkar söyləyici və ifaçıların  sənət ir-

si vasitəsilə  xalqın mənəvi ehtiyatlarının elmi şəkildə təhlili ba-

xımından olduqca aktualdır. Bu baxımdan,  Şirvan aşıq mühi-

tinə  mənsub olan görkəmli sənətkarlardan biri Aşıq  Əhmədin 

yaradıcılığının tədqiqi çoxdan öz elmi həllini gözləyən məsələ 

idi.  


Şirvan aşıq mühitinin zəngin sənət ənənələrini öz yaradıcı-

lığında ehtiva edən  Aşıq Əhmədin irsi  indiyə qədər müstəqil 

bir tədqiqat mövzusu kimi işlənməmişdir. Şirvan folklorundan, 

aşıq yaradıcılığından bəhs edən müxtəlif səpki və formalı araş-

dırmalarda Aşıq Əhməd poeziyasına müraciət olunsa da, onun 

yaradıcılığı sistemli şəkildə tədqiq olunmamışdır. 

Şirvan aşıq mühitinə məxsus sənət və yaradıcılıq spesifika-

sını öz yaradıcılığında parlaq şəkildə  əks etdirən,  şeirləri və 

mahnıları dillər əzbəri olan, ən başlıcası, sazı, sözü və sənəti ilə 

xalqın qəlbində yaşayan ustad aşığın yaradıcılıq irsinin çağdaş 

folklorşünaslığın nəzəri-metodoloji prinsipləri ilə peşəkar sə-

viyyədə tədqiqi folklorşünaslıq elminin təxirəsalınmaz məsələ-

lərindəndir. Belə ki, mühit sənətkarlardan yaranır: sənət və sə-

nətkar olmasa, heç bir mühit hadisəsindən söhbət gedə bilməz. 




 

 

 



— 5 — 

Bu cəhətdən Şirvan aşıq mühitini (o cümlədən Azərbaycan aşıq 

sənətini) Aşıq Mirzə Bilalsız, Aşıq Şakirsiz və Aşıq Əhmədsiz 

təsəvvür etmək olmaz. Necə ki, Göyçə aşıq mühiti və bütövlük-

də aşıq sənəti və yaradıcılığını Ağ Aşıqsız, Aşıq Alısız və Aşıq 

Ələsgərsiz təsəvvür etmək mümkün deyildir. Bu sənətkarların 

hər biri məhəlli mühitin parlaq simaları olmaqla yanaşı, həmin 

mühiti Azərbaycan aşıq sənəti və yaradıcılığı  səviyyəsinə qal-

dırmaqla ümumi aşıq sənətini həmin səviyyədə təşkil edən da-

nılmaz yaradıcı simalardır. Belə sənətkarların ayrıca monoqra-

fiyada öyrənilməsi,  əslində, Azərbaycan aşıq sənətinin onun 

mənalı struktur vahidləri səviyyəsində tədqiqi deməkdir. Bu ba-

xımdan, Şirvan aşıq mühitinə mənsub olan sənətkarların yaradı-

cılığının öyrənilməsi və təbliği sahəsində diqqətəlayiq xədmət-

ləri olan Yaqut Bahadur qızının «Aşıq  Əhmədin yaradıcı-

lığı» adlı monoqrafiyası  təkcə  Şirvan aşıq mühitinin yox, 

eləcə də Azərbaycan aşıq sənəti və yaradıcılığının struktur əsas-

larının öyrənilməsi baxımından çox əhəmiyyətlidir. 

Yaqut  Bahadur qızı  Şirvan aşıq mühitini, onun ayrı-ayrı  

sənətkarlarını, bu sənətkarların sənət irsini və xüsusilə, onların 

yaradıcılığının səciyyəvi cəhətlərini, söz və musiqi repertuarını, 

başlıca olaraq onların yaradıcılığının  ənənədən gələn folklor 

qaynaqlarını uzun müddət diqqətlə və ardıcıl şəlildə öyrənmiş-

dir. Yaqut xanımın bu sahədə əldə etdiyi bir sıra elmi qənaətləri 

və müşahidələri onun kitablarında, məqalələrində  və konfrans 

məruzələrində elmi ictimaiyyətə çatdırılmışdır. Bu mənada, 

oxuculara təqdim olunan monoqrafiya hazırlıqlı bir tədqiqatçı-

nın elmi əsəri kimi Şirvan mühitinin, Azərbaycan aşıq sənətinin 

və ümumiyyətlə, Azərbaycan folklorunun öyrənilməsində uğur-

lu bir addım hesab oluna bilər.  

 

 



 

— 6 —


Monoqrafiya mükəmməl mündəricat  əsasında hazırlandı-

ğından problemin elmi həllinin optimal yolları aranmış, sənət-

kar və mühit, ənənə və sənət, sənətkar və gerçəklik kimi əsas is-

tiqamətlər  əhatə edilmişdir. Başqa sözlə, tədqiqatda Aşıq 

Əhmədin yaradıcılığı Azərbaycan aşıq sənəti və  Aşıq  Əhməd, 

Şirvan aşıq mühiti və Aşıq Əhməd kontekstlərində götürülmüş, 

onun poeziyası və dastan yaradıcılığı bu istiqamətlərdən təhlilə 

cəlb olunmuşdur. 

Müəllif sənətkarın şəxsiyyətinə xüsusi diqqət ayırmış, gənc 

nəsil üçün böyük tərbiyəvi  əhəmiyyəti olan vətənpərvərlik və 

millətsevərlik məsələlərini aşığın şəxsi həyatından gətirdiyi ör-

nəklərlə diqqətə çatdırmışdır. Hesab edirəm ki, humanitar yö-

nümlü araşdırmalarda bu tipli məsələlər az əhəmiyyət daşımır. 

Aşığın Böyük Vətən müharibəsində iştirakı, Qarabağ savaşında 

əsgərlər qarşısında çıxışları sənətkarın vətəndaş şəxsiyyətini sə-

ciyyələndirmək üçün gətirilən uğurlu örnəklərdir. 

Tədqiqatda sənətkarın yaradıcılığındakı dövlətçilik məsələ-

lərinə, daha doğrusu, onun bədii tərənnümünə  həsr olunmuş 

motivlərə də xüsusi diqqət verilmişdir. Buraya aşığın yaradıcılı-

ğında xüsusi çəkisi ilə seçilən Ulu Öndər Heydər Əliyevə həsr 

olunmuş silsilə  şeirlər daxildir. Bu şeirlərdə xalqın qəlbindən 

gələn sonsuz sevgi və inam Xilaskar obrazında öz poetik ifadə-

sini tapmışdır. Yaqut xanım bu şeirlərin təhlilinə geniş yer ver-

miş, onları müstəqil dövlət quruculuğunun mənəvi əsasları kimi 

dəyərləndirərək, Heydər Əliyev şəxsiyyətini aşıq yaradıcılığın-

dan görünən möhtəşəm dövlətçilik abidəsi kimi təqdim etmiş-

dir. Və xüsusi qeyd olunmalıdır ki, Aşıq Əhməd poeziyasında 

geniş yer alan mənəvi dəyərlər tədqiqatçının təqdimində öz dol-

ğun elmi ifadəsini tapa bilmişdir. 



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə