Microsoft Word Yaqub-ii kitab-son-30-12-08. doc


ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə14/65
tarix20.08.2018
ölçüsü1,58 Mb.
#63650
1   ...   10   11   12   13   14   15   16   17   ...   65

ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу 
 
 
53 
 Həmin gözəl görkəm və camalda Haqqı görməyəndən Haqq 
əbədi olaraq gizli qalmış olur.  
 Ilahi hüsnün daşıyıcısı kimi qəbul edilən  İnsanın – dilbərin, 
cananın, nigarın camal gözəlliyini yaradan və ona xidmət edən bir 
sıra vücudi-cismani detallar və hüsn elementləri Nəsimidə xüsusi 
hürufi-rəmzi məna kəsb edir və ali obraz səviyyəsinə qaldırılır. 
Bu obrazlar adilikdən çıxır, sirli-əsrarəngiz “yüklə” yüklənir və 
Tanrının bəşəri vücud və surətdəki atributlarına çevrilir. Üz, saç 
(zülf), qaş, göz (çeşm), kirpik, yanaq, xal (bən), dodaq (ləb), 
ağız (dəhən), diş, qamət (qədd) və s. cizgi, xətt və bədən üzvləri 
bu qəbildəndir. Bunların içərisində isə daha çox tərənnüm hədəfi 
kimi götürülən üz və saçdır.  
 Hətta sadalanan bədən üzvü və xətlərin bəzilərinin farsca və 
ərəbcə yazılışı  əbcəd yolu ilə müxtəlif üsullarla hesablanaraq 
hürufilərə lazım olan müqəddəs rəqəmlər də alınırdı. Məsələn: üz 
(ərəbcə:vəch)-v=6+c=3+h=5=14; saç (ərəbcə: cə’d) əbcədi-səğir-
lə hesabladıqda-c=3+ “ayn”=10+d=4=17; qaş  (ərəbcə:ha-cib)-
h=8+a=1+c=3+b=2=14; 
dodaq 
(farsca:ləb)-l=30+b=2=32. 
Buradakı 32 fars əlifbasındakı  hərflərin, 17 möminlərin bir gün 
ərzində  qılmalı olduqları namazdakı rükətlərin sayına işarə kimi 
qəbul edilirdi. 14 rəqəmi isə həm 14 məsumə, həm də ərəb əlifb-
asının yazılışındakı 14 əsas işarələr sisteminə müvazi olaraq 
anlaşılırdı. Belə ki, ərəb əlifbasında 28 hərf olsa da, həmin hərflə-
rin bəzilərinin yazılış formaları  (şəkilləri) bir-birinə oxşayır və 
onları yalnız nöqtələr fərqləndirir. (Məsələn: “nun” “be” yə, “dal” 
“zal” a, “sin” “şin”  ə, və s. oxşayır. ) Əlifbadakı  əsas işarələrin 
sayı isə 14-dür. Nəsimidə ən mütəhərrik rəmzi-poetik obraz kimi 
diqqəti cəlb edən İnsan üzü də nitqi-ilahiyə, 28 və 32 hərfə mün-
cər edilirdi.  
 
Sivü dü, nitqi-ilahidir üzün. (92,593) 
. . . Üzündə haqqın ayəti oldu otuz iki. (94,214) 
. . . Vəchində yazmış idi anın iyirmi səkkiz hərf. (92,71) 
Yaqub Babayev 
 
54 
Üzün bir hürufi-poetik obraz kimi eyniləşdirilməsi və ya təşb-
ehat silsiləsi Haqqın özündən başlayıb aşağıya doğru enir, mənəvi 
və maddi gerçəkliyin çeşidli müqəddəs varlıqlarını  əhatə edir. 
“Üzün Haqdır”  birbaşa qərarından sonra “üzün” “Haqqın 
Nurudur”, “həqqül-yəqindir”, “məzhəri-həqdir”, nuri-təcəlli-
dir”, “şəmi-tövhidi-hidayətdir” və s. tipli etiqad hökmləri gəlir:  
 
Surətin Həqdir, budur həqdən xəbər,  
Söyləyən Həqdir, vəli adı bəşər,(92,584)  
. . . Şəm’i-vəhdətdir üzün, gül narıdır,(92,584) 
. . . Ey camalın məzhəri-zati-qədim,  
Surətin Allahü rəhmanür-rəhim. (92,599) 
. . . Əhli-mən’i xocəstə surətinə 
Mə’niyi-vahibissüvər dedilər. (94,221) 
. . . Gördüm səni gümansız hər dilbərim yüzündə,  
Həqqəl-yəqin görənə zənnü güman gərəkməz. (94,258) 
. . . Hər kim ki, deməz surətinə məzhəri-həqdir,  
Vaqif degil andan. (96,280) 
 
Nəsiminin lirik qəhrəmanına görə İnsanın surətinin nəqşlərin-
də Haqq zühur etmişdir. Daha doğrusu, məna bənzəri olmayan 
(“leysəkəmislihü”-“Ona bənzər  şey  yoxdur”) surətə düzülmüş-
dür. (Surətdə düzdü mə’niyi, ”leysəkəmislihü” dedi (92, 218)), 
onu görməyən kəs bibəsirət və bibəsərdir.  
 Haqqın məkanı ərşi də, Rəhmanın camal gözəlliyini də, ilahi 
dərgahda olduğu güman edilən qeybi hikmət toplusu lövhi-məhf-
uzu da, möminlərə vəd olunan əbədi cənnəti də mütəfəkkir şairi-
mizin nigarının üzündə tapmaq mümkündür: 
  
 Rövzeyi-rİzvan üzündür, vəssəlam,  
 Surəti-rəhman üzündür, vəssəlam,  
 Ərşi-həq, ey can, üzündür, vəssəlam, 
 Lövh ilə Qur’an üzündür, vəssəlam. (92,600) 
 
 
 Dini  təsəvvürdə Allaha ixlasla ibadətin mükafatı olaraq vəd 
edilən cənnət Nəsiminin inancında gözəlin camalının vüsalına 


ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу 
 
 
55 
yetişməkdən başqa bir şey deyil. Bu vüsalın nəşəsindən hasil olan 
mənəvi məstlik isə aşiqi tərk etməz xislətə malikdir: 
Aşiqin cənnəti-ədni şol cəmalin vəslidir,  
Ey şərabi-kövsərim, getməz xumarım, qandasan? 
(94,160) 
 
 
 Məna aləminin sirrini özündə ehtiva edən gözəlin üzü aşağıya 
– kəsrət aləminə endikcə də öz ölçüsüz hikmətini hifz edir. Başqa 
sözlə, o, ayineyi-haqnüma olmaqla yanaşı  həm də cami-
cahannüma, on səkkiz min aləmin güzgüsü, sirri-kainatdır.  
 Yer  üzündə dilbərin camalının müqayisə  və  təşbeh obyekti 
İslami nöqteyi-nəzərdən  ən müqəddəs varlıq və Allah kəlamı 
sayılan Qurandan(Müshəf) başlayır, sonra onun surə , ayə və ifa-
dələrinə doğru dərinləşir. Qiyamət gününə  qədər hidayət nuru 
verən ölməz kitabı gözəlin camalında görən  (“Müshəfi-ləmyəzəl 
ki, cəmalındadır sənin”(94,137)) sənətkar belə hesab edir ki: 
 
Müshəfdir anın üzü, ey Vallah,  
Nun, eynü mim qülhüvəllah. (94,274) 
Burada gözəlin üzü Quran elan edilməklə onun qaşı(nun-ن), 
gözü(eyn-ع), və  ağzı (mim-م) da Quranın 112-ci (“Əl-Ixlas”) 
surəsinin 1-ci ayəsi (“qülhüvəllah”-“De ki, Allah birdir) kimi də-
yərləndirilir.  
 Nəsimidə İnsanın camalı daha çox Quranın 1-ci və əsas surə-
lərindən olan, Qurana giriş hesab edilən, ”ümmül-kitab”(“kitabın 
anası”)adlandırılan “Əl-Fatihə” surəsi ilə müqayisə edilir. Hansı 
ki, dini təsəvvür və şərhlərdə onun Allah kitabının əsas mahiyyət 
və  məğzini özündə  cəmləşdirib ehtiva etdiyi söylənilir. Yeddi 
ayədən ibarət bu surənin iki dəfə nazil olunduğu güman edilir və 
buna görə də onunla bağlı Nəsimi lirikasında da tez-tez rast gəldi-
yimiz “Səb’ül-məsani”(2 dəfə yeddi) ifadəsi işlədilir. Bundan əla-
və  şair gözəlin üzünü “Taha”, ”Yasin”, ”Isra”, ”Ər-Rəhman”, 
”Nur”, ”Duxan” və s. surələrlə ya eyniləşdirir, ya da onlara bən-
zədir: 
 
 
Yaqub Babayev 
 
56 
Ey üzün ümmül-kitabü Fatihə (92,608)  
. . . Surətin Tahavü həm Yasin imiş. (92,588) 
. . . Sureyi-Israda gördüm üzünü. (92,610) 
. . . Çün camalındadır Ər-Rəhman ələl-ərş istiva. (92,527) 
. . . Zülfünlə rüxün hər necə kim, Müshəfə baxdım,  
Gördüm ki, anın surələri Nurü Duxandır. (92,258) 
 Daha sonra bəşəri surətin bənzəyiş  və vahidləşmə  hədəfi 
Quranın ayə və ifadələrinə yönəlir:”Qülhüvəllahü əhəd, Əllahüs-
saməd”(“De ki, Allah təkdir, Allah ehtiyacsızdır”-“Əl-Ixlas”, 
ayə1-2), ”Ayətəl-kürsi”(“Əl-Bəqərə”, ayə255-257), ”Inna fətəhn-
a”(“Biz sənə  qələbə qazandırdıq”-“Əl-Fəth”, ayə 1)  və s. kimi 
bu məfkurəyə bağlı ifadələr silsiləsi, möminlərin hər gün beş vaxt 
namazda zikr etdikləri “Vəhdəhü-laşərikələh”(“O təkdir,  şəriki 
yoxdur”),  həmçinin “Əhsənə-ilah” (“Allah işin  ən gözəlini iş-
lədi”), ”Təali-şənahi”(“Allahın ehsanıdır”), ”Leysə  kəmis-
lihü”(“Onun misli-bərabəri yoxdur”) və s. dini anlayışlarla 
davam etdirilir: 
 
Ey camalın “qülhüvəllahü-əhəd”,  
Surətin yazusu “Əllahüs-səməd”. (92,578) 
. . . Üzün “inna-fətəhna”dır, təbarək şə’ninə münzəl,  
Bu vəchi əhsəni-surət bilənlər əhli-ürfandır. (92,206) 
. . . ”Şahidi-laşərikələh”şol sənəmin cəmalidir,  
“Leysəkəmislihü”anın nun ilə mimü dalidir. (92,217) 
 
Təbii ki, söz-kəlam və buyruq silsiləsi hürufiliyin aləmin 
hidayət və hikmət nişanı kimi anlaşılan ana kitabına qədər gəlib 
çıxır: 
 
Fəzli-həqqin “Cavidanidir”üzün,  
Aləmin doğru nişanidir üzün. (92,592)  
 
 Nəsiminin dilbərinin üzü ilahi gözəlliyin təcəssüm güzgüsü, 
Haqq nurunun cismani təcəllisi kimi qüdsi məkan və məfhumları 
– Kəbəni, qibləni, ehramı, səcdəgahı da əvəz edir. Gözəl üzü ziya-


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə